Ramiz Dəniz



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə4/138
tarix11.06.2018
ölçüsü3,47 Mb.
#48100
1   2   3   4   5   6   7   8   9   ...   138

                                                     

 

  



                                                                            

                                                    

13 

hissəsindən  şərq  istiqamətində  hərəkət  etməli  idi.  Birinci 



dəstəyə  kapitan  Xuan  Odovaldo,  ikinci  dəstəyə  isə 

polkovnik  Alonso  başçılıq  etməliydi.  Lakin  indi  kapitan 

Xuan burada yox idi və onu başqa adam əvəz edəcəkdi. 

Ümumiyyətlə, Araukaniyada total döyüş əməliyyatlarına 

başlamamışdan  əvvəl  polkovnik  Alonso  sübh  tezdən  yeni 

müşavirə çağırdı. Həmin müşavirəyə zabitlərdən əlavə qoca 

səyyah Rodriges  Kartahena  və bu  əraziyə  yaxşı bələd  olan 

Xuan Flores də dəvət edildi. Müşavirədə yeni hücum planı 

hazırlanmalı  idi.  Ona  görə  ki,  əgər  araukanlar,  hazırda 

kapitan Xuanın dəstəsinə qarşı döyüşürdüsə, deməli onlara 

qarşı  gözlənilməz  zərbə  endirmək  mümkün  olmayacaqdı. 

Bütün aborigenlər döyüş hazırlığına gətirilmişdi. 

Dan  yeri  yenicə  sökülürdü  ki,  müşavirə  iştirakçıları 

“Vanquardia” gəmisinin kapitan kayutuna toplaşdılar. Göz-

lənildiyi  kimi  ilk  sözü  polkovnik  Alonso  özü  aldı.  Hörmət 

və ehtiram əlaməti olaraq o, ayağa qalxaraq təmkinlə dedi: 

-  Möhtərəm  sinyorlar,  hazırda  Araukaniyada  nə  baş 

verdiyindən  hamınız  xəbərdarsınız.  Bizim  silahdaşlarımız 

azğın  düşmənin  əhatəsinə  düşərək,  qeyri-bərabər  döyüşlər 

aparır.  Biz  vaxt  itirmədən  onların  köməyinə  getməliyik. 

Hər  saatın  öz  hökmü  var.  Əvvəlcədən  nəzərdə  tutulduğu 

kimi  kəşfiyyat  dəstəsi  bu  gün  bizimlə  burada  rastlaşmalı 

idi.  Onlar  bura  gəlməyiblərsə,  deməli  həmin  kənddə  qalıb 



                                                     

 

  



                                                                            

                                                    

14 

müdafiə  olunurlar.  Təsəvvür  edirəm,  müdafiə  olunmaq 



onlar üçün nə qədər ağırdır? Axı, düşmən qüvvəsi onlardan 

ən azı yüz dəfə çoxdur.  

Allaha dua etməliyik ki, biz ora gedənə qədər heç olma-

sa,  onların  yarısı  sağ  qalsın.  Araukanlar  cidd-cəhdlə 

çalışacaqlar  ki,  onları  birdəfəlik  məhv  etsin.  Çünki  məndə 

olan  məlumata  görə  kəşfiyyatçılar  silahdaşlarımızı  əsirlik-

dən  azad  edən  zaman,  düşmənin  xeyli  qüvvəsini  məhv 

ediblər. Araukanlar da həmin dəstənin məhv edilməsi üçün 

böyük səy göstərəcəklər.  

-  Don  Alonso,  bildiyimizə  görə  onlar  istehkama  daxil 

olan  zaman  ixtiyarlarında  üç-dörd  günlük  ərzaq  ehtiyatı 

olubdur.  -  deyə  qraf  Filipp  Morelos  bu  faktı  xüsusilə 

vurğuladı. - Mən inana bilmərəm ki, onlar iki həftəyə qədər 

ac  qarına  inadkarlıqla  müqavimət  göstərsinlər.  Belə  olan 

halda  kəşfiyyatçılar  aclığa  tab  gətirməyib  düşmənə  təslim 

ola bilərlər. Əgər bu belədirsə, onda bizim silahdaşların sağ 

qalmasına böyük ümid yaranır. 

Qraf Filipp bu sözlərlə polkovnikə təsəlli vermək istədi, 

lakin  onun  sözləri  ciddi  qəbul  edilə  bilməzdi.  Çünki  bir 

sərkərdə kimi qraf Filipp müharibənin birinci mərhələsində 

böyük  hərbi  uğursuzluğa  düçar  olmuş  və  bununla  da  düş-

mənə növbəti dəfə konkistadorlar üzərində qələbə çalmağa 

imkan  yaratmışdı.  Cinayətə  bərabər  olan  bu  səhvi  polkov-



                                                     

 

  



                                                                            

                                                    

15 

nik  nə  Morelos  qardaşlarına,  nə  də  ki,  öz  oğullarına 



bağışlaya  bilirdi.  İndi  isə  qraf  Filipp  peşəkər  sərkərdəyə 

ürək-dirək vermək istəyirdi. Polkovnik üzünü ona tutmadan 

qürurla dedi: 

-  Mən  qardaşımı  yaxşı  tanıyıram.  O,  ölər,  ancaq  lüt 

aborigenə  təslim  olmaz.  Deməli,  bizim  silahdaşlarımızın 

düşmənə qarşı apardıqları müqavimət hələ də davam edir. 

- Kəşfiyyat dəstəsinə elə döyüşçülər qəbul edilib ki, on-

lar özlərindəki qürura görə heç vaxt düşmənə təslim olmaz-

lar. - leytenant Ernando Ramires fəxrlə dilləndi. – Avropa-

nın döyüş meydanlarında xüsusilə fərqlənən döyüşçülər, əsl 

ispan  gücünü  və  yenilməzliyini  qəddar  düşmənə  nümayiş 

etdirəcək. 

Bu  sözlər  nəinki  qraf  Filippə,  hətta  araukanlara  təslim 

olan  hər  bir  konkistadora  aid  idi.  Aborigenə  əsir  düşmək, 

Avropada  biabırçılıq  kimi  qiymətləndirilirdi.  Həmin 

adamlar  ömürlük  özlərini  silahdaşları  qarşısında  biabır 

etmişdilər. Qraf Filipp təkzib verməsə də, polkovnikin kiçik 

oğlu Karlos o dəqiqə bu təhqiredici irada reaksiya verdi: 

-  Biz  hamımız  muhasirədə  idik.  Müqavimət  göstərməyə 

imkan  verilmədi.  Bizim  əsgərlər  arasında  çaşqınlıq  yaran-

masaydı, araukanları sərçə kimi biçərdik. 

Karlosun  təkzib  verməsindən  ürəklənən  qraf  Xuan  cəld 

ayağa qalxaraq həvəslə dedi: 



                                                     

 

  



                                                                            

                                                    

16 

- Don Alonso, həqiqəti üzə çıxarmaq üçün sizə bildirmə-



liyəm ki, həmin döyüşdə bizim sıralarımızda çoxlu matros-

lar  vardı.  Döyüş  zamanı  onların  hamısı  məhv  ola  bilərdi. 

Ağır  itkilərə  məruz  qalmamaq  üçün  biz  qeyri-bərabər 

döyüşdə  düşmənə  təslim  olduq  və  bununla  da  qüvvəmizin 

yarıdan çoxunu salamat saxladıq. 

Qoca  səyyah  polkovnikin  sağ  tərəfində  əyləşmişdi.  O, 

qrafa  nəzər  salmadan  diqqətlə  qulaq  asır  və  hər  cümləni 

eşidəndə narazı halda başını tərpədirdi. Söz yox ki, o, qraf 

Xuan ilə heç cürə razılaşa bilməzdi. Çünki birinci ekspedi-

siyanı  bilavasitə  məğlubiyyətə  uğradanlardan  biri,  məhz 

qraf  Xuan  idi.  Hələ  bir  həyasızlıq  edərək  qoca  səyyahın 

yanında  təkzib  verirdi.  Necə  olsa  da,  qoca  səyyah  həmin 

uğursuzluğun canlı şahidi idi. Lakin polkovnik Alonso olan 

yerdə o, hələlik susmağı üstün tuturdu. Ekspedisiya başçısı 

sağ  əlini  yuxarı  qaldıraraq  qrafı  susmağa  vadar  etdi  və 

başını dik tutaraq hökmlə dedi: 

-  “Destino”nun  matroslarını  bəhanə  gətirərək,  heç  kim 

özünə bəraət qazandırmamalıdır. Biz bura krallığımızın qatı 

düşmənləri  araukanlara  qarşı  müharibə  etməyə  gəlmişik. 

Hər birimiz kimliyindən asılı olmayaraq bu ağır işdə fayda 

verməlidir.  Matrosların  hər  biri  əlində  silah  düşmənə  qarşı 

döyüşməlidir.  Burada  gedən  müharibədə  ekspedisiyanın 

məğlub  olmasında,  günahkar  adamlar  döyüş  əməliyyatları-



Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə