Rəsulov Kamran Ağaəli oğlu



Yüklə 99,58 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü99,58 Kb.
#8109


 

 



Rəsulov Kamran Ağaəli oğlu, 

Azərbaycan Texniki Universitetinin doktorantı 



İnnovasiya fəaliyyəti və sənaye istehsalının innovativliyi   məsələləri 

XXI əsrin və yeni minilliyin çağırışları sırasında təbiətin və cəmiyyətin inkişaf 

potensialının  yeni  keyfiyyət  səviyyəsində  dərk  edilməsi  xüsusi  yer  tutur.  Əsrlərlə 

formalaşmış stereotiplər çərçivəsində ictimai fəaliyyətin əsaslarının XX əsrdə  əsaslı 

surətdə  yenilənməsi  insanlar  üçün  məhz  fərqli  keyfiyyətdə  inkişaf  üçün  imkanlar 

açmışdır.  Həmin  imkanlar  ənənəvi  dünyagörüşü  müstəvisində  reallaşdıqca 

bəşəriyyəti təhdid edən təhlükələr: ərzaq qıtlığı, bərpa olunmayan enerji mənbələrinin 

tükənməsi,  arzu  olunmaz  urbanizasiya  prosesləri,  ekoloji  böhran  davam  edəcəkdir. 

Bəşəriyyətin qabaqcıl hissəsi, elmi elitası və siyasi qərar qəbul edənlərin konsensus 

gəlməsi qeyd olunan “tilsimli dairə”dən çıxmağa imkan yaradır. Eyni zamanda elmin 

tarixin müəyyən dövrlərində fraqmentar inkişafı, bu inkişafda kəsilmələr və sapmalar

yeniliklərə tam mənası ilə tənqidi yanaşmalara rəvac verir. 

Qeyd  edilənlər  innovativ  düşüncə  tərzinin  adi  həyat  tərzinə  çevrilməsini, 

qədimliklə  yeniliyin  üzvi  vəhdətini  nəzərdə  tutan  birgə  yaşayış  meyarlarının  önə 

çəkilməsini, başqa sözlə innovativ fəaliyyətin geniş yayılmasını tələb edir. 

Iqtisadi  proseslərin  səmərəliliyi  və  ümumilikdə  iqtisadi  sistemin  dayanıqlığının 

təmin  edilməsinə  tələblər  tənzimlənən  intensiv  inkişafın  innovativliyini  zəruri  edir. 

Əks  halda,iqtisadi  maraqlara  əsaslanan  artım  iqtisadiyyatının  sosial  və  ekoloji 

çatışmazlığı  nəinki  aradan  qaldırmaq,  hətta  yumşaltmaq  belə  çətinləşir.  Bir  sözlə, 

innovativlik və innovativ fəaliyyət dayanıqlı inkişafın zəruri sərti kimi qəbul edilməli, 

insan həyatının bütün sahələrində elmin rolu artırılmalıdır. 

  “İnnovasiya”  anlayışı  latın  dilində  “innovato”  sözündən  götürülmüş,  XIX 

əsrdən  istifadə  olunmasına  baxmayaraq,  əsasənYozef  Şumpeterin  “The  Theory  of 

Economic  Development”  (1934)  əsərində  işlədilərək  geniş  elmi    dövriyyəyə  daxil 

olmuşdur.Bununla  belə,  innovasiya  ilə  əlaqədar  əsas  anlayışlar  hələ  də  fərqli  şərh 

olunur. “İnnovasiya fəaliyyəti-insan kollektivinin yeni elmi biliklər, ideyalar, kəşflər 

və ixtiralar, həmçinin mövcud və sınanmış elmi texnologiya, sistem və avadanlıqların 



 

 



istifadəsi  və  tətbiqi  əsasında  innovasiyaların  tam  həcmdə  ictimai      realizəsinə 

yönəldilmiş sistemli fəaliyyət növüdür” (1,s. 17). 

Müasir bazar münasibətləri şəraitində rəqabət amili iqtisadi fəaliyyətin miqyası 

və  tempini  şərtləndirən  mühüm  amillərdən  biridir.  Bazarda  mövqe  qazanmağın 

ənənəvi  imkanlarının  tükəndiyi  şəraitdə,  bu  və  ya  digər  iştirakçı  alternativ  (yeni) 

yollar axtarışına üstünlük verir. Bu yol, bir qayda olaraq riskli məsrəfli və uzundur. 

Odur  ki,  innovasiyalı  inkişaf  yoluna  üstünlük  verilməsi,  geniş  araşdırmalar  və 

kompleks təhlillər tələb edir.  



 

Açıq  ensiklopediyada  göstərildiyi  kimi  “innovasiya  -  yüksək  səmərələliyə 

malik  yeniliyin  tətbiqi,  insanın  intellektual  fəaliyyətinin,  kəşfinin,  ixtirasının  son 

nəticəsidir. İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, 

xidmət),  texnoloji  proses,  həmçinin  ictimai  münasibətlərin  müxtəlif  sahələrində 

təşkilati-texniki,  maliyyə-iqtisadi  və  digər  hallar  hesab  edilir.  İnnovasiya  fəaliyyəti 

iqtisadi  inkişafı  və  rəqabətliliyi  təmin  etmək  üçün  yeni  ideyaların,  elmi  biliklərin, 

texnologiya  və  məhsulların  müxtəlif  istehsal  və  idarəetmə  sahələrinə  tətbiq 

edilməsidir”. 

Deməli,  innovasiyaya  innovasiya  fəaliyyətinin  nəticəsi  kimi  yanaşma,  ona 

iqtisadi səmərəlilik və rəqabət qabiliyyəti meyarları ilə münasibət bildirməyə imkan 

verir.  Mövcud  elmi  texnologiyaların  və  avadanlıqların  yaradıcı  istifadəsi, 

innovasiyaların  ictimai  müstəvidə  gerçəkləşdirilməsinə  imkan  verirsə,  bunu, 

innovasiya  fəaliyyəti  hesab  etmək  olar.  Bununla  belə,  innovasiya  fəaliyyətinin 

səciyyələndirilməsinə  sadələşdirilmiş  yanaşma,  heç  də  həmişə  yolverilən  deyildir. 

Məsələ  ondadır  ki,  innovasiya  fəaliyyəti  mürəkkəb,  çoxsaylı  amillərin  təsiri  altında 

formalaşan  və  böyük  sayda  subyektlərin  birbaşa  və  ya  dolayı  yolla  iştirak  etdiyi 

fəaliyyət  növüdür.  Həmin  fəaliyyətə  hazırlıq  dövrü,  onun  bilavasitə  həyata 

keçirilməsindən xeyli uzun müddət və vəsait tələb edə bilər.  

Innovasiyanın  əsas  xassələri  qismində,  bir  çox  tədqiqatlarda  elmi-texniki 

yenilik,  istehsalda  tətbiq  və  kommersiyalaşma  (gəlir  gətirmə)  qabiliyyəti  qəbul 

olunur.“Bu  məsələyə  kommersiya  aspektindən  yanaşdıqda,  innovasiya  –  bazarın 

tələbləri  vasitəsilə  dərk  edilən  iqtisadi  zərurət  kimi  müəyyənləşdirilir.  Burada  iki 



 

 



məqama  –  innovasiyanın,  ixtiranın  və  tədqiqatların    yeni,  texniki  cəhətdən 

mükəmməl  sənaye  məhsulları  şəklində,  əmək  vasitələri  və  əmək  alətləri, 

texnologiyalar  və  istehsalın  təşkil  edilməsi  şəklində  “maddiləşməsi”  və  onları  gəlir 

mənbəyinə çevirən kommersiyalaşmaya xüsusi fikir verməliyik” (2, s. 53). 

Bu mövqe ilə razılaşmaqla yanaşı qeyd edək ki, innovasiya fəaliyyətinin, sözün 

həqiqi mənasında bazara yönümlü olması, onun maliyyə təminatının mühüm şərtidir. 

Buna səbəb innovasiya fəaliyyətinin real, başqa sözlə gəlir gətirən nəticələrinin əldə 

olunmasına sərf olunan müddət nə qədər az olursa, həmin fəaliyyət genişləndirilməsi 

üçün  maliyyə  mənbələrinin  tapılması,  onların  innovasiyaların  investisiyaların 

maliyyələşdirilməsinə cəlb edilməsi də, bir o qədər asan olmasıdır. 

İnnovasiya  fəaliyyəti  iqtisadi  proseslərin  idarə  edilməsinə  qeyri-ənənəvi,  daha 

mütərəqqi  yanaşmaları  əhatə  edir.  Elmi  ideyaların  kommersiyalaşması,  ilkin 

yanaşmada idarəetmə sahəsində daha cəlbedici görünür. Bununla belə,  idarəetmənin 

praktiki  təkmilləşdirilməsində,  o  cümlədən  idarəetmə  obyektində  dəyişikliklərə 

innovasiyalı  yanaşmalar,  böyük  vəsait  və  vaxt  sərfi  ilə  müşayiət  olunur.  Belə  ki, 

idarəetmə 

obyektinin 

dəyişdirilməsi 

məsələsi 

perspektivli 

istiqamətlərin 

müəyyənləşdirilməsini,  iqtisadi-texnoloji,  ekoloji,  sosial  və  digər  aspektlərdə 

əsaslandırılmasını tələb edir. 

“  İnnovasiyanın  məqsədi-idarəetmə  obyektini  dəyişməkdir,  yeni  elmi,  texniki, 

iqtisadi və sosial effekt əldə etməkdir. Innovasiya yeni və ya təkmilləşdirilmiş məhsul 

(xidmət),  texnika,  texnologiya,  istehsalın  və  idarəetmənin  təşkili  şəklində  təcəssüm 

etmiş  və  müxtəlif  effektlər  verən  elmi  biliklərin  kommersiyalaşdırılması  kimi 

qiymətləndirilir”(3, s.8). 

Elmi  biliklərin  kommersiyalaşması  innovasiya  fəaliyyəti  mühitinin,  xüsusilə 

onun iqtisadi reallıqdakı  xüsusiyyətlərini əyaniləşdirməklə bir sıra nəzəri və praktik 

problemlərə aktuallıq verir. Görmək çətin deyildir ki,belə vəziyyət iqtisadi innovasiya 

sistemlərinə  xüsusi  diqqəti  şərtləndirir.  Praktikada  iqtisadi  texnologiyaların 

reallaşması, bir qayda olaraq, digər mərhələlərlə bərabər yeni yanaşmaların sınaqdan 

çıxarılması  ilə  müşayiət  olunur.    Məhsul  və  proses  innovasiyalarının  sınaqdan 

çıxarılması kollektiv səylərin koordinasiyasına, eksperimental şəraitin yaradılmasına, 



 

 



risk menecmentinə və qismən bürokratik maneələrin aradan qaldırılmasına xeyli vaxt 

və vəsait sərfi tələb edir. 

Praktikada  məhsul  və  proses  innovasiyasının  sınaqdan  çıxarılması  digər 

məsrəflərlə  yanaşı  əhəmiyyətli  tranzaksiya  xərcləri  ilə  əlaqədardır.  Yeniliyin  tətbiq 

ediləcəyi  mühiti  səciyyələndirən  çoxsaylı  məlumatların  əldə  edilməsi,  innovasiya 

fəaliyyətinə  pozitiv  və  neqativ  təsir  edən  amillərin,  onların  idarə  edilməsi 

imkanlarının  müəyyənləşdirilməsi,  tərəf  –  müqabillərin  subyektiv  arqumentlərə 

əsaslanan  davranışının  qarşısının  alınması  (mübahisə  və  münaqişələrin  həlli)  böyük 

vəsait tələb edir ki, bu da, tranzaksiya xərcləri kimi qəbul edilə bilər. 

Bir məsələni xüsusi qeyd etməyə dəyər. Ənənəvi və qaydaya salınmış istehsal – 

kommersiya  fəaliyyətində  tranzaksiya  xərclərini  müəyyənləşdirməyin,  az-çox  qəbul 

edilən metodikası vardırsa, innovativ fəaliyyətdə vəziyyət bir qədər fərqlidir. Burada 

tranzaksiya və elmi innovasiyaların kommersiyalaşması xərclərini birmənalı ayırmaq, 

nəinki  praktik  hətta  nəzəri-metodoloji  baxımdan,  xeyli  dərəcədə  problemli  olaraq 

qalır. Odur ki, bu istiqamətdə tədqiqatlar aparılır. Praktikada isə, hələ ki,  innovasiya 

fəaliyyətinə  məsrəflərin  detallaşdırılmış  sürətdə  nəzərə  alınması  variantına  üstünlük 

verilir.  Başqa  sözlə,  fərqli  zaman  və  məkanda  istifadə  olunmuş  iqtisadi 

texnologiyalar,  o  cümlədən  bazara  daxilolma,    onun  bu  və  ya  digər  seqmentində 

möhkəmlənmə, resursların bölgüsü və i.a. üzrə mütərəqqi sayılan texnologiyalar yerli 

mühitin  özünəməxsusluğunu  nəzərə  almaqla  tətbiq  edilməli,  əsas  amillərin  təsiri, 

bütün mümkün aspektlərdə qiymətləndirilməlidir. 

“İqtisadi  innovasiya  sistemlərinin  fəaliyyətində  onların  potensial  və  faktiki 

səmərəliliyi  arasında  müəyyən  fərq  müşahidə  olunur.  Bu  isə  ona  olan  bir  çox 

amillərin  təsirinin  nəticəsidir.  Həmin  amillər  bunlardır:  resursların  qeyri-optimal 

paylanması; iqtisadi stimulların mükəmməl olmaması; qəbul edilən qərarların yerinə 

yetirilmə  keyfiyyətinin  qənaətbəxş  olmaması;  kapital  qoyuluşlarının  süni  şəkildə 

şişirdilməsi və s.” (4, s.24). 

Innovasiya  fəaliyyətinin,  nəinki  özünün,  həmçinin  məqsəd  və  vəzifələrinin 

müəyyənləşdirilməsi kreativ yanaşmalar tələb edir. Bu isə həm  məqsədlər ağacının, 

həm  resurs  təminatının,  həm  də  idarəetmə  üsullarının  seçimində  hər  bir    addımın 




 

 



əsaslandırılmasına  olduqca  ciddi  yanaşmağı  nəzərdə  tutur.  Belə  olan  təqdirdə 

idarəetmə  qərarlarının  keyfiyyəti  xeyli  yüksəlsə  də,  səhv  qərarlardan  tam 

sığortalanma  demək  olar  ki,  qeyri-mümkündür.  Iqtisadi  innovasiya  fəaliyyətinin 

potensial və faktiki səmərəliliyi arasında fərqi şərtləndirən və xüsusi qeyd olunmağa 

layiq  digər  səbəb  qəbul  edilmiş  innovativ  qərarların  icrasında  yol  verilən 

nöqsanlardır.  Müxtəlif  səpkili  nöqsanlar  elmi  ideyaların  kommersiyalaşması 

müddətini dəfələrlə uzatmaqla, innovasiya fəaliyyətinə məsrəflərin ödəmə vaxtını da 

artırır.  Nəticədə,  belə  vəziyyət  innovativ  fəaliyyətin  maliyyə  resurslarına  olan 

tələbatının artmasına gətirib çıxarır.  

Milli  iqtisadiyyatın  bu  və  ya  digər  sahəsində,  xüsusilə  sənayedə  inkişafın 

innovativliyi  səviyyəsindən  asılı  olaraq  resurslardan  istifadə  sisteminin 

təkmilləşdirilməsi  prioritetləri  dəyişə  bilər.  Sənayedə  innovasiya  sistemlərinin 

fəaliyyətinin  potensial  və  faktiki  səmərəliliyi  arasındakı  fərqin  kəmiyyət 

xarakteristikası,  təkcə  iqtisadi  deyil,  həmçinin  texniki  və  texnoloji  müstəvidə  ciddi 

tədqiqatların  nəticəsi  olmalıdır.  Bu  sahədə  yeni  məhsul  istehsalı,  digər  sahələrə 

nisbətən daha real olduğu üçün, həmin istiqamətdə innovativ fəaliyyətin mahiyyəti və 

məzmunu daha böyük diqqətə layiqdir. 

Rəqabətin  get-gedə  kəskinləşdiyi  müasir  bazara,  xüsusilə  qloballaşmanın 

intensivləşdiyi  hazırkı  dövrdə,  yeni  sənaye  məhsulunun  çıxarılması,  müəssisənin  

yüksək  rəqabət  qabiliyyətindən  xəbər  verir.  Belə  ki,  yeni  ideyaların 

maddiləşdirilməsi,  onların  kommersiyalaşması  istiqamətində  kompleks  və  səmərəli 

tədbirlərin  həyata  keçirilməsi  ilə  müşayiət  olunmalıdır.  Belə  bir  fikirlə  razılaşmaq 

lazımdır  ki,  yeni  məhsul  istehsalı  həm  tədqiqatlara,  həm  də  müəssisənin  idarəetmə 

sisteminin təkmilləşdirilməsinə artan məsrəflər tələb edir. 

“Müəssisənin  yeni  məhsul  istehsal  etmək  qabiliyyəti  gələcək  müvəffəqiyyətin 

əsas  amilidir.  Lakin  bu  qabiliyyət  sadəcə  olaraq  müəssisənin  tədqiqat  xidmətinə 

diqqətin artırılması deyildir. Bu müəssisənin idarəetmə aparatının bütün bölmələrinin 

bacarıqlı inteqrasiyasıdır” (5, s.38). 

Innovasiya  fəaliyyətinin  idarə  edilməsində  tərəf-  müqabillərin  maraqlarının, 

sözün  həqiqi  mənasında  koordinasiya  edilməsi,  doğrudan  da,  yalnız  konkret 




 

 



müəssisənin 

idarəetmə 

aparatının 

üzvi 


vəhdətdə 

işləməsi 

şəraitində 

mümkündür.İnnovasiya  fəaliiyəti,  innovasiyanı  reallaşdırançoxmərhələli  prosesdir. 

Həmin mərhələlər müxtəlif mənbələrdə fərqli şəkildə şərh olunsa da, ardıcıllıq əsasən 

aşağıdakı kimi təqdim olunur: 

-   Fundamental tədqiqatlar. 

-  Tətbiqi  tədqiqatlar.  Həmin  araşdırmalar  fundamental  tədqiqatların 

nəticələrinin  həyata  keçirilmə  imkanılarını  müəyyənləşdirməklə  bəzi  təshihlər  üçün 

elmi material verə bilər. 

-  İşləmələr.  Bu  mərhələdə  yeni  ideyanın  maddiləşdirilməsi  istiqamətində 

fəaliyyət həyata keçirilir. 

-  Lahiyələndirmə.  Yeni  qurğunun,  cihazın,  maşının,texnologiyanın  texniki 

dildə  təsviri  məhz  bu  mərhələdə  reallaşır.  Belə  ki,  bu  zaman  eskizlər  hazırlanır, 

modellər işlənir, hesablamalar aparılır. 

- Yeni məmulatların və ya texnologiyalar yaradılması. 

- Həmin məmulatların sınaqdan keçirilərək mənimsənilməsi. 

-  Real istehsal prosesinin başlaması və davamlı istehsalın təmin olunması. 

- Marketinq - yeni məhsulun bazara çıxarılması və  sonistehsalçıya çatdırılması 

- Satış və satışdan sonrakı xidmət.  

-  İnnovasiyanın  həyat  dövrü.Həmin  dövr  elmi  ideyanın  kommersiyalaşma 

anına  qədərki  müddəti  əhatə  edir.  Haqqında  danışılan  dövr  kimi  elmi  ideyanın 

maddiləşərək öz xərcini ödəməsinə qədər keçən müddət də qəbul oluna bilər. 

-Sınaq və satış. Ötən əsrin 70-80-ci illərində yaradılmış elm istehsalat birlikləri 

tətbiqi tədqiqatlardan başlayaraq sonuncu satış mərhələsinə kimi innovasiya tsiklinin 

bütün  mərhələlərini  özündə  birləşdirirdi.  Müstəqillik  dövründə  də  respublikamızda 

analoji qaydada fəaliyyət göstərən təşkilatlar vardır. 

 İnoovasiya  və  yenilik  anlayışlarının  oxşar  və  fərqli  cəhətlərini  araşdırmadan, 

qeyd edək ki, kollektiv fəaliyyətin özünəməxsus növü kimi innovasiya fəaliyyəti, ilk 

növbədə:  texnoloji,  təşkilatı  və  sosial  yenilikləri  ehtiva  edir.  Son  dövrün  

mənbələrində  innovasiya  fəaliyyətinin  elmi  təməli  və  nəzəri  bazisini  ifadə  etmək 

üçün innovatika anlayışından istifadə olunur. “İnnovatika adı altında elmi fəaliyyətin 




 

 



nəzəri  əsaslarının  innovasiyanın  proqnozlaşdırılması  və  yaradılması,  elmi 

metodologiya  və  üsulların  hazırlanması  və  inkişafı  ilə  məşğul  olan  elmi  fəaliyyətin 

istiqaməti,  həmçinin  innovasiya  fəaliyyətinin  və  innovasiyanın  tətbiqinin 

planlaşdırılması və təşkili üsulları başa düşülür”( 1, s. 47 ). 

İnnovatikanın  elmi  istiqamət  kimi  təşəkkülü  sahələrarası  əlaqələrin  təhlili  və 

proqnozlaşdırılması  baxımından  metodoloji  təkmilləşdirmələrlə  müşayiət  olunur. 

Müvafiq  metodologiya,  demək  olar  ki,  elmlərin  inteqrasiyasına  əsaslanır.  Həmin 

metodologiya  müxtəlif  elm  sahələrinin  tətbiqi  nəticələrini  vahid  konteksdə 

qiymətləndirməklə,  onların  iqtisadi  səmərə  verən  istiqamətlər  üzrə  istifadəsinin  üsul 

və  qaydalarının  məcmusunu  ifadə  edir.  Sistem  yanaşmasının  sintetik  imkanlarının 

reallaşdırılması  baxımından  innovatika  tətbiqi  aspekti  önə  çəkməklə,  fundamental 

tədqiqatların prioritetlərinin yenidən nəzərdən keçirilməsi üçün şərait yaradır. 

Optimal  qərarların  qəbul  edilməsi,  mahiyyət  etibarı  ilə  müxtəlif  resurslardan 

istifadənin  ən  səmərəli  vektorlarını  müəyyən  etməklə,  innovasiya  fəaliyyəti  üçün 

əlverişli  mühit  formalaşdırır.  Həmin  mühit  mütərəqqi  texnologiyaların  maddi 

nəticələrindən  tutmuş,  süni  intellektual  sistemlərə  qədər  komponentlərin  dinamik 

məcmusu  qismində  təzahür  edir.  Innovasiya  qərarlarının  nəticəsi  innovasiya 

fəaliyyətində, həmin fəaliyyətin yekunu isə yeni məhsul və ya xidmətdə ifadə olunur. 

Odur  ki,  innovatika,  artıq  qeyd  olunduğu  kimi  proses  və  məhsul  innovasiyalarının 

yaranmasının  metodoloji  əsasını  təşkil  edir.  Əlbəttə,  eyni  zamanda,  innovatikanın 

nəzəri əsasları da formalaşmaqda  davam edir. Həmin əsaslara ideyalar, yeni biliklər 

və hipotezlər aid edilir.  

Nəzəri innovatikanın obyekti mürəkkəb təşkilatı – texniki innovasiya sisteminin 

layihələndirilməsi  və  proqnozlaşdırılmasından  ibarətdir.  Nüfuzlu  elm  mərkəzlərinin 

rəyinə  görə,  sözügedən  sistemin  optimal  rejimdə  fəaliyyət  göstərməsinin  nəzəri 

problemləri  innovatikanın  predmetini  təşkil  edəcəkdir.  İnnovatikanın  elmi  istiqamət 

kimi təşəkkülü innovasiya fəaliyyəti və azad sahibkarlığın vəhdətindən, başqa sözlə 

onların  birgə  üstünlüklərinin  reallaşmasından  asılıdır.  Bununla  belə,  untmaq  olmaz 

ki,  sahibkar  təşəbbüskarlığı,  kifayət  qədər  dayanıqlı  bazara  daxil  olmağa,  heç  də 



 

 



həmişə imkan vermir. Odur ki, təşəbbüskarlığın və yenilik axtarışının yeni keyfiyyət 

səviyyəsində çulğaşması innovativ fəallığın həlledici şərtinə çevrilir.  

Müxtəlif  sahələrdə,  o  cümlədən  sənayedə    innovasiya  fəallığı  iqtisadi  fəallığın 

xüsusi  növü  kimi,  yüksək  risk  ehtimalı  ilə  fərqlənir.Innovasiya  fəaliyyətində  riskin 

bütün  növləri  ilə  rastlaşmaq  ehtimalı  yüksəkdir.  Iqtisadi  innovasiya  fəaliyyətində 

qarşıya çıxan risklər sırasında maliyyə və kommersiya riskləri xüsusi qeyd olunmalı, 

onların  qerçəkləşməsini  şərtləndirən  amillərin  təsiri  kəmiyyət  və  keyfiyyət 

baxımından təhlil edilməlidir. Ümumiyyətlə demək olar ki, innovasiya fəaliyyətinin 

idarə olunması, əhəmiyyətli dərəcədə risklərin idarə edilməsi məsələsinə gətirilir. Bir 

sıra  hallarda  profilaktiki  tədbirlərin  hazırlanması  və  həyata  keçirilməsi,  əsasən 

iqtisadi  texnologiyaların  tipikləşdirilməsi  istiqamətində  tədqiqatların  nəticəsindən 

asılı  olur.  İnnovasiya  fəaliyyətinin  iqtisadi  səmərəsi,  gözlənilən  və  qismən 

gözlənilməyən itkiləri minimumlaşdırmaqla, yeniliyin faydalığının (iqtisadi, texnoloji 

və s. ) yüksəldilməsi hesabına təmin olunur. 

İntensiv  inkişaf  şəraitində  innovasiya  elementlərinin  güclənməsi,  artım 

(ənənəvi) iqtisadiyyatının müasir dövrdə xarakterik xüsusiyyətlərindən biridir. Odur 

ki, innovasiyalı-intensiv inkişafın iqtisadi problemləri aktuallığı ilə fərqlənir. Bununla 

belə,  hazırda  artım  iqtisadiyyatının  yaratdığı  ekoloji  problemlərin  aradan 

qaldırılmasına  və  ya  yumşaldılmasına  yönəlmiş  innovasiya  fəaliyyətinin 

səciyyələndirilməsi  məsələlərinə  də  diqqət  artırılmalı,  həm  nəzəri,  həm  də 

metodoloji-praktik  aspektlərə  qarşılıqlı  asılılığı  nəzərdə  tutan  vahid  kontekstdə 

araşdırmalar aparılmalıdır. 

 

İntensiv inkişaf edən ərazilərdə (iqtisadi oykumenlərdə) innovasiya fəallığı və 



həmin ərazilərdə yerləşən müəssisələrin innovasiya bazarındakı fəallığı məsələlərinə 

lazımi diqqət verilməlidir.  Həmin diqqət bu və ya digər sahədə innovasiya fəallığının 

stimullaşdırılmasının  müxtəlif  aspektlərini  əhatə  edə  bilər.  Məhz  iqtisadi 

oykumenlərdə  innovasiya  layihələrinin  qiymətləndirilməsi  təcrübəsi    daha  böyük, 

innovasiyalı texnologiyalara maraq daha yüksəkdir.   

 

İnnovasiyaların  investisiyalaşmasına  gəldikdə  isə,  həmin 



proseslərin 

tənzimlənməsi sosial-iqtisadi və elmi-texniki siyasətin prioritetlərinə əsaslanmaqla  




 

 



innovasiya  mühitinin  və  investisiyaya  tələbatın  ödənilməsi  vəziyyətinin 

qiymətləndirilməsini  nəzərdə  tutur.  İnvestorların  istifadə  etdikləri  vasitələr  elm 

tutumlu 

və 


innovasiya 

yönümlü 


fəaliyyət 

rejimlərinin 

tələblərinə 

uyğunlaşdırılmalı,  investisiya  layihələrində  icraçıların  innovasiya  prosesinə  cəlb 

edilməsi prioritet  olmalıdır. 

İnnovasiyaların  maliyyə  mənbələri  müxtəlif  olsa  da,  əksər  hallarda  xüsusi 

vəsait  hesabına  elmi  ideyaların  kommersiyalaşması  daha  perspektivli  görünür. 

Xarici  təcrübə  göstərir  ki,  şirkətlər  iqtisadi  müstəqillik  şəraitində  daha  sürətli 

innovativ  addımlar  atırlar.  Belə  vəziyyəti  ümumiləşdirməyə  cəhd  etsək  deyə 

bilərik  ki,  inkişaf  yönümlü  sənaye  müəssisənin  innovativ  fəallığı  onun  iqtisadi 

müstəqilliyi  səviyyəsi  ilə  əlaqədardır.  Əlbəttə,  cəlb  edilmiş  vəsait  hesabına 

innovativliyi prioritetə çevirmiş şirkətlər də vardır (xüsusilə, Yaponiya və Cənubi 

Koreyada),  lakin  onlar  risklərin  bölüşdürülməsinin  daha  əlverişli  və  mükəmməl 

mühitində fəaliyyət göstərirlər.  

Postsovet  ölkələrinin,  xüsusilə,  Rusiya  Federasiyası  və  Qazaxstan 

Respublikasının  təcrübəsində  yerli  istehsalçıların  maraqlarına  xidmət  edən 

innovasiya fondlarının yaradılması və fəaliyyəti diqqətə layiqdir. Həmin fondların 

yaradılmasında  dövlət  və  özəl  bölmənin  iştirakı  nisbətləri  fərqli  olsa  da, 

mənbələrin  müxtəlifliyi  və  çoxsaylı  olması,  risklərin  bölgüsü  və  yenidən 

bölgüsündənəzərəçarpacaq  üstünlüklər  verir.  Digər  tərəfdən,  bir  çox 

tədqiqatçıların  təklif  etdiyi  kimi,  innovasiya  fondlarının  dövlət  büdcəsi  hesabına 

yaradılması,  rəqabət  üstünlüklərindən  istifadə  imkanlarının  məhdudlaşmasına, 

tranzaksiya xərclərinin artmasına səbəb olur. 

Əlbəttə,  innovasiya  fondlarının  bank  və  şirkətlərin  iştirakları  hesabına 

formalaşdırılmasında  da  iqtisadi  və  institusional xarakterli  çətinliklər  az deyildir. 

Həmin çətinlikləri aradan qaldırmaq üçün: 

-  innovasiya  fondlarının  vəsaitlərinin  bölüşdürülməsində,  tam  şəffaflıq  və 

yerli istehsalçılara himayə tələblərinə riayət olunan tenderlərin əsas alət olması; 

-  innovasiyalı  fəaliyyətin  maliyyə  təminatı  prioritetlərinin  əsaslandırılmasında 

indikativ planlaşdırmanın təbiqi; 




 

10 


 

-adekvat institusional təminatın yaradılması; 

-  dövlətin  elmi-texniki  və  investisiya  siyasəti  prioritetləri  ilə  ziddiyyət  təşkil 

etməməsi zəruridir. 

İnnovasiyaların  vençur  maliyyələşdirilməsi  vençur  kapitalının  özünəməxsus 

cəhətlərinə  əsaslanır.  Həmin  cəhətlər,  ilk  növbədə  vençur  kapitalının  ən  yüksək 

potensial  mənfəətə  yönəlməsində,  çox  da  böyük  olmayan  məbləğində,  digər 

vəsaitlərə  nisbətən  daha  uzun  müddətə  qoyulmasında,  səhmdar  kapitalı  formasında 

fəaliyyətində  ifadə  olunur.  İnnovasiyaların  vençur  maliyyələşdirilməsinin  üstünlük-

ləri  qismində,  hər  şeydən  əvvəl:  -  əməyin  stimullaşdırılmasının  daxili  motivlərinın 

reallığında  (şirkətin  hər  bir  işçisinin  pay  sahibi  olması  səbəbindən),  idarəetmə 

məsrəflərinin  aşağı  səviyyəsində  (innovativ  fəaliyyət  iştirakçılarının  az  saylı  olması 

səbəbindən) qeyd olunmalıdır.   

 

İnnovasiya  fəaliyyətinin  investisiyalaşması  proseslərinin  tənzimlənməsi 



imkanları bu və ya digər sahənin kreditləşdirilməsi vəziyyətindən asılıdır. Həmin 

kreditləşmədə dövlətin fəal iştirakı innovasiya bazarında fəallığa müsbət təsir edir.  

Sənayedə  investisiya  layihələrinə  ayrılan  vəsaitlərin  səmərəliliyinin 

qiymətləndirilməsi  zamanı,  müvafiq  mənbələrdə  göstərildiyi  kimi,  aşağıdakıların 

nəzərə alınması zəruridir: 

- bazarın konkret seqmentində konyunkturun əsas xarakteristikaları; 



-  konkret  sahənin  məhsuluna  tələbdə,  buraxılan  məhsulun  həcmi  və  çeşidində 

baş verən dəyişikliklər; 

-  istehsalın  resurs  təminatında,  o  cümlədən  maddi  və  intellektual  resursların  

qiymətindəki tərəddüdlər; 

-  məhsulun  və  onun  son  istehlakçıya  çatdırılması  prosesinin  rəqabətə 

davamlılığında innovasiyaların yeri və rolu; 



-  istehsalda  miqyas  effektinin  reallaşması  vəziyyəti,  o  cümlədən,  məhsul  bu-

raxılışının artması müqabilində şərti-daimi məsrəflərin dəyişməsi traektoriyası və s. 

Yeri  gəlmişkən,  adətən,  sözün  həqiqi  mənasında  yeni  keyfiyyət  səviyyəsini 

nəzərdə  tutan  innovasiyaların  investisiyalaşması  zəruriliyini  ənənəvi  göstəricilər 

sistemi  ilə  əsaslandırmaq  olduqca  problemlidir.  Odur  ki,  zənnimizcə  innovasiyalar 



 

11 


 

statistikasının daha sürətlə formalaşdırılması istiqamətində elmi-metodoloji və emprik 

araşdırmalar  sürətləndirilməlidir.Qabaqcıl  ölkələrdə  innovasiya  siyasətinin  həyata 

keçirilməsi  təcrübəsi  göstərir  ki,  elmi  ideyanın  texnoloji  reallaşması  və 

kommersiyalaşmasının 

informasiya 

təminatının, 

ümumilikdə 

innovasiyalar 

statistikasının  formalaşdırılmasında  analogiyalara  əsaslanmaq,  heç  də  həmişə  lazımi 

səmərə vermir.  

Sənayedə  riskli  innovasiya  layihələrin  həyata  keçirilməsi  qloballaşma 

proseslərinin  intensivləşməsi,  paralel  fəaliyyətlərin  nadir  hal  olmaması  faktına 

xüsusi  diqqət  yetirməyi  tələb  edir.  Məsələ  ondadır  ki,  sürətlənən  inteqrasiya 

prosesləri, çoxaspektli qloballaşma amilinə rəqabət və risk müstəvisində baxmağı 

həyati  əhəmiyyətli  məsələyə  çevirmişdir.  Digər  tərəfdən  innovasiya  fəallığının 

qeyri-qənaətbəxş  səviyyəsi  sənayedə,  əksər  hallarda,  demək  olar  ki,  nəinki 

ixracyönlüinkişafa, hətta daxili bazara hesablanmış fəaliyyətə belə imkan vermir. 

Nəticədə daxili istehsal və resurs potensialından bu və ya digər dərəcədə istifadə  

prosesləri ləngiyir, ayrı-ayrı istehsalçı subyektlərin iflası təhlükəsi yaranır.  

İnnovasiyalı  investisiya  proseslərinin  dəstəklənməsində  intellektual 

mülkiyyətin  qorunması,    normativlərin  və  standartların  hazırlanması  prosesinin 

sadələşdirilməsi,  gömrük-vergi  stimullaşdırılması,  antiinhisar  tədbirləri  və  haqsız 

rəqabətlə mübarizə istiqamətləri ön planda olmalıdır. 

İnnovasiya  fəaliyyətinin  və  sənaye  istehsalının  innovativliyinin  konseptual 

məsələlərinin  həllində,  adekvat  innovasiya  siyasətinin  həyata  keçirilməsinin  elmi-

nəzəri,  metodoloji,  texniki,  texnoloji  və  digər  aspektlərində  uğurlar  mükəmməl 

informasiya 

təminatı 

sayəsində 

mümkündür. 

Bu 


baxımdan 

ideyaların 

kommersiyalaşmasının  bütün  mərhələlərini  əhatə  edən informasiya  xidmətinin  təşkili 

aşağıdakı tələblərə cavab verməlidir: 

-  innovativ  fəaliyyətin  sahə    və  ərazi  istiqamətləri  qarşılıqlı  əlaqədə 

əsaslandırılmalıdır; 

-  ideyaların  kommersiyalaşmasının  texnoloji-iqtisadi  mərhələlərində  interaktiv 

rejim, istisnasız olaraq tətbiq edilməlidir; 




 

12 


 

-  informasiya  münasibətləri  kreativ  xarakterli  olmaqla,  ənənəvi  informasiya 

sistemlərində fəaliyyət prinsipləri ilə ziddiyyət təşkil etməməlidir. 

Sənayedə  innovasitiv  fəaliyyət  istehsal  fəaliyyətinin  miqyası,  intensivliyi  və 

ekoloji təmizliyi amilləri arasında münasibətlərin qarşılıqlı qiymətləndirilməsini tələb 

edir.  Tədqiqatlar  və  əldə  olunmuş  təcrübə  göstərir  ki,  sadalanan  amillər  arasında 

mövcud olan qarşılıqlı əlaqələrin birmənalı şəkildə qiymətləndirilməsi heç də həmişə 

mümkün  deyildir.  Sənayedə  miqyas  və  intensivlik,  intensivlik  və  ekoloji  təmizlik 

amillərinin ziddiyyətli təsiri heç də nadir hal deyildir. Haqqında danışılan ziddiyyətli 

məqamlar, əsasən resursqoruma və həyat keyfiyyəti meyarları baxımından  yanaşma 

zamanı əyani təzahürlərə malik olur. 

Yuxarıda göstərilənləri ümumiləşdirərək, qeyd edək ki: 

-  innovativ  düşüncə  tərziqədimliklə  yeniliyin  üzvi  vəhdətini  nəzərdə  tutan 

birgəyaşayış meyarlarının önə çəkilməsini nəzərdə tutur

-  innovasiya  fəaliyyətinin  səciyyələndirilməsinə  sadələşdirilmiş  yanaşma 

yolverilən  deyildir.  Çünki,  innovasiya  fəaliyyəti  mürəkkəb  və  çoxsayı  subyektlərin 

birbaşa və ya dolayı yolla iştirak etdiyi fəaliyyət növüdür; 

 

-  innovasiya  fəaliyyətinin,  sözün  həqiqi  mənasında  bazara  yönümlü  olması, 



onun maliyyə təminatının mühüm şərtidir; 

 

-  hazırda  artım  iqtisadiyyatının  yaratdığı  ekoloji  problemlərin  aradan 



qaldırılmasına  yönəlmiş  innovasiya  məsələlərinə  diqqət  artırılmalı,  nəzəri  və 

metodoloji-praktik aspektlərə  vahid kontekstdə baxılmalıdır. 



 

Ədəbiyyat 

1.Qasımov F.H., Nəcəfov Z. M. Innovasiyalar: yaranması, yayılması və inkişaf 

perspektivləri. Bakı, “Elm”, 2009, 416 s. 

2.  İsgəndərov  R.K.  Elmi-texniki  tərəqqi:  sosial  –  iqtisadi  aspektlər.  Bakı,”Elm 

və təhsil ”, 2010, 636 s. 

3.Salahov  S.V.  Aqrar  sahənin  innovasiya  yönümlü  inkişafının  konseptual 

əsasları. “İnnovasiyalı kənd təsərrüfatı istehsalının formalaşdırılması problemləri”nə 



 

13 


 

həsr edilmiş beynəlxalq elmi-praktik konfransın materialları. Bakı, Az ETKTİ və Tİ, 

2010, s. 8-18 

4.  Əliyev  Ə.Q,  Şahverdiyeva    R.O.  Innovasiya  strukturlarının  fəaliyyət 

səmərəliliyinin  kompleks  qiymətləndirilməsinin    elmi-metodoloji  əsasları.  AMEA 

Xəbərlər, Elm və innovasiya, 2011, №1 (5), s.23-32  



  5.Tağıyev A.H. Innovasiya. 5 saylı broşura. Bakı, “Təknur”, 2012, 54 s. 

 

 

Вопросы инновационной деятельности и инновативности промышленного 

производства 

 

РЕЗЮМЕ 

Расулов К.А. 

 

В  условиях  ужесточение  конкурентной  борьбывозрастает  роль 



инновационной  деятельности  в  промышленности.    В  статье  рассмотрены 

концертуальные  вопросы  инновационной  деятельности,  выявлены  факторы 

обуславливающие  инновативности  промышленного  производства,  оценены  их 

влияние. Исследованы процессы коммерциализации  идей и их экономическая 

эффективность.

 

Ключевые  слова:  инновационная  деятельность,  промышленность, 

коммерциализация идей, экономическая эффективность. 

Xülasə 

  Rəqabət  mübarizəsinin  kəskinləşməsi  şəraitində  sənayedə  innovasiya 

fəaliyyətinin  rolu  artır.  Məqalədə  sənayedə  innovasiya  fəaliyyətinin  konseptual 

məsələləri araşdırılmış, sənaye istehsalının  innovativliyini şərtləndirən amillər aşkar 

edilmiş, onların təsiri qiymətləndirilmişdir. İdeyaların kommersiyalaşması prosesləri 

və onların iqtisadi səmərəliliyitədqiq olunmuşdur. 



Açar  sözlər:  innovasiya  fəaliyyəti,  sənaye,  ideyaların  kommersiyalaşması, 

iqtisadi səmərəlilik. 

 

Yüklə 99,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə