A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
11 noyabr 2016-cы il № 73-76 (9079)
2
birgə tarif siyasəti nəticəsində tranzit
yükdaşımaları əhəmiyyətli dərəcədə artıb
Azərbaycan və Gürcüstanın bir-
gə tarif siyasəti nəticəsində tranzit
yükdaşımaları əhəmiyyətli dərəcə-
də artıb. Bu ilin yanvar-sentyabr
aylarında ötən ilin müvafiq dövrü
ilə müqayisədə neftin nəqli 4 dəfə,
avtomobil nəqliyyatı ilə yükdaşıma-
lar 2,3 dəfə artıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu barədə
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Tbilisidə Gürcüstanın Baş
nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kum-
sişvili ilə görüşündə deyib.
Nazir Azərbaycan və Gürcüstanın birgə layihəsi olan "Enerji körpüsü"nün
uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
nəqliyyat təhlükəsiz, əlyetərli və enerjiqoruyucu olmalıdır
BMT ekspertləri əhaliyə nəqliy-
yat xidmətlərinin yaxşılaşdırılması-
na dair tövsiyələr dərc ediblər.
Əhaliyə nəqliyyat xidmətlərinin
yaxşılaşdırılmasına dair tövsiyələrin
işlənib hazırlanması üçün BMT-nin
Baş Katibi tərəfindən təyin edilmiş
beynəlxalq ekspertlər qrupunun gəldi-
yi nəticə bundan ibarətdir ki, nəqliyyat
təhlükəsiz, əlyetərli və enerjiqoruyucu
olmalıdır.
Ekspertlər qrupunun üzvü Xose
Viyeqas deyib: “Əsas məsələ nəqliy-
yat vasitələrinin əlyetərli olmasıdır. Nəqliyyat insanlara xidmət etməli və inki-
şafa şərait yaratmalıdır. Söhbət nəqliyyatın sürətindən yox, cəmiyyətin bütün
üzvlərinin keyfiyyətli nəqliyyatdan istifadə edə bilməsi üçün şərait yaradılma-
sından gedir”.
Ekspertlər onların tövsiyələrindən hər bir ölkədə mövcud iqtisadi səviy-
yəyə uyğun olaraq istifadə olunmasını təklif edirlər. Məsələn, əgər nəqliyyat-
dan istifadə məsələsi müsbət həll edilibsə, onda tıxaclarla mübarizə və atmos-
ferə zərərli tullantıların azaldılması üzrə tədbirlər görmək lazımdır.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə
heyəti Çində səfərdə olub.
“Çin Dəmir Yolları”nın sədr müavini Yan Yu-
dun ilə görüşdə iki ölkə arasında əlaqələrin bütün
sahələrdə inkişafından məmnunluq ifadə olunub,
ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham
Əliyevin Çinə dövlət səfəri zamanı əldə olunan
razılaşmaların əməkdaşlığımızın müxtəlif is-
tiqamətlərdə daha da dərinləşməsinə öz töhfəsini
verdiyi vurğulanıb. Bu istiqamətlərdən biri də hər
iki tərəf üçün böyük maraq kəsb edən nəqliyyat,
o cümlədən dəmir yolu, yük daşımaları sahəsində
əməkdaşlıqdır.
Yan Yudun Çin Xalq Respublikasının Səd-
ri Si Cinpinin tarixi İpək yolu üzərində yerləşən
ölkələr arasında iqtisadi sahədə münasibətlərin
daha da genişləndirilməsini nəzərdə tutan “İpək
Yolu İqtisadi Kəməri” təşəbbüsünün reallaşması-
na Azərbaycanın böyük töhfələr vermək imkanı-
na sahib olduğunu bildirib. O, Bakı-Tbilisi-Qars
dəmir yolu xəttinin, habelə ölkədən keçən digər
nəqliyyat dəhlizlərinin Azərbaycanın nəqliy-
yat-tranzit sahəsində əhəmiyyətini yüksəltdiyini,
Çinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşru-
tundan daim istifadə etməkdə maraqlı olduğunu
bildirib.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanov coğrafi mövqe baxımından bir
neçə nəqliyyat dəhlizinin qovuşuğunda yerləşən
Azərbaycanın öz tranzit imkanlarından istifadə
etməklə “İpək Yolu İqtisadi Kəməri” təşəbbüsü-
nün reallaşmasında mühüm rol oynadığını diqqətə
çatdırıb. O, iki ölkənin nəqliyyat, o cümlədən də-
mir yolu istiqamətində əməkdaşlığı üçün norma-
tiv-hüquqi bazanın təmin olunması ilə bağlı Azər-
baycan Prezidentinin Çinə dövlət səfəri zamanı
imzalanmış sənədlərin əhəmiyyətini vurğulayıb.
C.Qurbanov Şərq-Qərb marşrutu və onun tər-
kib hissəsi olan Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun inkişafı və perspektivləri barədə da-
nışaraq, yüklərin Çindən Avropaya, eləcə də İran,
Türkiyə və Gürcüstana daşınmasında Azərbayca-
nın nəqliyyat-tranzit imkanlarının istifadə edil-
məsinin vaxt və maliyyə baxımından daha sərfəli
olduğunu diqqətə çatdırıb.
Tərəflər iki ölkə arasında dəmir yolu sahəsin-
də əməkdaşlığı, habelə tranzit yük daşımaları ilə
bağlı məsələlərin müzakirəsi üçün danışıqları in-
tensivləşdirməyi qərara alıblar.
Səfər çərçivəsində Azərbaycan nümayəndə
heyətinin Şanxay və Çendu şəhərlərində keçir-
dikləri görüşlərdə də tranzit yük daşımalarına dair
məsələlər müzakirə edilib. Çinin xüsusən qərb və
mərkəzi vilayətlərində istehsal olunan malların
Avropaya nəqlində Azərbaycan ərazisindən keçən
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan
istifadənin iqtisadi baxımdan daha əlverişli oldu-
ğu vurğulanıb.
Şahin Cəfərov
Noyabrın 7-si dünyanın səkkizinci möcüzəsi
adlandırılan əfsanəvi Neft Daşlarında qazılan
ilk quyudan neftin fontan vurduğu gündür. Düz
67 il əvvəl, 1949-cu ilin məhz bu günü 942 metr
dərinlikdən neftin fontan vurması ilə Azərbay-
can dünyada ilk dəfə açıq dənizdə neft hasil
edən ölkə kimi adını tarixə yazdırdı. Bununla
da “qara qızıl”ın vətəni Azərbaycanda neft
sənayesinin yeni inkişaf mərhələsi başladı.
1950-ci ilin dekabrında neftçi Qurban kimi
tanınan Qurban Abbasov və Mixail Kaveroçkinin
qazdığı quyuların da neft verməsi Neft Daşlarının
şöhrətini daha da artırdı. Azərbaycanın dəniz neft-
çilərinin cəsarəti Xəzəri fəth etməyə imkan verdi.
Neft daşlarında qazma və neftçıxarma istənilən
hava şəraitində aparılırdı. Güclü dalğalar, Xəzərin
coşması dəniz neftçilərinin iradəsini qıra bilmir-
di. Bu, sözün əsl mənasında qəhrəmanlıq mücəs-
siməsi idi.
1951-ci ilin fevralında Neft Daşlarından neftlə
dolu ilk tanker yola salındı. Həmin il estakada və
meydançaların tikilməsinə, hidrotexniki qurğula-
rın, kommunikasiya xətlərinin, istehsal və yaşayış
obyektlərinin inşasına başlanıldı.
Neft Daşlarının kəşfi dünyanın bütün dəniz və
okean akvatoriyalarında axtarış-kəşfiyyat işləri-
nin inkişafına təkan verdi. SSRİ dönəmində bütün
metallurgiya sənayesində, roket-kosmik komp-
leksində məhz Azərbaycanda, xüsusən də Neft
Daşlarında çıxarılan neftdən istifadə olunurdu.
Həmin illərdə Neft daşlarının şöhrəti o qədər ge-
niş yayıldı ki, bu məkan hətta dövlət başçılarının
səfər proqramlarına daxil edilirdi.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin
Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmiz-
də dəniz neftinin hasilatı tarixində yeni mərhələ
açdı. Neft daşları dövlətin diqqət və qayğısı ilə
əhatə olundu.
Prezident İlham Əliyevin Neft Daşlarının 60
illiyi münasibətilə möcüzələr adasına tarixi səfəri
bu unikal həyata yeni nəfəs verdi. Bu səfər Neft
Daşlarının vətənimiz və xalqımız üçün nə qədər
gərəkli olduğunu bir daha nümayiş etdirdi.
“İlk dəfə olaraq dünya miqyasında dənizdə
neft çıxarılması məhz Azərbaycan neftçiləri tərə-
findən başlanmışdır və bu gün Neft Daşları yaşa-
yır, Neft Daşlarında aparılan quruculuq-abadlıq
işləri məni çox sevindirir”- deyə Prezident İlham
Əliyev vurğulayıb.
Dünyanın nəhəng sənaye komplekslərindən
olan Neft Daşları Azərbaycan tarixinin şanlı sə-
hifələrindən biridir. Neft Daşlarını kəşf olunma-
sında və istismarında fədakarlıq göstərən qəhrə-
man dəniz neftçilərinin ən böyük mükafatı isə
xalqımızın və dövlətimizin onlara dərin hörmət və
məhəbbətidir.
Neft Daşları bünövrəsi 1947-ci ildə qoyulan
dünyada ilk neft platformasıdır. O hazırda şəhər
tipli qəsəbə olaraq Bakının Pirallahı rayonunun
ərazisinə daxildir. Xəzər dənizinın səthindən aza-
cıq qalxan “Qara qayaların” ətrafında tikilib. Ab-
şeron yarımadasından 42 kilometr cənub-şərqdə
yerləşən Neft Daşları Ginnesin Rekordlar Kitabı-
na ilk dəniz neft platforması kimi düşüb. 1999-cu
ildə dünya ekranlarına çıxan və Ceyms Bondun
sərgüzəştləri silsiləsindən olan “Dünya kifayət de-
yil” (“The World Is Not Enough”) filminin bəzi
kadrları məhz Neft Daşlarında lentə alınıb.
AzərbAyCAn “iPək yolu iqtiSADi kəMəri”
təşəbbüSünün reAllAşMASınDA MühüM rol oynAyır
”Baltik və Beynəlxalq Dəniz Şurası”
(BİMCO) Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin və “Caspian Marine Services” şirkəti-
nin mütəxəssisləri üçün təlimlər keçib. Məqsəd
gəmiçilik sahəsində çalışan əməkdaşların
beynəlxalq təcrübəyə yiyələnməsinə köməklik
göstərmək və onları bu sahədə yeniliklərlə
tanış etmək olub.
Təlimin ilk günündə çıxış edən “ Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC sədrinin birinci
müavini Zamiq İsmayılov beynəlxalq nüfuzlu
“BİMCO” təşkilatının ölkə dənizçiləri üçün bu
cür təlimlərin keçirməsini yüksək qiymətləndirib.
Onun sözlərinə görə, belə təlimlər yerli mütəxəs-
sislərin təcrübə və biliklərini təkmilləşdirir. Gə-
miçilikdə hər zaman yüksək ixtisaslı kadrların ha-
zırlanmasına önəm verildiyini vurğulayan sədrin
birinci müavini bundan sonra da yerli mütəxəs-
sislər üçün müvafiq təlimlərin təşkil ediləcəyini
bildirib.
“BİMCO”-nun mütəxəssisləri tərəfindən də-
nizçilik sahəsində iqtisadiyyat, beynəlxalq kon-
vensiyalar, çarter müqavilələri, konosament, yükə
dəyən zərər və iddialar, təhlükəsizlik, ödəmələr
və defoltlar, agentlər və brokerlər, dələduzluq
və s. mövzular üzrə təlimlər keçirilib. Noyabrın
10-dək davam edən təlimlərdə 100-ə yaxın yerli
mütəxəssis iştirak edib.
Qeyd edək ki, 1905-ci ildə Kopenhagendə
“Baltik və Ağ dəniz konfransı” adı ilə təsis edilən
şirkətin əsas məqsədi birlik formatında fəaliyyət-
dən gəlirlər əldə etmək və dəniz daşımaları sahə-
sində effektiv razılaşmaları dəstəkləmək olub.
Sonralar “Baltik və Beynəlxalq Dəniz Şurası”adı
ilə fəaliyyətini daha da genişləndirən bu təşkila-
tın hazırda gəmi sahibi, menecer, broker və agent-
lərdən ibarət 2200-dən çox üzvü var.
Nüfuzlu təsnifat cəmiyyətlərindən olan
“Amerika Gəmiçilik Bürosu”nun (ABS)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-
də keçirdiyi illik audit yekunlaşıb. Oktyabrın
31-dən başlayan audit nəticəsində keyfiyyət,
sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin
mühafizəsi və enerji səmərəliliyi sahələrinə dair
Gəmiçilikdə tətbiq edilən İnteqrasiya olunmuş
İdarəetmə Sisteminin (İİS) İSO beynəlxalq
idarəetmə standartlarına uyğunluğu müvafiq
sertifikatla təsdiq olunub. Yeni sertifikatla İn-
teqrasiya olunmuş İdarəetmə Sisteminin tanker,
quruyük daşıyan və Ro-Ro tipli gəmilərlə yana-
şı, yedək-təchizat və kran gəmilərində də tətbiqi
təsdiqlənib.
Sertifikatı Gəmiçiliyin rəhbərliyinə ABS-in
auditoru Angenilas Emanuil təqdim edib. ABS-lə
əməkdaşlığı yüksək qiymətləndirən “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf
Vəliyev bu sahədə əməkdaşlığın davam etdirilə-
cəyini bildirib. Rauf Vəliyev Gəmiçiliyin fəaliy-
yət istiqamətləri, görülən işlər və qarşıda duran
vəzifələrdən də ətraflı söhbət açıb. Bildirib ki,
istər donanmaların, istərsə də sahil müəssisə və
təşkilatlarının işinin beynəlxalq standartlar səviy-
yəsində qurulması, mütəxəssislərin peşə hazırlığı-
nın artırılması, bunun üçün xarici şirkətlərlə sıx
əməkdaşlıq Gəmiçiliyin daha çox önəm verdiyi
məsələlərdir. Görüşdə həmçinin audit zamanı aş-
karlanan çatışmazlıqların aradan qaldırılması is-
tiqamətində də fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, 2015-ci ildə də “Amerika Gə-
miçilik Bürosu” təsnifat cəmiyyəti “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnteqrasiya
olunmuş İdarəetmə Sisteminin İSO beynəlxalq
idarəetmə standartlarına uyğunluğunu təs-
diqləmək üçün aidiyyəti departamentlərdə və
müxtəlif gəmilərdə sertifikatlaşma üzrə xarici au-
dit aparmış, nəticədə Gəmiçiliyə 5 illik müddəti
olan sertifikat təqdim etmişdir.
GəMiçilikDə kADrlArın bilik və təCrübələrinin
ArtırılMASınA xüSuSi Diqqət yetirilir
GəMiçiliyə DAhA bir beynəlxAlq
SertifikAt təqDiM eDilDi
Ötən ay Ceyhan limanından 2,5 milyon tonadək
Azərbaycan nefti dünya bazarına çıxarılıb
Cari ilin oktyabr ayı ərzində 2 milyon 493
min 679 ton Azərbaycan nefti Ceyhan limanın-
dan dünya bazarına çıxarılıb.
SOCAR-ın mətbuat xidmətindən bildiri-
lib ki, bu həcmin 1 milyon 669 min 744 tonunu
Azərbaycan Respublikası Dövlət Neft Fondu-
nun (ARDNF) nefti təşkil edib. Cari ilin yanvar-
oktyabr aylarında isə Ceyhan limanından ixrac
edilən neftin həcmi 24 milyon 634 min 564 ton olub.
Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC)
istismara verilən gündən bu il noyabr ayının 1-ə qədər Ceyhan limanından 315
milyon 828 min 336 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.
Azərbaycan Dövlət Dəniz Akademiyasına
Dəniz universitetlərinin beynəlxalq Assosiasiyasının
üzvlük sertifikatı təqdim olunub
Vyetnamın Hayfonq şəhərində
Dəniz Universitetlərinin Beynəlxalq
Assosiasiyasının illik konfransı keçi-
rilib. Bu konfrans Assosiasiyaya üzv
olan 60 dənizçilik ali təhsil müəssisə-
sinin ekspertlərini və rəsmi nümayən-
dələrini bir araya toplayıb.
Bu mötəbər beynəlxalq tədbirdə
Assosiasiyaya yeni qoşulan ali təh-
sil müəssisələrinin adları açıqlanıb,
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin Azərbaycan Dövlət Dəniz
Akademiyasına Dəniz Universitetləri-
nin Beynəlxalq Assosiasiyasının üzv-
lük sertifikatı təqdim olunub.
Təqdimat mərasimində ADDA-nın
prorektoru Əlimərdan Quliyev iştirak
edib. O, Akademiyanın tarixi, bey-
nəlxalq əlaqələri, tədris prosesi, elmi
nailiyyətləri haqqında məlumat verib.
Əlimərdan Quliyev belə beynəlxalq tədbirlərin və görüşlərin qarşılıqlı fayda-
lı əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində əhəmiyyətli rolunu
vurğulayıb.
Konfransda Assosiasiyaya üzv universitetlərin professor-müəllim heyəti-
nin ixtira və layihələrinin təqdimatı, dəstəklənməsi, onların praktikada tətbiqi
barədə müzakirələr və ətraflı fikir mübadiləsi aparılıb.
Növbəti illik toplantıların 2017-ci ildə Varnada (Bolqarıstan), 2018-ci ildə
isə Barselonada (İspaniya) keçirilməsi qərara alınıb.
oktyabrda btC kəməri ilə 2,3 milyon
tondan çox Azərbaycan nefti nəql edilib
Bu ilin oktyabr ayı ərzində
Bakı–Tbilisi–Ceyhan əsas ixrac
neft boru kəməri (BTC) vasitəsilə 2
milyon 360 min 330 ton Azərbaycan
nefti nəql olunub.
SOCAR-ın mətbuat xidmətindən
bildirilib ki, cari ilin yanvar-oktyabr
aylarında isə bu kəmərlə 24 milyon 403 min 652 ton neft ötürülüb. Ümumiy-
yətlə, kəmər istifadəyə verilən gündən bu il noyabr ayının 1-ə qədər BTC-yə
317 milyon 79 min 41 ton neft vurulub.
Bundan başqa, cari ilin oktyabr ayında BTC kəməri ilə 263 min 869 ton
Türkmənistan nefti nəql edilib.
Dünyanın səkkizinci möcüzəsi neft Daşlarında
ilk quyunun fontan vurmasından 67 il ötür