Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə10/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

36 

 

edə  bilər,  layihədə  mövcud  sosial  şəbəkələrə  qoşularaq 



müzakirələrdə  iştirak  edə  bilər.  Nəticədə  viki-mühitin  nəhəng 

məlumat bazası hər saniyə yeni məqalə, xəbər, kitab, foto, audio- 

və  video-fayllarla  zənginləşir.  Sadalanan  bu  imkanlar  viki-

mühitdə  toplanan  informasiyanın  həcminin  sürətlə  artmasına 

səbəb olmuşdur.  

Vikimetrik  tədqiqatlar  zamanı  viki-mühitdə  toplanan 

verilənlərə  Big Data  kimi  yanaşmaq  daha  düzgündür. 

Tez-tez 


dəyişdirilən,  tipinə,  formatına,  strukturuna  və  s.  parametrlərə 

görə  müxtəlif  verilənlərdən  təşkil  olunmuş 

Big  Data

-

nın 



ölçülməsi müxtəlif çətinliklər yaradır. Məsələn, milyonlarla veb-

səhifəyə malik hər hansı bir viki-layihədə səhifələrin, səhifədəki 

sözlərin,  hiperistinadların,  media-faylların  sayı  tez-tez  dəyişir. 

Belə  bir  şəraitdə  vikimetrik  tədqiqatlarda  zaman faktoru, 

tranzaksiya  sürəti,  verilənlərin  tipi  mühüm  rol  oynayır.  Viki-

mühiti tədqiq edən mütəxəssislər tərəfindən son illər ilk növbədə 

Big  Data  texnologiyalarından  istifadə  etməklə  viki-layihələrdə 

toplanmış  verilənlərin  analitik  və  intellektual analizi  həyata 

keçirili

r.  Məqsəd    viki-mühitdə    fəaliyyət  göstərən  İnternet 

istifadəçilərin  nüfuzunu  və  məqsədini  təyin  etmək,  viki-

səhifələrin və bu səhifələrə əlavə edilən multimedia resurslarının 

keyfiyyətini, effektivliyini qiymətləndirməklə  faydalı  bilik  əldə 

etməkdir [26, 33, 34]. 

Vikimetriyaya  əsaslanan  tədqiqatların  üstün  cəhəti  ondan 

ibarətdir  ki,  tədqiqatlarda  digər  İnternet-layihələrlə  müqayisədə 

daha  böyük  həcmli  və  yenilənmiş  verilənlərdən  istifadə  edilə 

bilir və bu verilənlərin əldə olunması daha sürətli həyata keçirilir.  




37 

 

Belə  ki,  viki-layihələrdəki  informasiyanı  özündə  toplayan  VB 



hər  kəs  üçün  açıqdır  və  istənilən  statistik  məlumat  gündəlik 

təzələnir.  Mənfi  cəhəti  isə  verilənlərin  həddən  artıq  çox  olması 

və  bu  bazalarda  verilənlərin  çox  hallarda  qarışıq  və  anlaşılmaz 

göstərilməsidir

.

 

Viki-



mühitdə  toplanan  verilənlərin  əsas 

xüsusiyyətləri aşağıda göstərilmişdir: 



Verilənlərin  həcmi.  Vikipediyaya  aid VB-də  verilənlərin 

həcmi  baytlarla  göstərilir.  Hər  bir  viki-layihədə,  viki-səhifədə, 

kateqoriyada topla

nan verilənlərin həcmi onların analizində Big 

Data 

sistemlərindən istifadə olunub, olunmamasını təyin edir. 



Verilənlərin  müxtəlifliyi.  Viki-kontent  müxtəlif  tipdə  ola 

bilər.  Viki-səhifələrə  mətn,  səs,  şəkil  və  video-fayllar 

yerləşdirmək  mümkün  olduğuna  və  Vikimedia  əksər  formatları 

dəstəklədiyinə  görə  verilənlər  müxtəlif  tipdə  və  strukturda 

toplanırlar. 

Verilənlərin  sürəti.  Vikimedia  serverləri  brauzerdən  daxil 

edilən  verilənləri  emal  edərək  yadda  saxlayırlar.  Nəzərə  almaq 

lazımdır ki, viki-səhifəyə daxil edilən hər bir simvol generasiya 

olunaraq  bazada  saxlanılır  və  veb-səhifələrdən silinsə  belə VB-

da  qalır  və  istənilən  zaman  layihə  adminstratorları  tərəfindən 

bərpa edilir.  



Verilənlərin  dəyişkənliyi.  Viki-səhifələr  açıqdır  və  hər  an 

birbaşa  brauzerdən  dəyişdirilir.  Baxılan  səhifə  yenilənmədən 

sonra artıq tam başqa strukturda və dizaynda təqdim oluna bilər. 

Bu  faktor  müsbət  hal  kimi  qəbul  olunsa  da  analiz  zamanı 

verilənlərin idarə olunmasında müəyyən problemlər yaradır. 



38 

 

Mürəkkəblik.  Verilənlər  bazaya  müxtəlif  mənbələrdən 

daxil olurlar. Viki-

səhifələr  arasında  mürəkkəb  semantika 

mövcuddur.  Səhifələr  arasında  linklər  müxtəlif  tipdə  olurlar: 

layihə  daxili  linklər,  dil  faktoruna  görə  (intervikilər)  linklər, 

kateqoriyalara  görə  linklər,  digər  viki-layihələrə  linklər  və 

nəhayət  xarici  layihələrə  (İnternetin  müxtəlif  veb-saytlarına) 

linklər.  Belə  bir  mürəkkəblik  vikimetrik  tədqiqatları 

mürəkkəbləşdirir. 

Vikipediya v

ə  onun layihələrindəki problemlərin həlli ilə 

əlaqədar WMF hər il Vikimania (Wikimania)  adı  altında 

beyn


əlxalq konfranslar keçirir. Konfranslar elmi xarakter 

daşımaqla  yanaşı,  viki-cəmiyyət üzvlərinin  görüşməsinə, 

fikirl

ərini  bölüşdürməsinə, təcrübə  mübadiləsi  aparmalarına 



köm

ək  edir.  İlk  beynəlxalq konfrans “Wikimania-2005”  adı 

altında 

Frankfurtda 

keçirilmişdir. 

“Wikimania-2012” 

Vaşinqtonda, “Wikimania-2013” beynəlxalq konfransı isə Honq 

Konqda  keçirilmişdir.  Avqust  ayının  8–10-da Londonda 

keçiril

ən “Wikimania-2014” beynəlxalq elmi-praktiki konfransda 



əsasən viki-texnologiyaların  yeni  imkanları  və  problemləri 

müzakir


ə  olunmuş,  Vikipediya  layihələrinin  müasir tədrisdə, 

iqtisadiyyatda, akademik mühitd

ə, KİV-də və sosial şəbəkələrdə 

rolu  araşdırılmışdır  [40].  Ayrı-ayrılıqda  viki-mühitin hər bir dil 

bölm

əsi üzrə də beynəlxalq konfranslar keçirilir. Məsələn, viki-



layih

ələrin  inkişafı  probleminə  həsr  olunmuş  rus  dilindəki 

Vikipediya istifad

əçilərinin altıncı konfransı 10–11 noyabr 2013-

cü ild

ə Moskvada keçirilmişdir [41]. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə