Resolution of the Cabinet of the Ministry of the Republic of Azerbaijan on "Transboundary movements of hazardous wastes"



Yüklə 59,26 Kb.
tarix18.04.2018
ölçüsü59,26 Kb.
#39442


Resolution of the Cabinet of the Ministry of the Republic of Azerbaijan on "Transboundary movements of hazardous wastes"



AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

Q Ə R A R

167



Bakı şəhəri, 25 iyul 2008-ci il

«Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası»nın təsdiq edilməsi haqqında
«İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 iyul tarixli 609 nömrəli Fərmanının 1.7-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. «Təhlükəli tullantıların sərhədlərarası daşınması Qaydası» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının

Baş naziri A. Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 iyul tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmişdir
Təhlükəli tullantıların sərhədlərarası daşınması

QAYDASI

1. Ümumi müddəalar

1.1 Bu Qayda təhlükəli tullantıların istifadə məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalım, ixracmı və tranzit daşınmasını tənzimləyir.

1.2. Təhlükəsiz emalı mümkün olmayan təhlükəli tullantıların tranzit.
daşınması, basdırılması və zərərsizləşdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasına gətirilməsi qadağandır.


  1. Təhlükəli tullantıların sərhədlərarası daşınması Azərbaycan Respublikasının qanunvericiliyində və onun qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq həyata keçirilir.

  2. Təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisindən «Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası»nın (bundan sonra - Bazel Konvensiyası) üzvü olmayan ölkəyə ixracı (bu ölkə ilə Azərbaycan Respublikası arasında təhlükəli tullantıların sərhədlərarası daşınması barədə müqavilənin imzalanması halları istisna olmaqla) qadağan edilir.

2. Təhlükəli tullantıların sərhədlərarası daşınması

2.1. Təhlükəli tullantıların istifadə məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalı, ixracı və tranzit daşınmaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən icazə əsasında həyata keçirilir.

Razılıq verilərkən aşağıdakı meyarlar nəzərə alınır:

təhlükəli tullantıları idxal edən dövlətdə tullantıların ekoloji təhlükəsiz istifadəsi və ya kənarlaşdırılması mümkündürsə;

idxal edən dövlətdə təhlükəli tullantılardan xammal kimi istifadəyə tələb varsa;

təhlükəli tullantıların sərhədlərarası daşınması Bazel Konvensiyasının məqsədlərinə zidd olmayan digər meyarlara cavab verirsə.

2.2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə və bu nazirliyin verdiyi icazə əsasında Azərbaycan Respublikasının ərazisinə idxal, ixrac edilən və tranzit daşınan, habelə təhlükəsiz emalı mümkün olmayan, tranzit daşınması, basdırılması və zərərsiziəşdirilməsi məqsədi ilə Azərbaycan Respublİkasına gətirilməsi qadağan olunan təhlükəli tullantıların siyahılarını Azərbaycan Respublikasının qanunvericiliyində və onun qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq hər il dəqiqləşdirərək, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə təqdim etməlidir.

2.3. Tullantıların sərhədlərarası daşınmasına icazə almaq üçün təhlükəli tullantıların sərhədlərarası daşınmasını həyata keçirmək niyyətində olan fiziki və hüquqi şəxslər* (bundan sonra - ərizəçi) bu tullantıların daşınmasından 60 gün əvvəl Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət etməlidirlər.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı;

fiziki şəxslər üçün - soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən vəsiqə haqqında məlumat (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı).

Ərizə ilə birlikdə aşağıdakı sənədlər təqdim olunmalıdır:

hüquqi şəxslərin dövlət qeydiyyatı barədə hüquqi sənədin (şəhadətnamənin) surəti;

fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

təhlükəli tullantıların sərhədlərarası daşınmasına dair bildiriş;

təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini göstərən sənədlər;

təhlükəli tullantıların pasportunun surəti;

tullantıların sərhədlərarası daşınmasında iştirak edən dövlətlərin müvafiq icazəsi və icazəni verən səlahiyyətli orqanının ünvanı;

daşınmanın müvafiq qanunvericiliyə uyğun həyata keçirilməsi üçün xüsusi avadanlıqların və müvafiq işarələrlə təchiz olunmuş nəqliyyat vasitələrinin olması (nəqliyyat vasitələrinin texniki vəziyyəti, onların nömrəsi, markası, tipi) və təhlükəli tullantıların bu nəqliyyat vasitələrində daşınması ilə bağlı təhlükəsizlik tələblərinə əməl olunması barədə aidiyyəti üzrə razılaşdırılmış məlumat (marşrut, daşınma qrafiki, idxalı və ya Azərbaycan Respublikasının ərazisindən keçməklə, tranzit daşınması zamanı baş verə bİləcək qəza hallarının ləğv edilməsinə dair müvafiq qaydada tərtib olunmuş tədbirlər planı);
________________________________________

* Bu şəxs təhlükəli tullantıların daşıyıcısı, sahibi (mülkiyyətçisi) ola bilər

idxal olunan tullantıların emalı (kənarlaşdırılması, basdırılması, yerləşdirilməsi, utilizasiyası) üçün qurğuların, qurğuların mülkiyyətçisinin ünvanı və emal üsullarının, həmçinin təhlükəli tullantıların ətraf mühit üçün təhlükəsiz emalının təsviri;

tullantıların sərhədlərarası daşınması zamanı təhlükəsizliyin (sığorta, girov) təmin olunduğunu təsdiq edən sənədin surəti;

ərizəçi təhlükəli tullantıların sərhədlərarası daşınmasını təşkil edirsə, daşınması nəzərdə tutulan tullantıların sahibi (mülkiyyətçisi) ilə bağlanmış müqavilənin (və ya etibarnamənin) surəti.



Qeyd. Notariat qaydasında təsdiq edilmiş sənədlərin surəti onların əsli göstərilməklə təqdim olunmalıdır.

2.4. Ərizəçinin müraciəti və bu Qaydanın 2.3-cü bəndində nəzərdə


tutulmuş sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyində xüsusi kitabda qeydə alınmaqla, qəbul edilir və bu barədə 10
gün müddətində ərizəçiyə rəsmi məlumat verilir.

Məlumatda aşağıdakılar göstərilməlidir:

təhlükəli tullantıların sərhədlərarası daşınmasına dair bildirişin alındığı tarix;

qərar qəbul etmək üçün bildirişdə və əlavə olunan sənədlərdə lazımi məlumatların olub-olmaması;

təhlükəli tullantıların xüsusiyyətlərindən asılı olaraq, digər məlumatların tələb edilməsi.

2.5. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər


Nazirliyi ərizəçi tərəfindən təqdim olunmuş sənədləri qeydə alındığı gündən
təhlil edir. İmtina üçün əsas olmadıqda, təhlükəli tullantıların istifadə
məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalına, ixracına və
tranzit daşınmasına icazə verilir. Bu barədə Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərİzəçiyə, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsinə və tullantıların sərhədlərarası
daşınmasında iştirak edən dövlətlərin müvafiq səlahiyyətli orqanlarına
daşınma barədə bildiriş göndərir.

Bu bildirişə aşağıdakı sənədlər və məlumatlar əlavə olunmalıdır:

təhlükəli tullantıların istifadə məqsədi ilə Azərbaycan Respublikasının ərazisinə idxalı, ixracı və tranzit daşınması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmış qərarının surəti; ərizəçinin adı, ünvanı və əlavə məlumatlar;

təhlükəli tullantıların miqdarını, onların daşınma məqsədini və təyinat yerini göstərən sənədlər;

təhlükəli tullantıların pasportunun surəti;

tullantıların sərhədlərarası daşınmasında iştirak edən dövlətlərin müvafiq icazəsi və icazəni verən səlahiyyətli orqanlarının ünvanları;

təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisində daxil olacağı gömrük məntəqəsinin adı və ünvanı;

digər zəruri məlumatlar.

2.6. Bu Qaydanın 2.1-ci və 2.3-2.5-ci bəndlərində göstərilən əsaslarla təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisinə idxalına, ixracına və tranzit daşınmasına icazə verilməsindən imtina edildiyi halda, ərizəçiyə imtinanın səbəbləri göstərilməklə, yazılı məlumat verilir və həmin səbəblər aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim olunduqdan sonra onlara 10 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

2.7. Azərbaycan Respublikasının ərazisinə idxalına, ixracına və tranzit daşınmasına icazə verilməsindən aşağıdakı hallarda imtina edilir:

bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

təqdim edilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı olmadıqda.


  1. Ərizəçi tərəfindən təqdim edilən məlumatların həqiqətə uyğun olmasını, ərizəçinin, təhlükəli tullantıların kənarlaşdırılmasına cavabdeh şəxsinin texniki imkanlarını müəyyənləşdirmək və daşınmaya nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq qanunvericiliyə uyğun olaraq müstəqil və ya qanunvericilikdə nəzərdə tutulmuş digər aidiyyəti orqanlarının mütəxəssislərini cəlb etməklə, araşdırma apara bilər.

  2. Azərbaycan Respublikasının eyni dövlət sərhədlərinin buraxılış məntəqəsindən təkrar keçməklə, təhlükəli tullantıların sərhədlərarası müntəzəm daşınmasına ehtiyac olarsa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daşınmanı həyata keçirən eyni bİr şəxsə (ərizəçiyə) ümumi bildirişdən istifadə etməklə, daşınmaya bir il müddətinə icazə verilə bilər. Bu icazə aşağıdakı şərtlərlə verilir:

tullantıların sərhədlərarası daşınmasında iştirak edən dövlətlərin eyni dövlət sərhədlərinin buraxılış məntəqəsindən keçirilməsi nəzərdə tutulduqda və bu dövlətlərin yazılı razılığı olduqda;

tullantıların, kənarlaşdırılmaya cavabdeh eyni şəxsə göndərilməsi eyni müqavilə əsasında nəzərdə tutulduqda;

sərhəddən keçirilən hər bir tullantı eyni fiziki və kimyəvi xassələrə malik olduqda.

2.10. Sərhədlərarası daşınma zamanı təhlükəli tullantıların müəyyən


edilmiş xüsusiyyətlərə uyğun gəlmədiyi aşkar olunarsa, Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən daşınma dayandırıla
bilər və bu halda iki gün müddətində daşınmanın dayandırılması səbəbləri
göstərilən sənəd Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə təqdim olunmalıdır.
2.11. Təhlükəli tullantıların sərhədlərarası daşınması barədə
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə
müəyyən olunmuş qaydada məlumat təqdim edilir. Bu məlumatlar əsasında
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən Bazel Konvensiyasının Katibliyinə müvafiq qaydada hesabat
təqdim edir.

2.12. Təhlükəli tullantıların sərhədlərarası daşınmasının başa çatması


tarixi barədə ərizəçi Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyini müvafiq formaya uyğun olaraq xəbərdar edir.
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həmin
xəbərdarlıq əsasında tullantıların daşınmasında iştirak edən dövlətin müvafiq
səlahiyyətli orqanlarına bu barədə məlumat verir.

2.13. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər


Nazirliyi təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisinə
idxalının, ixracının və tranzit daşınmasının qanunvericilikdə müəyyən
olunmuş qaydada dövlət uçotunu və hesabatlarını aparır.

2.14. Təhlükəli tullantıların sərhədlərarası daşınmasına daİr bildiriş və


bu daşınmaya verilən icazənin nümunəvi formaları Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən tərtib və
təsdiq edilir.

3. Təhlükəli tullantıların sərhədlərarası daşınmasına qoyulan tələblər

  1. Təhlükəli tullantıların sərhədlərarası daşınması xüsusiləşdirilmiş və müvafiq qanunvericiliyin tələblərinə cavab verən avtomobillərlə, dəmiryol, dəniz, çay, hava nəqliyyatı ilə həyata keçirilə bilər.

  2. Təhlükəli tullantıların sərhədlərarası daşınmasında iştirak edən tərəflər (tullantıların sahibi (mülkiyyətçisi), tullantı daşıyıcısı və tullantıların kənarlaşdırılmasına cavabdeh şəxs) ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərin qarşısını almaqla (və ya minimuma endirməklə) daşınmanı həyata keçirməlidirlər. Daşınma təhlükəli tullantıların daşınmasına dair qanunvericiliyin tələblərinə riayət etməklə, yerinə yetirilir.

3.3. Azərbaycan Respublikasının ərazisində təhlükəli tullantıların
daşınması zamanı baş vermiş qəza nəticəsində tullantıların axması,
dağılması, yayılması baş verdikdə, korlanmış ərazilər tullantıların
sərhədlərarası daşınmasında iştirak edən tərəflərin hesabına təmizlənərək
bərpa edilməlidir.

3.4. Təhlükəli tullantıların sərhədlərarası daşınması zamanı


Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin və Bazel
Konvensiyasının tələblərinin pozulduğu aşkar olunarsa, Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bu
tullantıların sərhədlərarası daşınmasına verilən icazə dayandırıla bilər.

Daşınmanın dayandırılması barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə dərhal məlumat verilir. Bu məlumat əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən təhlükəli tullantıların sərhədlərarası daşınmasına yol verilməməsi üçün müvafiq tədbirlər görülməli və bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılmalıdır.

3.5. Təhlükəli tullantıların daşınması zamanı hər hansı qəza hadisəsi
baş verdiyi təqdirdə, daşıyıcı ilə operativ rabitə əlaqəsi yaratmaq imkanı
olmalıdır. Baş vermiş qəza və onun nəticələri barədə təhlükəli tullantıları
daşıyan şəxs tərəfindən ərizəçiyə, Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyinə və qanunvericilikdə nəzərdə tutulmuş digər
aidiyyəti orqanlara dərhal məlumat verilməlidir.

4. Təhlükəli tullantıların qanunsuz sərhədlərarası daşınmasına

görə məsuliyyət

4.1. Azərbaycan Respublikasından təhlükəli tullantıların ixracına


tullantılar idxal edilən dövlətin və ya tullantıların tranzit daşınmasında iştirak
edən dövlətlərin razılığı alınmadan icazə verilmir.

4.2. Təhlükəli tullantıların sərhədlərarası daşınması aşağıdakı hallarda


qanunsuz hesab edilir:

təhlükəli tullantıların sərhədlərarası daşınmasında maraqlı olan dövlətlər tullantıların daşınması barədə xəbərdarlıq edilmədikdə;

təhlükəli tullantıların sərhədlərarası daşınmasında maraqlı olan dövlətlərin tullantıların daşınmasına yazılı şəkildə razılığı alınmadıqda;

təhlükəli tullantıların sərhədlərarası daşınmasında maraqlı olan dövlətlərin razılığının saxtalaşdırılma yolu və alınması və ya daşınmaya aid sənədlərdə uyğunsuzluq olduqda;

idxal, ixrac və tranzit daşınmaları zamanı təhlükəli tullantıların bilərəkdən təhlükəli şəkildə kənarlaşdırılması məqsədi güdüldükdə;

müvafiq qanunvericiliyin tələblərinin pozulması aşkar olunduqda.



  1. Təhlükəli tullantıların sərhədlərarası daşınmasında müvafiq qanunvericiliyin tələblərini pozan fiziki və hüquqi şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar.

  2. Təhlükəli tullantıların Azərbaycan Respublikasının ərazisinə qanunsuz idxalı və ya ərazisindən tranzit daşınması aşkar olunduqda, həmin tullantılar daşınmada iştirak edən tərəflərin hesabına təhlükəli tullantıların məxsus olduğu dövlətə geri qaytarılır və ya Bazel Konvensiyasında nəzərdə tutulmuş qaydada 30 gün müddətində sanitar-ekoloji baxımından təhlükəsiz üsullarla utilizasiya olunur.

_____________________________________________________







Yüklə 59,26 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə