Qrup: 729-9 Sərbəst İş



Yüklə 43,38 Kb.
tarix29.04.2022
ölçüsü43,38 Kb.
#86220
referat 2231


Azərbaycan Dövlət Neft Akademiyası

Fakültə: İ, BİM və Menecment

Qrup: 729-9

Sərbəst İş

Mövzu: Ekoloji proseslərin idarəedilməsi

Rəhbər: baş müəllim. Nərimanova T.

Tələbə: Davudov Davud

BAKI – 2012

Ekoloji proseslərin idarəedilməsi

Dünya iqtisadiyyatının inkişafı istehsal sahələrinin genişlənməsi planetimizdə ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır.Bunun nəticəsində atmosfer , biosfer, hidrosferin çirklənməsi, ozon qatının deşilməsi, havanın temperaturunun amplitudunun artması bir sıra ekoloji ptoblemlər yaratmışdır, hətta , qarşısı alınmazsa gələcəkdə böyük fəlakətlərin, ekoloji böhranların baş verməsinə gətirib çıxara bilər.Buna görə də hal hazırda ekoloji proseslərin idarə edilməsi dünya ölkələrinin əsas prioritet məsələrindən biridir.Bunun üçün bir sira iqtisadi mexanizlər yaradılmış və təbiətin, ekologiyanın mühafizəsi üçün qəti addımlar atılmaqdadır.



Müasir dövrdə iqtisadiyyatın inkişaf tempi təbii ehtiyatların məhdud olması probleminin kəskinləşməsi ilə əlaqədar olaraq ekoloji təlabatın yüksəlməsini irəli sürür. Qeyd etmək lazımdır ki, iqtisadi inkişaf daxilində bir tərəfdən ekoloji problemin yaranması, digər tərəfdən həmin problemlərin aradan qaldırılması zərurəti yaranır. Bu iki ziddiyyətin yaranma səbəbini bilmək üçün ətraf mühit və ictimai istehsal arasında olan əlaqəni müəyyən etmək lazım gəlir. Lakin bu zaman “İqtisadiyyat-mühit” sisteminin heç birinə ayrılıqda üstünlük vermək olmaz. Bu sistem arasında elə bir əlaqə yaratmaq lazımdır ki, istehsalın artması, iqtisadi inkişaf, xalqın rifahının yüksəlməsi ətraf mühitin bütünlükdə və ya onun ayrı-ayrı komponentlərinin inkişafına və yaxşılaşdırılmasına uyğun gəlsin. Müasir ekoloji vəziyyət təsərrüfat problemlərinin həllinə ətraf mühitin mühafizəsi ilə yanaşı ictimaiyyətin iqtisadi inkişafını da nəzərə almağı tələb edir.

Ətraf mühitin mühafizəsi siyasət, ideologiya, sosial mühit və ən əsası iqtisadi inkişaf ilə sıx əlaqədardır.

İqtisadiyyatla ekologiya arasında yaranan qarşıdurma ətraf mühitin mühafizəsinin əsas problemlərindən biridir. Əvəllər bu problem inzibati amirlik yolu ilə həll olunardı. Hal hazırda bu məsələ “Bazar iqtisadiyyatı” əsasında müxtəlif institutlar və elmi tədqiqat müəssisələri tərəfindən həll olunur. Bu müəssisələr tərəfindən təbii kadastrlar, maliyyə və material-texniki təchizat, təbii sərvətlərdən istifadə üçün ödəniş, ətraf mühitin çirkləndirilməsi üzrə ödəmələr, vergi ödəmə və ondan azad olma məsələləri həll edilir.
Ekoloji məsələlərin həllində iqtisadi həvəsləndirmə məsələsi aşağıdakı istiqamətdə aparılır:

- iqtisadi sığorta, təbiətin mühafizəsi və istehsal fondları üzrə amortizasiya normalarının artırılması, ekoloji təmiz ərzaqlara həvəsləndirici qiymətlərin qoyulması, mühafizə sahələrinin kirayə verilməsi, ekoloji xidmət bankının yaradılması və s.
Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin tənzimlənməsinin iqtisadi mexanizmi təbii resurslardan istifadədə təsərrüfat subyektlərindən dövlət rüsumlarının toplanması və onlardan əldə olunan vəsaitdən təbiətqoruyucu və təbiətbərpaedici fəaliyyətdə istifadəni özündə birləşdirən metod, üsul və priyomlar sistemidir.
Təbiətdən istifadənin iqtisadi mexanizminin əsas istiqaməti təbii resursların təsərrüfatda istifadə prosesinin tənzimlənməsindən ibarətdir.

Təbiətdən istifadənin iqtisadi tənzimlənməsinin 6 prinsipi mövcuddur.

Ödənişlik prinsipi;

Ətraf mühitin mühafizəsinin elmi əsaslandırılması prinsipi;

İqtisadi cavabdehlik prinsipi;

Komplekslilik prinsipi;

Təsərrüfat hesabı prinsipi;

İqtisadi sanksiyalar və iqtisadi stimullaşma arasında balansın gözlənilməsi prinsipi.

Ödənişlilik prinsipi insanların təsərrüfat fəaliyyəti prosesində təbii sərvətlərdən istifadədə ödənişliliyi nəzərdə tutur. Əks halda onlardan məhdudiyyətsiz, əvəzsiz istifadə onların tükənməsinə səbəb olar.
Ətraf mühitin elmi əsaslandırma prinsipi cəmiyyətin iqtisadi və ekoloji maraqlarını birləşdirən, onların sağlam və əlverişli ətraf mühitdə yaşama hüququnu təmin edən, təbiətdən istifadənin tənzimlənməsinin iqtisadi metodlarının hazırlanması və istifadəsini özündə birləşdirən bir prinsipdir.

İqtisadi cavabdehlik prinsipi ekoloji hüquqpozmalar nəticəsində təbii mühitə, insanların sağlamlığı və əmlaklarına vurduqları ziyana görə təbiətdən istifadəçilərin əvəzinin ödənişliliyini nəzərdə tutur.


Komplekslilik prinsipi təbii sərvətlərin çoxməqsədli istifadəsinə çalışmaqla aztullantılı və tullantısız texnologiyaların inkişafı, xammalın tam dərindən emalına və s. əsaslanır.

Təsərrüfat hesabı prinsipinə əsasən bütün müəssisələrdə onun effektiv və gəlirli fəaliyyəti üçün istehsalın ekologiyalaşması vacibdir. Bu prinsip təsərrüfat subyektlərinin və bütünlüklə cəmiyyətin maraqlarını təmin edir və istehsal fəaliyyətinin planlaşdırılması üçün əsas hesab olunur.
İqtisadi sanksiyalar və iqtisadi stimullaşma arasında balansın gözlənilməsi prinsipi təbiətdən istifadəçilərə pozitiv və neqativ təsir ölçülərinin balanslaşmasını gözləyən prinsipdir.
Təbiətdən istifadənin iqtisadi tənzimlənməsinin məqsədi təbiətdən istifadənin tənzimlənməsinin iqtisadi metodlarının tətbiqi şərti ilə təbii resurslardan səmərəli istifadəni təmin etməkdir. Bu məqsədə çatmaq üçün təbiətdən istifadənin iqtisadi tənzimlənməsi aşağıdakı məsələləri həll etməlidir.

Təbii resurslardan səmərəli istifadəni təmin etmək;

Təbii resurslardan istifadənin kompleksliliyi.

Təbiətdən istifadənin iqtisadi tənzimləmə metodu dövlətin təbii resurslardan səmərəli istifadə məqsədilə təsərrüfat subyektlərinə təsirinin üsul, alət və priyomlarını özündə birləşdirilməsinin təmin edilməsinə əsaslanır. Təbiətdən istifadənin iqtisadi tənzimləmə metodu özündə ekoloji təmiz məhsul istehsalı üzrə iqtisadi stimullaşmanı birləşdirir. Təbiətdən istifadənin iqtisadi stimullaşdırılması təbii resurslardan daha səmərəli istifadə etmək üçün dövlətin təbiətdən istifadəçilərdə marağın artırılmasını nəzərdə tutur.
Təbiətdən istifadənin iqtisadi stimullaşdırılmasının 3 əsas prinsipi mövcuddur.

Komplekslilik prinsipi;

İqtisadin tənzimlənmənin müxtəlif səviyyələrində stimullaşmanın uyğunlğu prinsipi;

Maddi və mənəvi stimullaşmanın uyğunluğu prinsipi.
Stimullaşmanın kompleksliliyi texnoloji proseslərin stimullaşması əməliyyatında vacibdir. Onlardan sərvətqoruyucu, təbiətqoruyucu tədbirlərdən, ekoloji vacib metodların tətbiqində istifadə olnur.
İqtisadi tənzimlənmənin müxtəlif səviyyələrində stimullaşmanın uyğunluğu prinsipi əsasında təbiəti mühafizə fəaliyyətinə görə işçilərin yalnız müəssisə daxilində mükaftlanması kifayət deyil. Belə ki, bu ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə üçün kifayət qədər effektli olmayacaq.

Maddi və mənəvi stimullaşmasının uyğunluğu prinsipi həm ayrı-ayrı işçilərin, həm də bütünlükdə müəssisələr insana özünün maddi təlabatını, sosial varlığını, mənəvi maraqlarını təmin edən bioloji varlıq kimi baxır. İqtisadi stimullaşma güzəştli kredit, güzəştli vergi, ekoloji təmiz məhsul istehsalçılarına dövlətin dotasiyası və s. köməyi ilə həyata keçirilir.
İqtisadi təmkinlilik metodu adı altında ekoloji çirkli texnologiya və qurğularla məhsul istehsalının inkişafı və yaranmasına əngəllər törətmək başa düşülür.
Ekoloji çirkli istehsalda iqtisadi təmkinliyin 2 prinsipi mövcuddur.

Ekoloji öncüllük prinsipi;

Uyğunluq prinsipi.

Ekoloji öncüllük prinsipində təbii resurslardan istifadə və ətraf mühitlə bağlı digər məslələrin həllində üstünlük insanların sağlamlığı və həyatının qorunmasına onların istirahəti və əməyi üçün əlverişli şəraitin təmin olunmasına verilir.

Uyğunluq prinsipinə görə cəmiyyətin optimal inkişafı ilə insanların daim artmaqda olan təlabatının təbii resursların faktiki miqdarı ilə uyğunluğu üst-üstə düşməlidir. Ekoloji çirkli istehsalda iqtisadi təmkinlik metoduna aiddir: təbii resursların norma və normadan artıq istehlakına görə ödənişlər; ətraf mühitin limit üzrə və limitdən artıq çirkləndirilməsinə görə ödənişlər, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə cərimələr və s.
Təbiətdən istifadənin ekoloji tənzimlənməsinin vasitələrinə müxtəlif növ ödəmələr aiddir. Ekoloji ödəmələrə bütün təsərrüfat subyektlərinin onların təsərrüfat fəaliyyətləri nətcəsində ətraf mühitin çirkləndirilməsinə, həm də təbiətqoruyucu və təbiət bərpaedici fəaliyyətə sərf olunan vəsaitə görə ödəmlər aiddir. Ekoloji ödəmələri 2 əsas qrupa bölmək olar.
Təbiətdən istifadəçilərin təbii sərvətlərdən istifadəyə görə ödəmələri.
Təbiət qoruyucu və bərpaedici tədbirlərə görə xərclər.
Təbiətdən istifadəçilərdən təbii resurslardan istifadəyə görə tutulan ekoloji ödəmələrə aşağıdakılar aiddir.

-ekoloji vergiqoyma;

-təbii resurslardan normativ və normadan artıq istifadəyə görə ekoloji yığımlar;

-təbii mühitin limit üzrə və limitdən artıq çirkləndirilməsinə görə ekoloji yığımlar;

-ekoloji cərimələr;

-dövlətə, təbiətə və digər təbiətdən istifadəçilərə vurulan ziyanın əvəzinə görə ödəmələr;

-ekoloji sığorta;

-ixrac tarifi;

-idxal tarifi

Təbii resursların iqtisadi qiymətləndirilməsi – ayrı-ayrı təbii resursların qiymətli və xeyirli istehlak xüsusiyyətlərinin pulla ifadəsidir. Hazırda təbii resursların iqtisadi qiymətləndirilməsi 3 əsas metodla həyata keçirilir.

-xərc; (təbii resursların qiymətləndirilməsində onların istifadəsinə çəkilən xərclərə görə aparılır);

-renta; (ayrıca təbii resursların istifadəsindən alınan effektə görə qiymətləndirmə);

-qarışıq (təbii resursların istifadəsinə görə xərclər, həmçinin onların istifadəsindən alınan effektə görə qiymətləndirmə).

Ətraf mühitin mühafizəsinin iqtisadiyyatı ekoloji təhlükəsizliyin təmini, təbii resurslardan səmərəli istifadə, onların bərpa edilməsi və artırılması tədbirlərinin işlənib hazırlanması və həyata keçirilməsi üzrə görülən işləri əhatə edir. Bu məqsədlə ilk növbədə ətraf mühitin mühafizəsi üzrə tədbirlər proqnozlaşdırılır, onlar üçün maliyyələşdirilmə mənbələri, təbiətdən istifadə, ətraf mühitin çirkləndirilməsi, iqtisadi maraqlandırma və s. işlər üzrə ödəmələr müəyyən edilir.
Ətraf mühitin mühafizəsi sahəsində tədbirlərin proqnozlaşdırılması və maliyyələşdi- rilməsi təbiətdən istifadənin müxtəlif istiqamətlər üzrə dövlət proqramlarına və konsepsiyalarına daxil edilir.
Ətraf mühitin mühafizəsi sahəsində ekoloji proqramların və tədbirlərin maliyyələşdirilməsi dövlət və yerli büdcələr, ekoloji sığorta, təbiətdən istifadəyə görə ödəmələr, hüquqi və fiziki şəxslərin könüllü ianələri, qrantlar, beynəlxalq qurumların ayırmaları hesabına həyata keçirilir.
Ətraf mühitin çirkləndirilməsinə və təbii resurslardan istifadəyə görə ödəmələr müəssisələrdən, təşkilatlardan və vətəndaşlardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə alınır.
Ətraf mühitin mühafizəsinin stimullaşdırılması ekoloji yönümlü subsidiyalar və digər stimullaşdırıcı tədbirlər vasitəsilə həyata keçirilir.
Ekoloji təhlükəli fəaliyyət növləri ilə məşğul olan hüquqi və fiziki şəxslər qanunla nəzərdə tutulmuş qaydada məcburi sığortalanırlar. Ekoloji sığorta ətraf mühitə və ya hər hansı bir şəxsə vurulan ziyanın ödənilməsində istifadə olunur.

Ətraf mühitin təxirəsalınmaz tədbirlərinin, ona vurulan zərərin aradan qaldırılmasının maliyyələşdirilməsi üçün dövlət və ictimaiyyət tərəfindən xüsusi fond yaradılır. Dövlət fondu təbiətdən istifadə ödəmələri, ətraf mühitin çirkləndirilməsi üzrə cərimələr, qeyri-qanunu əldə edilən məhsulların satışından daxil olan vəsaitlər, qrantlar, könüllü ianələr və s. hesabına təşkil olunur. Bu fondlar əsasən elmi-tədqiqat işlərinə, ekoloji təmiz texnologiyanın tətbiqinə, təbiətin mühafizəsi obyektlərinin tikintisi və yenidən qurma işlərinə, çirkləndiricilərin ətrafa və insanlara vurduğu ziyanın bərpa olunmasına, pozulmuş ekoloji tarazlığın bərpasına, ekologiya üzrə təlim-tərbiyə işlərinə, nadir fauna və floranın qorunmasına, ətraf mühitin manitorinqinin təşkili və keçirilməsinə, mütəxəssislərin həvəsləndirilməsi və stimullaşdırılmasına sərf olunur.
Ətraf mühitin mühafizəsinin ictimai fondları ictimai vəsait, qrantlar, fiziki və hüquqi şəxslərin könüllü ianələri və s. hesabına təşkil olunur. Bu fondlar ictimai birliklər tərəfindən ətraf mühitin mühafizəsi tədbirlərində istifadə olunur.

Müasir dövrlərdə praktiki olaraq dünyanın bütün inkişaf etmiş ölkələrində ekoloji təhlükəsizlik sahəsində milli proqramlar hazırlanıb,qəbul olunub,həyata keçirilməkdədir.İlk vaxtlar bu proqramın reallaşdırılması yığılıb qalmış tullantıların məhv edilməsinə yönəldilmişdir.Bu sahədə görülən tədbirlərin əvvəlcə istehsalat fəaliyyətinin neqativ nəticələrini aradan qaldırmağa yönəldilmişdir və demək olar ki ətraf mühitin pisləşməsi nəzərə alınmırdı.Belə yanaşmanın məhdudluğu aydındır lakin ilk vaxtlar ona bəraət qazandırılırdı.Belə ki,hadisələr silsiləsi zamanı keçmiş fəaliyyətdə pozulmuş ekosistemi xilas etmək lazım gəlirdisə,indiki vəziyyətdə digər problemlər daha çox nəzərə çarpır.Bir çox ölkələrdə bütün təbii ərzaq zənciri üzrə və müvafiq qanunvericilikdə bərkidilmiş bütün sahələr üzrə təbiətdən istifadənin kompleks proqramları qəbul olunmuşdur onların içərisində dövlətin təbiəti mühafizə fəaliyyətinin tənzimlənməsindəki rolu müəyyənləşmiş təbiətdən istifadəçilərin hüquq və öhdəlikləri müəyyən olunmuşdur.İnkişaf etmiş ölkələrdə təbiətdən istifadə sisteminə dövlət müdaxiləsi nəzərə çarpacaq dərəcədədir.İerarxik idarə etmə sistemi yaradılır ki burada təbiətdən istifadə siyasətinin məqsədləri,onun obyektləri və eləcə də onun həyata keçirilmə dərəcələri (ümumidövlət,yerli) ayrılır

Son illər bu sahədə dövlət idarəetmə orqanlarının eləcə də öz əhatə dairəsində ekoloji təhlükəsizlik vəziyyətinə görə cavabdeh olan müəyyən sahələri əhatə edən nazirliklərin sayının artım tendensiyası və onların funksiyalarının genişlənməsi müşahidə olunur.Məsələyə digər tərəfdən yanaşıldıqda görünür ki,praktiki olaraq bütün inkişaf etmiş ölkələrdə milli çərkivədə təbiəti mühafizə siyasətinə rəhbərliyi həyata keçirən mərkəzi orqan yaradılmışdır.Yaponiyada ətraf mühiti mühafizəsi idarəsi,Fransada-bu sahəyə müvafiq nazirlik ABŞ-da-ştatlarda öz bölmələri olan ekoloji təhlükəsizlik üzrə Federal agentlik fəaliyyət göstərir.
Ölkənin ekoloji təhlükəsizliyinin dövlət tənzimlənməsi metodlarının müxtəlifliyinə baxmayaraq dövlərtlər birgə təbiəti mühafizə siyasətinin məqsədlərini müəyyənləşdirir.Prioritetinin təyin edir və təbiətdən istifadəçilərlə qarşılıqlı münasibət normalarını işləyib hazırlayırlar.Təsərrüfat mexanizminin özü də bazar əsasında iqtisadi və inzibati xarakterli məcburedici tədbirlər üzrə fəaliyyət göstərir.

Tənzimləmə - təşkilatı sistem funksiyası olmaqla onun strukturlarının saxlanılmasını təmin edən, fəaliyyət rejimini saxlayan və onun proqram məqsədlərini realizə edən bir sistemdir. Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsi Azərbaycanda iqtisadi və ekoloji sistemlərin tənzimlənməsi yolu ilə həyata keçirilir.
Ekoloji sistemlərin tənzimlənməsi təbiətdən istifadənin idarə olunması yolu ilə həyata keçirilir ki, bu da ətraf mühitin mühafizəsi ilə sıx bağlıdır. Təbiətdən istifadənin tənzimləmə institutu aşağıdakı prinsiplərlə həyata keçirilir.
Təbiətdən istifadənin və ətraf mühitin dövlət tənzimlənməsinin qanunçuluq prinsipi. Qəbul olunmuş normativ hüquqi aktlar və müxtəlif münaqişələrin həlli üçün qərarların həyata keçməsini və onlara əməl olunmasını təmin edən sistemdir.
Ətraf mühitin mühafizəsində qabaqcıllıq və ya öncüllük prinsipi. Əsasən ekoloji sistemlərin qorunması maraqlarından çıxış edərək hər hansı bir təbii obyektlərdən istifadə edərkən digər təbii obyektlərə və bütünlükdə ətraf mühitə zərər vurmamağı nəzərdə tutur.
Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin dövlət tənzimlənməsinin planlaşdırma prinsipi aşağıdakıları özündə birləşdirir.
Təbiətdən istifadənin tənzimlənməsininin əsas planı təsdiqlənir və qüvvəyə mindikdən sonra əsas kimi hesab olunur.
hazırlanmış plan və proqramların həyata keçməsi üçün onların daimi nəzarətini həyata keçirmək vacibliyi.

Təbiətdən istifadənin tənzimlənməsi üçün böyük miqdarda vətəndaşları cəlb etmək, yerli özünüidarə orqanları ilə iş dövlət tənzimlənməsinin uyğunluq prinsipi kimi götürülür. Yerli qanunlara əsasən, demokratiya prinsiplərini əsas tutmaqla insanlar özləri yerli ekoloji sistemlərə zərər vuran müəssisələrin işini məhdudlaşdıran qərarlara nail ola bilər və ya şeçdikləri millət vəkilləri onların adından təbiəti mühafizə qanunları qəbul etdirə bilər və s.
Təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin tənzimlənməsi məsələləri əsasən 3 metodla nizamlanır. 1) İnzibati-hüquqi; 2) iqtisadi; 3) informativ
Kompleks inzibati-hüquqi metodlara aşağıdakılar aid edilir:
Təbiətdən istifadəyə icazənin verilməsi, məhdudiyyətlər, qadağalar, təbiətdən istifadə fəaliyyətinə nəzarət sisteminin tətbiqi, qəbul olunmuş qaydaların pozulması zamanı cərimə sanksiyalarının tətbiqi və s. Təbiətdən istifadə fəaliyyətinə icazə verilmə sənədləridə tullantıların yol verilən izn hədləri (normativlər), ətraf mühitin mühafizəsi tədbirləri sistemi, həmçinin vurulan zərərin kompensasiyası məsələləri əks olunur.
Ətraf mühitin mühafizəsinin iqtisadi metodlarına aşağıdakılar aiddir:
1) Ödənişlər. Buraya çirklənməyə görə ödənişlər; təmizləyici qurğulardan istifadəyə görə ödənişlər, ətraf mühiti çirkləndirən məhsulların saxlanılmasına görə ödənişlər, inzibati vergilər (hökumətin xidmətlərinə görə), vergilərin “təmiz məhsul” istehsal edən müəssisələr üçün güzəştli tutulması və s.
2) Subsidiyalar. Təbiətdən istifadəçilərə dövlətin müvəqqəti və uzunmüddətli pul yardımı şəklində verdiyi güzəştlərdir. Subsidiyaların bir neçə növü fəaliyyət göstərir. Bunlardan qarntlar, ssudalar və aşağı faizli kreditlər, vergiqoymada güzəştlər və s.

3) Girov sistemi. Buraya sığorta haqları (təhlükəli məhsul istehsalında) aid edilir.

4) Bazar prinsiplərinin tətbiqi.

5) Limitlər sistemi.

İnformasiya idarəetmə sisteminə tədqiqatların aparılması, ekoloji təhsil, aztullantılı və tullantısız texnologiyaların inkişafı və tətbiqi aid edilir.
Tənzimlənmənin idarəetmə forması özündə hüquqi və qeyri-hüquqi formanı təmsil edən tənzimləmə fəaliyyətini əhatə edir.
Qeyri-hüquqi formaya aiddir:

1) Hüquqi əhəmiyyət kəsb etməyən təbiətdən istifadənin və ətraf təbii mühitin mühafizəsinin fəal-təsərrüfat bölgüsü.

2) İcraçıların öz fəaliyyətini həyata keçirmək üçün onları lazımi məhsullarla təmin etmək.

Hüquqi forma isə özündə hüquq mühafizə, hüquq yaradıcı, hüquqi tətbiq xarakteri daşıyır.

Tənzimləmənin hüquqi metodları 4 cür olur:

1) Məcburi göstəriş metodu. Bu metod başqa adda imperativ metod adlanır.

2) Təqdimat metodu. İdarəetmə qərarlarının yerli şəraitdən asılı olaraq təqdiminə əsaslanır.

3) Özünü idarənin məhdudlaşdırılması metodu (sanksiya metodu)

4) İcazə metodu. Təşkilatlara tam özünü idarə hüququnun verilməsinə əsaslanır ki, onlar idarəetmə qərarları qəbul etsin.

Tənzimlənmənin norma və metodları idarəetmə funksiyaları ilə həyata keçirilir və onlar idarəetmə orqanlarının növündən və səlahiyyətlərindən asılı olamayaraq aşağıdakı 7 funksiyanı yerinə yetirir.
Təbii resursların və digər təbiət obyektlərinin qeydiyyatı funksiyası. Burada təbiətdən istifadə və ətraf mühitin mühafizəsinin elmi cəhətdən əsaslanmış dövlət kadastrının yerinə yetirilməsi də əsas hesab olunur.
Təbii resursların mühafizəsi və istifadəsi üzrə tədbirlərin planlaşdırılması funksiyası.
Təbii obyektlərin bölgüsü və yenidən bölgüsü funksiyası. Burada təbii obyektlərin əldə olunması, xüsusiyyətcilik, arenda formaları əsas götürülür.
Təbii obyektlərin yenidən istehsalı funksiyası (Təbii sərvətlərin indiki və gələcək nəsillərə çatdırılması üçün)

Təbii obyektlərin ərazi-sahə quruluşu funksiyası

Təbii obyektlərin mühafizəsi və istifadəsinə nəzarət funksiyası

Təbiətdən istifadə hüququ haqqında mübahisələrin həlli funksiyası

Hazırda planetin təbii-resurs potensialının kəmiyyət və keyfiyyət baxımından tükənməsi gələcək möhkəm iqtisadi inkişafla məhdudlaşır. Ayrı-ayrı regionlarda krizis vəziyyəti sosial-siyasi və sosial-iqtisadi problemləri kəskinləşdirir ki, onların içərisində əsas yeri ekoloji problemlər tutur.

Təbiətdən istifadənin tənzimlənməsinin sosial-iqtisadi problemləri
Ekologiyanın mühafizəsi məqsədilə təbii ehtiyatların və çirkləndiricilərin ekoloji iqtisadi uçotu aparılır.

Hüquqi və fiziki şəxslər tullantı və çirkləndiricilərin əmələ gəlməsinin, istifadəsinin, yerləşdirilməsinin, başqasına verilməsinin və ya satılmasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə ilkin uçotunu aparır, müvafiq dövlət orqanına hesabat tədqim edirlər.
Hüquqi və fiziki şəxslər çirkləndiricilərin uçotu ilə bağlı informasiyanın qanunvericilikdə müəyyən edilən müddət ərzində saxlanmasını təmin edirlər.
Çirkləndiricilərlə(tullantılarla) bağlı dövlət uçotu və hesabatı vahid sistem üzrə hazırlanır və aparılır
Ayrı-ayrı ölkələrdə çirkləndiricilər statistikasını təşkil etmək üçün müxtəlif metodologiyadan istifadə edildiyi üçün onları vahid metodologiyaya uyğunlaşdırmaq müasir statistikanın əsas vəzifələrindən biri hesab edilir. İnsan fəaliyyəti zamanı əmələ gəlmiş tullantıların öyrənilməsi, onların yenidən istifadəsi, zərərsizləşdirilməsi və xüsusi zərərli tullantıların basdırılması (kənarlaşdırılması) və tullantılarla əlaqədar başqa əməliyyatların tədqiqi hazırda aktual bir problem olaraq qalır. Bu problemin öyrənilməsi ilk növbədə əmələ gəlmiş tullantıların təsnifləşdirilməsini tələb edir. Qeyd etmək lazımdır ki, tullantıların təkrar xammal kimi yenidən istifadəsi təbii ehtiyatlardan səmərəli istifadə olunmasına zəmin yaratmaqla ilkin xammal və materiala xeyli qənaət edilməsinə, tullantıların miqdarının azalmasına imkan yaradır. Tullantıların emalı, saxlanması və kənarlaşdırılması proseslərinin yerinə yetirilməsi üçün menecer-informasiya sistemi yaradılmalıdır. Deməli, tullantıların istifadəsi və dövriyyəsi iqtisadi prosesdir və yeni dəyər yaradır. Bazar üçün istehsal olunmuş məhsul xammaldan və tullantıdan istehsal oluna bilər. Lakin bu məhsulların keyfiyyəti fərqli olduğuna görə qiymətləri də müxtəlif olur.

Tullantılar – qanunvericiliyin müddəalarına müvafiq olaraq kənarlaşdırılan, kənarlaşdırma üçün nəzərdə tutulan, kənarlaşdırılmalı olan maddə və əşyadır. Tullantılar xammalın hasilatı, aralıq və son istehlakı zamanı əmələ gəlir və gələcək istehlakı mümkün olmur.
İstehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehsal xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələrdir.
Məişət tullantıları (bərk məişət tullantıları) - əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır.

İqtisadiyyatın inkişaf səviyyəsi ilə ekoloji sistemlərin qarşılıqlı əlaqəsi ətraf mühitin vəziyyətindən daha çox asılıdır. Hazırda ekoloji-iqtisadi, sosial-iqtisadi, iqtisadi-demoqrafik və başqa əlaqələr “təbiət-cəmiyyət-insan” sistemində daha da kəskinləşmişdir. Ölkənin iqtisadi və sosial inkişaf planı sosial-iqtisadi və ekoloji-iqtisadi problemlərin kompleks həlli yolu ilə müəyyən edilir. Sosial-iqtisadi sistemlərdə ətraf mühitin keyfiyyətindən aşağıdakılar asılıdır:


əhalinin real gəlirlərinin artımı, gəlirlərin quruluşunun təkmilləşdirilməsi, bölünməsi, differensasiyası və gəlirlərin nisbəti, həmçinin təlabatın tək-tək və ictimai formalar nisbətində təminatı;

əhalinin ərzaq məhsulları ilə təminatı məsələsinin həlli;

mənzil probleminin həlli;

təhsilin inkişafı;

əhalinin sağlamlığının mühafizəsi, tibbi yardımın təkmilləşdirilməsi, əhalinin istirahətinin təşkili.
Hazırda ölkənin sosial-iqtisadi inkişafının möhkəmləndirilməsi, ekoloji potensialdan istifadənin vəziyyətinin yaxşılaşması təbiətdən istifadənin ekoloji-iqtisadi sistemlərinin son nəticəsi kimi müəyyənləşməyib. Təbiətdən istifadənin effektliliyinin yüksəldilməsinin praktiki həlli ekoloji-iqtisadi sistemlərdə müxtəlif qarşılıqlı əlaqələrin birliyinin nəzərdə tutulmasından ibarətdir.
Respublikamızda və dünya ölkələrində sistemli-statistik tədqiqatların keçirilməsi göstərir ki, iqtisadiyyatın səviyyəsi və ekoloji sistemlərin vəziyyəti hazırda və gələcəkdə də bir-biri ilə qarşılıqlı əlaqədardır. Həmin qarşılıqlı əlaqənin möhkəmliyi dünyanın ayrı-ayrı regionlarında ətraf mühitin vəziyyətinə antropogen mənfi təsirlər nəticəsində pisləşmələrin və gərginləşmələrin getdikcə artmasından asılıdır. Belə qarşılıqlı təsir yaxın zamanlarda lokal xarakter daşıyırdısa hazırda təsərrüfat fəaliyyətinin genişlənməsi nəticəsində regional və qlobal dəyişkənliyə səbəb olmuşdur.
Sosial-iqtisadi və sosial-demoqrafik məsələlərin həlli resursların təkrar istehsalının səmərəliliyindən daha çox asılıdır. Resursların təkrar istehsalı ekoloji sistemlərin inkişafının müxtəlif kəmiyyət və keyfiyyət səviyyəsindəki dövrü və təkrar olunan proseslərin məcmusudur.
Sosial-iqtisadi və sosial-demoqrafik proseslər elmi proqramlaşmaya və optimal planlaşmaya çətin uyğun gəlir. Ona görə də sosial-iqtisadi və sosial-demoqrafik əlaqələrin müəyyən olunmasında sərvətlərin məhdudluğu, onların əhəmiyyəti ətraf mühitin vəziyyətinin dəyişməyi yolu ilə müəyyən olunmalıdır.
Qlobal ekoloji krizislərin artması şəraitində ekoloji təhlükəsizlik problemi ön plana keçir. Hər 12-13 ildən bir təbii mühitə antropogen təzyiqin həcmi iki qat artır. Ona görə də həmin hadisələrin aradan qaldırılması üçün ekoloji-iqtisadi mexanizmlərin yenidən hazırlanması tələb olunur.
Ekoloji təhlükəsizlik iqtisadi təhlükəsizliyin tərkib hissəsi hesab olunur. İqtisadi təhlükəsizlik milli iqtisadiyyatda təkrar istehsalın genişlənməsi, istehsalın faktorlarının - əmək, kapital və təbii resursların səmərəli və effektiv istifadəsi yolu ilə təmin oluna bilər. Təbii mühit aşağıdakı funksiyaları yerinə yetirir.

istehsalın maddi faktoru;

istehsalın ictimai şəraiti;

istehsalın subyektiv faktoru kimi insanın həyat fəaliyyəti üçün sağlam təbii şəraitin təmin olunması.
İqtisadi təhlükəsizlik problemini təbiətdən istifadədə kortəbiilikdən düşünülmüş idarəetməyə keçmək yolu ilə həll etmək olar. Təbii mühitin idarə olunması funksional baxımdan təbiəti bərpa və sosial-iqtisadi xarakter daşıyır. Ölkələrin çoxunda iqtisadiyyatın bazar iqtisadiyyatı yolu ilə inkişafı ekoloji təhlükəsizliyin müvəffəqiyyətli həllində əsas amildir.

Ekoloji təhlükəsizliyin təminatında bir sıra iqtisadi mexanizmlərdən istifadə olunur.İqtisadi mexanizmləri iki tipə bölmək olar:

-bütün təsərrüfat sahələrini əhatə edən mexanizmlər-makro səviyyə;

-xüsusi mexanizmlər-bilavasitə ətraf mehitin mühafizəsi ilə bağlı olan iqtisadi mexanizmlər.

Bəzən təbiətdən istifadənin iqtisadi mexanizmlərini 3 qrupa ayırırlar:

1.Konsepsasiya mexanizmləri-bu mexanizmlər iqtisadi inkişaf üçün ən ümumi məhdudiyyət həddi qoyur.Bu üsullar demək olar ki,iqtisadi inkişafa mane olmur.İqtisadi mexanizmlərin bu qrupu əsasən neqativ ekoloji nəticələrin aradan qaldırılmasına yönəlir və onu yaradan səbəblər isə heç araşdırılmır da.Təbiətdən istifadənin bu qrupu iqtisadiyyatın inkişafının texnogen tipinə aiddir.

2.Ekoloji balanslaşdırılmış və təbiəti mühafizə istehsal və fəaliyyətlərinin inkişafını stimullaşdıran mexanizmlər.Bu mexanizmlərin əsasını bazar münasibətləri təşkil edir.Onlar təbii ehtiyatların mühafizəsinə yeni texnologiyanın tətbiqi vasitəsilə şərait yaradır.Nəzəri cəhətdən bu qrup zəif davamlı inkişaf üçün səciyyəvidir.

3.Sərt mexanizmlər.Bu mexanizmlər həm inzibati,həm də bazar mexanizmlərini əhatə edir.Bunlara aiddir: sərt vergi-kredit mexanizmləri,təbii ehtiyatların istifadəsini genişləndirən üsullar daraldan cərimə siyasəti.realliqda bu cür mexanizmlər ayrıca demək olar ki,olmur.Çox vaxt bunları birləşdirmək lazımdır.Bu isə konkret ərazi və texnologiyadan asılıdir.

Gələcəkdə iqtisadi in kişfın ekolojiləşdirilməsi nöqteyi nəzərindən stimullaşdırılması vı sırt mexanizmlərin sintezi məqsədə uyğundur.Kənd təsərrüfatı üçün kənd təsərrüfatının bioloji inkişafını stimullaşdiran üsullar iqtisadi sərt mexanizmlərlə birləşməlidir.Bu üsulların birliyi texnogen kənd təsərrüfatı tipini tədsərrüfatdan çıxarmalıdır.(Pesdisidlərdən,ağır texnikadan istifadənin minimumlaşdırılması və.s.)Məsələn:müəyyən sahələrin inkişafı üçün hansı üsulun seçilməsinin məqsədəuyğun olduğunu nəzərdən keçirək.Yanacaq-energetika kompleksi üçün mümkün 2 konsepsiyanı təhlil edək:

1.Elektrik enerjisinin istehsalının artırılması;

2.Enerjiyə qənaət.

Seçilmiş üsuldan asılı olaraq Tİİ mexanizmləri tətbiq olunacaq.Enerjiyə qənaət və ümumi iqtisadiyyatın struktur dəyişikliyi özünəməxsus mexanizmləri tələb edir.Bunlara vergi,kredit məhdudiyyətləri (yeni yataqların kəşfi və istismarından vergi məhdudiyyətləri) Enerjiyə qənaət edən istehsal sahələrinin inkişafı üçün mülayim şəraitin yaradılması,ətraf mühitin çirklənməsinə görə vəyataqların istismarında standartlara və normativlərə riayət olunmadığına görə böyük cərimələrin tətbiq olunması və s. Aiddir.Yanacaq-energetika kompleksinin ekstensiv inkişaf istiqaməti götürülərsə,iqtisadi mexanizmlər aşağıdakı tələbləri ödəməklə formalaşmalıdır:

-torpağın qiymətinin aşağı olması;

-təbii ehtiyatlardan istifadəyə görə ödənişin aşağı olması;

-yeni elektrik stansiyanın tikilməsi üçün güzəştli rejiminin nəzərdə tutulması və s.

ASK-nin inkişaf konsepsiyası,kənd təsərrüfatı məhsullarının qitliğı ilə bağlıdırsa,Tİİ mexanizmləri kifayət qədər yumşaq olmalıdır ki,yeni torpaq və su ehtiyatlarının dövriyyəyə qatılmasına mane olmasın,kimyəvi vasitələrin kənd təsərrüfatında istifadəsinə yardımcı olsun.Bazar iqtisadiyyatına keçid şəraitində Tİİ mexanizmlərinə aşağıdakı elementlər daxildir:

-təbiətdən istifadənin ödənişliyi:

-təbiəti mühafizə fəaliyyətinin iqtisadi maraqlandırma mexanizmi

-ətraf mühitin çirkləndirilməsinə görə ödəniş;

-təbii ehtiyatlar bazarınin yaradılması

-ekoloji amil nəzərə alınmaqla qiymətin əmələ gəlməsinin mükəmməlləşdirilməsi (xüsusi ilə təbiəti istismar edən sahələr üçün)

-ekoloji fondlar;

-ekoloji proqramlar;

-çirklənmə hüquqlarının satılması;

-girov pul sistemi; (girov saxlama və qaytarma sistemi)

-ekoloji sığorta.

Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi və qiymət əsasında təbiətdən istifadənin ödənişliyi tətbiq olunmalıdır.Təbiətdən istifadənin ödənişliyinin tətbiqi ekoloji amillərin iqtisadiyyatda daha çox nəzərə alınmasına gətirib çıxarmalıdır.Müəyyən mənada təbii ehtiyatlardan istifadəyə görə ödənişlərin içərisində aşağıdakı ödənişlər var.

-təbii ehtiyatlardan istifadə hüququna görə;

-təbii ehtiyatların mühafizəsi və təkrar istehsalına görə

Təbii ehtiyatlardan istifadə hüququna görə ödəniş əsasən təbii ehtiyatların sahibi (mülkiyyətçi) üçün nəzərdə tutulur.Bu,dövlət də ola bilər,şəxsi mülkiyyətçi də.Bu,mütləq rentanın alınması ilə əlaqədardır.
Müasir şəraitdə təbiətdən istifadənin idarə olunmasında ərazi yanaşmasının əhəmiyyəti böyükdür. Bunun üçün ölkəmizdə dərin siyasi yenidənqurmanın aparılması, iqtisadiyyatın inkişafının sosial aspektinin əhəmiyyətinin yüsəldilməsi, regionların kompleks inkişafının təmin olunması, təbiətdən istifadənin ərazi yanaşması üzrə probleminin effektiv həlli məsələləri mühümdür. Təbiətdən istifadənin regional problemlərinin həlli 3 əsas qrupda birləşdirilir.

Təbiəti mühafizə tədbirlərinin sahə işçi proqramının rayonlar üzrə bölgüsü.
Təbii mühitin komponentinin və ya ayrıca təbii resursun mühafizəsi üzrə tədbirlər sxemi.

Təbiəti mühafizənin kompleks ərazi sxemi.

İlkin mərhələdə ekoloji sistemlərin regional və ümumdövlət səviyyəsində əhəmiyyətinin ekspert qiymətləndirmə metodu ilə həyata keçirilməsi məqsədəuyğun hesab olunur. Bu, gələcəkdə təbii resursların təkrar istehsalı, səmərəli istifadə sisteminin təkmilləşdirilməsi və ətraf mühitin mühafizəsinin yeniləşməsi nəticəsində analitik yolla ekoloji-iqtisadi, sosial-iqtisadi və iqtisadi-demoqrafik əlaqələrin müəyyən olunmasına, bu proseslərin modelləşdirilməsinə və ekoloji sistemlərin inkişafının kompleks planlaşdırılmasına səbəb olacaqdır.
Respublikamiz müstəqiilik qazandiqdan sonra azərbaycanda auditin bu formaları geniş yayılmışdır.Ümumiyyətlə,Azərbaycanda ilkm auditor təşkilatı 1991-ci il iyulun 31-də Nazirlər Kabinetinin qərarı ilə yaradılmışdır.
<> Azərbaycan Respublikası qanunu isə 1995-ci iyunun 20-də Milli Məclis tərəfindən qəbul edilmişdir.
Bu qanun mülkiyyət formasından asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən müəssisə və idarələrə şamil edilir.
Bu qanunda əks olunan auditor fəaliyyəti ilə bağli bir sıra məsələlər,digər qanunlarda da (<> <>,<< Prokrorluq haqqında>>,<<Ətraf mühütün mühafizəsi haqqında>>)öz əksini tapmışdır.
Son dövrlər Azərbaycanda audit sisteminin yeni formaları yayılmağa başlamışdır.Bu istiqamətlərə dövlət auditi,daxili audit,ekeloji audit aiddir.
<<Ətraf mühitin mühafizəsi>> haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ətraf mühitin mühafizəsini səmərəli təşkil etmək,təbii ehtiyatlardan səmərəli istifadə etmək,bu sahədə səmərəli iqtisadi-maliyyə nəzarəti yaratmaq,ətraf mühitə vurulan zərərin qiymətləndirilməsi müəyyən etmək məqsədilə ekoloji auditin aparılması zəruri sayılmışdır.
Ekoloji audit- təbii resurslardan istifadəsi və bərpası üzrə hesabatların düzgün tərtib edilməsi də daxil olmaqla təbiətdən istifadəçi tərəfindən ekoloji tələblərin ətraf mühitin mühafizəsi normalarının və qaydalarının gözlənilməsi məqsədilə onların təsərrüfat və digər fəaliyyətinin yoxlanılmasıdır.
Ekoloji audit təbiətdən istifadənin tənzimlənməsində iqtisadi modellərdən biridir
Ekoloji audit təbiətdən istifadənin iqtisadiyyatının digər elementləri olan ekoloji menecment,ekoloji lizing,ekoloji sğorta ilə six əlaqədardır.
Ekoloji audit ilk dəfə 70-ci illərdə ABŞ-da tədbiq olunmağa başlanmışdır. Hazırda Böyük Britaniya,Hollandiya,İsveç,Almaniya və digər ölkələrdə inkişaf etmişdir.Bu ölkələrdə ekoloji auditin aşağıdakı növləri müzakirəyə qoyulur:

-operativ audit;

-dövlət idarələrinin göstərişi ilə normativ aktların auditi;

-mühasibat uçotunun auditi

Ekoloji audit aşağıdakı sahələr səviyyəsində aparıla bilər;

-dövlət idarələri;

-transmilli korporasiyalar;

-regionlar;

-bələdiyyə idarələri;

-müəssisələr.

Ekoloji-audit prosesində təbiətdən istifadəçinin fəaliyyəti ekoloji qanunvericilik üzrə qəbul olunmuş normativ hüquqi sənədlərə standardlara uyğun olaraq aparılır.

Ekoloji auditin əsas mahiyyəti təbiətdən istifadəçilərin fəaliyyətinin düzgün və səmərəli qurulmasına zəruri kömək göstərməklə yanaşı,dövlətin ekoloji siyasət sahəsində qəbul etdiyi tələblərin tam həyata keçirilməsi üçün şərait yaratmaq,ölkənin təbii resurslarınin,ətraf mühütün,ekoloji tarazliğinin qorunmasının səmərəli istiqaqmətini müəyyən etməkdir.
Beynəlxalq ticarət palatası ekoloji auditə belə tərif vermişdir:
Ekoloji audit təbiətdən istifadənin idarə olunmasının dğvrü və obyektiv qiymətləndirilməsini sistematik və sənədlərlə təsdiq olunan və qiymətləndirməni tərkibinə daxil edən idarəetmə vasitəsidir.Beynəlxalq standartlaşdırma təşkilatı isə ekoloji auditin məzmununu aşağıdakı kimi nəzərdə tutur:Ekoloji audit vaxtdan-vaxta keçirilən yoxlama prosesidir.Yoxlamanın əsas məqsədi obyektiv məlumatın alınmasıdır,həm də ekoloji tədbirlərin ekoloji tələblərə cavab verib ya verməməsini təyin edir.
Ekoloji auditin məqsədi ətraf,mühitin ekoloji təhlükəsizliyin təmin olunması məqsədi ilə təbiətdən istifadəçilərin fəaliyyətinin mövcud qanunvericiliyə,ekoloji norma və standartlara uyğunluğunu müstəqil yoxlamaq,onların fəaliyyətinin səmərəli təşkili və ekoloji siyasətin düzgün m üəyyənləşdirilməsi ilə bağlı zəruri məsləhətlər vermək,kömək göstərməklə dövlətin ekoloji siyasətini həyata keçirilməsinə imkan yaratmaqdır.

Ekoloji auditi tədqiq edərkən ona 2 cəhətdən baxilir:

1.Ekoloji audit sahibkarliq fəaliyyatı kimi.

2.Ekoloji audit ekoloji menecmentin bir elementi kimi.

Ekoloji auditin predmetinə aidddir:

-Ekoloji siyasətin hazırlanması;

-Təbiəti mühafizənin məsəd və vəzifələrinin müəyyən olunması;

-zərərli tullantiların atılmasının,atmosferin çirkləndirilməsinin qarşısının alınması tədbirləri:

-təbii resurslardan səmərəli istifadə olunmasi;

-əhali,işçi heyət artasında ekoloji informasiyaların yayılması ekoloji təhsil fəaliyyətinin təşkili;

-eko-iqtisadi,eko-hüquqi sahələrdə təbiəti və ətraf mühiti mühafizə sahəsində qanunvericiliyin gözlənilməsi.
Ekoloji auditin təşkilinin tənzimlənməsində icra hakimiyyəti orqanları mühüm rol oynayırlar.Bunlara aşağıdakılar daxildir:

-yerli hakimiyyət orqanları;

-bələdiyyələr;

-ekoloji fondlar;

-ekoloji bankları;

-kommersiya bankları;

Bu qurumlar ekoloji audit sisteminin yaradilmasında yaxından iştirak edirlər.Ekoloji audit sisteminin funksiyalarına aiddir:

-ekoloji auditin aparılmasında qanunvericiliyə riayət olunmasını təmin etmək,ətraf mühitin mühafizəsinin təşkili ilə bağlı audit sisteminin inkişaf etdirilməsi istiqamətində standartların hazırlanması;

-ekoloji auditor kadrlarının hazırlanması onların peşə və ixtisas səviyyələrinin artırılması;

-ekoloji auditor xidmətinin keçirilməsinin keyfiyyətinə nəzarət;

-ekoloji auditor fəaliyyəti ilə məşğul olmaq istəyən fiziki və hüquqi şəxslərə lisenziyaların verilməsi. Ekoloji auditor-mövcud qanunverciliyə əsasən ekoloji auditor fəaliyyəti göstərmək hüququna malik olan hüquqi və ya fiziki şəxsdir.

Ekoloji auditorun vəzifələri:

-auditin aparılmasında mövcud qanunvericiliyin tələblərinə riayət etmək;

-auditor yoxlamasını və məsləhət xidmətlərini keyfiyyətli həyata keçirmək;

orada öz peşə fəaliyyəti ilə xidmətlər göstərdikdə auditin aparılmasında iştirakın qeyri-mümkünlüyü barədə sifarişçiliyə məlumat vermək;

-tabeliyindən asılı olmayaraq təbiətdən istifadəçilərin təbii mresurslardan istifadə və onun bərpası ilə bağlı maliyyə fəaliyyətinin auditini aparmaq;

-ekoliji auditin aparılması zamanı aşkar edilmiş bütün pozuntular maliyyə-mühasibət uçotunun aparılması və hesabatların tərtibi,ekoloji tələblərə əməl olunmaması ilə bağlı nöqsanlar haqda sifarişçiyə rəsmi məlumat verilməlidir;

-audit zamanı məlumatların məxfi saxlanması;

-sənədlərin qorunub saxlanması;

-təbiətdən istifadəçilərin tələbi ilə onlara audit aparılmasına dair qanunvericiliyin tələbləri,auditorun rəyində olan irad və təkliflər barədə ətraflı məlumat vermək.

Ekoloji auditorun hüquqlarına aiddir:

-bağlanmış müqaviləyə uyğun olaraq auditin forma və metodlarını sərbəst müəyyənləşdirmək;

-ekoloji audit aparılan obyektlərin ekoloji və maliyyə fəaliyyəti ilə bağlı sənədlərlə tanış olmaq;

-səlahiyyətli dövlət orqanlarının sifarişi ilə ekoloji auditor xidməti göstərərkən müəyyən edilmiş nöqsanlar barədə məsələ qaldırmaq;

-ekolji audit aparılan tədərrüfat subyektlərinin rəhbərlərindən və işçilərindən yazılı izahat almaq;

-ekoloji audit aparılmasına başqa auditorları cəlb etmək;

-sifarişçi lazım olan sənədləri təqdim etmədikdə yoxlamadan imtina etmək.

Son vaxtlar təbiətdən istifadənin tənzimləsində iqtisadi metodlardan daha geniş istifadə olunur.Bu üsullardan olan ekoloji audit də təbii sərvətlərdən səmərəli istifadə olunması,ətraf mühitin az çirklənməsində mühüm rol oynayir.Ümumiyyətlə ekoloji auditin aparılması aşağıdakı məsələlərin həllində mühüm rol oynayır:

-dövlətin ekoloji siyasətinin həyata keçirilməsi ilə bağlı fəaliyyətinin təşkili və tənzimlənməsi;

-təbiətdən istifadəçilərin təbii resurslardan qənaətlə istifadə etməsi və tullantıların həddinə riayət etməsi;

-təbiətdən istifadəçinin təbii resurslardan istifadə ətraf mühitin qorunması ilə bağlı öz üzərinə götürdüyü şərtlərə əməl etməsi;

-istehsal fəaliyyətinin səmərəli təşkil olunması.

Ümumiyyətlə respublikamızda ekoloji audit fəaliyyətinin inkişafı üşün ekoloji siyasət hazırlanmalı müvafiq qanunlar qəbul edilməli,əhali arasında ekoloji informasiyalar yayılmalı ekoloji maarifləndirmənin təşkilinə əhəmiyyət verilməlidir.

Öz ekoloji siyasətində Azərbaycan indiki və gələcək nəslin mənafeyini nəzərə alaraq ümumi təhlükəsizliyin təmin olunması və təbiətin qorunması sahəsində beynəlxalq əməkdaşlığın inkişafı zərurətindən çıxış edir.
Beynəlxalq cəmiyyət uzun müddət ekologiya sahəsində beynəlxalq əməkdaşliq prinsiplərini tövsiyə,təklif,məsləhət formasında təkmilləşdirmiş və formalaşdırmışdır.Bunları qanun halında birləşdirilərək dövlətlər bu məsələnin həllində öz üzərlərinə öhdəliklər götürmüşlər(onların reallaşdırılması üzrə,gərəkli tədbirlər görülməsi üzrə)
Ölkənin ekoloji təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq prinsipləri haqqında Azərbaycan Respublikasının qanununda aşağıdakılar qeyd olunur:

-hər bir insan əlverişli ekoloji şəraitdə yaşamaq hüququna malikdir

-hər bir dövlət öz əhalisinin təlabatını ödəmək və inkişaf etdirmək məqsədilə ətraf təbii mühitindən və təbii resurslardan istifadə hüququna malikdir.(Bu halda dövlətin müstəqilliyi yaranır ki,bu da onun ekoloji siyasətinə müəyyən etməsinə,öz iqtisadiyyatı ilə ekologiya arasında qarşılıqlı əlaqə yaratmağa,onların elmi əsaslı əlaqələndirmə prinsiplərini reallaşdırmağa imkan verir);

-Bir dövlətin ekoloji firavanlığı başqa dövlətin və ya onların maraqları nəzərə alınmadan təmin oluna bilməz;

-Ölkənin ərazisində həyata keçirilən təsərrüfat fəaliyyəti istər ölkə hüdudlarında,istərsə də tabeliyində olmayan ərazilərdə ətraf mühitə zərər vurmamalıdır;


-transsərhəd çirklənmə ilə mübarizə özfəaliyyətinin zərərli nəticələri haqqında həmsərhəd ölkələrin xəbərdar edilməsi müasir dünyanın həll etməli olduğu ən əsas məsələlərdən biridir;

-gözlənilməz ekoloji sonluqla nəticələnə biləcək istənilən bu və ya digər təsərrüfat fəaliyyəti yol verilməzdir;

-beynəlxalq səviyyədə təsdiqlənmiş meyarlar əsasında təbii resursların müasir vəziyyəti və dəyişdirilməsi üzərində qlobal,regional və milli səviyyələrdə nəzarət sistemi yaradılmalıdır;

-fövqəladə ekoloji hallarda dövlətlər biri-birinə köməklik göstərməlidirlər;

-ekoloji təhlükəsizlik problemləri ilə bağlı bütün mübahisələr ancaq sülh yolu ilə həll edilməlidir.

Ölkənin tabeçiliyindən kənarda yerləşən ekologiyanın mühafizə olunan obyektləri aşağıdakı bölmələrə ayrılır:

1.Bütün dövlətlərin ümumi istifadəsində olan obyektlər (tomosfer,ozon təbəqəsi)

2.Bir neçə və ya bütün dövlətlərin istifadəsində olan obyektlər.(antarktida,qara dəniz və barens dənizi)

3.İki qonşu dövlətin ümumi istifadəsində olan obyektlər (dunay çayı,amur kür və.s çaylar göllər)

Respublikamızda siyasi, sosial-iqtisadi və ekoloji vəziyyətin qiymətləndirilməsi insan və təbiətin qarşılıqlı əlaqəsinin hormonik inkişafının aşağıdakı istiqamətlərini müəyyən etməyə imkan yardır
Burada təbiətdən səmərəli istifadənin və ətraf-mühitin mühafizəsinin iqtisadi mexanizmlərinin inkişafı əsas məqsəd daşıyır.
İnzibati-hüquqi istiqamət. Ekoloji qanunvericiliyin, təbiəti mühafizə, sanitar və digər qaydaların pozucularının inzibati və hüquqi cavabdehliyini nəzərdə tutur.
Beynəlxalq-hüquqi istiqamət. Ekoloji münasibətlərin nizamlanmasının dövlətlərarası əlaqələrini və qlobal miqyasda ekoloji krizislərin aradan qaldırılma yollarını nəzərdə tutur.
Texnoloji istiqamət. Tullantısız və ya az tullantılı istehsalın, ekoloji təmiz texnologiyaların hazırlanması və tətbiqini nəzərdə tutur.



İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

1.Tahir Quliyev-Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadiyyatı

2.M.C.Atakişiyev-Təbiətdən istifadənin iqtisadiyyatı

3.Şövqi Göyçaylı,Telman İsmayılov-Təbiətdən istifadənin iqtisadiyyatı və ekoloji əsaslar

4.Internet resusrlari

Yüklə 43,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə