Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   ...   7   8   9   10   11   12   13   14   15

38 

 

dövlətin  özünü  qloballaşma  proseslərinin  mümkün  mənfi 



nəticələrindən  qoruması  üçün  bəzi  funksiyalarını  dəyişdirmək 

məcburiyyəti qarşısında qalması başqa məsələdir. Deməli, cəmiyyət 

tədricən  öz  təkamülünün  keyfiyyətcə  yeni  mərhələsinə  qədəm 

qoyacaq  ki,  bu  da  müxtəlif  tip  sosial  münasibətlərin  inkişaf 

məntiqinin  prinsipial  yaxınlaşması  ilə  xarakterizə  ediləcək.  Amma 

güclü Azərbaycan dövlətinin rolunun saxlanması şəksiz olacaq. Çünki 

dövlətin  gücü  “maddi  başlanğıcdır,  enerji,  fəaliyyət,  yaradıcı 

potensial,  hərəkət,  fəallıq  mənbəyidir;  bu,  həm  də  hər  hansı 

fəaliyyətin,  müəyyən  gərginlik  dərəcəsi  ilə  fərqlənən  vəziyyətin, 

məqsədyönlülüyün,  iradənin  təzahür  etdirilməsi  qabiliyyətidir.  Bu 

halda elə qüvvə nəzərdə tutulur ki, onsuz qüdrət yoxdur, hakimiyyət 

yoxdur. Hakimiyyət özü-özlüyündə gücə çevrilə bilməz. Onu bu cür 

edən dövlətə mənsub olmasıdır”

39



Azərbaycanın  elmi  cəhətdən  əsaslandırılmış,  bütün  incəliyinə 

qədər düşünülmüş strateji inkişaf kursunun işlənib hazırlanması ölkə 

rəhbərliyinin müvəffəqiyyətlə həll etdiyi mühüm vəzifələrdən biridir. 

Yuxarıda  bütöv  bir  bölməni  müasir  Azərbaycanda  cəmiyyətin 

modernləşməsi, hüquqi, sosial və demokratik dövlət quruculuğu ilə 

bağlı fəal prosesin getməsinə həsr etmişəm. Modernləşmə sistemində 

dövlət hakimiyyətinin parametrlərinə, Azərbaycan cəmiyyətinin bütün 

üzvlərinin  həyatında  dövlətin  rolunun  artmasına  xüsusi  diqqət 

                                           

39

 Bax: Затонский В.А.. Петров М.П. Сильное государство: ключевые вопросы теории и модернизационной 



политики. Ленинградский юридический журнал. 2005, №3, стр. 195. 

 



39 

 

yetirilir. Bu, məhz həmin haldır ki, Azərbaycanda dövlət hakimiyyəti 



böyük Qərb dövlətlərinin ölkə rəhbərliyini güclü dövlət ideyasından 

imtina  etməyə  və  dövlət  funksiyalarının  çoxunu    həmin  dövlətlər 

tərəfindən  maliyyələşdirilən  vətəndaş  qurumlarına  verməyə  məcbur 

etmək məqsədi daşıyan şantajına və təzyiqinə uymur.  

Milli  dövlətin  mənşəyinin  spesifikası  nəzərə  alınmadan  güclü 

dövlət ideyası reallaşdırıla bilməz. Əksinə, bu ideya özünün başlanğıc 

nöqtəsini dövlətdəki milli özünəməxsusluq, hakimiyyət təsisatlarının 

inkişaf səviyyəsi ilə əlaqələndirməlidir. Bu nöqteyi-nəzərdən müasir 

Azərbaycan  bütün  funksiyalarını,  sosial  və  siyasi  təyinatını  ardıcıl 

yerinə yetirən güclü, effektiv, mükəmməl, nüfuzlu və özünə güvənən 

dövlətdir.  

Cənubi Qafqaz iqtisadiyyatının 75 faizindən çoxunu təmsil edən 

Azərbaycan  regionda  ən  əhəmiyyətli  dövlət  kimi  xüsusi  mövqeyini 

getdikcə  daha  çox  başa  düşür.  Ərazisinin  20  faizinin  Ermənistan 

tərəfindən işğal edilməsinə, bütövlükdə kiçik əraziyə, azsaylı əhaliyə 

(9,6  milyon)  malik  olmasına  baxmayaraq,  Azərbaycan  çox  böyük 

enerji,  zəngin  təbii  ehtiyatları  ilə  Qafqaz  regionunda  geosiyasi 

cəhətdən  mühüm  mövqelər  tutur.  Coğrafi  mövqeyi,  habelə  Çinin 

dəmir yolu qovşaqlarını və Orta Asiyanın enerji resurslarını Avropa ilə 

birləşdirən körpü olması da onun rolunun əhəmiyyətini müəyyən edir. 

Beləliklə, qloballaşma dövründə milli istiqamətli inkişaf yolunu 

qoruyub saxlaması üçün Azərbaycanın zəruri resursları var. Amma bu 




40 

 

məsələnin  həllinin  gedişində  dövlətçiliyin  indiki  tipi  tədricən 



ənənəviliyin yeni dövrün tələblərinə cavab verən formalarla birləşdiyi 

dövlət modelləri ilə konvergensiya olunacaq. Bu, inkişafın qanunudur. 

Bunun Qərbin nümunəsində liberal dövlət modeli olub-olmayacağını 

demək  çətindir.  Hazırda  dünyanın  bu  hissəsində  müşahidə 

etdiklərimizə əsaslansaq, yalnız bir nəticə çıxarmaq olar – neoliberal 

dövlət  tipinin  perspektivi  yoxdur. Dövlətin  maraqları  ilə  şəxsiyyətin 

maraqlarını  qarşılıqlı  razılaşdırmağa,  sosial-iqtisadi  və  siyasi 

xarakterli  problemləri  həll  etməyə,  xarici  aləm  ilə  bərabərhüquqlu 

qarşılıqlı  təsir  mexanizmlərini  reallaşdırmağa  qadir  milli  suveren 

dövlətin olması XXI əsrdə milli ideyanın ən mühüm tərkib hissəsidir.  

Azərbaycan  xüsusi,  özünəməxsus  dövlət  idarəetmə  modelinə 

malikdir.  Mən  model  dedikdə,  siyasi  sistemdə  dövlətin  yerini  və 

rolunu  göstərən  əlamətlərin  məcmusunu  nəzərdə  tuturam.  Yeri 

gəlmişkən, özünəməxsus model özünü təsdiq etmiş hər bir dövlətə 

xasdır.  Müasir  dünyada  dövlət  idarəetmə  sisteminin  bütün  milli 

variantlarının  müxtəlifliyində  “güclü  dövlət”  və  “servis  dövlət” 

konsepsiyaları  seçilir.  “Güclü  dövlət”  konsepsiyasında  dövlət  bütün 

cəmiyyətin  inkişaf  yolunu  müəyyən  edən  aparıcı  sükançı  kimi 

nəzərdən  keçirilir.  Qərar  qəbul  edilməsi  prosesi  hakimiyyətin 

nüfuzuna əsaslanır. “Servis dövlət” konsepsiyasında islahatlar prosesi 

və onun istiqaməti cəmiyyət tərəfindən müəyyən olunur, lakin dövlət 

idarəçiliyinin  forma  və  metodlarının  həyata  keçirilməsi  prosesi 

ənənəvi forma və metodlardan fərqlənir. Söhbət elektron hökumət – 



41 

 

elektron 



dövlət 

proqramı 

vasitəsilə 

servis 


yanaşmanın 

reallaşmasından gedir”

40

.  Bəzi müəlliflərin fikrincə, servis idarəçiliyi 



qruplar,  fərd  və  dövlət  arasında  özünəməxsus  simbiozun  inkişafını 

əks etdirir.  

Bir  sözlə,  cəmiyyətin  həyatında  Azərbaycan  dövlətinin 

müəyyənedici rolunun qorunub saxlanması hətta qloballaşan dünya 

şəraitində fundamental milli ideya məsələlərini müvəffəqiyyətlə həll 

etməyə imkan verən fakt olaraq qalır.  

Azərbaycanda  dövlət  hakimiyyətinin  daha  da  möhkəmlənməsi 

müasir şəraitdə milli ideyanın həyata keçməsinin qarantıdır. Bununla 

belə, dövlət hakimiyyətinin qətiyyətinin və fəallaşmasının labüdlüyü 

həm də cəmiyyətdə sabitliyin və xüsusi milli problemləri həll etməyə 

– ölkə ərazisinin Ermənistan tərəfindən işğal edilmiş 20 faizini azad 

etməyə, “dünyanın güclüləri”nin ölkənin təbii sərvətini ələ keçirmək 

(elə bu məqsədlə ölkəmizə aramsız hücumlar edilir) cəhdlərinə qarşı 

mübarizə  aparmağa  qadir  olan  siyasi  hakimiyyətin  sabitliyinin 

qorunub saxlanılmasının vacibliyi ilə şərtlənir. Bununla belə, dövlətin 

yürütdüyü  qətiyyətli  siyasət  geosiyasi  tərkib  hissələri,  Qərbin  “ikili 

standartlar  siyasəti”,  habelə  müasir  dünyada  ciddi  problemlərin 

olması  ilə  şərtlənir.  Deməli,  güclü  dövlət  ideyası  ölkəmizin  müasir 

inkişaf  mərhələsinin  obyektiv  tələbatından, dünyadakı  proseslərdən 

                                           

40

  Коженко  Я.В.  Концепция  «сильного»  и  «сервисного»  государства  в  контексте  модернизации 



государственного  управления  в  России:  общее  и  отличное.  Жур.  «Фундаментальные  исследования.  Пенза, 

2012, №3, стр. 746-747. 

  



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə