R b a y c a n X z r d n z g m


-ci hərbi naviqasiyanın açılışına



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə6/8
tarix21.12.2017
ölçüsü0,61 Mb.
#16869
1   2   3   4   5   6   7   8

5-ci hərbi naviqasiyanın açılışına 

nümunəvi hazırlaşmalı

Bir  neçə  gündən  sonra  Xəzər  neft 

daşıma donanmasının yanacaqla dolu gə-

miləri Şimala yola düşəcəkdir. Ölkəmizin 

ən mühüm su yolu olan Xəzər – Volqa ilə 

yük daşıyan gəmi karvanları işə başlaya-

caq,  ordenli Azərbaycanın  zəngin  yataq-

larından  çıxarılan  nefti  ölkəmizin  sənaye 

mərkəzlərinə  daşıyacaqlar.  Xəzər  dənizi 

və Volqa çayı vasitəsilə daşınan neft Qızıl 

Ordumuzun döyüş maşınlarına yeni qüv-

vət  verəcək,  Hitler  Almaniyasının  tama-

milə  darmadağın  edilməsini  sürətləndirə-

cəkdir.


Bu  il  dəniz  yolunun  açılması  Azər-

baycan SSR-nin tarixi 25-ci ildönümü ilə, 

Xəzər dənizində Sovet zamanı Həştərxan 

gəmi  hərəkatı yolunun ilk dəfə açılması-

nın 20 illiyi ilə bir vaxta düşür. O zaman 

gənc sovet ölkəsi üçün Həştərxanın Bakı 

nefti yelkənli və kiçik gəmilərlə göndəri-

lirdi. Sovet Azərbaycanının 25 ili ərzində 

neft daşıma donanması tanınmaz dərəcədə 

dəyişmişdir.  İndi  Xəzər  dənizində  öz  za-

vodlarımızda  gəmiqayırma  texnikasının 

son nəaliyyətləri əsasında qayrılan və yüz 

sisternalarla neft tutan böyük gəmilər üzür.

Xəzər neft daşıma gəmiçilyində çoxlu 

yeni mütəxəssis işçilər yetişmişdir. Kapi-

tan  Əlibala  Rəcəbov,  Fətulla  Fətullayev, 

Kostolomov,  Saltovski  və  Jolobov,  baş 

mexaniklərdən Novruzov, Borodin, Sem-

yonov, Muxin və yüzlərcə başqa cəsarətli, 

mərd dənizçilər neft daşıyan gəmiləri idarə 

edirlər.  Bunların  çoxu,  cəbhə  və  vətənin 

ehtiyacı  üçün  neft  məhsulları  daşımaq 

tapşırığını  müvəffəqiyyətlə  yerinə  yetir-

diklərinə  görə  orden  və  medallarla  təltif 

edilmişdir.

Müharibə  şəraitində  dəniz  yolunun 

5-ci dəfə açılmasına böyük hazırlıq gedir. 

Dənizçilər  və  gəmi  təmirçiləri  Azərbay-

can  SSR-nin  25-ci  ildönümünü  ləyaqətlə 

qeyd etmək üçün var qüvvə ilə çalışırlar. 

“Paris  Kommunası”  və  “Zaqfederasiya” 

gəmi təmiri zavodları əvvəllər  işin öhdə-

sindən  gələ bilmirdi. Neft daşıma donan-

masının əsas gəmilərinin müəyyən edilən 

müddətdə  təmir  edilib  qurtarması  ciddi 

təhlükə  qarşısında  idi.  “Valeri  Çkalov”,  

“UİK(b)P”, “Jdanov”, “Molotov”, “Syru-

pa” və başqa neft daşıyan gəmilərinin iş-

çiləri zavodların köməyinə gəldilər.

“Valeri Çkalov” gəmisi texniki istis-

mar qaydalarına görə zavodda əsaslı təmir 

edilməli  olduğu  halda,  gəmi  işçilərinin 

fəaliyyəti sahəsində 6 ildən artıqdır ki, tə-

mirsiz üzür. Dənizçilər, baş mexanik Sem-

yonov yoldaşın rəhbərliyi ilə bu il gəmini 

təmin edərək 200.000 manatlıq işi öz qüv-

vələri ilə görmüşlər. Gəmi dənizə çıxmış 

və bu ilki neft daşıma mövsümündə aram-

sız üzəcəkdir.

“Jdanov”,  “UİK(b)P”,  “Ağamalı 

oğlu” və bir sıra başqa gəmilərin də dəniz-

çiləri  gəmiləri  qısa  müddətdə  təmir  edib 

qurtarmış  və  onların  bütün  neft  daşıma 

mövsümündə  aramsız  işləyəcəyini  təmin 

etmişlər.

Bir  çox  gəmilərin  baş  mexanikləri 

təsadüf edilən çətinlikləri öz qüvvələri ilə 

aradan qaldırmışlar. Onlar, zavoda aid olan 

böyük təmir işlərini öz qüvvələri ilə gəmi-

nin özündə görmüşlər.

Neft daşıma gəmilərindən birinin baş 

mexaniki  Muxin  yoldaş  Xəzər  dənizin-

də ilk dəfə olaraq təmir işlərini mexaniki 

üsulla  təşkil  etmiş  və  əmək  məhsuldarlı-

ğını xeyli artırmışdı. Bu iş gəminin hazır-

lanmasını  sürətləndirmişdir.  Dənizçilərin 

qüvvəsilə  qısa  müddətdə  iki  milyon  ma-

natlıqdan artıq təmir işi görülmüşdür.

“Paris  Kommunası”  zavodunun  (di-

rektoru  Menşikov  yoldaşdır)  və  “Zaqfe-

derasiya”  zavodunun  (direktoru  Loqaçev 

yoldaşdır) işçiləri qarşısında indi olduqca 

mühüm  və  şərəfli  vəzifələr  durur.  Onlar 

Xəzər  neft  daşıma  donanmasının  dayan-

mış gəmilərində təmir işlərini tezliklə qur-

tarmalıdırlar.  Çünki  zavod  və  körpülərdə 

gəmilərin  boş  dayanması  neft  boşaltma 

planının  yerinə  yetirilməsinə  təsir  edə 

bilər.

1945-ci ilin dəniz yolu qəhrəman Qı-



zıl  Ordumuzun  get-gedə    genişlənən  hü-

cumu şəraitində düşməndən azad edilmiş 

rayonlardakı  sənayemizin  bərpa  edilməsi 

dövründə açılır. Qızıl Ordunun döyüş tex-

nikası və vətənimizin ehtiyacı üçün yana-

cağın çoxu dəmir yolu ilə deyil, gəmilərlə 

Volqa çayının ağzına daşınmalıdır. Xəzər 

neft  daşıma  donanmasının  dənizçiləri 

üzərlərinə düşən bu vəzifəni şərəflə yerinə 

yetirəcəklər.  Biz  şanlı  Bakı  neftçilərini 

neft çıxarılması və neft emalı işlərini daha 

da sürətləndirməyə çağırırıq. Dənizçilərin 

və neftçilərin fədakar əməyi Xəzər-Volqa 

arasında gəmilərimizin aramsız işləməsini 

təmin edəcəkdir.

                                     



“Qaspi bolşeviki” qəzeti, № 26 (2026),

30 mart 1945-ci il

vətən müharibəsi cəbhələrindən

(1945-ci il yanvarın 17-dən 23-nədək 

müddətdəki hərbi əməliyyatın icmalı)

3-cü Belorusiya cəbhəsinin qoşun-

ları  hücuma  keçmişlər.  Düşmən,  Şərqi 

Prussiyada  öz  müdafiə  mövqelərini 

uzun  zamandan  bəri  möhkəmləndirir-

di. Almanlar burada dəmir və betondan 

qayrılmış möhkəm top və pulemyot atəş 

nöqtələrinə malik olan və xeyli içərilərə 

doğru uzanan müdafiə xətləri yaratmış-

dır. Alman komandanlığı özünün seçmə 

diviziyalarını  Şərqi  Prussiyaya  topla-

mışdı.


Qoşunlarımız  düşmənə  qüvvətli 

zərbələr endirən topçu və təyyarələrimi-

zin  köməyilə  almanların  xeyli  içərilərə 

doğru  uzanan  möhkəm  müdafiə  xətlə-

rini  yarmış  və  şiddətli  vuruşmalardan 

sonra Şərqi Prussiyada Pilkallen-Raqnit, 

Tilzit, Jillen, Qumbinnen şəhərlərini və 

bir sıra başqa şəhərləri tutmuşlar. Sovet 

qoşun  hissələri  Keniqsberq  yollarında 

mühüm yollar ayrıcı və almanların çox 

möhkəm müdafiə rayonu olan İnsterburq 

şəhərini yanvarın 21-də qəti hücumla al-

mışlar. Yanvarın 23-də qoşunlarımız Ke-

niqsberq  yaxınlığında  düşmənin  dayaq 

məntəqələri olan Labiaunə Belau şəhər-

lərini tutmuşlar.

2-ci Belorusiya cəbhəsinin qoşunla-

rı, qüvvətli top atəşilə hazırlıq apardıq-

dan  sonra  yanvarın  14-də  Varşavadan 

şimalda Narev çayının qərb sahilindəki 

iki əməliyyat meydanından hücuma keç-

mişlər. Sovet qoşun hissələri almanların 

inadlı müqavimətini qıraraq və əks-həm-

lələrini  dəf  edərək,  düşmənin  içərilərə 

doğru uzanan müdafiə xətlərinin hamısı-

nı yarmışlar. Cəbhənin qoşunları hücum 

vuruşmaları nəticəsində Polşa torpağın-

da  3.500-ə  qədər  yaşayış  məntəqəsi,  o 

cümlədən  Makuv  və  Pultusk  şəhərləri-

ni, Modlin (Novoqeorqiyevsk) qalasını, 

Mlava,  Plonsk,  Lyubava,  Sernç,  Ploçk, 

Rıçin, Brodniça, Lipno və başqa şəhər-

ləri  tutmuşlar.  Tankçı  və  piyadalarımız 

Mlava  şəhərindən  şimalda  düşmənin 

müdafiə xəttini yarmış, Polşa-Almaniya 

sərhəddini keçmiş və Şərqi Prussiyanın 

içərilərinə  girmişlər.  Sovet  qoşunları 

düşmənin  inadlı  müqavimətini  qıraraq 

Şərqi Prussiya torpağında Naydenburq, 

Tannenberq, Edvabno, Allendorf şəhər-

lərini almışlar. Cəbhənin qoşunları Şərqi 

Prussiyanın  içərilərinə  müvəfəqiyyətli 

hücumu  davam  etdirərək  Allenştayn, 

Osterode, Doytş-Aylau, Morunqen, Za-

alfeld və başqa şəhərləri almışlar.

1-ci Belorusiya cəbhəsinin qoşunla-

rı iti hücumu davam etdirərək yeddi gün 

ərzində Polşa torpağında 5.500-ə qədər 

yaşayış  məntəqəsi  tutmuşlar.  Qoşunla-

rımız  şimaldan,  qərbdən  və  cənubdan 

düşmənə birgə zərbələr endirərək müttə-

fiqimiz Polşanın paytaxtı Varşava şəhə-

rini  yanvarın  17-də  almışlar.  Polşanın 

Soxaçev, Leviç, böyük sənaye mərkəzi 

olan Lodz, habelə Kutno-Tomaşun (To-

maşov),  Vloçlavek,  Labişin,  Qnezen 

(Qnezno) və bir çox başqa şəhərləri də 

alman-faşist  işğalçılarından  azad  edil-

mişdir.

1-ci  Ukrayna  cəbhəsinin  qoşunla-



rı  müvəffəqiyyətli  hücumu  genişlən-

dirərək  yeddi  gün  ərzində  Polşa  torpa-

ğında 2.300-dən artıq yaşayış məntəqəsi 

tutmuşlar. Çenstoxov, Konske və Piotr-

kuv  (Petrokov)  şəhərləri,  Polşanın  qə-

dim paytaxtı və mühüm mədəni – siyasi 

mərkəzlərindən biri olan Krakov şəhəri 

və  bir  çox  başqa  şəhərlər  alman-faşist 

işğalçılarından azad edilmişdir. 1-ci Uk-

rayna  cəbhəsinin  qoşunları  Çenstoxov 

şəhərindən qərbdə hücum edərək Alma-

niyanın cənub-şərq sərhəddində alman-

ların çox möhkəm müdafiə xəttini yarıb 

alman  Sileziyasının  içərilərinə  girmiş 

və burada Breslau yollarında düşmənin  

qüvvətli  dayaq  məntəqələri  və  mühüm 

yollar  ayrıcı  olan  Kraynburq,  Rozen-

berq,  Pitşen,  Landsberq  və  Quttentaq 

şəhərlərini almışlar.

1-ci  Ukrayna  cəbhəsinin  qoşunları 

hücum vuruşmalarının 10 günü ərzində 

düşmənin 480 tankını və motorlu topu-

nu, 900-dən artıq müxtəlif topunu, 420 

zirehli  nəqliyyat  maşınını  və  15.000-

dən  artıq  avtomobilini  məhv  etmişlər. 

60.000-dən  artıq  hitlerçi  qırılmışdır. 

21.000-dən artıq alman saldatı və zabiti 

əsir tutulmuşdur.

Cəbhənin  qoşunları  bu  müddətdə 

çoxlu qənimət, o cümlədən 254 tank və 

motorlu top, 1.580 müxtəlif top, 2.500-

dən artıq minaatan, 244 zirehli nəqliyyat 

maşını,  6500  avtomobil,  22  paravoz, 

1200 dəmir yol vaqonu və çoxlu müxtə-

lif ambar ələ keçirmişlər.

2-ci  Ukrayna  cəbhəsinin  qoşunları 

Budapeşt şəhərinin şərq hissəsini (Peş-

ti)  düşməndən  təmizləyib  qurtarmış  və 

burada Dunay çayına çatmışlar. Şəhərin 

5.000-ə  qədər  məhəlləsi  tutulmuşdur. 

Düşmənin əlində şəhərin qərb yarısında 

(Budada)  az  bir  yer  qalmışdır.  İlk  mə-

lumata    görə,  2-ci  Ukrayna  cəbhəsinin 

qoşunları Budapeşt şəhərində mühasirə-

də olan düşmən qoşunlarını ləğv etmək 

üçün 1944-cü il dekabrın 28-dən 1945-ci 

il yanvarın 18-dək müddətdəki vuruşma-

lar zamanı alman və macarların 59.390 

saldat və zabitini əsir tutmuşlar.

beynəlxalq hadisələr

Alman  işğalçılarına  sovet  qoşunla-

rının  endirdiyi  sarsıdıcı  zərbələr  bütün 

dünyanın  nəzərini  özünə  cəlb  etmişdir. 

Qızıl  Ordunun  qərbə  tərəf,  Almaniya-

nın  həyat  mərkəzlərinə  doğru  sürətlə 

irəliləməsi azadlıq sevən bütün xalqları 

heyran edir.

Qızıl Ordu Varşavanı azad etdikdən 

sonra 6 gün ərzində xeyli irəliləmiş və 

Qnezek  (Qnezno)  şəhərini  tutmuşdur. 

Bu şəhərlə Berlinin arası 270 kilometr-

dir.

Xarici mətbuat Sovet Məlumat Bü-



rosunun  xəbərlərini  ətraflı  dərc  edir  və 

sovet  sərkərdələrinin  şəkillərini  birin-

ci səhifələrdə çap edir. Amerikan radio 

icmalçısı  Morqan  deyir  ki,  “rusların 

irəliləməsi  həqiqətən  tarixdə  ən  böyük 

hadisələrdən  biridir. Endirilən bu zərbə, 

bütün bundan əvvəlki zərbələrdən qüv-

vətlidir”.

İngilis  qəzeti  “Mançester  qardian” 

öz  məqaləsində  göstərir  ki,  “yanvarın 

12-də  rusların  başladığı  böyük  hücum 

artıq indi müharibənin gedişini dəyişdir-

mişdir” və Qızıl Ordunun hücumu Hitler 

Almaniyasının  tamamilə  darmadağın 

ediləcəyi günü xeyli yaxınlaşdıra bilər.

Qardaş polyak xalqı hədsiz sevinir, 

Varşava, Krakov Lode şəhərlərində, on-

larca başqa şəhərlərdə, Polşanın minlər-

cə  kəndlərində  hitlerçilərin  zülmündən 

azad edilən əhali şadyanalıq edir. Polyak 

xalqı mənfur alman işğalçılarını Polşa-

dan qovmaqda davam edən Qızıl Ordu-

ya və Sovet xalqına  öz hədsiz təşəkkü-

rünü çoxlu mitinqlərdə bildirir.

Keçən həftə ərzində Çexoslovakiya-

nın Koşiçe şəhəri və bir sıra rayonları da 

azad edilmişdir. Budapeştdə  mühasirə-

də  olan  alman-macar  qoşun  dəstəsinin 

qalıqları  Dunay  çayının  qərb  sahilində 

tamamilə  sıxışdırılaraq  son  günlərini 

keçirirlər.  Hitlerçilər  son  müttəfiqləri 

olan Macarıstanı da itirmiş oldular. Yan-

varın  20-də  bir  tərəfdən  SSRİ,  Böyük 

Britaniya və ABŞ hökumətləri ilə, digər 

tərəfdən  Macarıstanın  Müvəqqəti  Milli 

hökumətinin Moskvaya gələn nümayən-

də  heyəti  arasında  barışıq  sazişi  imza-

lanmışdır. İndi Almaniyanın, demək olar 

ki, bütün keçmiş müttəfiqləri ona qarşı 

vuruşurlar və onun tamamilə darmada-

ğın edilməsində iştirak edəcəklər.

Qərbdə  müttəfiqlərimizin  qoşun-

ları  hitlerçiləri  dekabr  hücumu  zamanı 

tutduqları  rayonlardan  müvəffəqiyyətlə 

sıxışdırıb çıxarırlar, İndi Qızıl Ordunun 

hücumu  nəticəsində  müttəfiqlərimizin 

komandanlığı almanlara zərbə endirmək 

üçün  çox  əlverişli  şərait  əldə  etmişdir. 

Çünki düşmən indi öz qoşun hissələrini 

qərb  cəbhəsindən  sovet-alman  cəbhə-

sinə göndərməyə məcbur olmuşdur.

Qızıl  Ordunun  çox  geniş  hücumu 

nəticəsində  hitlerçilərin    indi  olduqca 

ağır vəziyyətə düşdüklərini almanlar öz-

ləri də etiraf edirlər.

“qaspi bolşeviki” qəzeti, № 8 (2008),

26 yanvar 1945-ci il

“valeri çkalov” gəmisinin kapitanı 

kostolomov yoldaşa,

baş mexanik Semyonov yoldaşa,

xəzər neft daşıma gəmiçiliyinin 

naçalniki rəhimov yoldaşa

Paris  Kommunası  adına  zavod-

da  “Valeri  Çkalov”  gəmisinin  heyyəti 

184.000 manatlıq həcmində təmir işini 

öz  qüvvəsilə  apararaq,  zavodun  gücü-

nün bir hissəsi başqa təmir işlərinə sərf 

edildiyi  üçün  sizə  və  təmirdə  iştirak 

edən  heyyət  üzvlərinə  təşəkkür  elan 

edirəm.

Xəzər  neft  daşıma  gəmiçiliyinin 



naçalniki  Rəhimov  yoldaş  –  kapitan 

Kostolomov və baş mexanik Semyonov 

yoldaşlara  2  aylıq  əmək  haqqı  miqda-

rında  mükafat  verilsin.  Bundan  başqa 

komanda  üzvlərini  mükafatlandırmaq 

üçün kapitan Kostolomovun sərəncamı-

na 20 min manat ayrılsın.

SSRİ Xalq Dəniz Donanması 

Komissarı P. Şirşov

“valeri çkalov” gəmisində 

təmirin komandanın qüvvəsilə 

aparılması yekunları

Keçən  il  “Beriya”  gəmisinin  də-

nizçiləri  öz  gəmilərini  naviqasiyaya 

nümunəvi  hazırladılar.  Gəminin  baş 

mexaniki  Oxonko  yoldaşın  təşəbbüsü 

ilə dənizçilər zavod şəraitində görüləsi 

olan işi öz qüvvələrilə yerinə yetirdilər.

Bu qabaqcıl gəmi heyyətinin şanlı 

əmək nümunələri Xəzər dənizçiləri ara-

sında  geniş  yayılmağa  başladı.  Oxon-

ko  yoldaşın  təşəbbüsünə  birinci  olaraq 

“Profintern” gəmisi (baş mexaniki Bo-

rodin yoldaşdır) və “Lenin” gəmisi (baş 

mexaniki Proxorov yoldaşdır) heyyətlə-

ri qoşuldular. Oxonko  hərəkatı  Sovet  

İttifaqının başqa hövzələrində də geniş 

surətdə yayıldı.

Neft  daşıyan  gəmiləri  1945-ci  il 

naviqasiyasına hazırlamaq dövründə də 

Xəzər neft daşıma donanmasının qabaq-

cıl gəmi heyyətləri böyük vətənpərvər-

lik nümunələri göstərirlər. Zavod təmi-

rini  rədd  edən  və  gəmini  öz  qüvvəsilə 

növbəti naviqasiyaya hazırlayan “Valeri 

Çkalov”  gəmisi  dənizçiləri    tərəfindən 

görülən işi xüsusilə qeyd etmək lazım-

dır.

“Valeri Çkalov” gəmisi 6 ildən ar-



tıqdır  ki,  zavod  təmirinə  dayanmadan 

üzür.  Texniki  istismar  qaydaları  üzrə 

gəmi bu il Paris Kommunası adına za-

vodda cari təmirə dayanmalı idi. Gəmi-

nin təmiri 260 min manata başa gəlməli 

idi.  Zavodun  işlə  yüklənməsini  nəzərə 

alaraq  dənizçilər  baş  mexanik  Semyo-

nov  yoldaşın  təşəbbüsü  ilə  gəmilərini 

komandanın öz qüvvəsilə beşinci hərbi 

naviqasiyada  fasiləsiz  üzməyə  hazırla-

dılar.

Komanda öz sözünə inanaraq cəld 



götürülən  təəhhüdlərin  yerinə  yetiril-

məsinə başladı. Gəmidə aparılan bütün 

işlər  təmirin  səmərəli  və  mütəşəkkil 

keçirilməsinə  tabe  edildi.  Briqadalar 

arasında əmək düzgün bölündü  və hər 

bir  heyyət  üzvü  öz  borcunu  başa  düş-

dü.  Bundan  başqa,  gəmi  komandası 

briqadalara  bölünərək  onların  üzərində 

rəhbərlik etmək işi ikinci mexanik Aji-

mov,  donkerman  Rıbakov  və  bosman 

Nemudrov yoldaşlara tapşırıldı. Kapita-

nın baş köməkçisi Korabliyeva yoldaşın 

təklifi  üzrə hər gün 10 dəqiqəlik isteh-

salat  müşavirəsi  aparılaraq,  bir  gündə 

görülən işlərə yekun vuruldu və aşkara 

çıxarılan  nöqsanları  aradan  qaldırmaq 

üçün lazımı ölçülər götürüldü. Gəmidə 

bütün işlər möhkəm cədvəl üzrə aparıl-

dı. Dənizçilər Kreyçkopfin podşipniklə-

rini əritmə və baş mühərriklərin dirsəkli 

oxlarını əkmə və s. kimi mürəkkəb və 

çətin  işləri  öz  qüvvələrilə  apardılar. 

Gəmi  heyyəti  bütün  yardımçı  mexa-

nizmlər üzrə təmir işlərini apardı və baş 

mühərriklərdə  podşipniklərin  mərkəz-

ləşdirilməsini  müəyyən  etdi.  Beləliklə, 

təkcə maşın komandası 43.628 manatlıq 

təmir işi apardı.

Maşın  şöbəsində  aparılan  təmir 

işlərində  baş  mexanik  Semyonov  yol-

daş özünü xüsusilə göstərdi. Həmçinin 

mexaniklərdən  Ajimov,  Meleqa,  don-

kerman Rıbakov, matorçulardan Muxin, 

Qorbunov və Lipker yoldaşlar iş vaxtı 

ilə hesablaşmadan çalışaraq gözəl iş nü-

munələri əldə etdilər.

Gəminin  təmirində  elektriklər  də 

fəal  iştirak  etdilər.  Baş  elektrik  Lepin 

yoldaşın  rəhbərliyi  ilə  bir  sıra  köhnə 

elektrik aqreqatorları qaydaya salındı.

Gəminin təmirində göyərtə koman-

dası da nümunəvi işləmişdir. Komanda 

komsomol təşkilatçısı Korobliyeva yol-

daşın rəhbərliyi ilə ayrıca olaraq 20.945 

manatlıq iş görmüşdür.

Xəzər neft daşıma

donanmasının baş mühəndisi

Y. Rıkaçev,

“Qaspi bolşeviki” qəzeti, № 17 (2017),

28 fevral 1945-ci il

Gəmilər yola düşərkən...

Günəşli  bir  mart  səhəri  idi.  Üfüqdən 

boylanan yaz günəşi parlaq şəfəqlərini qoca 

Xəzərin sularında yuyur və dəniz öz gözəl-

liyi ilə sahilə yeni bir yaraşıq verirdi. Bakı 

limanının 43-cü körpüsündə böyük canlan-

ma  vardır.  Burada  gəmiçiliyin  təsərrüfat, 

partiya rəhbərləri, naçalniklər, mühəndislər, 

neftçilərin  və  dəmiryolçuların  nümayən-

dələri toplaşmışlar. Onlar Xəzər dənizində 

naviqasiyanın açılışına gəlmişlər. Hamı gü-

lür, sevinir, hamı şəndir.

Biz  cəbhə  yükü  ilə  doldurulmuş  və 

səfərə hazır olan “Soyuz Vodnikov” gəmi-

sinə gedirik. Donkerman gəminin dolması-

nı xəbər verir. Gəmi ağır hərəkətlə boz və 

dirəkləri mazutlu körpüdən ayrılır.

Reyddə  üzləri  Şimala  doğru  dayanan 

dəniz  bayraqları  ilə  bəzənmiş  “Jdanov”, 

“Kaqanoviç” və başqa gəmilər görsənir. Ar-

tıq biz, “Kaqanoviç” gəmisindəyik. Gəmi-

nin kapitanı ordenli Sokolov yoldaş əsgəri 

qaydada  durmuş  komandanın  qarşısında 

neft  daşıma  gəmiçiliyinin  naçalniki  Rəhi-

mov yoldaşa raport verir.

“Kaqanoviç” gəmisi naviqasiyaya ha-

zırdır!

Gəmidə  5-ci  hərbi  naviqasiyasının 



açılışı  münasibətilə  təntənəli  mitinq  təşkil 

edilir. Mitinqi neft daşıma gəmiçiliyinin na-

çalniki Rəhimov yoldaş açaraq, dənizçiləri 

cəbhəyə və ölkənin xalq təsərrüfatına daha 

çox neft və yanacaq daşımağa çağırmışdır.

Bakı hərəkət şöbəsinin naçalniki İsma-

yılov yoldaş dəmir yolçular və neftçilər ilə 

neft daşıma gəmiçiliyi dənizçilərinin birgə 

sosializm  yarışı  təəhhüdlərini  oxumuşdur. 

Dəmiryolçular  neft  daşıma  planını  hər  ay 

105  faiz  yerinə  yetirməyi,  4  aylıq  planı 

Azərbaycanın  25  illiyinədək  ödəməyə  söz 

vermişlər.

Sonra  “Kaqanoviç”  gəmisinin  partiya 

təşkilatçısı  Londarenko  yoldaş  dənizçilər 

adından çıxış edərək demişdir: - Xəzər neft 

daşıma gəmiçiliyinin kollektivi hər ay plan-

dan  əlavə  2500  sisterna  neft  daşıyacaq  və 

yanacağa 2,5 faizdən az olmayaraq qənaət 

edəcəkdir.

Həmçinin  mitinqdə  aviasiya  mayoru 

Alekseyev, Baş neft texniki təchizat idarə-

sinin nümayəndəsi Şevçenko, Azərbaycan 

K(b)P  BK-nın  nəqliyyat  şöbəsi  müdiri 

Moskviçev,  Bakı  əmtəə  stansiyasının  na-

çalniki Nuriyev, rayon komsomol komitə-

sinin katibi  Petuxova və başqa yoldaşlar 

çıxış  edərək  gəmiçiliyin  kollektivini  na-

viqasiyanın açılışı münasibətilə qızğın təb-

rik etmişlər.

Mitinq qurtardı. Gəmiçiliyin naçalniki 

Rəhimov  yoldaş  dənizçilərə  xoşbəxt  üz-

mələrini arzu etdiyini bildirir.

Qəhrəman Qızıl Ordunun şanlı hücum-

ları  və  Ali  Baş  komandan,  Sovet  İttifaqı 

Marşalı  Stalin  yoldaşın  şərəfinə  alqış  səs-

ləri yüksəlir və açıq dənizdə naviqasiyanın 

açılışını  salamlayan  gəmilərin  fit  səslərinə 

qarışır.  Səfər  bayraqları  qalxır,  maşınlar 

aramsız işləyir, mühərriklər hərəkətə gəlir, 

yığılan  lövbər  zəncirlərinin  səsləri  səfərin 

başlandığını xəbər verir: - Bakı-Həştərxan 

dəniz yolu açıqdır! Gəmi karvanları şimala 

doğru yola düşürlər.



Əhməd Rəhimov,

“Qaspi bolşeviki” qəzeti, № 27 (2027),

4 aprel 1945-ci il

xəzər dib dərinləşdirmə 

donanması Azərbaycanın 

xxv ildönümünə

Xəzərdə  birinci  dibdərinləşdirmə  işi 

1893-cü  ildə  başlanmışdır.  O  zaman  dib-

dərinləşdirmə donanmasının tərkibində bir 

“Serenta”  barkazı  və  tutumu  50  kub.m-ə 

yaxın  iki  torpaq  daşıyan  şalanda  var  idi. 

Açıq  reyddə  kanallarda  işləmək  üçün  bu 

torpaq qazıyan silahların iqtidarsızlığı  daha 

qüvvətli  torpaq qazıyan maşınlar əldə et-

mək zəruriyyətini qarşıya qoydu.

1904-cü  ildə  Xəzər  hövzəsi  daha  bir 

“Nikolay Zubatov” torpaq qazıyanı aldı.

Azərbaycanda  Sovet  hakimiyyəti  qu-

rulan  dövrədək,  çar  hökumətindən  miras 

qalan, tərkibi vur-tut üç maşın, 4 torpaq da-

şıyan şalandadan və bir yedək gəmisindən 

ibarət dibdərinləşdirmə donanması ilə nə  iş 

görmək olardı?

1921-ci    ildə  4  torpaq  maşını  təmir 

edilib,  istismara  buraxılaraq  Mahac-Qala, 

Pəhləvi,  İliç  limanlarında  və  Kür  çayında 

dibdərinləşdirmə başladı.

Sovet təsərrüfatının durmadan artması 

– neft hasilatının çoxalması, Xəzər sahillə-

rində strateji xam mal bazasının zühura çıx-

ması, yeni limanlar tikilməsi və dəniz yük 

daşımasının xeyli artması dibdərinləşdirmə 

donanmasının qarşısında daha yeni tələblər 

qoydu.

1924-cü  ildən  1929-cu  ilədək  iki  tor-



paq qazıyan barkazı yerdən qaldırılaraq ta-

mamilə təmir olundu və altı torpaq daşıyan 

işə salındı. Bundan əlavə dibdərinləşdirmə 

donanmasına üç yedək gəmisi verildi.

Neft  hasilatının  fasiləsiz  artması  ilə 

əlaqədar olaraq Stalin beşilliklərində Xəzər 

dibdərinləşdirmə  donanması  yalnız  miq-

darca  deyil,  texniki  cəhətcə  artdı.  Köhnə 

gəmilər  əsaslı  surətdə  bərpa  edildi.  1917-

ci  ildən  1945-ci  ilədək  yedək  gəmilərinin 

miqdarı  8,  torpaq  daşıyan  şalandalar  4  və 

müxtəlif yardımçı gəmilər 4 2/1 dəfə artdı. 

Azərbaycanda  Sovet  hakimiyyəti  qurulan-

dan sonra dərinləşdiriləsi kanalların uzun-

luğu  əhəmiyyətli  dərəcədə  artdı.  (1920-ci 

ildəki  2.800  metrdən  1944-cü  ildə  44125 

metrədək)

Böyük  Vətən  müharibəsi  günlərində 

dibdərinləşdirmə  donanması  dənizçiləri 

qarşısında – nəqliyyat donanması gəmiləri-

nin bütün Xəzər dənizi limanlarına fasiləsiz 

üzməsi  üçün  dərinlik  yaratmağı  təmin  et-

mək kimi vəzifə qoyuldu.

Şimali Qafqazın alman-faşist işğalçıla-

rı tərəfindən müvəqqəti tutulduğu dövrlər-

də, ən lazımlı yüklərin daşınması bir neçə 

dəfə artdı. Bu dibdərinləşdirmə donanması 

dənizçilərindən gediş yolunu, limanları və 

kovşları dərinlətdirməyi qısa müddətdə tə-

min etməyi tələb etdi.

1941-ci ilin ikinci yarısında dibdərin-

ləşdirənlər  qarşısında,  cənubda  bir  liman 

kanal və kovşlar yaratmaq vəzifəsi qoyul-

du.  Buranın  dayazlığı  ilə  əlaqədar  olaraq, 

ölkənin  və  Qafqazın  müdafiəsi  üçün  ən 

böyük əhəmiyyəti olan bu limana, nəqliy-

yat  donanmasının  bir  gəmisi  belə  yan  ala 

bilmirdi.

Bu  vəzifəni  yerinə  yetirmək  üçün 

Xəzər  dəniz  yolları  rəhbərləri,  bu  limana 

tərkibində 19 vahid olan 4 torpaq qazıyan 

gəmi karvanı göndərdi. Dib dərinləşdirən-

lərin    fədakar  işləri  nəticəsində  1942-ci  il 

aprelin 21-də bu kanalda gəmi hərəkəti baş-

landı. Nəqliyyat donanması fasiləsiz olaraq 

qəhrəman Qızıl Ordu üçün yanacaq, ərzaq 

və sairə daşımağa başladı.

Maksim  Qorki  adına  torpaq  qazıyan 

maşın  Krasnovodski  limanında  yanalma 

yerləri arasındakı sahəni torpaq ilə doldur-

muşdur ki, bu da ambar meydançasını artır-

mağa imkan vermişdir. Bundan başqa, neft 

daşıyan gəmilərin karantin yerinə yanalma-

sı  üçün  Krasnovodsk  limanında  müvafiq 

dərinlik aparılmışdı.

Donanmanın  ən  yaxşı  adamlarının 

sırasında  –  torpaq  qazıyan  karvanlardan 

“Lənkəranı”ın  mexaniki  –  Rudakov,  “Ba-

buşkin” – Kirin, “Kirpiçnikov” – Muravyov 

yoldaşların  adları  iftixarla  çəkilir.  Bunlar, 

gəmilərin  fasiləsiz  işləməsini  təmin  etmiş 

və gəmi mexanizmlərini həmişə yaxşı və-

ziyyətdə  saxlamışlar.  Müharibə  dövründə 

Saulina, Nəcəfov (maşınçı), bosman Temi-

rov, şalanda kapitanı Baxonda və sair kimi 

yeni staxanovçu kadrlar yetişdirmişdir.

Xəzər dəniz yollarının ən yaxşı dəniz-

çilərindən 27 nəfər SSR İttifaqının orden və 

medallarını  almış  və  67  nəfərə  “Qafqazın 

müdafiəsi üçün” medalı verilmişdir.

Dibdərinləşdirmə  donanmasının  də-

nizçiləri  ordenli  Azərbaycanda  Sovet  ha-

kimiyyəti qurulmasının 25-ci ildönümünə, 

dibdərinləşdirmə  planları,  partiya  və  hö-

kumətin  tapşırıqlarını  yerinə  yetirmək  və 

artıqlamasilə ödəmək üçün öz qüvvə və bi-

liklərinin daha artıq toplayırlar.

Xəzər dəniz yolları

naçalniki 

Q. Muradov,

“Qaspi bolşeviki” qəzeti, № 29 (2029),

11aprel 1945-ci il

“Dəniz”

O illərdə “Dəniz” nədən yazırdı

(Nöqtəsinə, 

vergülünə dəymədən)

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



11 noyabr 2016-cы il   № 73-76 (9079)

6


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə