Refereat I



Yüklə 94,77 Kb.
səhifə2/3
tarix12.04.2022
ölçüsü94,77 Kb.
#85374
növüYazı
1   2   3
VI Referat

3 .

Bakı geyimləri — Şəki və Şamaxı geyimləri ilə oxşarlıq təşkil edir. Geyimlərdə bənövşəyi və innabı rənglərin olmasına baxmayaraq, ağ və tünd mavi rənglər üstünlük təşkil edirdi. Paltarın hansı rəngdə olmasından aslı olmayaraq kənar bəzək və tikmələrində mavi və qızılı-sarı rənglərdən istifadə edilirdi. Beləliklə Bakı geyimlərində insanlar təbiət rənglərinə-ağ, mavi, qızılı-sarı, qum rənglərinə üstünlük verirdilər. Bakı geyimlərində tirmə parçadan bol-bol istifadə edilməsi Abşeron iqlimi ilə əlaqədar idi. Bakı qadınlarının üst çiyin geyimi "çəpkənnimtənə" adi çəpkəndən o qədər də fərqlənmirdi. Bakı qadın arxalıqlarının əsas xarakterik xüsusiyyəti yaxa kəsiyi ilə xarakterizə olunurdu. Arxalığın yaxa kəsiyi düzbucaqlı formada olur, arxalığın qolları dirsəkdən bir qədər yuxarı tikilən qolçaqları da çox vaxt düzbucaqlı formada kəsilirdi. Bakı arxalıqları həmçinin sadə biçimi ilə də seçilirdilər.

Qadın arxalıqları sadə tikilsədə dirsəkdən başlamış qondarma qolçaqla tamamlanırdı. Bu qolçaqların tikilişində bəzən başqa materiallardan istifadə edilirdi. Qadın arxalıqları digər bölgələrdən fərqli olaraq Abşeronda "don" adlanırdı və bu donlara bütün tikişlər boyunca bəzək verilirdi. İmkanlı qadınlar arxalıqların sinəsinə qızıl-gümüş qoza düymələr tikdirərdilər. Bakı qadınları eyni zamanda digər bölgələrdə (Şəki, Şirvan, Gəncəbasar və s.) olduğu kimi "ləbbadə"də geyərmişlər. Baş örtüyü olaraq çadradan istifadə olunurdu ki, bu da öz növbəsində Bakı arxalıqlarının yaxa kəsiyinə uyğun olaraq düzbucaqlı formada olardı. Bütün bu geyimlər əsasən əl tikişi ilə tikilərdi.




Yüklə 94,77 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə