plandan əlavə yük daşıyırıq
Gəmimizin komandası yükdaşıma
planını hər ay artıqlamasilə yerinə yeti-
rir. Kollektiv iyun ayı tapşırığını ton ilə
109 faiz, ton-mil ilə 107,9 faiz ödəmişdir.
Plandan əlavə olaraq 6 özühərəkət et-
məyən gəmi dəxi yedəyə alınmışdır.
Gəminin staxanovçu dənizçiləri yük-
lərin səmərəli yerləşdirilməsi və yolgetmə
vaxtına qənaət etmək hesabına olaraq, hər
səfərdə plandan əlavə yüz tonlarla yük gö-
türürlər.
Komanda yükvurma və boşaltma
vaxtı limançılara yaxından kömək edir.
Yaxınlarda dəniz agenti Çikvaidze yoldaş
olan limanda gəminin yükünü boşaltmaq
üçün yükçü briqadası olmadığından gəmi
bir gün boş dayanmalı idi. Komanda buna
yol verməmək üçün özü işə başladı və gə-
minin yükünü vaxtında boşaltdı.
Gəminin maşın komandası baş mexa-
nik, Vətən müharibəsi əlili Kostkin yolda-
şın gözəl rəhbərliyi sayəsində mexanizm-
lərin arası kəsilməz işini təmin edir və
gəmini istismardan saxlamadan maşınları
öz qüvvəsilə təmir edir. Staxanovçu bos-
man Lunin gəmidə nümunəvi təmizlik və
qayda olmasına ciddi fikir verir.
Gəminin partiya və həmkarlar təşki-
lartları kütləvi – təbliğat işinə böyük fikir
verirlər. Partiya təşkilatçısı Vinoqradov və
kapitanın baş köməkçisi Məmmədov yol-
daşlar müntəzəm olaraq siyasi məlumat
və söhbətlər keçirirlər.
Komanda üçün 6 ay ərzində bey-
nəlxalq vəziyyət və cari moment mövzu-
larında 18 mühazirə və 34 söhbət keçiril-
mişdir.
“Vorovski” gəmisinin kapitan köməkçisi
İslam Məmmədov
cəbhəyə yardımı qüvvətləndiririk
Gəmimizin qabaqcıl dənizçiləri, rə-
şadətli Qızıl Ordumuzun diqqətəşayan
hücumlarından hədsiz ruhlanaraq yüksək
əmək igidlikləri göstərir və cəbhəyə yar-
dımı getdikcə qüvvətləndirirlər.
Xəzər Donanması dənizçilərinin so-
sializm yarışında qalib gələn kollektivi-
miz keçən ay yükdaşıma planını 157 faiz
yerinə yetirərək, cəbhəyə və ölkəmizin
xalq təsərrüfatına 686 ton əlavə yük da-
şımışdır. Kollektivimizin staxanovcasına
işləməsi sayəsində iyul ayı planını da ar-
tıqlaması ilə ödəmək səviyyəsində gedi-
rik. Ayın birinci 15 günlüyündə plandan
əlavə 250 ton yük daşımışıq.
Yükdaşıma planının müvəffəqiyyətlə
yerinə yetirilməsində maşın komandası-
nın staxanovçularından ocaqçı Trunov,
motorçu Masterenko və Sitnik yoldaşlar
xüsusilə yaxşı işləyirlər. Onlar iş vaxtı
ilə hesablaşmadan çalışaraq öhdələrinə
düşən tapşırıqları keyfiyyətli və yüksək
göstəricilərlə yerinə yetirirlər.
Yükdaşıma planının yerinə yetirilmə-
sində göyərtə komandasının dənizçiləri də
gözəl nümunələr göstərirlər. Komandanın
üzvlərindən birinci klas matrosu Şaliqin,
Morozov, Ağasiyev, İsmayılov və başqa-
ları iki qat qüvvə ilə işləyərək tapşırıqları-
nı 150-200 faiz yerinə yetirirlər.
Kollektivimiz daşıma planını yerinə
yetirməkdə irəlidə getdiyi kimi, yeni də-
nizçi kadrlar hazırlamaqda da gözəl nü-
munələr göstərir.
Kollektivimiz cari ilin yarım ili ər-
zində öz qüvvəsilə 18 nəfər dənizçi kadr
hazırlamışdır ki, onlardan 5 nəfəri hazırda
öz gəmimizdə müxtəlif ixtisaslar üzrə sər-
bəst çalışaraq parlaq istehsalat nümunələ-
ri göstərirlər.
M. İzmayılov,
“M. C. Bağırov”
gəmisinin kapitanı
dənizçilərin qəhrəmanlığı
Gəmimiz təcili bir tapşırıq almışdı.
Mühüm bir cəbhə yükü gecikdirilmə-
dən təyin olunan limana çatdırılmalı idi.
Gəmimiz bir şalandanı da yedəyə alaraq
dənizə çıxdı.
Gecə qəflətən fırtına başladı. Bö-
yük dalğalar gəmini atıb-tutmağa baş-
ladı, göyərtədə olan yükləri saxlayan
iplər qırılaraq çox təhlükəli bir vəziyyət
əmələ gəldi. Yükün xilas olunması üçün
bütün komanda yubanmadan səfərbər-
liyə alındı. Güclü soyuq külək əsirdi,
bərk qaranlıq idi, gəmiyə hücum edən
iri dalğalar göyərtədə olan dənizçiləri
hər dəqiqə dənizə çəkib apara bilərdi,
lakin heç bir təhlükə ilə hesablaşmayan
və mühüm cəbhə yükünün xilas olun-
ması üçün fədakarcasına çalışan dəniz-
çilərdən Şərəfətdinov, Şevçenko, Razin
və Yaçuk yoldaşlar bu vaxt fəlakətlə
mübarizədə qəhrəmanlıq nümunələri
göstərdilər.
Fırtına bütün gecəni davam etdi.
Kapitan Anfinoqenov yoldaş bir dəqiqə
də olsun kapitan körpücüyündən ay-
rılmadı. Sükançılardan Mulenkov və
Fomin yoldaşlar sükanın yanında sa-
yıq vəziyyətdə duraraq gəminin hər bir
hərəkətini izləyir və onu öz vaxtında
təhlükəli vəziyyətdən çıxarırdılar. Də-
nizçilər qalib gəldilər. Yüklər öz yerinə
çəkilərək bərkidildi. Səhər tezdən fırtı-
na sakitləşən vaxt gəmi limana çatdı.
Baltik hövzəsi dənizçilərinin çağı-
rışına hərarətlə səs verən dənizçilərimiz
yük daşınması üzrə dövlət tapşırıqlarını
hər ay artıqlamasilə yerinə yetirməyi və
öz Vətəninə fədakar əməklə daha yaxşı
xidmət etməyi öhdəsinə götürmüşdür.
Gəmimizin kapitanı Kaspinin ən yaxşı
dənizçilərindən, Xalq Dəniz Donanma-
sı Komissarlığının fəxri vərəqəsilə təltif
olunan Anfinoqenov yoldaş ona ina-
nılmış komandanı, gəminin dənizçiləri
qarşısında duran bütün vəzifələrin ye-
rinə yetirilməsinə bacarıqla səfərbərliyə
ala bilmişdir.
Dənizçilər öz gəmilərinə sevgi ilə
xidmət edirlər. Bosman Rəhimov yol-
daş təmizliyə və gəminin yaxşı texniki
vəziyyətdə olmasına ciddi fikir verir.
Gəmidə kadrlar hazırlamaq işi də yad-
dan çıxarılmamışdır.
Gəmimizdə tək-tək dənizçilər ara-
sında sosializm yarışı geniş yayılmışdır.
Biz “Poltoraçk” gəmisinin komandası
ilə yarışırıq. Gəmimizin dənizçiləri bi-
rinciliyi qazanmaq üçün bütün qüvvələ-
rini sərf edəcəklər.
“Çkalov” gəmisi kapitanının
baş köməkçisi,
“Qaspi bolşeviki” qəzeti, № 22 (1920),
17 mart 1944-cü il
qələbə üçün
Mənə “Şərəf nişanı” ordeni veril-
məmişdən bir az əvvəl əmək həyatımda
belə bir hadisə olmuşdu:
Gəmimiz bir özü hərəkət etməyən
gəmini yedəyə götürərək təyin olunan
limana aparırdı. Qəflətən qalxan fır-
tına yedək ipini qırdı və ipin ucu suya
düşərək sükan vintinə dolaşdı.
Mən, yedək ipini vintdən açmaq
üçün çağırıldım. Məni gəmidən qayıq ilə
suya buraxdılar. Suya baş vurdum, lakin
suya bir dəfə baş vurmaq kifayət etmə-
di və mən yeddi dəfə suya baş vurmalı
oldum. Soyuq suda yarım saatlıq çox
qorxulu işdən sonra yedək ipini sükan
vintindən açdım və gəmi səfərinə davam
etdi.
Mən, gəmidə xidmət etdiyi vaxt ər-
zində dənizçilərin öz qüvvəsilə aparılan
təmir işlərinə başçılıq edərək bir çox
yeni işçiləri müstəqil işləmək üçün ha-
zırlamışam.
Mən, gələcəkdə də mexanizmləri
müntəzəm olaraq profilaktik təmir edə-
cək və düşmənin tamamilə darmadağın
edilməsi üçün lazım olan yüklərin arası
kəsilmədən daşınmasına bütün qüvvəmi
sərf edəcəyəm.
“Sovet” gəmisinin
baş mexaniki F. Jeltov.
“Qaspi bolşeviki” qəzeti, № 39 (1937),
17 may 1944-cü il
cəbhəyə yardımı
qüvvətləndirməli
Kaspdonanma naçalnikinin vəzifə-
sini ifa edən Solovyov və dənizçilərin
hövzə komitetinin sədri Əsgərov yol-
daşlar bütün kapitanlara, gəmi komiteti
sədrlərinə və limanların naçalniklərinə
aşağıdakı məktub ilə müraciət etmişlər.
İgid Qızıl Ordumuzun qələbələrilə
ruhlanan “Çiçerin”, “Moskva”, “Qa-
zaxıstan”, “Poltoraçk” gəmilərinin ko-
mandaları və quru yükdaşıyan donan-
masının dənizçiləri, səfər tapşırıqlarının
və aylıq yükdaşıma planlarının tama-
milə və artıqlamasilə yerinə yetirilməsi
üzrə üzərlərinə konkret təəhhüdlər gö-
türmüşlər.
Kaspdonanma aprelin birinci on-
günlüyündə yükdaşımada, bəzən geridə
qalmışdır. Kaspdonanma gəmilərinin
kollektivləri Azərbaycanda sovet haki-
miyyəti qurulmasının XXIV ildönümü-
nü və 1 Mayı, aylıq planlarını artıqla-
masilə ödəməklə qarşılaya bilərlər və
qarşılamalıdırlar.
Quruyük donanmasının bütün də-
nizçiləri aprelin bu qalan günlərində öz
qüvvələrini daha gərginləşdirməli və
yükdaşımanı artırmaq üçün bütün im-
kanları səfərbərliyə almalıdırlar.
İndi gəmi komandalarının əsas və-
zifəsi – fərdi və növbə üzrə sosializm
yarışını daha genişləndirərək geridə
qalan liman və gəmi kollektivlərinə
hərtərəfli kömək etməkdir.
Gəmiçiliyin idarəsi və dənizçilərin
hövzə komiteti əmindirlər ki, dənizçilər
və limançılar aprel ayında qarşılarında
duran vəzifələri yerinə yetirmək üçün
əllərindən gələni edəcək və Qızıl Ordu-
muzun müvəffəqiyyətlərinə yeni əmək
qələbələrilə cavab verəcəklər.
üihiMs və xalq dəniz
donanması komissarlığında
ÜİHİMS və Xalq Dəniz Donanma-
sı Komissarlığı 1944-cü il mart ayında
dəniz donanması işçilərinin Ümumitti-
faq sosializm yarışı yekunlarına baxa-
raq, aşağıdaki təşkilatları və gəmiləri
sosializm yarışında qalib hesab etmiş
və qərara almışlar:
Naçalniki Rəhimov, hövzə komite-
ti sədri Əsgərov yoldaşlar olan gəmiçi-
liyə Dövlət Müdafiə Komitetinin keçici
Qızıl Bayrağı və mükafat verilsin.
Naçalniki Makarenko, hövzə ko-
miteti sədri Əsgərov yoldaşlar olan
gəmiçiliyə Xalq Dəniz Donanması Ko-
missarlığının keçici Qızıl Bayrağı və
ikinci mükafat verilsin.
Naçalniki Dançenko, liman komi-
teti sədri Qaleçki yoldaşlar olan limana
Xalq Dəniz Donanması Komissarlığı-
nın keçici Qızıl Bayrağı və üçüncü mü-
kafat verilsin.
Xalq Dəniz Donanması Komissar-
lığının keçici Qızıl Bayrağı direktoru
Menşikov, partiya təşkilatçısı Tağı-
zadə, zavod komiteti sədri Menşayev
yoldaşlar olan zavodda saxlanılsın və
ona ikinci mükafat verilsin.
Xalq Dəniz Donanması Komis-
sarlığının keçici Qızıl vımpeli “Flan-
deren” gəmi karvanında saxlanılsın və
ona birinci mükafat verilsin.
“Sryupa”, “Türkmənistan” gəmilə-
rinə və 19 nömrəli barja Xalq Dəniz
Donanması Komissarlığının keçici
vımpeli və birinci mükafat verilsin.
“Naxçıvan”, “Soyuz Vodnikov”,
“Meridian” gəmilərinə Xalq Dəniz Do-
nanması Komissarlığının keçici vım-
peli və ikinci mükafat verilsin. “Sever”
gəmisinə ikinci mükafat verilsin.
Xalq Dəniz Donanması Komissar-
lığının keçici vımpeli “Azerbaycanes”
gəmisində saxlanılsın və ona üçüncü
mükafat verilsin.
“Kiliya” barjına Xalq Dəniz Do-
nanması Komissarlığının keçici vım-
peli və üçüncü mükafat verilsin.
“Qazaxıstan” gəmisinə və “Şuba-
nı” barjına üçüncü mükafat verilsin.
Naçalniki Savinov yoldaş olan li-
manın, “Darma”, “Malqobek”, 29 və
24 nömrəli barjların mart ayında yaxşı
işləri qeyd olunsun.
(Radio ilə qəbul edilmişdir).
“Qaspi bolşeviki” qəzeti, № 31 (1929),
17 aprel 1944-cü il
dənizçilərin qəhrəmanlığı
fəlakətə qalib gəldi
Getdikcə şiddətlənən külək fırtına
olacağını göstərirdi. “Spartak” gəmisi-
ni yedəyə alan “Çiçerin” gəmisi təcili
bir tapşırıq almışdı-mühüm bir cəbhə
yükü vaxtında təyin olunan limana çat-
dırılmalı idi.
Axşama yaxın qüvvətli fırtına
qalxdı. Gecə fırtınanın qüvvəsi 10 bala
çatdı və qəflətən bərk dartılma nəti-
cəsində yedək ipi qırıldı. Özühərəkət
etməyən gəmi yedəkçi gəmidən ayrıla-
raq, uzaqlaşdı.
Böyük dalğalar yedəkdən ayrılan
gəmini böyrü üstə əydi; qiymətli və
çox lazımlı yük hər dəqiqə dənizə tö-
külə bilərdi. Gəminin komandası bütün
gecəni fəlakətlə mübarizədə keçirdi.
Gəmiyə hücum edən böyük dalğalar
tərəfindən hər dəqiqə dənizə çəkilib
aparılmaq qorxusuna baxmayaraq; or-
denli bosman Markin yoldaş çox çətin
bir şəraitdə və ən qorxulu yerlərdə yü-
kün bərkidilməsi işinə rəhbərlik etdi.
Onun mərdliyindən və çətin vəziyyət-
dən çıxa bilmək bacarığından nümunə
götürən göyərtə komandasının üvzlə-
ri-matroslardan Krivorotin, Timoşkin,
Rzayev və başqaları, böyük təhlükəyə
baxmayaraq, ağır yeşikləri nəyin ba-
hasına olursa-olsun iplə bağlayıb bər-
kitməyə can atırdılar. Dənizçilərin
fövqəlada fədakar əməkləri nəticəsində
yüklər möhkəm bərkidildi.
Lakin səhər, dənizçilər gəminin az
qala daşa oturduğundan xəbər tutdu-
lar. Gəminin olduğu yerdə su çox də-
rin olduğundan lövbər atmaq mümkün
deyildi. Vəziyyət ağırlaşırdı. Lakin gə-
minin komandası bu çətinliyi də baca-
rıqla aradan qaldırdı. Gəminin kapitanı
Semyonov yoldaş gəminin burun tərə-
findəki və orta məhvərlərdəki ambar
qapağının örtüklərini qaldırmaq üçün
sərəncam verdi və bu iş o dəqiqə ye-
rinə yetirildi.
Fəlakətlə mübarizədə öz iş nəti-
cələrini görən mərd dənizçilərin qürur
hissini yazı ilə söyləmək çox çətindir.
Qaldırılan örtüklər yelkəni gözəlcəsinə
əvəz etdi və gəmini daşlı sahədən açıq
dənizə çəkib apardı.
Bundan yeddi saat keçmiş “Çiçe-
rin” gəmisi “Spartaka” yan aldı və hər
iki gəmi təyin olunan limana yola düş-
dü.
“Qaspi bolşeviki” qəzeti,
№ 35 (1933),
1 may 1944-cü il
xəzər neftdaşıma donanmasının
qabaqcıl gəmiləri
Neftdaşıyan donanmanın qabaqcıl
gəmi komandaları cəbhə üçün, qələbə-
miz üçün yorulmadan çalışırlar. “Beriya”
gəmisinin dənizçiləri (kapitanı Kalinçov
yoldaşdır) öz vəzifələrinin öhdəsindən
şərəflə gəlirlər. Gəmi yaxınlarda etdiyi
səfərdə plandan əlavə çoxlu yük götür-
müş və yolgetmə vaxtına 3 saat qənaət
etmişdir. “Yupiter” gəmisinin koman-
dası hər səfərdə yanalma əməliyyatını
müvəffəqiyyətlə başa çatdırır. Komanda
görkəmli müvəffəqiyyətlər əldə etmişdir.
Dənizçilər mexanizmlərin bütün qüv-
vəsindən istifadə edərək təkcə bir səfər
ərzində yolgetmə vaxtına 9 saat qənaət
etmişlər. “Yupiter” gəmisi özühərəkət
etməyən gəmiləri təyin olunan limanla-
ra sağ-salamat və vaxtında çatdırır. Ko-
manda hücum edən Qızıl Ordunun şərə-
finə olaraq, iyul ayında plandan əlavə
yük daşımağı qərara almışdır.
“Ağamalı oğlu” gəmisinin dəniz-
çiləri də fədakar əməklə çalışırlar. İyun
ayı tapşırıqlarını müvəffəqiyyətlə yerinə
yetirən komanda iyul ayı planını da vax-
tından əvvəl yerinə yetirmək üçün bütün
qüvvəsini səfərbərliyə almışdır.
“Qaspi bolşeviki” qəzeti, № 57 (1955),
19 iyul 1944-cü il
“Medvejonok” gəmisi
dənizçilərinin təşəbbüsü
“Medvejonok” yedək gəmisinin də-
nizçiləri Vətən müharibəsi günlərində
Xəzər dənizində iki və üç motorsuz gə-
mini yedəyə götürmək təşəbbüsünü irəli
sürmüşdür. Bu təşəbbüsü özünün gözəl
nəticəsini verməkdədir.
Bu yaxın günlərdə gəminin heyəti
Krasnovodskdan Həştərxana yedəyində
üç gəmi aparmaq tapşırığı almışdı. Kapi-
tan Bakurin yoldaş tapşırığı aldıqdan son-
ra işə başladı.
Qarşıdan əsən külək gəmi karvanının
hərəkətini xeyli zəiflətdi. İkinci gün külək
yandan, bundan sonra isə arxadan əsməyə
başladı. Gəminin geri qalmasını aradan
qaldırmaq lazım idi.
Təcrübəli kapitan “Medvejonok” gə-
misində və yedəyə bağladığı gəmilərdə
yelkən qaldırmaq əmrini verdi. Gəminin
bosmanı – köhnə dənizçi Kurbakov kapi-
tanın əmrini sürətlə yerinə yetirərək, qısa
bir müddət ərzində “Medvejonok” gəmi-
sində və yedəkdə gedən gəmilərdə yelkən
qaldırıldı.
Həştərxana yaxınlaşarkən belə bir
hadisə baş verdi: Yağış yağdığından
yelkənlər islandı və küləyin təzyiqi nəti-
cəsində “Medvejonok” gəmisində olan üç
yelkəndən biri yırtıldı. Bu zaman sükançı
Belyakov dərhal onu yamamağa başladı,
yelkən yenidən qaldırıldı. Beləliklə, kar-
van hərəkət sürətini yenədə artırdı.
“Medvejonok” gəmisinin dənizçilə-
ri küləkdən istifadə etmələri nəticəsində
daşıdıqları yükü müəyyən olunmuş vaxt-
dan bir gün tez yerinə yetirdilər. Bundan
əlavə onlar yanacağa və yağa xeyli qənaət
etdilər.
Partiya təşkilatı katibi
F. Şibayev,
“Qaspi bolşeviki” qəzeti, № 63 (1961),
9 avqust 1944-cü il
cəbhə qələbələrinə yeni istehsalat
müvəffəqiyyətlərilə cavab verək
İyul ayında Xəzər quru yük daşıyan
gəmiçiliyi, Bakı, Mahaçqala və Xəzərin
Cənub limanlarının kollektivləri şanlı Qı-
zıl Ordumuzun tarixi qələbələrinə istehsa-
lat müvəffəqiyyətlərilə cavab verdilər.
Gəmiçilik iyul ayında daşıma planını
ton üzrə 105,2 faiz, ton-mil üzrə 110,5 faiz
və xaricdən gətirilən malların daşıması
üzrə 117,8 faiz yerinə yetirdi.
Gəmiçilik texniki normalar üzrə ya-
nacağa 2,9 faiz və istismar normaları üzrə
16 faiz qənaət etmişdir.
Bakı limanının kollektivi iyul ayı
yükləmə - boşaltma planının 132,7 faiz
ödənilməsini təmin etmişdir.
Göstərilənlərdən məlum olur ki, do-
nanma yaxşı işləmişdir. Xəzər quru yük-
daşıyan gəmiçiliyin iyul ayında 24 gəmisi
öz istehsalat planını ödəməsi və artıqla-
ması ilə yerinə yetirməsi ilə cəbhəyə və
ölkəyə əlavə olaraq min tonlarca yük da-
şınmasını təmin etməsi bunu bir daha sü-
but edir.
Havanın küləkli olmasına baxmaya-
raq, qabaqcıl gəmi işçiləri qəzaya uğra-
madan üzərək, bir sıra yedək daşıma tap-
şırığını yerinə yetirmiş, yaxşı və fədakar iş
nümunələri göstərmişlər.
“Medvejonok” yedəkçi gəmisinin
kollektivi Xəzərin köhnə dənizçilərindən
biri olan kapitan Bakurin yoldaşın başçı-
lığı ilə iyulda 7 yedək gəmisi götürərək,
aylıq planını ton üzrə 153,1 faiz və ton-mil
üzrə 108,8 faiz yerinə yetirmişdir. Kollek-
tiv mehriban işləməsi nəticəsində qəzaya
uğramadan bir dəfə müəyyən edilmiş li-
mana yedəkdə iki gəmi, digər səfərdə isə
3 gəmi aparmışdır. Gəminin işçiləri iyul
ayında 8,9 ton yanacağa və yağa qənaət et-
məyi bacarmışlar. Onlar habelə öz gəmilə-
rini yaxşı texniki vəziyyətdə saxlamağa da
nail olmuşlar.
Həmçinin yedəkçi “Molodes” gəmisi
də iyul ayında əhəmiyyətli müvəffəqiyyət
əldə etmişdir. Bu gəmiyə gənc kapitan
Toqunov yoldaş başçılıq edir. “Molodes”
gəmisi daşıma planını ton üzrə 142 faiz və
ton-mil üzrə 103,2 faiz ödəyərək, yedəkdə
9 gəmini müvəffəqiyyətlə aparmışdır.
“Türkmənistan” gəmisinin kollektivi
planı ton üzrə 115,3 faiz və ton-mil üzrə
105 faiz yerinə yetirmişdir. Dənizçilər baş
mexanik Klemansov yoldaşın başçılığı ilə
limanlarda durarkən yükləmə - boşaltma
zamanı və yolda hərəkətdə ikən yük man-
canaqlarını, baş mühərrikin armaturlarını
təmir etmiş, gəminin maşın şöbəsini və
gövdəsinin bir hissəsini rəngləmiş, bu-
nunla da gəmini yaxşı texniki vəziyyətdə
saxlamışdır.
Komandiri Sotnik yoldaş olan “Me-
ridian” gəmisinin dənizçiləri də yaxşı iş
göstəriciləri əldə etmişlər. Gəmi planını
ton üzrə 124,8 faiz və ton-mil üzrə 134
faiz yerinə yetirmişdir. Dənizçilər öz
qüvvələrilə gəminin bir sıra təmir işlərini
aparmışlar.
Öz istehsalat tapşırıqlarını yerinə ye-
tirməkdə kapitanı Kaminski yoldaş olan
“Azərbaycanlı” gəmisi, özü hərəkət et-
məyən gəmilərdən “X Oktyabr” (kapitanı
Qraşenko yoldaşdır), “Traktorist” (kapi-
tanı Muratkin yoldaşdır) və gəmiçiliyin
bir çox başqa gəmiləri həmçinin inadlı
işləmişlər.
Bu gəmilərin çoxunda iyul ayında
əmək intizamının pozulmasına yol veril-
məmiş, xidmət vaxtası keçirilməsi qay-
dası xeyli yaxşılaşdırılmış, daşınan yüklər
mühafizə edilmişdir.
Gəmiçilik birinci növbədə bu müvəf-
fəqiyyətlərə, SSRİ Dəniz Donanmasının
gəmilərində dənizçilik xidməti və intizam
Nizamnaməsinin yerinə yetirilməsinə
gündəlik nəzarətlik işini qüvvətləndirmək,
donanmada dispetçer aparatının və mexa-
niki-gəmi xidməti aparatının işinə rəhbər-
liyi yaxşılaşdırma yolu ilə əldə etmişdir.
Qrup dispetçerləri Rixter, Qoroxov,
Zabelina, Yaroşenko, Sazonova, Parfen-
teva yoldaşlar gəmilərə gündəlik və ardı-
cıl rəhbərlik edir, limanlardan onların öz
vaxtında yola salınmasını diqqətlə izləyir,
bunkerlərlə təchiz edir və bununla da gə-
milərin hərəkət dövriyyəsinin artmasına
nail olurlar.
“Kommuna” gəmisi qazantəmizləmə
vaxtından 14 saat, “İnqilabçı Şərq” gəmisi
vaxtından 20 saat, yedəkçi “Mqla” gəmi-
si vaxtından 24 saat qabaq buraxılmışdır.
“X Oktyabr” gəmisində gəmi təmiri ema-
latxanası tərəfindən təmir olunmaq üçün
nəzərdə tutulmuş işlər gəmini istismardan
dayandırmadan görülmüşdür.
Bu müvəffəqiyyətlər Bakı gəmi təmi-
ri emalatxanalarının fəhlə kollektivləri və
mühəndis – texniki işçilərinin staxanovca-
sına işləmələri nəticəsində əldə edilmişdir.
Bu kollektivlər iyul ayında naviqasiya tə-
mirindən və qazan təmizləmədən 7 gəmini
vaxtından 215 saat qabaq buraxmışdır.
Qabaqcıl gəmi komandirləri tərəfin-
dən donanmanı təsərrüfat hesabına ke-
çirmək haqqında hövzə mətbuatımızın
səhifələrində qaldırılan böyük və mühüm
hazırlıq məsələsi üzərində də dayanmaq
lazımdır. Dövlət vəsaitinin hər bir qəpiyi-
nin qeydinə qalan vətənpərvər komandir-
lər bu mühüm dövlət məsələsini vaxtında
qaldırmışlar.
Lakin unutmamalıyıq ki, müvəffəqiy-
yətlərimizlə bərabər nöqsanlarımız da az
deyildir. Donanmanın xeyli vaxtı liman-
larda səmərəsiz boş dayanma ilə keçir.
Məsələn, iyul ayında yalnız Bakı limanın-
da yük boşaltma zamanı gəmilər 1005 saat
səmərəsiz olaraq boş dayanmışlar.
Hazırda yüklərin diqqətsiz daşınma-
sı işi ciddi nöqsanlardan biridir. Yüklərin
təhvil götürülməsi və verilməsi işində
olan diqqətsizlik gəmiçiliyə böyük zərər
vurur. Məsələn, “Azərbaycanlı” gəmisinin
etdiyi 4 səfərdə 3272 tay mal çatışmır. 267
nömrəli tankerin etdiyi 4 səfərdə isə 2206
tay mal çatışmır.
Qəza hadisələri, dənizçilik xidməti
Nizamnaməsinə əməl etməmək, əmək in-
tizamını pozma halları, sanitar qaydaları-
na əməl etməmək kimi hallar hələ donan-
mada vardır.
Bu o deməkdir ki, bir çox koman-
dirlər öz işlərini yenidən qurmalı və öz
gəmilərində hərbi qayda və intizam yarat-
malıdırlar.
Partiya və hökumət qarşımızda
avqust ayında müdafiə və xalq təsərrüfatı
yüklərinin daşınmasını təmin etmək kimi
mühüm vəzifə qoymuşdur. Heç şübhə
yoxdur ki, Xəzər dənizçiləri bu mübariz
vəzifənin öhdəsindən şərəflə gələcək və
sevimli sərkərdəmiz Sovet İttifaqı marşalı
Stalin yoldaşın əmrlərinə daha layiqli ca-
vab verəcəklər.
A. Matyuşev,
SSRİ Xalq Dəniz Donanması Komissa-
rının müavini və Xəzər quruyük daşıyan
gəmiçiliyin naçalniki ,
“Qaspi bolşeviki” qəzeti, № 65 (1963),
16 avqust 1944-cü il
“dəniz”
O illərdə “Dəniz” nədən yazırdı
(Nöqtəsinə,
vergülünə dəymədən)
A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
28 oktyabr 2016-cы il № 69-72 (9075)
6