Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


səbəblə  bağlamağa  çalışır,  bu  m əsuliyyəti  ideoloji,  yaxud  iqtisadi



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə5/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   2   3   4   5   6   7   8   9   ...   115

səbəblə  bağlamağa  çalışır,  bu  m əsuliyyəti  ideoloji,  yaxud  iqtisadi 
amillər  arasında  bölüşdürür.  B izə,  daha  mövcud  olmayan  ölkənin 
keçmiş  vətəndaşlarına  isə  məlumdur ki,  əslində,  hər  şey  d eyilən ­
lərdən ço x -ço x mürəkkəb olmuşdur.
Stalinizm  və  onu  əv əzləy ən   Xruşşovun  mülayimləşmə  dövrü, 
eləcə  də Brejnev epoxasının başlanğıcı hər cür böhranlar keçirmiş, 
insan  taleləri  ilə  oynamışdır.  X X   əsrin  70-ci  illərində  sovet  siste­
minin geriləm əsi prosesi “durğunluq” halım aldı, 80-ci illərin orta­
larına yaxın isə fövqəldövlətin ümumi böhran keçirdiyi  aşkar oldu. 
Belə bir şəraitdə milli problem ön sıraya çıxdı, hərçənd, zənnim iz- 
cə,  siyasi  mübarizədə  milli  problemlərdən  istifadə  edilməsi  ancaq 
ümumsistem  böhranı  kontekstində  mümkün  olmuşdur.  Bu  böhran 
isə  millətlərarası  v ə  etnoslararası  münaqişələrdən  bilavasitə  asılı 
olmadan meydana gəlmişdi və onun inkişafının öz məntiqi vardı.
B elə  bir  faktı  da  nəzərdən  qaçırmaq  olmaz  ki,  1970-ci  illərin 
ortalarında  Cənubi  Avropa  ölkələrində  -   Yunanıstan,  İspaniya  v ə  
Portuqaliyada  inqilabi  hərəkatlar  genişləndikcə,  80-ci  illərdə 
Polşa,  Çexoslovakiya və  digər  Şərqi  Avropa  dövlətlərində  hökm­
ranlıq edən diktator v ə totalitar rejimlərə qarşı baş verən və Yer kü­
rəsinin əksər hissəsini bürüyən, bir növ, demokratik dalğanı forma­
laşdırmış  demokratik  hərəkatlar  artdıqca  sovet  sisteminin  böhranı 
güclənirdi.  N əticədə,  planetin  en  m üxtəlif  regionlarında  avtoritar 
v ə diktator rejimlərini devirmək meyilləri nəzərə çarpırdı.  1980-ci 
illərin  axırlarından  90 -cı  illərin  birinci  yarısınadək olan  dövr  “so ­
yuq  müharibə”nin  qurtarması,  ikiqütblü  dünya  nizamının  süqutu, 
demokratik siyasi sistemin, təsisatların, deyərlərin, məqsəd və nor­
maların daha da genişlənm əsi dövrü oldu.
Dünya  sosialist  sisteminin  dağılmasına  gətirib  çıxaran  bu ç o x - 
vektorlu  böhran  1991 -ci  ildə  dünya  əhəmiyyətli  fəlakətlə  başa 
çatdı:  SSRİ-nin  varlığına  son  qoyuldu.  Onun  xarabalıqlarında  15 
suveren dövlət meydana gəldi.  SSRİ-nin süqutunun xarakteristikası 
üçün  tanınmış  fiıturoloqun  məlum  ifadəsindən  istifadə  edərək, 
deyə bilərik ki, bu, “üçüncü demokratik dalğa”nın6 geniş yayılması 
demək idi. Lakin təkcə bu yox.  SSRİ-nin tədricən dağılması və real
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün tələbləri
20
siyasi  subyekt  kimi  onun  dünya  xəritəsindən  silinməsi  Qərbin  və 
1991 -ci  ilədək  sovet  dövlətinin  əhatə  etdiyi  Avrasiya  məkanının 
birləşməsi nəticəsində tradisionalist sivilizasiya ilə texnogen sivili­
zasiyanın toqquşması problemini  ortaya çıxardı.
Sovet  cəm iyyəti  öz  xarakteri  etibarilə,  texnogen  sivilizasiyaya 
xas olan keyfiyyətlərin müqavimətinə rast gələn tradisionalist sivi­
lizasiya  cəmiyyəti  idi.  Sosial  inkişafın  yüksək  sürəti  ilə  fərqlənən 
texnogen  sivilizasiya  innovasiyalığı,  yaradıcılığı,  yeni  orijinal  ide­
yaların,  fəaliyyət  nümunələrinin,  məqsədli  müddəalann  həyata 
keçirilməsini ali  dəyər kimi  elan edir.  Sovet cəmiyyətində  innova- 
siyalar,  -   hətta  onlara  yol  verilirdisə  də,  -   yoxlanılmış  ənənələr 
çərçivəsində  reallaşdırıldığı  halda,  texnogen  sivilizasiyada  ənənə 
nəinki  sadəcə  təkrar edilirdi,  həm də  innovasiyalann  təsiri  altında 
daim modifikasiya olunurdu. Nəticədə, sovet sistemi peşə təcrübə­
sinin  və  sosial  təcrübənin  ötürülməsinin  sərt  aile-korporativ  ən ə­
nəsinin  bərqərar edilməsinə gətirib çıxarmışdı.
Qərb  ölkələrində  formalaşmış  texnogen  sivilizasiya  ənənəvi 
göstərişlərə  söykənən  sovet  sistemində  fərdiliyin  itirilməsinə, 
insanda yaradıcılıq  və  fərdilik təşəbbüslərinin  boğulmasına yönəl­
dilmiş  ənənəvi  məqsədləri  görürdü.  Bu  sivilizasiya  meyillerinin 
m üxtəlif vektorlu  mahiyyətindən  danışarkən  qeyd  etmək  olar  ki, 
texnogen  sivilizasiyanın  idealı,  suveren  şəxsiyyətin  fıravanlığı  na­
minə  inkişaf və  tərəqqidir,  tradisionalist  sivilizasiyanın  mahiyyəti 
isə  fərdiliyin  boğulmasında  və  fərdin  məhz  tradisionalizmə  xas 
olan dövlət təsisatlarına,  sosial,  siyasi-ideoloji təsisatlara və müna­
sibətlərə  məcburən  inkorporasiya edilməsindən  ibarətdir.
Zənnimizce,  biz  bu  iki  sivilizasiyanın  müqayisəsini  apararkən 
Yaponiyanı və Cənub-Şərqi Asiyanın bir sıra digər ölkələrini istis­
na  etməliyik.  Belə  ki,  onlar  dini-ideoloji  dayaqlarının  özünəm əx­
susluğu sayəsində tam tradisionalist  əsasda uğurla modernləşə bil­
mişlər.  Texnogen  sivilizasiyanın  Gündoğar  Ö lkəyə  təsirini  yapon 
zəka  sahibləri  “yapon  ruhu -   Qərb  texnologiyası”  formulunda an­
lamışlar.  O ki  qaldı  Qərbin demokratik  ideallarına qoşulmağa,  gör­
kəm li yapon  siyasətçisi  Y.Nakasone yazmışdır:  “...Məhz en  qədim
_________
I fəsil.  SSRİ-nin  dağılması: yeni reallıqlar və yeni imkanlar
21


zamanlardan bəri öz eyniyyətini qoruyub saxlayan yapon m əd ən iy­
yəti ilə M eydzinin islahatlarından sonra ölkəyə gətirilən Qərbi A v ­
ropa  m ədəniyyəti  arasında  ideoloji  uyarlığa  nail  olunması  xalqın 
inamının əsasını təşkil edir”7.
B eləliklə,  X X   əsrin  son rübü dünya tarixinə təkcə bir sıra yeni 
demokratik dövlətlərin meydana gəlm əsi dövrü kimi deyil, həm  də, 
-   bu,  daha  vacibdir,  -   “üçüncü  demokratik  dalğa”nın  başlanması 
dövrü kimi daxil oldu.  Siyasətin və idarəetmənin demokratikləşdi- 
rilməsinə  doğru  dəyişikliklər,  demokratik  dəyərlərin m ənim sənil­
m əsi Latın Amerikasında da, Afrika ölkələrində də, ərəb dünyasın­
da  da  yüksək  sürətlə  baş  vermişdir.  Bu  prosesləri  öyrənən  v ə  
dünyada azadlığın vəziyyətini təhlil edərək, onun nəticələrini hər il 
dərc edən Fridom Haus Təşkilatı bildirir ki, əgər  1972-ci ildə dün­
yada 42 azad ölkə vardısa,  1991-ci ildə onların sayı 75- ə  çatmışdır. 
Qloballaşma  prosesləri  (onlar  təkcə  iqtisadiyyat  məkanını  deyil, 
ümumbəşəri  dəyərlərin,  azadlıq  ideallarının yayılması  sahəsini  də 
əhatə  etmişdir)  bütün  dünya  məkanına  yayıldıqca,  azad  ölkələrin 
sayı  da artır.
Təbii ki, tradisionalist əksm eyillər səbəbindən demokratiya heç 
də  bütün  ölkələrdə  v ə  regionlarda  uzunmüddətli  olmamışdır.  Bir 
sıra güclü amillərin təsiri nəticəsində Afrikanın və Latın Amerika­
sının bəzi dövlətləri  demokratik ənənə v ə normalar əxz etmək yo­
lunda  uğursuzluğa  məruz  qaldı  v ə  yenidən  avtoritarizme  qayıtdı. 
Bu  ölkələrin  demokratiyanın  Qərb  nümunələri  istiqamətində  k əs­
kin sıçrayış etm əyə qadir olmaması qeyri-milli modellərin mənim­
sənilm əsində amortizator rolu oynaya biləcək endogen ilkin şərtlə­
rin olmaması ilə izah edilir.  Bundan başqa, bezi ölkələr demokratik 
idealları tamamilə  digər tərzdə, bu  idealları planetimizin əhalisinin 
əksər  hissəsinin  necə  təsəvvür  etdiyindən  olduqca  fərqli  surətdə 
anlamışlar.  Həmin  ölkələrdə  demokratiya  hakimiyyətlə  kütlələr 
arasında sırf spesifik münasibətlər xarakteri almışdır.  Totalitar keç­
mişdən ancaq zahirən uzaqlaşmağa çalışan v ə dünya birliyinin təz­
yiqi  ilə  üzləşən  bu dövlətlərin hökumətləri  ölkələrində  sırf virtual 
demokratik ənənələr v ə   normaları  yayırlar.  Onlar hesab  edirlər ki,
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
22
dövlət idarəçiliyinin avtoritar v ə totalitar metodları demokratik m e­
todlardan  qat-qat  səmərəlidir.  Bu cür maneələrə  baxmayaraq,  Yer 
kürəsində  “demokratik  zolağın”  genişlənməsi  prosesi  öz  sürətini 
azaltmadı və hərəkət vektorunu dəyişmədi. Əksinə, liberal-demok- 
ratik dəyərlər mondializmin yeni şəraitinə uyğunlaşaraq,  öz coğra­
fiyasını  genişləndirdi,  Şərqə  doğru  sürətlə irəliləm əyə başladı.
Tanınmış  amerikalı  politoloq  Frensis  Fukuyama  hələ  1989-cu 
ildə özünün məşhur essesində  liberal  dəyərlərin qəti qələbə  çaldı­
ğını  bəyan  edərək  bildirmişdi  ki,  bu  qələbə  “tarixin  sona  yet- 
diyi”ndən  xəbər  verir.  Fukuyama  bu  barədə  düşüncələrini  belə 
ifadə  etmişdir:  “Yəqin,  şahidi  olduqlarımız  heç  də,  sadəcə,  soyuq 
müharibənin  və  ya  müharibədən  sonrakı  tarixin  növbəti  dövrünün 
sonu deyil, həm də özlüyündə tarixin sonudur, bəşəriyyətin ideoloji 
təkamülünün başa çatması v ə  idarəçiliyin qəti  forması  kimi Qərbin 
liberal  demokratiyasının  universallaşmasıdır” .  Fukuyama  bu 
qənaətini  əsaslandıraraq  vurğulamışdır  ki,  “Qərbin,  Qərb  ideyası­
nın  təntənəsi  aşkardır,  ilk növbədə  ona  görə  ki,  liberalizmin  həyat 
qabiliyyətli heç bir alternativi  qalmamışdır”8.
Bununla əlaqədar ortaya tamamilə yerində olan,  eyni  zamanda, 
ritorik bir sual çıxır:  bu,  doğrudanmı belədir? Verilən suala cavabın 
axtarışı  müasir  dünya  inkişafı  ile  bağlı  çoxsaylı  köklü  problemlər 
qaldırır  və  onların  hər  biri  müstəqil  şəkildə  tədqiqat  aparılmasını 
tələb  edir.  Aydındır ki,  onların hamısı hərtərəfli öyrənilməli,  araş­
dırılmalı  və  m üxtəlif  səviyyələrdə  geniş  diskussiyalar  aparmaq 
üçün  ictimaiyyətə  təqdim  olunmalıdır.  Ona  görə  də  axtarışın  əsas 
istiqaməti  kimi  biz  müasir Azərbaycanın  inkişafı  ile  bağlı  bir neçə 
ümdə problem seçirik.  Onların  araşdırılması  ölkəmizdə demokratik 
dövlətçiliyin  formalaşmasının  meyilleri  və  xüsusiyyətlərinin  ma­
hiyyəti barədə ümumi  təsəvvür yaradacaqdır.
Söhbet,  ilk  növbədə,  ondan  gedir  ki,  sovet  keçmişinin  mahiy­
yəti  necə  olmuşdur,  bu  gün  bizə  hansı  yolla  getmək  sərfəlidir, 
Azerbaycanın qarşıdakı  keçid dövrünün məzmunu nədən  ibarətdir. 
Bu  m əsələlər  inkişafımızın  ancaq  iqtisadi,  siyasi  və  sosial  para- 
metrlərindenmi  ibarətdir,  yoxsa  onlann  daha  geniş  mənası  vardır?
________ 
I fəsil.  SSRİ-nin dağılması: yeni reallıqlar və yeni imkanlar
23


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə