R b a y c a n X z r d n z g m



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix21.12.2017
ölçüsü0,61 Mb.
#16869
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


11 noyabr 2016-cы il   № 73-76 (9079)

7

Malayziya və Çin rəsmiləri-

nin qənaətinə görə, Cənub-Çin 

dənizindəki ərazi mübahisələrini 

sülh danışıqları yolu ilə həll et-

mək olar. Bu sözləri Malayziyanın 

Baş naziri Nacib Razak Pekində 

Çin Xalq Respublikasının Sədri 

Si Cinpin ilə görüşündən sonra 

jurnalistlərə müsahibəsində deyib.

Baş nazirin sözlərini sitat gə-

tirən  “New  Straits  Times”  qəze-

ti  yazır:  “Biz  belə  bir  vahid  mövqedə 

dayanırıq ki, bu mübahisə yüksək mü-

nasibətlərə  malik  olan  iki  dost  dövlət 

arasında mövcuddur. Biz bu fikir ayrı-

lığının aradan qaldırılması üçün heç bir 

ciddi səbəb görmürük”.

Bununla yanaşı, Nacib Razak əlavə 

edib  ki,  milli  suverenitet  məsələlərini 

həll etmək elə də asan olmadığına görə, 

ərazi  mübahisələrinin  həlli  böyük  za-

man tələb edir. Bütün bunlar Cənub-Çin 

dənizində və ümumilikdə regionda sül-

hə və sabitliyə xətər yetirməməlidir.

Malayziyanın  məsələ  ilə  bağlı 

mövqeyini açıqlayan hökumət başçısı 

vurğulayıb ki, bu, istənilən mübahisə-

nin və fikir ayrılığının dialoq və sülh 

danışıqları yolu ilə həllini nəzərdə tu-

tur.


Qeyd  edək  ki,  Parasel  (Sişa)  ada-

larına  və  Spratli  (Nanşa)  arxipelaqına 

Pekin və Kuala Lumpurla bərabər, Bru-

ney, Vyetnam və Filippin də iddialıdır.



Bu qəbildən olan möcüzəli faktları 

dünya alimləri uzun müddət axtarsalar 

da, çox vaxt adi bir təsadüf nəticəsində, 

həm də elmi araşdırmalar aparmayan 

insanlar tərəfindən üzə çıxarılır. Yo-

naquni monumenti adlı sualtı şəhəri də 

təcrübəli dalğıc,  “çəkic” deyilən köpək 

balıqlarının məskunlaşdığı yerlərdə  

-- sadəcə, macəra axtarmaq üçün uzun 

müddət suyun altında qalan Kixatiro 

Aratake  tapıb. Əslində, həmin yerdə 

akvalangistlər həmişə işləyiblər. Amma 

dünya alimlərinin 30 illik mübahisəsinə 

səbəb olan bu şəhərin üzə çıxarılması 

Aratakenin bəxtinə düşüb.

Elmi  mənbələr  yazırlar  ki,  1985-

ci  ildə  Yaponiya  qəzetlərinin  birinci 

səhifəsində dünyanın ən böyük kəşflə-

rindən biri haqqında manşet verilmişdi. 

Orada göstərilirdi ki, bu ölkənin ərazi-

sində olan Yonaquni adasına yaxın yer-

də,  güclü  dəniz  axınları  olan  ərazidə, 

suyun  dibində  heyrətamiz  piramidalar  

var. Yazını  oxuyan  bütün  alim,  dalğıc 

və macəra axtaranlar həmin yerə tələ-

sir və gördüklərinə mat qalırdılar. Hətta 

piramidanın ensiz, tağlı qapısı da hamı-

nın gözü qarşısında idi.

Yerin,  daş  və  qayaların  tarixini 

müəyyənləşdirən  mütəxəssislər  bu  pi-

ramidaların on min  illər yaşı olduğunu 

söyləyirlər. Piramidalara aparan nəhəng 

daş  pilləkənlərin  qurtaracağının  itişə-

killi olduğuna görə alimlərin bir qismi 

bu şəhərin sırf təbii proses – yəni, güclü 

axınlar -- nəticəsində yarandığını ehti-

mal edirlər.  Dünyanın müxtəlif ölkələ-

rindən  yapon  alimlərinin  köməyinə 

gələn    mütəxəssislərin  böyük  əksəriy-

yəti isə  belə hesab edir ki, bu nəhəng 

sualtı “qaya şəhər” nə zamansa plane-

timizdə  yaşamış  qədim  sivilizasiyalar 

tərəfindən tikilib.

İlk  baxışdan  təbiətin  “əl  işi”  kimi 

qiymətləndirilən  bu  yeri  diqqətlə  iz-

ləyən alimlər ciddi görkəmi olan, düz-

bucaqlı  “əkiz  daşları”  görəndə  mat 

qalırlar.  Çünki  həmin  monumental 

əkizlərin materialı digər qayalara bən-

zəmir.  Onlar  təxminən  indiki  əhəng 

daşı  deyilən  başqa  materialdan  tikilib. 

Alimlərin fikrincə, həmin daşlar təbiət 

tərəfindən  bu  şəkildə  yonulub  hamar-

lana  və  diqqətlə  yerləşdirilə  bilməzdi.  

Həm  də,  elə  olsaydı,    ərazidəki  güclü 

axınlar onları çoxdan məhv edə bilərdi. 

Deməli,  həmin  piramidalar  və  əkizlər 

kim tərəfindənsə, hansısa məqsədlə ti-

kilib. Üstəlik, monument  başdan-başa 

mənası  hələ  də  bilinməyən  bərabəröl-

çülü  üçbucaqlarla  “bəzədilib”.  Bir  az 

aralıda isə çox ciddi görkəmi olan daş 

memarlıq  nümunəsi  görünür  və  onun 

təbiət – yəni su axını tərəfindən yaradıl-

dığına heç kəs inana bilməz.

Bu  qurğunun  ətrafında    məqsədli 

şəkildə böyük qayalardan təmizlənmiş 

geniş  daş  yol  vardır.  Həmin  daş  yolla 

irəliləyən hər kəs öz varlığında  yapon 

piramidalarının gözəlliyini və tapmaca-

ya bənzəyən ,   sirrli ab-havasını yaşayır. 

Monumentin  qarşısında  bərabərölçü-

lü pilləkənlərdən ibarət 10 metrlik daş 

terras  görünür.  Həm  pilləkənlər,  həm 

də  terras  elə  dəqiq  hazırlanıb,    bəra-

bər ölçülərə gətirilib  ki, buranın təbiət 

tərəfindən  yaradıldığını  deyən  alimlər 

də bir anlıq çaşır və öz mülahizələrini 

təkrar etməyə çətinlik çəkirlər.

Alimlərin  bəziləri  ehtimal  edirlər 

ki, bu piramidalar tikilən zaman həmin 

ərazilər  dəniz  deyil,  quru  olmuşdur.  

Başqa ehtimala görə  həmin şəhər  indi-

ki sivilizasiyadan çox-çox əvvəl plane-

timizdə  yaşamış  başqa  sivilizasiyanın 

izləridir. Digər – o qədər də inanılmalı 

olmayan  ehtimala  görə    planetimizdə 

nə  zamansa  su  altında  yaşayan  şüurlu 

canlılar da   (onlara insan deməyə heç 

kəs cürət etmir)  olmuşdur. Yəni 30 ildir 

ki, oranı görənlərin hərəsi bir nəzəriyyə 

irəli sürür.

Hər halda,  Yonaquni qədim,  gözəl 

və möhtəşəm monumentdir. Təəssüf ki,  

insan övladı yaşadığı planetin sirlərini 

öyrənmək  üçün    kifayət  qədər  inkişaf 

edə bilməyib.

İ. ƏMƏNULLAYEV

Beynəlxalq alimlərdən ibarət qrup Qara dənizdə 40 

qədim gəminin olduğu qəbiristanlıq tapıb. 

Qəbiristanlığa  Qara  dənizdə  geofiziki  araşdırmalar  za-

manı təsadüfən rast gəlinib. Tapıntı Bolqarıstanın ərazi su-

larında yerləşir.

Southampton Universitetinin dəniz arxeologiya mərkə-

zinin ekspertləri 1800 metr dərinliyinə iki sualtı robot yer-

ləşdiriblər və məhz bunların vasitəsilə gəmiləri aşkar etmək 

mümkün olub. Alimlər qeyd edirlər ki, qəbiristanlıqda Os-

manlı və Bizans gəmilərinə rast gəlmək olur. Artıq onların 

bəzilərinin  görünüşünü  3D  modelləşdirmə  vasitəsilə  bərpa 

etmək mümkün olub.

Tahir Dadaşov

Qlobal istiləşmə bu cür sürətlə 

davam edərsə, Cənubi Avropanın 

bəzi hissələri, İspaniyanın cənubu və 

Portuqaliya da daxil olmaqla səhraya 

çevrilə bilər.

BBC  xəbər  verir  ki,  Eks-Marsel 

Universitetinin alimləri bu qənaətə gə-

liblər. Onların araşdırmaları “Science” 

jurnalında dərc olunub.

Alimlər  hesab  edirlər  ki,  Aralıq 

dənizi  regionu  dünyada  gedən  qlobal 

istiləşmədən  daha  çox  zərər  çəkəcək. 

Temperaturun Selsi İlə 1 dərəcə artımı 

Aralıq dənizi hövzəsinin ekosistemində 

xüsusi dəyişikliyə səbəb ola bilər. Fak-

tiki olaraq bu artım artıq baş verib. Əgər 

dünya  üzrə  orta  temperatur  2  dərəcə 

yüksələrsə, onda İspaniyanın cənubu və 

Portuqaliya,  bəzi  bölgələr  -  Mərakeş, 

Əlcəzair, Tunis və Türkiyənin cənubu, 

eləcə  də  Suriyanın  bəzi  hissələri  əsrin 

sonuna qədər səhraya çevriləcək.

Aralıq  dənizi  regionu,  həmçinin 

qlobal istiləşmə nəticəsində yarana qu-

raqlıqdan əziyyət çəkəcək. Bu, region-

dakı bitkilər, o cümlədən palıd və zey-

tun ağacları üçün təhlükə yaradacaq.

Regionda orta temperatur artıq XIX 

əsrin  sonu  ilə  müqayisədə  1,3  dərəcə 

yüksəlib. Alimlər Aralıq  dənizi  regio-

nunun ekoloji sistemini qoruyub saxla-

maq üçün hökumətləri atmosferə atılan 

zərərli qazların həcmini azaltmağa ça-

ğırır.


Tahir Dadaşov

Cənub-çin Dənizi ilə bAğlı MÖvqeləri üSt-üStə Düşür

SuAltı şəhər

qArA DənizDə  GəMi qəbiriStAnlığı tAPılıb 

ArAlıq Dənizi reGionu SəhrAyA çevrilə  bilər

yArızArAfAt, 

yArıGerçək

çox adam bekar dayana bilmədiyi üçün 

işdən iş çıxarır?

Adamı ən çox gümanı aldadır.

hələ də bəzilərini başa sala bilmirəm ki, 

ikinin üstünə iki gələndə cəmi onların istədiyi 

ədəd eləmir.

üzü qışa – küləkli günlərə doğru gedirik. vay 

kələklə gələnlərin halına.

Adam danışa bildiyi qədər yox, bildiyi qədər 

danışmalıdır.

nə qədər ki, ucuzdu, hamam suyu ilə dost 

tutanlarımız çox olacaq.

yalanın çoxluğu əvvəl-axır yaddaşın yoxlu-

ğuna gətirib çıxarır.

Sözün ən bişmişi bişmiş adamın sözüdür.

bacardığın işdən yapışanda, iş də adamın 

əlindən tutur.

Arşın beynəlxalq ölçü vahidi olmadığı üçün 

hərə öz arşını ilə ölçür?

Allah, istəməyənə niyə ağıl verməlidir ki?

Mən zəmana adamı olmadım. heç sizə də 

məsləhət görmürəm. Adam olmaq kifayətdir.

Pulu olanın canını pul, pulu olmayanın da 

canını Allah sağ eləsin.

işsiz qalmaq istəmirsənsə, işdən qorxma.

Allah, Allah! Ömründə kişilik etməyən də 

qeyrətdən danışır. 

qarnın qardaşdan irəli olduğunu qarın qar-

daşdan yaxşı bilir.

Pullunun yalanı adətən ittihamçı, pulsuzun 

həqiqəti uzağı vəkil olur.

çəkim yüngül olduğu üçün məni tez-tez dərd 

götürür?

olsaydı, mən də böyük məmnuniyyətlə şir 

ürəyi yeyərdim.

yaşadığın yer və ətrafın nə qədər təmiz olsa, 

zibilə o qədər az düşərsən.

Az istəyən çoxdan olar.

bir qulaqdan o biri qulağa yol var? olmamış 

olmaz. yoxsa bəziləri deyilənləri bu qulaqdan 

alıb, o biri quladan necə buraxır?

kökü dərində olmayan ağacı gec-tez ya 

külək yıxacaq, ya fələk.

Mən adətən, məni satanlara məni satdıqları 

üçün yox, satdıqlarının qiymətini bilmədikləri 

üçün əsəbləşirəm.

yaraşmır, heç kəsə yaraşmır. nakişiliyi de-

yirəm e...

Adətən, ayağını yorğanına görə uzatmayanın 

başı, uzadanın isə ayağı ağrıyır.

Mən kasıb da görmüşəm, qudurğan da. üstə-

lik, kasıbın qudurmağını da.

bu qədər zay adamı kimin ayağına yazaq?

Adam var özü oxuyur, adam var, ona oxu-

yurlar.

bəziləri elə onu gözləyir:ara qarışsın, məz-

həb itsin...

çox adam yalanlarından əməlli-başlı qa-

zanır. belə isə, yalançılardan gəlir vergisi niyə 

tutulmasın?

həmişə yerlə gedin. Göylə getməyin 

düşər-düşməzi olur.

yaxşı ki, bəziləri yalanla nəfəs alır. onsuz da 

təmiz hava çatmır.

uşaq ki, uşaq. uşaq vaxtlarımda elə bilirdim 

ki, “orda oturma, burda otur”u ancaq yaxşı 

adamlara deyirlər.

Doğrudan pul əl çirkidir? elədirsə, nə qədər 

az olsa, yaxşıdır.

yüksək vəzifələrdə həmişə yaxşı adamların 

olmasını arzulayın. çünki yaxşı adam vəzifədə 

uzağı pis ola bilər. Pis adam isə heç vaxt yaxşı 

adam olmayacaq. xüsusilə də vəzifə kürsüsündə 

oturanda.

Mən də başa düşürəm ki, pulsuzluq kişi üçün 

çox çətindir. Amma öz aramızdır, pulu da gərək 

kişi kimi qazanasan.

Dəqiq yadımda deyil. əvvəllər kişilər qeybət 

edirdilər? tamam “skleroz” olmuşam da.

Adamın heç nəyi boş olmasın. xüsusilə də 

başı.

yazıq bəzi arvadlara. elə bilirlər ki, ərləri 

hər səhər evdən kişi kimi pul qazanmağa çıxır-

lar.

Söz, aparıb-gətirmək üçün deyil.

Mənə salam verməsən də olar. Amma xa-

diməyə mütləq salam ver. çünki gedəndən sonra 

sənin zibilini o, təmizləyir.

yaxşı əməl yiyəsi olun. qalan şeylər özü 

düzələr.

Ciyəri yanana ha de ki, suyu üfürə-üfürə iç.

bilsəydim ki, çirklənməz, deyərdim gəlin pis 

adamların hamısını süpürüb tökək dənizə.

bəlkə biləsiniz, niyə adamlar daha çox pisliyə 

doğru dəyişirlər?

işinizin yağ kimi getməsini istəyirsiniz? Mə-

nim elədiklərimin tərsini edin.

ürəyim qarpız istəyir. Adamların qoltuğuna 

qarpız verənlər haradadır?

yaxşı ki, Allahın vəzifəsi yoxdur. nə qədər 

olmasa, arabir kasıb-küsub tərəfə də baxır.

Pərdə dəbdən düşüb. yəqin bir vaxtlar göz-

dən pərdə asanlar indi jalüz asarlar.

Görəsən, ekoloqlar təpəmdən çıxan tüstüyə 

görə məni cərimə edə bilərlər?

keyfimin saz vaxtından başqa, hər cür vax-

tım olur.

həyata bax e... nə həyatı, nə də riyaziyyatı 

məndən yaxşı bilməyənlərin əksəriyyəti hər gün 

mənə nəyisə sübut etməyə çalışır.

Adamlığı olmayandan yaxşı nə isə gözləmək 

üçün əvvəlcə adam olmağını gözləməlisən...

nə çox-nə az, düz yetmiş il kommunizm yolu 

ilə getdik. yetmiş ildən sonra dağıldı. yoxsa indi-

ki yollar? bu gün çəkirlər, səhər dağılır.

Axmaqların hərəkəti təkcə gülüş doğursaydı, 

günümüz sevinc içində keçərdi.

Ağlı olanların ağlına, ağlı olmayanların başı-

na çox şey gələr.

Rasif  TAHİROV

“Platforma” robotu Arktika 

sularında uğurla sınaqdan keçirilib

Tomsk Poli-

texnik Universiteti 

alimlərinin səyi ilə 

hazırlanmış sualtı 

“Platforma” robo-

tu Arktika sula-

rında keçirilən 

sınaqları müvəffəqiyyətlə başa vurub. Sualtı aparat 

qlobal istiləşmə ilə əlaqədar arktik şelfin xüsusiyyət-

lərini tədqiq edib.

planet-today.ru  saytı  xəbər  verir  ki,  “Platforma” 

robotu əvvəlcə Vladivostokda sınaqdan keçirilib, son-

ra “Akademik Lavrentyev” gəmisi ilə birlikdə arktik 

ekspedisiyaya yollanıb.

Avtomatlaşdırılmış  sualtı  aparat  Rusiya  Elmlər 

Akademiyasının Uzaq Şərq Bölməsinin Dəniz Texno-

logiyaları Problemləri İnstitutu və Tomsk Politexnik 

Universitetinin birgə layihəsidir.

Sakit okeanı tək keçməklə yeni 

rekorda imza atmaq istəyirdi

Sakit okeanı tək qət 

etmək istəyən tanınmış çinli 

səyahətçi Qo Çuan Havay 

adaları rayonunda itkin 

düşüb.

 Sinxua agentliyinin ver-

diyi xəbərə görə, səyahətçinin axtarışına Havay adala-

rının Qonolulu şəhərindən hava gəmisi yollanıb. Xila-

sedicilər yalnız səyahətçinin qayığından qopan yelkəni 

tapa biliblər. Onunla əlaqə yaratmaq cəhdləri nəticəsiz 

qalıb.

Qo Çuan oktyabrın 20-də San-Fransisko limanın-



dan yelkənli qayıqla səfərə çıxmışdı. O, Sakit okeanı 

tək keçməklə yeni rekorda imza atmaq istəyirdi.

Xatırladaq ki, Qo Çuan 2013-cü ildə dünya turuna 

tək çıxan və səfəri uğurla başa vuran ilk çinli olub.



yosunların çiçəkləməsinin  

mənfi təsiri çoxdur

Yosunların çiçək-

ləməsi balıq ehtiyat-

larının tükənməsinə, 

balıqçılıq təsərrüfatının 

məhvinə gətirib çıxarır, 

insanlara və iri dəniz 

heyvanlarına xəstəlik və 

ölüm gətirir.

BMT-nin Xəbərlər Mərkəzi  xəbər verir ki, bu barə-

də məlumat UNESCO-nun ekspertlərinin tədqiqatında 

yer alıb. Sənədin müəllifləri bu tendensiyanın güclən-

məsi barədə xəbərdarlıq edirlər. Yosunların çiçəkləməsi 

ABŞ-ın Florida ştatının, Hindistan və Omanın sahilbo-

yunda müşahidə edilir. Zərərli kimyəvi maddələrin is-

tehsalı və tullantısının məhdudlaşdırılması üzrə tədbir-

lərə baxmayaraq, bu hal Adriatik və Baltik dənizlərində 

çoxalıb.


Bununla  bel,  tullantıların  məhdudlaşdırılması  nə-

ticəsində  Daxili  Yapon  dənizində  yosunların  zərərli 

çiçəkləmə halı ildə 100 faiz səviyyəsində sabitləşib.

ən böyük dəniz mühafizə 

zonası yaradılacaq

Dünyanın ən böyük də-

niz mühafizə zonası Antark-

tidada yaradılacaq.

  “lemonde.fr”  saytı  xə-

bər  verir  ki,  bu  barədə  ra-

zılıq  uzun  illər  davam  edən 

danışıqlardan  sonra  Avstra-

liyada  Antarktidanın  dəniz 

florasının və faunasının qorunması üzrə Komissiyanın 

iclasında əldə edilib.

Razılaşma  Yeni  Zelandiyaya  aid  Ross  dənizində 

mühafizə zonasının yaradılmasını nəzərdə tutur. Müha-

fizə zonasının ərazisi 1,55 milyon kvadrat kilometrdən 

çox olacaq.

Qeyd edək ki, layihə ABŞ və Yeni Zelandiya tərə-

findən irəli sürülüb.



Astanada SPE-nin (Neft-Qaz 

Sənayesi Mühəndisləri Cəmiyyə-

tinin) “Çağırışlar, dəyişikliklər və 

imkanlar” mövzusunda üçüncü 

Xəzər Texniki konfransı və sərgisi 

keçirilib. Sərgidə neft-qaz sənaye-

sini təmsil edən 400 nəfər peşəkar 

işçi və tələbələr iştirak edib.

Konfransın  spikerləri  qismində 

hökumətlərin, 

operator-şirkətlərin, 

konsaltinq  firmalarının,  energetika 

sahəsində  tədqiqat  şirkətlərinin  (Kaz-

MunaiGas,  KAZENERGY,  ТОО 

“PSA”,  World  Petroleum  Council, 

ExxonMobil  Kazakhstan  Inc.  və  s.) 

yüksəkvəzifəli  nümayəndələri  cəlb 

edilib.

Konfransın  proqramına  daxil  olan 



on iki texniki sessiyanın ortaq mövzu-

su  neftin  qiymətlərinin  enib-qalxdığı 

indiki  şəraitdə  Xəzər  regionunda  ən 

mütərəqqi  vasitələrin,  texnologiya  və 

metodikaların necə tətbiq edilməsi sua-

lına cavab axtarmaqdan ibarət idi. Tex-

niki proqramda 36 ümumi məruzə və 6 

poster təqdim edilib.

TCO,  NCOC,  KPO,  KMG,  Meri-

dian Petroleum, KAZNIPI, Eni, PSA, 

Shell,  Schlumberger,  Total  və  GE 

şirkətlərinin nümayəndələri ilə yüksək 

səviyyədə tematik panel debatları apa-

rılıb.


ExxonMobil  Kazakhstan  Inc. 

şirkətinin  idarəçi  direktoru  Şeril  Ho-

mez-Smit  biznesin  yenidən  təşkilinə 

həsr edilmiş əsas panel sessiyanın işinə 

yekun vuraraq qeyd edib ki, neftin qiy-

məti ilə bağlı yaranmış vəziyyət neft-

qaz sənayesində aparılan əməliyyatlara 

zəruri  dəyişikliklər  edilməsinə  əlavə 

impuls verib və əlavə dəyər yaradılma-

sı məsələsini ön plana çəkib. Qazaxıs-

tanda  və  Xəzər  regionunda  neft-qaz 

sənayesi  gələcək  barədə  də  fikirləş-

məlidir,  çünki  o,  getdikcə  azalmaqda 

olan  kapitaldan  istifadə  etmək  imkanı 

uğrunda başqa ölkələr, regionlar və sə-

naye sektorları ilə rəqabət aparır.

SPE-nin  növbəti  Xəzər  Texniki 

konfransı və sərgisi 2017-ci ilin noyabr 

ayında Bakıda keçiriləcək.

Neft-Qaz  Sənayesi  Mühəndisləri 

Cəmiyyəti  (SPE)  enerji  ehtiyatlarının 

işlənməsi  və  hasilatı  sahəsi  işçilərinin 

qeyri-kommersiya  peşəkar  assosiasi-

yasıdır. SPE dünyanın 144 ölkəsindən 

168 mindən çox üzvü birləşdirir. Neft-

qaz  kəşfiyyatı  və  hasilatı  sahəsində 

texniki  informasiyanın  tanınmış  mən-

bəyi olan SPE öz xidmətlərini müvafiq 

nəşrlər, konfranslar, texniki seminarlar, 

forumlar və www.spe.org veb-saytı va-

sitəsilə təqdim edir.

SPe-nin xəzər texniki konfrAnSı və SərGiSi keçirilib

təyyarə okeana çırpılıb?

2014-cü ilin 

martında Hind oke-

anı üzərində itmiş 

“Boeing” sərnişin 

təyyarəsi çox gü-

man ki, su üzərinə 

enməyib və okeana 

çırpılıb. Bu barədə 

noyabrın 2-də Avstraliya Nəqliyyatda Təhlükəsizlik 

Bürosunun həmin qəzanın tədqiqi ilə əlaqədar dərc 

etdiyi aralıq hesabatda deyilir.

Malayziya Hava Yollarına məxsus təyyarənin Tan-

zaniyanın  Pemba  adası  sahillərində  aşkar  edilən  par-

çasının  laboratoriyada  tədqiqi  zamanı  mütəxəssislər 

müəyyən ediblər ki, layner eniş etməyə hazırlaşmayıb. 

Bu,  təyyarənin  pilotlar  tərəfindən  düşünülmüş  tərzdə 

qəzaya  uğradılması  barədə  fərziyyəni  təkzib  edir  və 

onun yanacaq qurtardıqdan sonra böyük yüksəklikdən 

okeana düşdüyünü deməyə əsas verir.

Mütəxəssislərin  araşdırmalarının  son  nəticələrini 

şərh edən Avstraliyanın infrastrukturun inkişafı və nəq-

liyyat naziri Darren Çester bildirib ki, həmin hesabat 

MH370 reysinin son uçuş dəqiqələrində baş verən ha-

disə barədə mühüm informasiyanı özündə əks etdirir.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə