Rafiq Verdiyev, Su ehtiyatları üzrə ekspert



Yüklə 221,11 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix15.03.2018
ölçüsü221,11 Kb.
#32521
1   2   3   4   5   6   7   8

İnstitusional  struktur  və  potensialın  yaxşılaşdırılmasına  dair  prinsipləri  aşağıdakı  kimi  

ümumiləşdirmək olar: 



təşkilatın rolu (yeri) və vəzifələrinin müəyyən edilməsi (qısamüddətli hədəf) 



regional 



səviyyədə  su  ehtiyatlarının  inteqrasiyalı  istifadəsinə  dəstək  məqsədilə  regional 

əməkdaşlıq qruplarının yaradılması 



milli 



və  regional  ehtiyaclar  nəzərə  alınmaqla,  müvafiq  idarənin  (dövlət  orqanının)  yaradılması 

(uzunmüddətli məqsəd) 



su sektorunda kadr 



potensialının artırılması 

Yerinə yetirilməli olan əsas fəaliyyətlər aşağıdakılardır: 



Aidiyyəti  təşkilatların planlaşdırma və icra potensialının genişləndirilməsi. Su  sektorunda Milli 

Agentliklərin gücləndirilməsi. 



Su 



təsərrüfatı  kompleksləri  (hövzə)  səviyyəsində  çay  hövzəsinin  idarə  olunması  institutlarının 

təsis edilməsi üçün proqramın hazırlanması.  



Texniki  potensial 



sahəsində  çatışmazlıqların  qiymətləndirilməsi,  bu  çatışmazlıqların  aradan 

qaldırılması üçün təlim proqramlarının hazırlanması və proqramların icrasına  başlanması.  



Su 



ehtiyatlarının  inkişaf  etdirilməsi,  planlaşdırılması  və  idarə  edilməsi  aspektləri  ilə  əlaqədar 

bütün 

maraqlı  tərəflərin  (dövlət  institutları,  özəl  sektor,  yerli  icmalar,  vətəndaş  cəmiyyəti  və  s.) 

texniki 

potensialının gücləndirilməsi. Onların hövzə planlaşdırmasında fəal iştirakının təbliği 

İNSTİTUSİONAL STRUKTUR VƏ POTENSİALIN 

TƏKMİLLƏŞDİRİLMƏSİ 



Göstəricilər 

2018-ci 


ilə  qədər  su  sektoru  üzrə  milli  səviyyədə  vahid  planlaşdırmanı  koordinasiya  etmək  üçün  Dövlət  Su 

Agentlikləri təyin edilir və səlahiyyətləndirilir; 

2018-ci 

ilə qədər bütün müvafiq institusional səviyyələrdə hüquq və vəzifələr dəqiq müəyyən edilir və onların 

şəffaflığı nümayiş etdirilir; 

2018-ci 


ilə qədər, nəzərdə tutulmuş bütün çay hövzələri üçün çay hövzələrinin inteqrasiyalı idarə olunmasının 

planlaşdırılması (ÇHİİP) konsepsiyası seçilir və ekosistemə əsaslanan ÇHİİP-ə start verilir; 

2018-ci 

ilə qədər adekvat icazə və nəzarət prosedurları yaradılır və icazənin verilməsi proseduru üzrə müstəqil 

orqan 

müəyyən edilir; 



2024-cü 

ilə qədər normativlərə uyğn və səmərəli su idarəetməsini təmin etmək  məqsədilə mərkəzi və regional 

idarələrin potensialı  gücləndirir; 

2024-cü 


ilə  qədər  -  Milli  Su  Agentlikləri  su  ehtiyatlarıınn  inteqrasiyalı  idarəsini  icra  etməyə  qadirdirlər  və 

adekvat ehtiyatlara 

malikdirlər; 

2024-cü 


ilə  qədər,  əsas  çay  hövzəsi  qurumları  təsis  edilir  və  onlar  ÇHİİP-yə  uyğun  olaraq  çay  hövzəsi  ilə 

əlaqədar məsələlərlə məşğul olmağa başlayırlar; 

2030-cu 

ilə qədər, bütün böyük və orta çay hövzəsi qurumları təsis olunur və ÇHİİP-i icra etməyə başlayır. 



  

Çay 

hövzə  prinsipi  ölkənin  iri  su  axınları  obyektlərinə  (su  kanallarına)  də  tətbiq  olunmalıdır.  Bu 

obyektlər: Samur-Abşeron kanalı, Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarıdır. 

İNSTİTUSİONAL STRUKTUR VƏ POTENSİALIN 

TƏKMİLLƏŞDİRİLMƏSİ 



Transsərhəd  çay  hövzələrində  beynəlxalq  transsərhəd  əməkdaşlığın  yaradılması  vacibdir. 

Əməkdaşlığın  ilkin  şərtləri  ilə  bağlı  zəif  məqamlardan  biri  regiondakı  digər  ölkələrin  BMT-nin 

Avropa 

İqtisadi Komissiyasının Su Konvensiyasının iştirakçısı olmaması faktıdır.  



 

BMT  Avropa 

İqtisadi  Komissiyasının  Su  Konvensiyasının  (ECE/MP.WAT/2009/L.2)  icrası  üzrə 

Su 


Konvensiyası tərəflərinin beşinci İclasında qəbul edilmiş rəhbər sənəd transsərhəd əməkdaşlığa 

doğru hansı addımların atılmalı olduğu ilə bağlı tövsiyələrin verilməsində faydalı ola  bilər. Rəhbər 

sənəd  həmçinin  Konvensiyaya    qoşulmazdan  əvvəl  konvensiyanın  müddəalarını  tətbiq  etmək 

istəyən  tərəflər  üçün  nəzərdə  tutulub.  Yeri  gəlmişkən,  sözügedən  rəhbər  sənəd  həmçinin 

Konvensiyanın birgə monitorinq proqramları, birgə və koordinasiya  olunan qiymətləndirmələrlə 

əlaqədar Konvensiyanın 11-ci maddəsinin məzmununu izah edir. 

 

Digər  hövzə  ölkələri  ilə  əməkdaşlıq  su  ehtiyatları  potensialının  inkişaf  etdirilməsi,  suyun 



keyfiyyəti  və  istifadəsi  üzrə,  çoxməqsədli  fayda  gətirə  biləcək  layihələr  üçün  vacib  əhəmiyyətə 

malikdir. 

Strategiyanın  icra  müddəti  ərzində  Azərbaycan   qonşu  ölkələrlə  əməkdaşlığı  inkişaf 

etdirməyə davam edəcək. 

TRANSSƏRHƏD SU AXARLARI İLƏ ƏLAQƏDAR 

ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ 




Fəaliyyətlər 

Digər  həmsərhəd  ölkələrlə  bərabərlik  əsasında  birgə  hazırlana  biləcək  müştərək  inkişaf  və  əməkdaşlıq 



layihələrinin müəyyən edilməsi. Bu layihələrin beynəlxalq tələblərə uyğun şəkildə hazırlanması 

Keçmişdə qəbul olunmuş və ya hazırlanmış, lakin icra edilməmiş layihələrin yenilənməsi və təkrar nəzərdən 



keçirilməsi. 

Su 



ilə əlaqədar qonşu ölkələrin və ğlkənin özünün ehtiyaclarının birgə qiymətləndirilməsi və anlaşılması. 

Qonşu ölkələrlə etimadın artırılması tədbirlərinin görülməsi. 



Transsərhəd su ehtiyatları üzərində qonşu ölkələrlə birgə nəzarət 

Göstəricilər 

2018-ci 



ilə  qədər  Gürcüstanla  birlikdə  transsərhəd  çay  hövzələri  üzrə  su  ehtiyatlarının  inteqrasiyalı  idarə 

olunması ilə əlaqədar yol xəritəsi hazırlanır 

2018-ci 


ilə qədər bəzi çoxməqsədli layihələr razılaşdırılır və icrası davam etdirilir; 

2024-cü 



ilə qədər sazişlərdən və çoxməqsədli layihələrdən gözlənilən mənfəətlər əldə edilir; 

2024-cü 



ilə qədər qonşu ölkələr arasında transsərhəd su obyektlərinin sərhədyanı zolağı sahəsində   məsələlər 

həll edilir; 

2024-cü 


ilə  qədər  bir  neçə  müştərək/çoxtərəfli  su  ehtiyatlarının  inkişaf  etdirilməsi  layihələri  qənaətbəxş 

səviyyədə və funksional qaydada icra edilir   

2030-cu 


ilə qədər, su bölgüsü ilə əlaqədar sazişlər və mexanizmlər hazır vəziyyətə  gətirilir və qarşılıqlı fayda  

verməyə başlayır. Su ehtiyatlarının inteqrasiyalı istifadəsi planları transsərhəd çay hövzələrinin idarə edilməsi 

üçün 

əsas alət kimi  tətbiq edilir. 



TRANSSƏRHƏD SU AXARLARI İLƏ ƏLAQƏDAR 

ƏMƏKDAŞLIĞIN İNKİŞAF ETDİRİLMƏSİ 




Yüklə 221,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə