|
RadiOQƏbulediCİLƏr haqqinda ümumi MƏlumat
|
səhifə | 4/4 | tarix | 30.12.2023 | ölçüsü | 364,58 Kb. | | #164714 |
| RADİOQƏBULEDİCİLƏRİkiqat tezlik çevricili supergeterodin. Müasir radiostansiyaların qəbuledici hissəsində çox vaxt daha mürəkkəb növ supergeterodin sxemindən istifadə edilir. Bu növ sxemə ikiqat tezlik çevricili supergeterodin sxemi deyilir. Onun adi supergeterodindən fərqi ikinci tezlik çevricisinin və ikinci aralıq tezliyin olmasıdır. Belə bir sxem daha yüksək həssaslığın, seçiciliyin və maneədavamlılığın əldə edilməsinə imkan verir. İkiqat tezlik çevricili supergeterodinin sxemi adi supergeterodinin sxemi ilə oxşardır, lakin fərq sxemdə daha bir geterodinin və qarışdırıcının, eləcə də müvafiq gücləndirici kaskadların və süzgəclərin əlavə edilməsidir (şəkil 1.7). Adətən birinci aralıq tezliyi daha yüksək (10,7; 17; 21; 45 MHs), ikinci isə daha alçaq (465 kHs və ya 455 kHs) seçilir.
Şəkil 1.7. İkiqat tezlik çevricili supergeterodin qəbuledicisi
Müasir radiostansiyaların və digər radiorabitə qurğularının bir çoxu ikiqat tezlik çevricili supergeterodin üzərində yığılır. Bəzi hallarda yüksək keyfiyyətli və xüsusi texnikada üçqat tezlik çevricili supergeterodin sxemlərindən istifadə olunur.
Dostları ilə paylaş: |
|
|