R b a y c a n X z r d n z g m



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix21.12.2017
ölçüsü0,61 Mb.
#16869
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


11 noyabr 2016-cы il   № 73-76 (9079)

bAş reDAktor

rasif iman oğlu

tAhirov

ünvanımız:

Az1003, bakı şəhəri,

xanlar küçəsi, 22

telefonlArıMız:

baş redaktor

(050) 670-33-76

redaktor

(070) 252-39-02

qəzetin təsisçisi:

“Azərbaycan xəzər Dəniz

Gəmiçiliyi”

qapalı Səhmdar 

Cəmiyyəti

qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

şəhadətnamə: 275

tiraj: 2000

Sifariş: 3182

8

9 güləşçimizdən 7-si mükafatçılar sırasına düşə bilib

Rusiya Federasiyasının Kostroma 

şəhərində yeniyetmə və gənclər arasında 

sərbəst güləş üzrə VII Ümumrusiya açıq 

turnirində ''Təhsil" Respublika İdman 

Mərkəzinin Lənkəran filialının güləşçilə-

ri də iştirak ediblər.

Altı ölkəni təmsil edən 245 idmançının 

mübarizə apardığı turnirdə Lənkəranın 9 güləşçisindən 7-si mükafatçılar sırasına 

düşə bilib. Qazanılan medallardan dördü qızıl, ikisi gümüş, biri isə bürünc olub.

Qızıl  medallara  Mirkazım  Fəttayev  (38  kq),  Radik  Əkbərov  (54  kq),  Rus-

lan Dadaşov (58 kq) və Tahir Allahverdizadə (66 kq), gümüş medallara Miray-

dın Məmmədzadə (46 kq) və Əkbər Əkbərli (55 kq), bürünc medala isə İbrahim  

Məcidzadə (50 kq) sahib çıxıb.

Turnirin nəticələrinə əsasən, ümumi komanda hesabında "Təhsil" Respublika 

İdman Mərkəzinin Lənkəran filialının komandası birinci yerə layiq görülüb.



Azərbaycan Gimnastika federasiyası 

könüllülərin qəbulunu elan edir

Gələn il fevralın 18-19-da Bakıda batut gimnastikası 

üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) “AGF 

Trophy” dünya kuboku yarışı keçiriləcək. Azərbaycan 

Gimnastika Federasiyası (AGF) yarışın yüksək səviyyədə 

təşkili məqsədilə könüllülərin qəbulunu elan edir.

AGF-dən  bildiriblər ki, könüllülərin əsasən nümayəndə heyətlərinə tibbi xid-

mətin göstərilməsi, akkreditasiya, katibliyin işlərində, mükafatlandırma və digər 

istiqamətlərdə fəaliyyət göstərmələri nəzərdə tutulub.

AGF bu yarışın könüllülərinə 2017-ci ildə təşkil olunacaq idman gimnastikası 

(16-19 mart) və bədii gimnastika (28-30 aprel) üzrə FIG “AGF Trophy” dünya 

kuboku yarışlarına da könüllü kimi qatılmaq imkanı verir.

Batut gimnastikası üzrə dünya kubokunda könüllü olmaq istəyən gənclər no-

yabrın  20-dək  https://goo.gl/forms/PD0KCGiJzGv35ssA2    internet  səhifəsinə 

daxil olub elektron ərizə formasını dolduraraq müraciət edə bilərlər.



Cüdoçularımızın “böyük dəbilqə” beynəlxalq 

turnirindəki çıxışı yüksək qiymətləndirilib

Azərbaycan cüdoçuları Əbu-Dabidə ke-

çirilən “Böyük dəbilqə” beynəlxalq yarışın-

da uğurla çıxış ediblər. Milli komandamızın 

üzvləri Elxan Məmmədov, Rüstəm Orucov, 

Tural Səfquliyev müvafiq olaraq qızıl, gü-

müş və bürünc medal qazanıblar.

Qazanılan  uğurla  bağlı  noyabrın  3-də 

Gənclər və İdman Nazirliyində mətbuat kon-

fransı  təşkil  olunub.  Beynəlxalq  yarışdan 

Vətənə qayıdan mükafatçılar da tədbirə qatılıblar.

Gənclər  və  idman  nazirinin  müavini  İsmayıl  İsmayılov  ölkəmizdə  idmana 

göstərilən dövlət qayğısından, atletlərimizin beynəlxalq arenadakı uğurlu çıxışın-

dan və ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etməsindən 

danışıb. Həmçinin digər idman növləri kimi cüdonun da respublikamızda inkişaf 

etdiyini diqqətə çatdırıb.

Beynəlxalq turnirin mükafatçıları yarışın gərgin idman mübarizəsi şəraitində 

keçdiyini və “Böyük dəbilqə”yə ciddi hazırlaşdıqlarını vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan millisi kişilərin yarışında komanda hesabında bi-

rinci yeri tutub. Aktivində bir qızıl və üç bürünc medal olan Rusiya yığması isə 

ikinci yerdə qərarlaşıb. Bir qızıl və bir bürünc medal qazanan Serbiya cüdoçuları 

isə turnirin üçüncüsü olublar.

Xatırladaq ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı 

“Böyük dəbilqə” turnirində Azərbaycan millisi 12 idmançı ilə təmsil olunub.



Azərbaycan kikboksçusu 

erməni idmançını məyus edib

Azərbaycanın peşəkar  

kikboksçusu, Kikboksinq Federasi-

yasının yığma komandasının üzvü 

Xəyal Əhmədov A1WCC versiyası 

üzrə keçirilən beynəlxalq turnirdə 

parlaq qələbə qazanıb.

Federasiyadan  bildiriblər ki, Al-

maniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti 

beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal 

Əhmədov rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə 

gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepyanı noka-

uta salaraq qələbə qazanıb.

Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatıçılığı ilə 

keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.

klubun yetirmələri 4 qızıl, 3 gümüş və 

8 bürünc medala sahib çıxıblar

Hövsan Olimpiya İd-

man Kompleksində qarışıq 

döyüş növləri (MMA) üzrə 

açıq Bakı kubokuna yekun 

vurulub.

Turnirdə  20  komanda-

nın  tərkibində  200-ə  yaxın 

idmançı yarışıb.

"Neftçi  İdman  Klubu”-

nun  yetirmələri  də  paytaxt 

yarışının  kuboku  uğrunda 

mübarizə aparıblar.

Klubun  yetirmələri  4 

qızıl, 3 gümüş və 8 bürünc 

medala  sahib  çıxıblar.  On-

lardan  Teymur  Məmmə-

dov (42 kq), Məhəmmədəli 

Hüseynov (66 kq), Yolqulu Məmmədov (77 kq) və Əli Əlizadə 

(100 kq) bütün döyüşləri qalibiyyətlə başa vuraraq fəxri kürsü-

nün ən yüksək pilləsinə qalxıblar.



Kikboksinqin WTKA versiyası 

üzrə İtaliyanın Karrara şəhərində 

dünya çempionatı keçirilib. Yarışda 

ölkəmizi təmsil edən Azərbaycan 

Kikboksinq Federasiyasının üzvü 10 

yaşlı Ayxan Həşimov dünya çempio-

nu olub.

Balaca Ayxan  ilk  döyüşdə  Serbiya 

təmsilçisi,  yarımfinalda  rusiyalı  rəqibi 

və finalda isə İtaliya idmançısı üzərin-

də inamlı qələbə qazanaraq qızıl medala 

sahib çıxıb.

AZƏRTAC-ın  əməkdaşı  ilə  söh-

bətində  A.Həşimov  yarışa  müəllimi, 

tanınmış Azərbaycan kikboksçusu Edu-

ard Məmmədov ilə çox ciddi hazırlaşdı-

ğını bildirib: “Mənə göstərdiyi etimada 

görə məşqçimə təşəkkürümü bildirirəm. 

Bundan sonra daha əzmlə çalışıb mənə 

dəstək olanların ümidlərini doğrultmağa 

çalışacağam. Qazandığım qələbəmi isə 

valideynlərimə həsr edirəm”.

İtaliya  turnirinin  ilk  beynəlxalq  sı-

nağı  olduğunu  deyən  balaca Ayxan  bu 

günədək ölkə çempionu və klublararası 

respublika birinciliyinin qalibi olub.

A.Həşimov  deyib:  “Qarşıda  məni 

Mayamidə  təşkil  olunacaq  beynəlxalq 

yarış gözləyir. Hazırda mən növbəti ya-

rışa ciddi hazırlaşıram. Ümid edirəm ki, 

İtaliyadakı uğurumu təkrarlayıb növbəti 

yarışlarda da mükafatçılar sırasında yer 

alacağam  və  Azərbaycan  bayrağını  ən 

yüksəkdə dalğalandıracağam”.



on yAşlı AyxAn həşiMov kikbokSinqin WtkA 

verSiyASı üzrə DünyA çeMPionu olub

Avstriyanın Lints şəhərində keçi-

rilən karate üzrə dünya çempionatı 

Azərbaycan milli komandası üçün 

uğurlu olub.

Karate üzrə dördqat dünya çempio-

nu Rafael Ağayev (75 kq) növbəti dəfə 

dünya çempionu olub.

Macarıstan, Hollandiya, Özbəkistan 

və Ermənistandan olan rəqiblərini məğ-

lub edən R.Ağayev yarımfinalda iranlı 

idmançıya qalib gəlib. Bunadək dördqat 

dünya  və  13  dəfə  Avropa  çempionu 

olan  idmançımız  final  görüşündə  Mi-

sir idmançısı Əbdül Rəhman Ömər ilə 

qarşılaşıb. Rəqibindən aşkar üstün olan 

R.Ağayev beşqat dünya çempionu adını 

qazanıb. Bununla da Rafael Ağayev re-

kord sayda dünya çempionu kimi adını 

dünya karate idmanı tarixinə yazıb.

Finalda  mübarizə  aparan  digər  id-

mançımız – 84 kq çəkidə döyüşən Ayxan 

Mamayev yapon karateçisi Araqa Ryu-

taronun müqavimətini qıra bilməyib və 

yarışı gümüş medalla tərk edib.

60  kq  çəki  dərəcəsində  tatamiyə 

çıxan  Firdovsi  Fərzəliyev  bürünc  me-

dal uğrunda görüşdə Mərakeş idmançısı 

Abdelsalam  Ameknassi  ilə  qarşılaşıb. 

İnamlı  mübarizə  aparan  F.Fərzəliyev 

qələbə  qazanaraq,  çempionatın  bürünc 

medalına sahib olub.



Sloveniyanın Maribor şəhərində 

kikboksinq üzrə Avropa çempionatı 

keçirilib.

 “Neftçi İdman Klubu”nun milli ko-

mandanın heyətində təmsil olunan kik-

boksçularından Anar Əhmədov (51 kq, 

K-1 kontakt) və Çingiz Əhmədzadə (51 

kq, lou-kontakt) yalnız final döyüşündə 

məğlub  olaraq  qitə  çempionatının  gü-

müş medalı ilə kifayətləniblər.

Elşad  Ələsgərov  (54  kq,  K-1  kon-

takt) isə bürünc medala sahib olub.

Veteranlar  arasında  təşkil  olunan 

yarışda  isə  Sadıq  Bağırov  üçüncü  yeri 

tutub.

Naxçıvan şəhərindəki 

İlham Əliyev adına Olim-

piya İdman Kompleksin-

də voleybol üzrə kişilər 

arasında Azərbaycan 

çempionatının I dövrəsi-

nin beşinci turuna yekun 

vurulub.

Beşinci 


turda 

“Lokomotiv” 

“Sumqayıt” komandasına (3:0), MOİK 

“Nəqliyyatçı”ya  (3:2),  “Neftçi”  isə 

“Naxçıvan” komandası-

na (3:0) qalib gəlib.

Bununla  da  Azər-

baycan 


Respublikası 

və  Naxçıvan  Muxtar 

Respublikası  Gənclər 

və  İdman  nazirlikləri, 

Azərbaycan  və  Naxçı-

van  Voleybol  federasiyalarının  birgə 

təşkil  etdikləri  çempionatın  I  dövrəsi 

başa çatıb.



rAfAel AğAyev kArAte üzrə 

beşqAt DünyA çeMPionuDur

kikbokSçulArıMız AvroPA 

çeMPionAtınDA DÖrD MeDAl qAzAnıblAr

voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının 

ı dövrəsinin beşinci turuna yekun vurulub

Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə