Renessans dövründə maşınqayırma



Yüklə 953 b.
Pdf görüntüsü
səhifə12/40
tarix14.01.2018
ölçüsü953 b.
#20724
1   ...   8   9   10   11   12   13   14   15   ...   40

Sənaye inqilabı 
 
259 
 
ölkədən çixarmalarına məhdudiyyət qoyulmuşdur.  
X
Ι
X  əsrin  əvvəlində  buxar  maşını  Böyük  Britaniyada  əsas  istehsal 
maşını  kimi  tətbiq  olunmağa  başlayır.  1800-cü  ildə  Vatta  mənsub 
patentin  ləğvindən  sonra,  bu  maşınlara  qoyulan  məhdudiyyətlər  aradan 
qaldırılır. Bununla istismarda olan buxar maşınlarının sayı 1800-cü ildə 
2200-dən 1822-ci ildə 10 000-ə çatır [2.7]. 
X
Ι
X  əsrdə  mexaniki  emalın  inkişafı  buxarla  işləyən  gəmilərin  
yayılması  və  dəmir  yolunun  tikintisi  ilə  bağlı  idi.  1807-ci  ildə  ilk  dəfə 
olaraq amerikalı  Fulton  carxla  işləyən  buxar  gəmisini  düzəldir.  1836-cı 
ildə 
Smit 
və 
Errikson 
spiralformalı 
pərlə 
işləyən 
gəmini 
layihələndirirlər. 
Gəmi 
mühərriklərinin 
düzəldilməsi 
və 
təkmilləşdirilməsi sahəsində yeni mühəndislərin formalaşması başlayır.  
Mançester  və  Liverpul  arasında  dəmir  yolunun  açılması  metal  emal 
edən  dəzgahına  qoyulan  tələbləri  artırır.  Bir  çox  müəssisələr 
lokomotivlərin  hazırlanması  ilə  məşğul  olur.  1802-ci  ildə  düzəldilmiş, 
yüksək  təzyiqlə  işləyən  buxar  maşınlarının  tətbiqi  böyük  sürətlər  əldə 
etməyə  imkan  verirdi.  Ancaq  bu  maşınların  hazırlanması  emal 
texnologiyası  qarşısında  yeni  məsələlər  qoyurdu  [2.9].  1847-ci  ildə 
dəmir  yolu  sahəsi  özünün  ən  yüksək  pilləsinə  çatır.  Bu  sahə  o  dövrdə 
İngiltərə  maşınqayırmasının  20  %-ni  təşkil  edirdi.  Dəzgahların  geniş 
tətbiqi  olmadan  qatarların  düzəldilməsi  mümkün  deyildi.  Ona  görə  də,  
sənayeləşmə  dövründə  dəzgahların  tətbiqi  ön  plana  çıxaraq,  aparıcı 
rollardan birini oynamağa başlamışdır.  
Bu  baxımdan  dəzgahqayırma  artıq  ümumi  maşınqayırmanın  hər 
hansı  bir  alt  təbəqəsinə  aid  olmaqdan  uzaqlaşmağa  başlayaraq,  ayrıca 
sahə  kimi  formalaşmağa  qədəm  qoyur.  İlk  dəfə  olaraq  Modsli 
dəzgahların  bir  məhsul  kimi  istehsalına  başlayıb,  onu  satışa  çıxarır. 
İngiltərədə  dəzgahqayırmanın  inkişafında  əsas  rollardan  birini  Modsli 
ilə  bərabər  Mark  Brunel  oynamışdır.  O,  1769-cu  ildə  Fransada  anadan 
olmuş,  bir  müddət  Amerikada  yaşayandan  sonra  1799-cu  ildə 
İngiltərəyə  köçmüşdir.  1814-cü  ildə  öz  şəxsi  hava  dəyirmanına  malik 
olan Brunel öncə ağac emalı dəzgahları ilə məşğul  olmuş və  bu  sahədə 


Sənaye inqilabı 
 
260 
 
çoxlu  sayda  ixtiralar  etmişdir.  O,  bundan  əlavə,  ilk  dəfə  olaraq  buxar 
maşını ilə işləyən gəmini düzəldir və 1816-cı ildə toxucu maşınını ixtira 
edir.  Ancag  onun  ingilis  maşınqayırmasında  yeri  “Portsmout” 
dəzgahlarının  düzəldilməsi ilə başlanır. Brunelin iştirakı ilə düzəldilmiş 
şaquli üstyonuş dəzgahının görünüşü şəkil 2.22-də verilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.22. Brunel və Modslinin birgə hazırladıqları üstyonuş dəzgahı. 
 


Sənaye inqilabı 
 
261 
 
Diqər  aparıcı  mühəndislərdən  biri  də  Yozef  Klement  (ingl.  Joseph 
Clement)  idi.  O,  1779-cu  ildə  anadan  olmuş,  Modsli  məktəbini 
keçmişdir.  18  yaşında  olan  Klement  Qlasqo  şəhərinə  gələrək  torna 
emalatxanasında  işləməyə  başlayır.  1814-cü  ildə  o  Maudsley&Fild 
firmasına  keçərək  mühəndis  kimi  fəaliyyətini  davam  etdirir.    1817-ci 
ildə  Klement  öz  müəssisəsini  yaratmaqla  məşğul  olur.  Klement  pis 
vəziyyətdə olan bir emalatxananı kirayəyə götürərək, orada kiçik ölçülü 
presizion  dəzgah  düzəldir.  O,  hələ  Qlazqoda  işləyərkən  yivkəsən 
alətlərin və oxboyu hərəkətli şpindelə malik dəzgahın layihələndirilməsi 
ilə məşğul olur. Bu dəzgah alət supportuna malik idi.  
Klement  öz  emalatxanasını  təşkil  edəndən  sonra  o  supporta  və 
avtomatik  korreksiyaya  malik  olan  yivkəsən  dəzgah  düzəldir.  Sonralar  
dəzgahda özü  mərkəzləyən patron tətbiq  edir və buna görə 1827-ci ildə 
“İncəsənət  cəmiyyəti”nin  qızıl  medalına  layiq  görülür.  Bundan  əlavə  o 
ilk  dəfə  olaraq  yivlərin  standartlaşdırılmasına  cəhd  edir.  Bu  işdə  ona 
şagirdi  Vitvoz  köməklik  edir.  Ancaq  bu  işi  onun  özü  sona  çatdıra 
bilməsə  də,  Vitvoz  yivlərin  normativlərini  hazırlayaraq  praktikada 
həyata keçirir.  
Maşınlarda  dəmir  hissələrin  geniş  tətbiq  olunması,  xüsusilə 
dəzgahlarda  tətbiq  olunan  prizmalar,  tekstil  maşınların  yönəldiciləri  və 
buxar  maşınlarının  itələyiciləri  müstəvi  səthlərin  tətbiqinə  olan  tələbatı 
artırmışdır.  Müstəvi  səthlərin  bülövlərlə  emal  olunması  artıq  nə 
keyfiyyət,  nə  də  kəmiyyətcə  zamanın  tələblərinə  cavab  vermirdi.  Buna 
görə  də,  X
Ι
X  əsrin  ortalarında  İngiltərədə  üstyonuş  dəzgahlarının 
düzəldilməsi  və  tətbiqi  sürətlə  yayılmağa  başlayır  və  müstəvi  səthlərin 
emalında  tətbiq  olunur.  Bu  dəzgahlardan  birini  20-ci  illərdə  Klement 
düzəldir.  
Klementin 
dəzgahqayırmanın 
inkişafındakı 
fəaliyyəti 
təkcə 
mühəndisliklə  məhdudlaşmırdı.  Onun  emalatxanası  da,  bir  məktəb 
olaraq neçə-neçə mühəndislərin yetişməsində böyük rol oynamışdır. 
Modsli, Brunel və Klement dəzgahqayırmanın bir sənaye sahəsi kimi 
formalaşmasında mühüm rol oynasalar da, bu  sahənin  İngiltərədə  inki- 


Yüklə 953 b.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə