48
ehtiyatların və xərclərin optimallaşdırılması və həmçinin, bazarın dəyişməsinə
birgə tez və çevik reaksiya verməklə həm müəssisə üçün, və həm də
təchizatçılar üçün sərvət yaratmaq bacarığı.
Hər bir müəssisənin fəaliyyətində maraqlı ilan tərəflər vardır ki, onların da
hər birinin öz tələbi və istəyi vardır .
İSO 9000 seriyalı standartlarda keyfiyyət menecmenti sisteminə qoyulan
tələblər məhsulun (xidmətin) tələblərindən fərqlənir, buna görə də onlar bütün əsas
kateqoriyadan olan məhsul istehsal edən müəssisələr üçün qəbul ediləndir.
Məhsulun (xidmətin) texniki tələblərinə nəzərən, keyfiyyət menecmenti sisteminə
qoyulan tələblər əlavələr tələblərdir [7].
Keyfiyyət menecmenti sisteminin işlənib hazırlanmasına və tətbiq
edilməsinə yanaşma aşağıdakıları nəzərdə tutan bir neçə pillədən ibarətdir:
a) istehlakçıların və digər maraqlı tərəflərin tələbatlarını və gözləmələrini
müəyyən etmək;
b) müəssisənin keyfiyyət sahəsindəki məqsədini və siyasətini işləyib
hazırlanmaq;
c) keyfiyyət sahəsinə lazım olan məqsədə çatmaq üçün proseslərin və
məsuliyyətin müəyyən edilməsi;
d) keyfiyyət sahəsində məqsədə çatmaq üçün lazımi resursların təyin
edilməsi;
e) hər bir prosesin nəticəsini və səmərəliliyinin ölçmə metodlarının işlənib
hazırlanması;
f) bu ölçmələrin nəticələrindən istifadə edərək hər bir prosesin
səmərəliliyini müəyyən etmək;
g) uyğunsuzluqlar haqqında xəbərdarlıq və onların aradan qaldırılması üçün
lazım olan avadanlıqların təyin edilməsi;
49
h) Keyfiyyət menecmenti sistemini daima yaxşılaşdırmaq üçün prosesin
işlənib hazırlanması və onu həyata keçirilməsi.
Belə yanaşma həmçinin keyfiyyət menecmenti sisteminini işçi vəziyyətində
saxlamaq və onu laxşılaşdırmaq üçün tətbiq edilir.
Müəssisə yuxarıda göstərilən yanaşmalardan istifadə edərək, öz proseslərinin
imkanına və məhsulunun keyfiyyətinə inam yaradır və daim yaxşılaşdırmanın
əsasını təmin edir ki, bu da istehlakçıların və digər maraqlı tərəflərin
məmnunluğuna və müəssisənin müvəffəqiyyətinə gətirib çıxarır.
Qeyd olunduğu kimi İSO 9000 seriyalı standartları məhsulun dörd əsas
kateqoriyasına baxır :
a) texniki vasitələr (məsələn,mühərrikin düyünü);
b) proqram vasitələri (məsələn, kompüter proqramı, lüğət, informasiya,
əməliyyat, prosedur);
c) emal edilən materiallar (məsələn, yağlama);
d) xidmətlər (məsələn, daşımalar, təhsil xidmətləri).
Əksər müəssisələr istehlakçılara eyni zamanda iki, üç və ya dörd kateqoriyada
məhsul təqdim edir. Müəssisənin istehlakçıya təkcə bir kateqoriya məhsul təqdim
etməsi nadir hallarda olur.
Məhsul və xidmətlərin keyfiyyəti üçün əsas olan dörd aspekt aşağıdakı kimi
müəyyən edilir[2,3]:
a) keyfiyyət, təyinatına görə məhsula (xidmətə) istehlakçıların tələbatıdır;
b) keyfiyyət konstruksiyaya görə (bu konstruksiyanın elə bir xüsusiyyətidir
ki, dəyişən şəraitdə istehlakı və istifadəsi, məhsulun keyfiyyətinə və
fasiləsiz işinə təsir edir);
c) keyfiyyət, konstruksiyasının uyğunluğuna görə (məhsulun, layihədə
göstərilmiş arzu olunan xarakteristikalarını realizə etmək üçün istehsal
texnologiyasına düzgün əməl etməkdir);
50
d) keyfiyyət məhsulun texniki qulluğuna görə (məhsuiun istifadə
müddətində istehlakçılar və digər maraqlı tərəflərə münasib qiymət və
arzu olunan xarakteristikaların saxlanılmasıdır).
İSO 9000 seriyalı standartların məqsədi istehlakçıların və digər maraqlı tərəflərin
tələblərini bu dörd mülahizələrlə təmin etməkdir.
Hər-hansı bir fəaliyyətin yerinə yetirilməsi üçün girişləri çıxışlara çevirən
resurslardan istifadə edilirsə, onda buna proses kimi baxmaq olar[5].
Səmərəli fəaliyyət göstərmək üçün müəssisə proseslərin çoxsaylı qarşılıqlı
əlaqələrini və qarşılıqlı təsir dairəsini müəyyənləşdirməli və onları idarə etməlidir.
Tez-tez bir prosesin çıxışı digər bir prosesin girişi olur. Müəssisədə sistematik
olaraq identifikasiya və menecment proseslərinin tətbiqi və əsasən də bu
proseslərin qarşılıqlı təsiri “prosesli yanaşma” hesab oluna bilər. İSO 9000 seriyalı
2000-ci il versiyalı standartların təyinatı – müəssisəni menecmentə prosesli
yanaşmaya sövq etməkdir.
İSO 9000 seriyalı 1994-cü il versiyalı standartlara əsasən ”keyfiyyət sistemi”
belə təyin olunmuşdur [4]:
“Keyfiyyət sistemi - bu keyfiyyətə ümumi rəhbərliyi həyata keçirmək üçün
lazım olan təşkilati strukturun, metodikaların, proseslərin və resursların
məcmuudur”.
Buradan belə çıxır ki, keyfiyyət sistemi proseslər vasitəsilə həyata keçirilir.
Bundan əlavə prosesli yanaşma nəinki məhsulun həyat tsiklinin proseslə-
rində tətbiq olunur, həm də bütün proseslərdə özünü göstərir. Sistemin səmərəli
olması üçün, bu proseslər və onlarla bağlı öhdəliklər, səlahiyyətlər, prosedurlar və
resurslar müəyyən edilməli və lazımi ardıcıllıqla yerinə yetirilməlidir. Sistem -
proseslərin cəmindən fərqli olaraq daha geniş məfhumdur. Səmərəli olması üçün
Dostları ilə paylaş: |