Redaktor: Tural Quluzadə

Yüklə 5,94 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix23.08.2018
ölçüsü5,94 Mb.
#63876
1   2   3   4   5   6   7   8   9   ...   42

Şəmil 
Sadiq
14
dediyi xoş sözlər, sanki mənə bir ömürlük stimul oldu...
Universitetdə də aktiv oldum. Sinif nümayəndəsi ol-
maq istədim və oldum. Sonra açıq seçkilərə girib, Tələbə 
Həmkarlar  təşkilatına  sədr  seçildim.  Bu  kompaniyada 
özümü prezident seçkilərində olduğu kimi hiss edirdim. 
Tələbələrlə  görüşlər  keçirdik,  təbliğat-təşviqat  işləri  ilə 
məşğul olduq və sonda qələbə qazandıq. Nəhayət, Univer-
siteti fərqlənmə diplomu ilə bitirdim.
Üçüncü  kursda  Zülfiyyə  xanımla  nişanlandıq,  ma-
gistraturanın birinci kursunda isə evləndik. Universitetin 
aspirantlar yataqxanasında məskunlaşdıq. Zülfiyyə xanım 
magistraturaya  qəbul  olsa  da,  ödənişli  idi.  Məsləhətləşib 
onun təhsilini hələlik yarımçıq saxlamaq qərarına gəldik. 
Ərizə yazıb universitetin rektoru Abel Məhərrəmovun qə-
buluna  gedib  fikrimizi  bildirdik. Abel  müəllim  məni  bir 
xeyli danladı ki, “ay bala, niyə qoymursan qız təhsilini da-
vam etdirsin?” O elə başa düşürdü ki, mən qısqanclıqdan 
razı  olmuram.  Ailəli  olduğumuzu,  maddi  imkanımızın 
çətin olduğunu deyəndə bir az fikrə getdi və dedi: – Gəl 
belə  edək,  yarısı  sənin,  yarısı  mənim.  Get  işlə,  qızı  oxut. 
Deməyə söz tapmadım, çünki ərizəni cırıb atmışdı.
20 “şirvan” maaş alırdım. Dərsləri mən deyirdim, yazı 
işlərimi isə yoldaşım yoxlayırdı. İki 12 kv m-lik otaqda xoş 
günlər keçirdik. Bütün çətinliklərə baxmayaraq, qardaşla-
rımı təhsil almaları üçün yanıma gətirdim. Onlar da bizdə 
qaldılar, oxudular...
Universitetə aspiranturaya qəbul üçün sənəd verdim, 
mənim  üçün  ayrılmış  yeri  saxtakarlıqla  qrup  yoldaşıma 
verdilər (həmin xanım hələ də müdafiə etməyib) bu vəziy-
yət  məni  daxilən  doğma  universitetimdən,  fakültəmdən 
küsdürdü.
Maddi  çətinliyi  nəzərə  alıb  hərbi  xidmətə  getməyə 
qərar verdim. Ehtiyatda olan zabit idim. Düşünürdüm ki, 
hərbçi olsam, yaxşı maaş alaram, güzaranımız yaxşılaşar. 
Atam razı olmadı. Niyə aspiranturaya yenidən sənəd ver-
mədiyimi soruşdu. Dedim, rüşvət istəyirlər.
Bir gün zəng etdi ki, sabah Bakıya gəlirəm. Gəldi də. 
1500  manat  pul  gətirmişdi  ki,  kimə  lazımdı  ver,  amma 
təhsilini  davam  etdir.  Ən  böyük  arzum  sənin  müdafiəni 
Azərbaycan dili məzmun standartı 

Şəmil 
Sadiq
15

görməkdi. Pulu yoldaşıma verib qayıtmışdı. Yenə çarə yox 
idi...  Bu  dəfə AMEA-nın  Ədəbiyyat  İnstitutuna  hazırlaş-
dım,  təmənnasız  qəbul  oldum. Atamın  verdiyi  məbləğin 
üstünü düzəldib Xırdalan şəhərində kiçik həyət evi aldıq. 
Novruz  Bayramını  öz  evimizdə  keçirmək  istəyirdik.  Ar-
zularımızdan birinə qovuşduq. 2003-cü ilin mart ayında o 
evə köçdük. O evə ki, bir otaqdan başqa heç bir divarının 
suvağı, qapısı yox idi. Yataq otağımızın qapısını isə adyalla 
tuturduq.  Qardaşım Eminlə gecə-gündüz işlədik, evi ya-
vaş-yavaş təmir etdik. Yoldaşım şəhərdə böyüdüyü üçün 
yataqxana həyatı, yeni evin şəraitsizliyi ona uyğun deyildi.
Evlənəndən ilk dəfə o evdə yoldaşıma “8 Mart hədiy-
yəsi” aldım. Hədiyyə hasar tikmək üçün bir maşın qum, 
bir maşın daş, 3 kisə də sement idi.
Atama da dedim, dostlar kömək etdi, evi səliqəyə sal-
dıq. Mən isə imtahanlara hazırlaşdım. Elə həmin il – 2003-
cü  ildə  aspiranturaya  qəbul  oldum.  Atam  onun  verdiyi 
pulu aspiranturaya qəbul olmaq üçün verdiyimi düşünür-
dü. Bunu yalnız müdafiədən sonra banketdəki çıxışımda 
dedim.  Hələ  də  onu  aldatdığım  üçün  hirslənəcəyini  dü-
şündüyüm halda, hamının içində qalxıb alnımdan öpdü.
Artıq ev qaydasına düşmüş, maddi vəziyyətim yaxşı-
laşmışdı. Belə ki, 2005-ci ildə həftəyə 45 saat dərs deyirdim 
(Azərbaycan dili və informatikadan praktika dərsləri idi. 
20  nömrəli  məktəbin  direktoru  rəhmətlik  Talıb  müəllim 
kompüterdə  ona  yardım  etdiyim  üçün  istedadımı  görüb 
mənə informatikadan praktik dərsləri vermişdi),  kurslar-
da işləyirdim, evdə və məktəbdə uşaq hazırlaşdırırdım.

Yüklə 5,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə