Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə30/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 

63 


mənə məktub yazsan, öz adresini versən, inan ki, hər gün məktub yazaram sənə. Mən 

sənin  kimi  deyiləm.  Xahiş  edirəm,  Natiq,  mənə  tez-tez  məktub  yaz,  məni  məktubsuz 

qoyma. Mən o biri məktubumda yazmışdım ki, mənə şəklini göndər. Ürəyə bax ki, sən 

o məktubu almamısan, ancaq şəklini göndərmisən. Amma doğrudan insafsızsan. O nə 

sözlərdi  yazmısan?  «Əgər  məndən  yana  darıxsan,  şəklimə  baxarsan,  darıxmasan,  o 

sənin  öz  işindir»  nə  bilim  nə.  Özün  bir  fikirləş.  Yol  gözləyən  qız  gözlədiyi  adamdan 

yana  darıxmazmı?  Natiq,  mənə  bir  dənə  də  şəklini  göndər,  ancaq  gözündə  açki 

olmasın.  Qəşəng  düşmüsən,  ancaq,  gözlərin  görsənmir.  Yaman  arıqlamısan.  Fikir 

eləmə,  hər  şey  yaxşı  olacaq,  inşallah.  Natiq  məhləmizdə  toy  evi  tikirlər,  inşallah  sən 

gəlib hazırını görərsən. 

Səlvər  dayının  qzı  İlhaməni  apardılar.  Cəfər  dayının  qızı  İlhaməni  nişanlayblar 

xalası oğluna. Vüqarın bacısı İlahəni nişanladılar Azalı bir oğlana. 

II  binadakı  Rəşidin  qızı  qoşulub  qaçdı.  Eldənizin  bacısını  Habilə  verdilər. 

Deyəsən  Habili  də  əsgər  aparacaqlar,  ona  görə  tez  qızın  sözünü  alıblar.  Məhləmizdə 

olan təzə xəbərlər bu qədər. 

Natiq, səndən bir xahişim var. Özünü qoru, ehtiyatlı ol. Bilirəm ki, Sahib də, sən 

də heç özünüzü fikirləşmirsiniz. Natiq, heç olmasa mənim xatirimə özünü qoru. Bir də 

ki, arxayın ol, bil ki, yolunu gözləyəcəm. Və sənin bir barmağına belə tikan batmasını 

istəmirəm.  Bu  günlə  düz  208  gündür  ki,  hər  axşam  dal  balkona  çıxıb  Allaha  dua 

edirəm. 


Natiq,  məni  məktubsuz  qoyma.  Dözə  bilmirəm.  İnanırsan  ki,  az  qalıram  gedim 

vayenkomata,  Deyim  ki,  məni  yollasınlar  sən  olduğun  yerə.  Döyüşə  bilməsəm  də 

sənin yanında olaram. Bu mənə bəsdir. Görəsən götürərlər məni? Kaş bir quş olardım, 

uçub  gəlib  səni  görüb  qayıdardım.  Eh,  Natiq  sözüm  çoxdur.  Yazdıqca  yazmaq 

istəyirəm. Ancaq bəsdir. Sənə yazdığım məktubları bilmirəm necə göndərim. Sənin də 

məktub  yazmağını  istəyirəm.  Amma  o  məktubun  da  mənə  necə  gəlib  çatacaq 

bilmirəm.  Mənə  məktub  göndərsən  Zülfiyə  xalaya  yazarsan  ki,  elə  eləsin  heç  kim 

bilməsin. Xahiş edirəm. Əgər bir adam bilsə inan ki mən ölmüşəm. Qonuşlarımızı ki, 

tanıyırsan. 

Mamamın da acığına gələr. Danışdığımızı mamama demişəm. Bir az hirsləndi ki, 

atan bilsə öldürər. Dedim  neyləyim mama əsgər gedirdi. Allah qoysa, gələndən sonra 

danışmağa  getməyəcəm.  Elə  dedim  ki,  dinməsin...  Nə  edim.  Əlimdən  səni 

gözləməkdən başqa bir iş gəlmir. Ancaq gözləmək. 

Sağ ol. Bir xahişim var səndən. Elə elə ki, bu məktubum ələ düşməsin, cır at. 

Özündən müğayat ol. 

Özünü qoru. 

4.09.1993 

(Cır at xahiş edirəm) 

***        

Əziz  və  hörmətli  Şükür  qardaşım,  necəsən,  keyfin  necədi.  Qaqa  helə  mən  də 

səninçün  darıxıram.  Qaqa  bir  də  sən  haçan  evə  gəlirsən.  Qaqa  sən  gələndə  mənə 

remen  gətirərsən.  Qaqa  bir  də  sənin  22  mart  ad  günüvü  təbrik  edirəm.  Sənə  100  il 

ömür  arzu  edirəm.  Qaqa  day  nə  yazım.  Birdəfəlik  evimizə  qayıtmağuvu    gözliyirəm. 



 

64 


day  qaqa  yazmağa  bir  sözüm  yoxdu.  Sağ  ol  və  sağ  salamat  qal.  Sağ  ol  qaqa.  Səni 

çoxlu-çoxlu öpürəm. 

25.3.94 

İmza: Şükürün qardaşı vəli 

Sağ ol. 

cavab gözləyirəm 

 

 

Corcinin evi 

 

Corci  qadın  idi.  Qara  dərili,  suyuşirin,  deyib-gülən  bir  qadın…  Əlifbasını 



bilmədiyimiz  ingilis  dilində  elə  şirin  danışırdı  ki,  qoca  arvadlar  belə  nəfəsini  qısıb 

qulaq  verirdilər.  Guya  nəsə  anlayacaqdılar.  Guya  Corci  nəinki  azəri  dilində,  hətta 

kürd  dilinin  Qarakeş,  Şeylanlı  ləhcəsində  danışır.  O  da  özünü  elə  aparırdı  ki,  guya 

bizim  dili  başa  düşür,  gah  gülümsəyir,  gah  qara  sifətinə  daha  qatı  rəng  verirdi.  Bəs 

necə?  Ola  bilərdimi,  millətin  bu  boyda  faciəsi  ona  təsir  eləməsin?  Axı  vətəndaşı 

olduğu  ölkə  onu  bu  insanlara  yardım  etmək,  ev  tikmək,  tibb  məntəqəsi  açmaq, 

məktəb  yaratmaq  üçün  göndərmişdi.  Üstəlik  gözüaçıq,  biləndər  adam  idi!  “Cip” 

markalı  maşınından  düşüb,  qırmızı,  dikdaban  ayaqqabılarını  tozlu  düzəngahlara 

basan  gündən  anlamışdı  ki,  bütün  gəvil  kolları,  qarağanlar,  təzəklərlə  birgə  qızmar 

yay günəşi bu adamların özünə inamını da yandırıb kösövə döndərib. Kiminsə əlinə 

baxmağa,  ən  azı  gözlərinin  işartısını  xoş  bir  şeyə  yozmağa  adət  ediblər.  Corci 

Allahından dönüb desəydi ki, bu yaz sizi Qarabağa qaytaracağıq, hamı inanardı.  

Bu  yerlərə  bircə  yol  gəlirdi  və  həmin  bircə  yol  bu  yerlərin  qeydsiz,  şərtsiz 

hakimi,  yoldaş  Cabreyilovun  asfalt  yoldan  azacıq  aşağı,  jandarm  idarəsi  qarşısında 

qoyduğu şlaqbaumun altından keçirdi. Şlaqbaum təkcə öz işini yerinə yetirmir, həm 

də  bir  təslimiyyət  missiyası  həyata  keçirirdi.  Ətraf  rayonlardan,  paytaxtın  özündən 

gələn  adamlar  dini-imanı,  vicdanı  şlaqbaumun  bəri  üzündə,  jandarm  idarəsinin 

qarşısında  qoyur,  sonra  baş  əyib  o  biri  üzə  keçirdilər.  Düzünə  qalsa,  yaxından-

uzaqdan təşrif buyuran nabələd yoldaşların tanışlıq üçün zəhmət çəkib şlaqbaumun o 

üzünə, o ilan mələyən, əqrəb kişnəyən çöl-biyabana getmələrinə əşhədü ehtiyac yox 

idi.  Bu,  yoldaş  Cabreyilovun  fikri  idi.  İstər  şlaqbaumun  o  üzündə,  istərsə  də  bu 

üzündə  daldalanacaq  tapanlar  yaxşı  bilirdilər  ki,  yoldaş  Cabreyilov  heç  kimdən 

qorxmur və lazım gəlsə vəziyyəti olduğu kimi etiraf etməyə hazırdır: su yoxdu, otlaq 

yoxdu,  məktəblər  işləmir,  işıqlar  yanmır  və  s.  Bircə  səsə-küyə  salan  olmaya.  Dəvə 

gördün,  heç  qığını  da  görmədim!  Yoldaş  Cabreyilovun  bu  yazılmamış  qanunu 

xüsusən  kənardan  gələn  qonaqlara  aid  idi.  Yerli  sakinlərə  qalsa,  heç  vaxt 

istəməzdilər  ki,  elnən  toy-bayram  libasında  gələn  bəlalardan  ötrü  yoldaş 

Cabreyilovun başı ağrısın, orda-burda kişinin üzünə söz gəlsin. Axı neyləsin bu kişi? 

Allah  erməninin  bəlasını  versin!  Bəyəm  yoldaş  Cabreyilov  deyirdi,  o  boyda 

torpaqları alıb milləti zəlil günə qoysunlar? 

Adama  elə  gəlirdi  ki,  Corci  yoldaş  Cabreyilovun  şlaqbaumundan  bir  balaca 

din-iman,  bir  balaca  vicdan  keçirə  bilmişdi.  Yəqin  amerikalı  olduğundan  yaxşı 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə