Redaktor: Tural Quluzadə



Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə5/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   2   3   4   5   6   7   8   9   ...   42

Şəmil 
Sadiq
20
axşamlar onun əzabını çəkirsənsə, deməli, sən yaxşı adam-
san.  Bu  əzabı  da  çəkməmiş  deyiləm.  Hərdən  hamı  kimi 
fərqinə  varmadan  etdiyim  səhvlərim  olur,  amma  bunun 
üçün  özümü  sorğu-sual  edib,  imtahana  çəkməyi  bacarı-
ram. Düzgün qərar verə bilməsəm də, özümlə söhbət edə 
bilirəm.
İnsanlardan da ona görə qorxmuram ki, onlardan hə-
mişə hər şeyi gözləyirəm. İnsanın vəziyyətə görə dəyişdiyi 
qənaətindəyəm. Ən sadiq bildiyimin belə bir gün üzünün 
dönə biləcəyi ehtimalına, ən dürüst bildiyimin isə nə vaxt-
sa əyriliyini görə biləcəyimə şübhəm yoxdur. Amma bun-
ları yaşamamaq üçün ən sadiq, ən dürüst bildiyinə o şərai-
tin yaradılmadığı təqdirdə baş verməyəcəyinə də əminəm. 
Münbit şəraitdə gül də inkişaf edər, tikan da. Yetər ki, sən 
gül ək, tikanlardan alaq etməyi bacar. Nəsirəddin Tusinin 
Marağa rəsədxanasını açmaq üçün Hülakü xana göstərdi-
yi sübutu yadınıza salın. Bir insan təhlükənin hardan gəl-
diyini bilirsə, ondan qorxmaz, ona qarşı durmağa çalışar.
“Əgər fövqəlbəşər olmaq dilərsən, kənar ol cinsi-bəşər-
dən” (H.Cavid) Mənimsə fövqəlbəşər olmaq şansım da, ar-
zum da yoxdur, “zəmin şairi, insanıyam”. Onun üçün də 
insanlardan kənar ola bilmərik, bu təqdirdə onlarla ehti-
yatlı olmağa məcburuq, alacağımız yaradan da inciməmə-
liyik, çünki bu, gec-tez  baş verəcək.
Bu gün əlimdə olan şöhrəti, dövləti itirsəm belə dərdi-
ni çəkmərəm. Çünki vicdan, ağıl, çalışqanlıq olduğu yerdə 
insanların da sevgisini qazanmaq olar, Tanrının da...
Millət  mənim  üçün  həmişə  dindən  öncə  olub.  Bu 
günsə mənim üçün yalnız millət var. Bir də Tanrı-Yaradan. 
Ağıllı və əməlisaleh bir cəmiyyətin dinə ehtiyacı yoxdur, 
ona görə də dünyanı gizlin idarə edən qüvvələr ağılsız cə-
miyyətlər yaratmaq, dinin əsirinə çevirmək və idarə etmək 
arzusundadırlar. Tolstoyun dili ilə desək, yerdəki dinlərin 
göydəki Yaradana heç bir aidiyyatı yoxdur.
Azərbaycandakı Türkiyə təhsil ocaqlarında işləyəndən 
sonra bu mövzuların əsirinə çevrildim. Böyüdüyüm kənd  
mühiti qatı şiə mənsəbi idi. Ağlım kəsəndən dini fanatiz-
mə yox demişəm. Onsuz da dini baxışlarımda haçalanma 
yaranmışdı,  birdən-birə  sünnilərin  içinə  düşəndə  bunun 


Şəmil 
Sadiq
21
fərqinə daha çox vardım. Necə ki Robinzon Cüməyə de-
yir: sadəcə ikimiz varıq və bizi bir-birimizə düşmən edən 
isə, dini baxışımızdır. Dinin insanları bir-birinə düşmən et-
məkdən başqa bir şey olmadığı qənaətindəyəm.
İştə gördünmü din nələr doğurur?
Nə bəlalar, nə fitnələr doğurur?
Din bir olsaydı yer üzündə əgər,
Daha məsud olardı cinsi bəşər.
(H.Cavid, “Şeyx Sənan”)
Bərabərliyin yox, ədalətin tərəfdarıyam. Ədalətli olan-
da  isə  Femidadakı  kimi,  həmişə  tərəzinin  bir  tərəfi  ağır 
olur.
Əgər nə vaxtsa hansısa bir din və ya təriqətə inanmaq 
kimi bir məcburiyyətim olsa, vicdan adlı dinə inanardım. 
Hərdən dostlara deyirəm vicdan adlı təriqət  yaradacağam.
İşimi  sevməsəm  belə,  vəzifəmə  həmişə  hörmətlə  ya-
naşmışam.
Məncə,  həyatda  mümkün  olmayan  heç  nə  yoxdur. 
Fikrimcə, bunun da həllinin üç yolu var: sevgi, çalışmaq 
və inam.
Bu  gün  isə  şair  Qanun  Ümmanın  dediyi  kimi  “fağır 
kənd balası” böyük bir şirkətə sahiblik edir, onlarla insa-
nın rəhbəri, tanınmış müəllimlərdən biri, 30-dan çox kita-
bın müəllifidir. İctimaiyyətdə tanınmağımın məsuliyyətini 
daim çiynimdə hiss edirəm. “Azacıq varsa sənin şöhrətilə 
şanın  əgər,  oxu,  Sadiq,  oxu  sən,  şöhrətinə  etmə  ümid”  – 
deyib,  həm  özüm  maariflənir,  həm  də  maarifləndirirəm. 
Gələcəyə ümidlə baxır, “yox” sözünə nifrət edir, özüm və 
ətrafım üçün xoş güzəran axtarışındayam.
Dünyanı  elmin  yox,  insanlığın  xilas  edəcəyini  düşü-
nürəm.  Əlimdə  olanlardan  maksimum  yararlanmağı  ba-
carır,  bacardıqlarımı  göstərməyi  sevirəm.  Niyyətin  pak 
olması mənim üçün əsasdır.
Dəyişikliyi  sevən,  yeniliyə  meyilliyəm.  Sözsüz  ki, 
bunu ailəyə şamil etmək olmaz. Bu mənəvi dəyərlər toxu-
nulmazdır. Ruhumu xəyanətkarlığa qarşı tərbiyə etmişəm. 
Çünki mən hər şeydən öncə müəlliməm. Müəllim isə öyrə-
dəndən çox öyrənəndir.


Şəmil 
Sadiq
22
KƏRƏM KİŞİDİR, YOXSA ARVAD?
Hər dəfə dərs keçəndə, valideynlərlə görüşəndə qiy-
mətləndirmə ilə bağlı müzakirələr zamanı bir xeyli ideya 
yaranır. Bunları qeyd eləmək üçün kompüterin qarşısına 
keçəndə reallıqlar və faktlar sanki üstümə hücum edir, ba-
şımı itirib yazını yarımçıq qoyuram. Lakin bu dəfə iş yol-
daşlarımdan birinə məişət zəminində verdiyim suala aldı-
ğım cavab bu məqaləni yazmağıma səbəb oldu.
Artıq 8 ildir ki, orta məktəb təhsilində kurikulum isla-
hatı həyata keçirilir, amma müəllimlərimiz və valideynlə-
rimiz bu layihəni bilmərrə qəbul etmək istəmirlər ki, istə-
mirlər. Hətta iş o yerə çatıb ki, müəllimlərin təkmilləşmə 
kurslarında apardığım seminardan birində müəllimlərdən 
biri dedi ki, yeni təyin olunmuş nazirimiz yəqin kuriku-
lumu ləğv edər. Bunu o zaman dedi ki, mən həmin müəl-
limlərə 90 dəqiqə kurikulumun nəzəri məsələlərini kənara 
qoyub,  vətəndaşyönümlü  təhsilin  mahiyyətindən  danış-
mışdım.  Elə  dərsdə  yadıma  bir  əhvalat  düşmüşdü.  Ora-
da deyə bilməsəm də, indi yazmağı vacib bilirəm. Bizim 
kənddə İbad adlı idman müəllimimiz var idi (İndi rəhmətə 
gedib. Allah rəhmət eləsin). Rəhmətlik rayon üzrə 60 metr-
lik qaçış yarışına çıxmaq üçün bizi iki ay hazırlaşdırmışdı. 
Yarış günü bizə son tövsiyələrini verəndə komandamızda-
kı qızlardan biri dedi ki, İbad müəllim, mən qaçıb birinci 
gəlsəm, o finiş xəttini keçim, ya üstündə durum? Rəhmət-
lik, yaman əsəbiləşdi. Amma yumoru güclü olduğundan 
bir məsəl çəkdi. Dedi ay qızım, elə bil, mən neçə saatdır 
sənə deyirəm ki, Kərəm Əslini belə sevdi, belə əzablar çək-
di, belə evləndi, belə toy günü oldu, belə alışıb-yandı, indi 
sən mənə deyirsən ki, bu Kərəm kişidir, yoxsa arvad?
Vallah,  müəllimin  verdiyi  sual  bundan  o  tərəfə  keç-
mir. 8 ildir ki, külli-aləm bu təhsil sənədindən, onun ma-
hiyyətindən danışır, amma hələ də bəzi müəllimlərimiz bu 
haqda primitiv formada da olsa, məlumata sahib deyillər.
Hamı elə bilir ki, kurikulum əsasında dərs keçirildik-
də şagirdlərimiz ya elm öyrənməyəcək, ya da kurikulum 
gəlibsə, təhsildə hər şey həll ediləcək.
Həm müəllimlərimiz, həm də valideynlərimiz, sanki 


Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə