R b a y c a n X z r d n z g m


Biz Xəzər dənizindən hasil edilən



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.12.2017
ölçüsü0,61 Mb.
#16869
1   2   3   4   5   6   7   8

Biz Xəzər dənizindən hasil edilən 

təbii qazın 2019-2020-ci illərdən etibarən 

Avropaya nəql olunmasını istəyirik.

  “Российская  газета”nın  verdiyi  xə-

bərə görə, bu sözləri Avropa Komissiyası-

nın enerji birliyi üzrə vitse-prezidenti Ma-

roş Şevçoviç Aşqabadda Xəzər dənizindən 

hasil  edilən  təbii  qazın  Avropaya  nəql 

olunması ilə bağlı Türkmənistan, Azərbay-

can  və  Türkiyənin  neft-qaz  qurumlarının 

rəhbərlərinin  iştirakı  ilə  keçirilən  müza-

kirələrdə deyib.

Maroş  Şevçoviç  bildirib  ki,  “Cənub 

Qaz  Dəhlizi”  bizim  üçün  əhəmiyyətli  və 

strateji  layihədir.  Bu  layihə  bizə  enerji 

marşrutlarımızı və mənbələrimizi şaxələn-

dirməyə kömək edəcək.

Onun  sözlərinə  görə,  görüşdə  Xəzər 

dənizi ilə, eləcə də İrandan keçməklə Av-

ropaya təbii qaz kəmərinin tikintisi imkan-

ları müzakirə olunub.

Qeyd  edək  ki,  “Cənub  Qaz  Dəhli-

zi”nin  seqmentlərini  –  “Şahdəniz  Mər-

hələ  2”,  “Cənubi  Qafqaz  Boru  Kəməri-

nin  Genişləndirilməsi”,  Trans-Anadolu 

(TANAP) və “Trans-Adriatik” (TAP) la-

yihələri təşkil edir. Xəzər dənizinin Azər-

baycan  sektorundakı  “Şahdəniz-2”  ya-

tağından  hasil  olunacaq  qazı  Türkiyəyə 

və bu ölkədən də Avropaya daşıyacaq 3 

min 500 kilometr uzunluğundakı “Cənub 

Qaz Dəhlizi” dünyada inkişaf etdirilən ən 

kompleks  təbii  qaz  boru  kəmərləri  zən-

ciri kimi qiymətləndirilir. Bu dəhlizlə il-

kin  mərhələdə Türkiyəyə  6  milyard  kub 

metr, Avropaya  isə  10  milyard  kubmetr 

Azərbaycan  qazının  nəqli  planlaşdırılır. 

Azərbaycan təbii qazının 2019-cu ilədək 

Türkiyəyə, 2020-ci ilə qədər isə Avropa-

ya çatdırılması planlaşdırılır. Azərbayca-

nın bu il “Cənub Qaz Dəhlizi” layihəsinə 

ümumilikdə 2 milyard 809 milyon dollar 

vəsait sərf etməsi nəzərdə tutulur.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



11 noyabr 2016-cы il   № 73-76 (9079)

5

ABŞ-ın tanınmış “Forbes” jurnalı 

“Avrasiyanın yeni qovşaqlarına diqqətli 

baxış: Azərbaycanın yeni Bakı Limanı” 

başlıqlı geniş məqalə dərc edib.

Vade Şepardın müəllifi olduğu məqalə-

də  qeyd  olunur  ki,  Bakıdan  65  kilometr 

cənubda - Ələt qəsəbəsinin 20 kvadratki-

lometrlik  ərazisində  yerləşən  yeni  Bakı 

Limanı böyük planlar qovşağıdır. Vade Şe-

pardın sözlərinə görə yeni Bakı Limanı və 

Azad Ticarət Zonası (ATZ) Yeni İpək Yolu 

boyunca  Çindən  Avropaya  qədər  uzanan 

və bir çox inkişaf edən iqtisadiyyatları bir-

ləşdirən mühüm məntəqədir.

Avrasiyanın tam mərkəzində yerləşən 

Azərbaycan 2000-ci illərdən etibarən yeni 

nəqliyyat və infrastruktur layihələrinin ic-

rasına başlayıb və bu siyasətin bir hissəsi 

olaraq  yeni  geniş  yollar,  dəmir  yolları  və 

körpülər  tikilir.  2007-ci  ildə  isə  Bakı  Li-

manının ölkənin əsas nəqliyyat qovşaqla-

rından  olan  Ələt  qəsəbəsinə  köçürülməsi 

qərarı verilib.

“Forbes” jurnalı qeyd edir ki, bununla 

da  ölkədə  geniş  miqyasda  iqtisadi  diver-

sifikasiyaya  başlanılıb  və  Ələtdə  xüsusi 

hüquqi rejimin əhatə edəcəyi Xəzər dəni-

zinin müasir limanı, yol və dəmir yolu ter-

minalı və Azad Ticarət Zonasının qurulma-

sına start verilib.

“Biz Bakı Limanını yalnız liman kimi 

görmürük. Biz inanırıq ki, qeyd olunan la-

yihə yalnız Azərbaycanın qeyri-neft sekto-

runun inkişafı və iqtisadi diversifikasiyası 

üçün  deyil,  bütün  regionun  transformasi-

yasına töhfə verəcək”, - deyə jurnala mü-

sahibəsində  Kembric  Universitetində  təh-

sil almış baş direktor Taleh Ziyadov qeyd 

edib.


Müəllif  vurğulayır  ki,  hazırda  

TRASECA layihəsi çərçivəsində yeni Bakı 

Limanı  və Azad  Ticarət  Zonası Avropanı 

Çin və Mərkəzi Asiya, eyni zamanda Ru-

siyanı Yaxın Şərq və Hind Okeanı ilə bir-

ləşdirən qovşaq qismində çıxış edir. Lakin 

planlar daha da genişdir və liman “hub of 

hubs” (qovşaqların qovşağı) kimi Rusiya, 

İran,  Avropa,  Mərkəzi  Asiya,  Qafqaz  və 

Çini  birləşdirən  məkana  çevrilməyə  cəhd 

edir.

Keçmişdə olduğu kimi Avrasiya regi-



onu boyunca Qazaxıstanın Korqos və Ak-

tau,  Gürcüstanın  Anaklia,  İranın  Bəndər 

Abbas, Polşanın Terespol, Çinin Çongqin, 

Çhenqdu və Lanjou şəhərləri yeni istehsa-

lat, ticarət və logistika mərkəzlərinə çevri-

lirlər.  Qeyd  olunan  məkanlar  üçün  aydın 

inkişaf modeli kimi Birləşmiş Ərəb Əmir-

liklərinin  Cəbəl  Əli  Azad  Ticarət  Zonası 

(JAFZA) çıxış edir.

Taleh Ziyadov bildirib ki, 10, 20 ildən 

sonra  Ələt  qəsəbəsi  Bakının  Cəbəl  Əlisi 

olacaq.  Hazırda  şəhərdə  10-12  min  insan 

yaşayır,  lakin  liman  ətrafında  qurulacaq 

ATZ ilə burada çox sayda iş yerləri, yeni 

evlər, yeni bizneslər və ATZ-nin təsir etdiyi 

digər müsbət proseslər cərəyan edəcək ki, 

bu  da  Ələti  Bakı  şəhərinin  sputnik  şəhə-

rinə çevirməklə yanaşı Mərkəzi Avrasiya-

nın müasir və tam təminatlı bir məkanına 

transformasiya edəcək.

Məqalədə  vurğulanır  ki,  bu  ilin  sent-

yabr  ayında  JAFZA-nı  idarə  edən  “DP 

World”  şirkəti  Bakı  Limanı  ilə  müqavilə 

imzalayaraq  ATZ-nin  qurulmasında  məs-

ləhətçi  qismində  çıxış  edir.  Bu  kifayət 

qədər məntiqli addımdır, çünki adıçəkilən 

şirkət  Yeni  İpək  Yolu  boyunca  “JAFZA 

tipli”  vacib  ATZ-lərin  qurulmasına  cəlb 

olunub.  Bu  tipli  layihələrdən  biri  də  “DP 

World” tərəfindən Çin və Qazaxıstan sər-

hədində ərsəyə gətirilən Korqos Xüsusi İq-

tisadi Zonasıdır.

Vade  Şepard  qeyd  edir  ki,  bu  günə 

kimi Xəzər dənizi hövzəsini keçməklə 19 

yük  qatarı  Çindən Avropaya  yola  salınıb. 

Bu yolla daşınan yük 15 gün ərzində dəniz-

lə daşımadan 2-3 dəfə tez çatdırılır və eyni 

zamanda  hava  daşımaları  ilə  müqayisədə 

əhəmiyyətli dərəcədə ucuzdur.

Limanın  baş  planı  135  illik  təcrübəsi 

olan  Hollandiyanın  Royal  Hiskoni  şirkəti 

tərəfindən  hazırlanıb  və  ilkin  mərhələdə 

ATZ liman ətrafında 400 hektarlıq ərazidə 

inkişaf edəcək.

Əsas  məntiq  Avropa  və  Çin  arasın-

da  olan  böyük  bazarda  regional  istehsal 

sahələrini  Bakıya  gətirməkdir.  Bu  neft 

kimya,  əczaçılıq,  kənd  təsərrüfatı  və  sair 

sahələrdə regional istehsal və distribusiya 

mərkəzinin  yaradılmasıdır.  Yeni  Bakı  Li-

manı ticarət dövriyyəsinin artması nəticə-

sində 2020-ci ilə bir milyon konteyner və 

25 milyon ton yükün aşırılması potensia-

lında olacaq.



Azərbaycan təbii 

qazının Avropaya nəqlini 

nəzərdə tutan “Trans-Ad-

riatik” (TAP) qaz boru 

kəmərinin Yunanıstan 

hissəsində boru kəməri 

marşrutunun ən azı 114 

kilometri təmizlənib, 

polad boruların 53 kilometri marşrut 

boyunca sahələrə düzülüb, boruların 30 

kilometri isə qaynaq edilib.

Bu barədə TAP-ın “twitter” səhifəsin-

də məlumat verilir. Bildirilir ki, TAP-ın ti-

kintisi qrafikə uyğun davam etdirilir.

Qeyd edək ki, Xəzər dənizinin Azər-

baycan  sektorundakı  “Şahdəniz-2”  ya-

tağından  hasil  olunacaq  qazın  Avropaya 

daşınmasını  təmin  edəcək  TAP-ın  ilkin 

ötürücülük qabiliyyəti ildə 10 milyard ku-

bmetr olacaq və bu həcmin gələcəkdə 20 

milyard  kubmetrədək  artırılması  nəzərdə 

tutulur. Boru kəmərinin uzunluğu 871 ki-

lometr (Yunanıstan – 547 kilometr, Alba-

niya – 211 kilometr, Adriatik dənizi – 105 

kilometr,  İtaliya  –  8  kilometr),  diametri 

isə 48 düymdür (sualtı hissə - 36 düym). 

2020-ci  ilədək  layihə  üzrə  Azərbaycan 

şirkətlərinin xərclərinin 1,2 milyard dollar 

olması  gözlənilir.  TAP  üzrə  tələb  olunan 

kapital xərcləri 5 milyard dollardır. Boru 

kəmərinin 2020-ci ildə istismara verilməsi 

nəzərdə  tutulur. Azərbaycanın  bu  il  TAP 

layihəsinə ümumilikdə 278 milyon dollar 

ayırması planlaşdırılır.

TAP-ın inşasında ümumilikdə 53 min-

dən  çox  borudan  istifadə  olunacaq.  Boru 

kəmərinin Yunanıstan  hissəsində  32  min, 

Albaniya hissəsində 12 min, Adriatik dəni-

zi hissəsində 8 min 750, İtaliya hissəsində 

isə 660 borudan istifadə ediləcək. Borula-

rın ümumi çəkisi 526 min tondur. Bunun 

da Albaniya hissəsində 126 min tonu, Yu-

nanıstanda 323 min tonu, dəniz hissəsində 

72 min tonu, İtaliyada isə 5 min tonu isti-

fadə olunacaq.

TAP-ın  səhmdarları  belədir:  BP  (20 

faiz),  SOCAR  (20  faiz),  “Snam  S.p.A.” 

(20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 

faiz) və “Axpo” (5 faiz).

Mühacirləri daşıyan qayıqda 

cəsədlər aşkarlanıb

Aralıq dəni-

zindən qaçaq 

yolla Avropa-

ya keçməyə 

çalışan bir 

qrup mühacirin 

olduğu rezin 

qayıqda 25 cəsəd aşkarlanıb.

Anadolu agentliyi xəbər verir ki, İtaliyanın 

Rainews telekanalının yaydığı məlumata görə, 

Sərhədsiz Həkimlər Təşkilatına məxsus “Bour-

bon Argos” gəmisi ilə keçirilən əməliyyat zama-

nı Liviyadan 26 mil aralıda iki rezin qayıqdakı 

246  qaçqın  xilas  edilib.  Qayıqların  birində  25 

mühacirin cəsədi tapılıb. Cəsədlər qayığın su və 

benzin tullantısı ilə dolu alt qatından çıxarılıb. 

Qaçqınların orada boğularaq öldüyü bildirilir.



tAP-ın yunAnıStAn hiSSəSinDə 53 kiloMetr boru 

SAhələrə Düzülüb, 30 kiloMetr boru qAynAq olunub

“AvrASiyAnın yeni qovşAqlArınA Diqqətli bAxış: 

AzərbAyCAnın yeni bAkı liMAnı”

Partlayış zamanı tankerdə təxminən  

100 işçinin olduğu güman edilir

Pakistanın 

Qdani 

şəhərində  gəmi  zavo-



dundakı  neft  tankerində 

baş  vermiş  partlayışlar-

da  həlak  olanların  sayı 

26 nəfərə çatıb, 60 insan 

müxtəlif dərəcəli bədən xəsarəti alıb. Partlayış-

lar zamanı hadisə yerində olan gəminin sahibi 

Abdul Qafur itkin düşmüş hesab edilir.

Bir-birinin ardınca baş verən səkkiz partla-

yış gəminin 70 faizini dağıdıb. Partlayışlar za-

manı gəmidə təxminən 100 işçinin olduğu gü-

man edilir. Hadisənin təhlükəsizlik qaydalarına 

əməl edilməməsi səbəbindən baş verdiyi bildi-

rilir. Hadisə ilə bağlı istintaq aparılır, polis bir 

neçə nəfəri saxlayıb.



T.Dadaşov

Ölüm yolu: bu il Aralıq dənizində 

3 min 800 mühacir həyatını itirib

2016-cı ildə dəniz yolu ilə Avropaya 

keçmək istəyən 3 min 800-dən çox mühacir 

həyatını itirib. Bu, müasir dövrün mühacirət 

tarixinin kədər doğuran rekordudur.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı-

nın təmsilçisi Uilyam Spindler sosial mediada 

yaydığı açıqlamada bu ilin Aralıq dənizi ilə Av-

ropaya keçməyə can atarkən həlak olan qaçqın-

ların  sayı  baxımından  ən  ölümcül  il  olduğunu 

bildirib. O qeyd edib ki, ötən il Aralıq dənizində 

3 min 771 nəfər həyatını itirmişdi. 2015-ci ildə 

Avropa sahillərinə 1 milyon 15 mindən çox mü-

hacir gəldiyi halda, bu ilin ötən dövründə onla-

rın sayı 327 min 800 nəfər olub.

 “transxəzər beynəlxalq nəqliyyat 

Marşrutu: reallıqlar və perspektivlər” 

mövzusunda “dəyirmi masa” keçirilib

Oktyabrın 

27-də Ukray-

na paytaxtında 

“Beynəlxalq 

Transxəzər 

Nəqliyyat Kon-

sorsiumu tərəfin-

dən təşkil edilən 

“Transxəzər 

Beynəlxalq Nəqliyyat Marşrutu: reallıqlar və 

perspektivlər” mövzusunda “dəyirmi masa” 

keçirilib. Tədbirdə GUAM Katibliyi proqram-

larının əlaqələndiricisi Səbuhi Təmirov iştirak 

edib. Bu barədə qurumun Kiyevdəki mənzil-qə-

rargahından məlumat verilib.

GUAM Katibliyinin əlaqələndiricisi nəqliyyat 

dəhlizinin inkişafının qurum üçün böyük əhəmiy-

yətini  qeyd  edib,  GUAM-ın  nəqliyyat  sahəsində 

cari  fəaliyyəti  barədə  məlumat  verib.  Bu  kon- 

tekstdə S.Təmirov GUAM-ın nəqliyyat dəhlizinin 

inkişafı  haqqında  Konsepsiyası,  “GUAM-Tran-

zit-2” xüsusi konfransının (2015, 19 noyabr) nəti-

cələri barədə informasiyanı təqdim edib.

S.Təmirov tədbir iştirakçılarını ticarət və nəq-

liyyata yardım üzrə layihənin rəhbər komitəsinin 

fəaliyyəti ilə tanış edib. O, həmçinin iştirakçıları 

GUAM və GUAM+ çərçivəsində qurumun nəq-

liyyat-tranzit sahəsində əməkdaşlığın gələcək in-

kişafı barədə məlumatlandırıb.

Zeynal Ağazadə

AvroPA xəzər DənizinDən hASil eDilən təbii qAzın 

2019-2020-Ci illərDən etibArən nəql olunMASını iStəyir

Trans-Anadolu qaz boru kəməri 

(TANAP) Türkiyə ilə Azərbaycan arasın-

dakı iqtisadi münasibətlərdə ən mühüm 

əhəmiyyətə malikdir.

Bu  barədə  Türkiyənin  nəqliyyat,  gə-

miçilik  və  kommunikasiya  naziri  Əhməd 

Arslan deyib.

“TANAP xüsusilə Türkiyə üçün vacib-

dir. Türkiyə ilə Avropa iqtisadi tərəfdaşlığı 

TANAP  və  Bakı-Tbilisi-Qars  dəmir  yolu 

(BTQ) istifadəyə verildikdən sonra güclən-

dirəcək. Bu layihələr Türkiyəni daha güclü 

edir”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Xəzərin Azərbaycan sek-

torundakı “Şahdəniz-2” yatağından çıxarı-

lan qazı Türkiyəyə və bu ölkədən Avropaya 

nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”-

nin  tərkib  hissəsi  olan  layihədir.  TANAP 

Türkiyə-Gürcüstan  sərhədində  Cənubi 

Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıs-

tan sərhədində isə “Trans-Adriatik” (TAP) 

qaz  boru  kəmərinə  birləşəcək.  Uzunluğu 

1850  kilometr  olan  TANAP  Türkiyənin 

Ardahan  vilayətinin  Posof  qəsəbəsindən 

başlayaraq  və  boru  kəməri  marşrutu  bo-

yunca  20  rayon,  67  mahal  və  600  kənd-

dən keçərək Ədirnənin İpsala qəsəbəsində 

Avropaya keçəcək. Əskişəhərə qədər olan 

hissəsinin 2018-ci ilin ortasında istismara 

verilməsi nəzərdə tutulur.

TANAP-a tələb olunan kapital xərclə-

ri 9,2 milyard ABŞ dollarıdır. Bu il Azər-

baycanın “Cənub Qaz Dəhlizi” layihəsinə 

2 milyard 809 milyon dollar vəsait ayıra-

cağı nəzərdə tutulur. Həmin vəsaitin 55,7 

faizi yaxud da 1,566 milyard dolları TA-

NAP-a  sərf  ediləcək.  Layihə  üzrə  Azər-

baycan  şirkətlərinin  xərclərinin  2020-ci 

ilədək ümumilikdə 6,2 milyard dollar ola-

cağı planlaşdırılır.

Boru  kəmərinin  Gürcüstan-Türkiyə 

sərhədi-Əskişəhər 56 düym diametrli his-

səsinin uzunluğu təxminən 1373 kilometr, 

Əskişəhər-Türkiyə-Yunanıstan 

sərhədi 


boyunca  48  düym  diametrli  hissəsinin 

uzunluğu  isə  459  kilometrdir.  Bundan 

başqa, TANAP 2x36 düym diametrli 17,6 

kilometr  uzunluğunda  sualtı  hissədən  də 

ibarətdir.  TANAP-ın  tikintisi  üzrə  ilk 

mərhələ  sona  çatdırılıb  və  hazırda  ikinci 

mərhələ  üzrə  işlər  davam  etdirilir.  Boru 

kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 

milyard  kubmetrdir  və  sonradan  bu  həc-

min  31  milyard  kubmetrədək  artırılması 

imkanı var.

Layihə çərçivəsində 4 lot üzrə indiyə-

dək  1326  kilometr  uzunluğunda  xəndək 

qazılıb və 1110 kilometr boru marşrut xət-

ti boyunca düzülüb. 990 kilometr uzunlu-

ğunda boruların isə qaynağı tamamlanıb. 

TANAP  bu  günədək  dünya  miqyasında 

gerçəkləşdirilən  ən  böyük  diametr  və 

uzunluğa  sahib  olan  təbii  qaz  boru  xətti 

layihələrindən biri olacaq.

TANAP  istifadəyə  verildikdən  sonra 

Azərbaycan  İranı  qabaqlayaraq  Türkiyə 

bazarının ikinci ən böyük təbii qaz təda-

rükçüsü olacaq.

TANAP-ın səhmdarlarının bu layihə-

də  payı  belədir:  “Cənub  Qaz  Dəhlizi” 

QSC  -  58  faiz,  “Botaş”  -  30  faiz  və  BP 

şirkəti - 12 faiz.



tAnAP türkiyə-AzərbAyCAn əlAqələrinDə MühüM əhəMiyyətə MAlikDir

Siciliya boğazında 200-dən 

çox miqrant həlak olub

Siciliya 

boğazında gəmi 

qəzası nəticə-

sində 200-dən 

çox qeyri-leqal 

miqrant həlak 

olub. Bu barədə 

“Əl-Ərəbiyyə” 

telekanalı BMT-

yə istinadla məlumat yayıb.

TASS informasiya agentliyi xəbər verir ki, 

hadisə  noyabrın  3-də  axşam  Liviya  sahilləri 

yaxınlığında baş verib. Sağ qalanların çoxunun 

Qvineyadan olduğu bildirilir.

İlin əvvəlindən indiyədək İtaliyaya əksəriy-

yəti Afrika ölkələrindən olmaqla, 155 min miq-

rant gəlib.



Anlaşma Memorandumu imzalanıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” 

QSC ilə Cibuti Limanı və Azad Ticarət Zonası 

arasında Anlaşma Memorandumu imzalanıb.

Bu  barədə  “Bakı  Beynəlxalq  Dəniz  Ticarət 

Limanı” QSC-nin mətbuat xidmətindən bildirilib.

Limanlar arasında olan əməkdaşlıq əlaqələrini 

genişləndirəcək  müqaviləni  Bakı  Limanının  baş 

direktoru Taleh Ziyadov , Cibuti Limanı və Azad 

Ticarət Zonasının sədri Əbubəkir Ömər Hadi im-

zalayıblar.  İmzalanmış  memoranduma  əsasən 

limanlar  arasında  təcrübə  mübadiləsi  də  həyata 

keçiriləcək, liman idarəçiliyi, həm də liman heyə-

tinin təlim və tədrisi sahələrində əməkdaşlıq apa-

rılacaq.


Xatırladaq ki, cari ilin sentyabr ayında Bolqa-

rıstanın Limanlar İnfrastrukturu şirkəti ilə də an-

laşma  memorandumu  imzalanıb.  2015-ci  ildə 

Bakı  Limanı,  Batumi  Dəniz  Limanı  və  Aktau 

Limanı arasında məqsədi Transxəzər Beynəlxalq 

Nəqliyyat Marşrutu (TBNM) üzrə Əlaqələndirmə 

Komitəsinin  təsis  edilməsi  və  Transxəzər  Nəq-

liyyat Dəhlizi vasitəsilə əlavə yük axınlarını cəlb 

etməkdən ibarət olan üçtərəfli Anlaşma Memoran-

dumu imzalanıb. Yanvar ayında isə Bakıda keçi-

rilmiş dördtərəfli görüşdə Ukrayna da Transxəzər 

marşrutuna qoşulub.

Həmçinin, Bakı Limanı son illərdə Antverpen, 

Panama, Aktau və Poti limanları ilə Anlaşma Me-

morandumu imzalayıb, Qətər və Sinqapur limanı 

ilə yaxın əməkdaşlığa cəlb olunub.



qonaqlar yeni bakı limanında tətbiq olunan 

beynəlxalq standartlara uyğun prosedurlar və 

liman əməliyyatları ilə tanış olublar

Cibuti Limanı 

və Azad Ticarət 

Zonasının sədri, 

Cibuti Milli Hava 

yollarının baş 

direktoru Əbubə-

kir Ömər Hadi və 

onun baş müşa-

viri Mahamed Aden Vaberi Ələt qəsəbəsində 

yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Lima-

nında olublar.

Bakı Limanının Baş direktoru Taleh Ziyadov 

qonaqlara yeni Bakı Limanının inkişaf planı barə-

də məlumat verib və yaradılan Ələt Azad Ticarət 

Zonasının  dövlətin  qeyri-neft  sektorunun  inkişa-

fına,  ticarət  dövriyyəsinin  artmasına  ciddi  töhfə 

verəcəyini qeyd edib.

Qonaqlar yeni Bakı Limanında tətbiq olunan 

beynəlxalq  standartlara  uyğun  prosedurlar  və  li-

man  əməliyyatları  ilə  tanış  olublar.  Xarici  sürü-

cülərin istirahəti üçün yaradılmış şərait, eləcə də 

Bakı  Limanında  fəaliyyət  göstərən  bank,  poçt, 

sığorta və digər xidmətlər haqqında onlara ətraflı 

məlumat verilib. Ələt qəsəbəsində tikilməkdə olan 

yeni  Bakı  Limanı  və  yaradılacaq  Ələt Azad  Ti-

carət Zonası nəinki Azərbaycanın, eyni zamanda 

bütün regionun nəqliyyat və logistika şəbəkəsinə 

təsir  göstərəcək  və  eyni  zamanda  Azərbaycanın 

istehsal gücünü artıracaq.

Gəmi qəza zamanı 54 nəfər həlak 

olub, 6 nəfər isə itkin düşüb

İndoneziyanın 

Batam adası sa-

hillərində işçiləri 

daşıyan katerin 

batması nəticə-

sində azı 54 nəfər 

həyatını itirib.

İndoneziyalı 

işçilər 

Malayziyanın 

Coxor-Baru  şəhərindən  qayıdırmış.  Şahidlər-

dən birinin sözlərinə görə, kater yola düşdükdən 

təxminən iki saat sonra leysan yağmağa başla-

yıb və güclü dalğalar göyərtəni su ilə doldurub.

KİV-lərin  məlumatına  əsasən,  qayığın 

göyərtəsində ümumilikdə 93 sərnişin olub. On-

ların 6-sı hələ də itkin düşmüş sayılır.

Hadisənin  baş  verdiyi  ərazidə  xilasedici 

briqada  işləyir.  Polis  insidentin  baş  vermə  sə-

bəblərini  araşdırır.  Qanun  keşikçiləri  qayığın 

həddən artıq yükləndiyini ehtimal edirlər.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə