Qrup – A1122 Fənn – Lay parametrlərinin dəyişməsinə və işlənmə prosesinə nəzarət



Yüklə 37,3 Kb.
səhifə2/3
tarix22.03.2024
ölçüsü37,3 Kb.
#180141
1   2   3
H

IV MƏRHƏLƏ
İşlənilmənin IV mərhələsində neftçıxarmanın illik tempi bir qayda olaraq yüksək olmur.
İşlənilmə prosesində yeni bir mərhələnin - V mərhələnin - ayrılması təklif olunmuşdur Yataqların geoloji-texnoloji göstəricilərindən və laya təsir üsullarının tətbiqinin nəticələrindən asılı olaraq bu mərhələnin müddəti müxtəlif olur. Bir müddət keçdikdən sonra işlənilmə tempi yenidən 2%-dən aşağı bir səviyyəyə enir
V MƏRHƏLƏ
Bu metodlardan yalnız işlənilmənin III və bəzi hallarda isə IV mərhələsində tətbiqi başlanılan təsir üsullarının effektivliyini approksimasiya yolu ilə müəyyən etməkdə istifadə olunur. Bu isə böyük xətalara gətirə bilər, belə ki: 
a) işlənilmə prosesinə həlledici təsir göstərən amillərdən biri olan hasilatın I və II mərhələsindəki dinamikasının nəzərə alınmaması;
b) baza əyrisinin son dərəcə uzun bir müddətə approksimasiyası (məlum olduğu kimi enmənin proqnoz qiymətləri yalnız 20% hüdudlarında etibarlı olur); 
c) hər hansı bir statistik metodun yalnız konkret bir yataq şəraitində tətbiqi qənaətbəxş nəticələr verir. Onun tətbiqi digər geoloji-texnoloji şəraitdə böyük xətalara gətirir.
Müvafiq tədqiqatları apararkən belə yataqların hasilat dinamikasının ardıcıllığı aşağıdakı kimi əks olunmalıdır: I-II-III-IVa-V-IVb.
I, II və III mərhələlər işlənilmənin əsas, IV işlənilmənin son və ya tamamlayıcı, V mərhələ isə tətbiq olunan prosesin mütərəqqi dövrü adlanır.
Məlum olmuşdur ki, lay rejimlərinə görə qruplaşdırılmış yataqların neft hasilatının dinamikasında kəskin fərqlər mövcuddur. Məsələn, hərgah qarışıq rejimli yataqlarda hasilatı maksimum qiymətinə çatdırılması üçün 3 il tələb olunmuşsa, neftdə həll olmuş qaz rejimlərində bu səviyyəyə çatmaq üçün orta hesabla 5 il tələb olunmuşdur.
Araşdırmalar göstərir ki, belə yataqların az saylı quyularla (bazis obyektlərindən qaytarılan) işlənilməyə verilməsi I mərhələnin uzanmasına öz təsirini göstərmişdir.
Maraqlıdır ki, I mərhələdə onlarda çıxarılabilən neft ehtiyatının yalnız 10% realizə olunmuşdursa, qarışıq rejimli horizontlarda bu göstəricinin qiyməti 13%-ə çatır; III mərhələdə qarışıq rejimli yataqlarda çıxarılabilən ehtiyatın 41,0% realizə olunmuşsa, neftdə həll olmuş qaz rejimində isə cəmi 32,0% çatır.
Lay rejimlərinə görə ayrılmış yataqlarda işlənilmə proseslərinin digər müxtəlifliyi də aşkar edilmişdir ki, bunlar da Cənubi Xəzər hövzəsində yeni kəşf ediləcək oxşar yataqlarının dinamik göstəricilərinin proqnozlaşdırılmasında istifadə edilə bilər.
Balaxanı-Sabunçu-Ramanı yatağının İQD3 horizontunda verilmiş dinamiki məlumatlara əsasən müəyyən edilmişdir ki, işlənilmə 4 mərhələdə aparılır ki , buda işlənilmənin əvvəlindən 1936 -cı ilə qədər birinci mərhələni əhatə edir.
Neft hasilatı 89 min ton , temp isə 3% olmuşdur .1936-1938 ci il ikinci mərhələni əhatə edir, neftin tempi 3 % - dən 2.7% - ə qədər aşağı düşür.
1939-1959 cı illərdə üçüncü mərhələni əhatə edir, neftin tempi 2.7 %-dən 2.2 %- ə qədər azalmışdır.1960 cı ildən sora dördüncü mərhələni əhatə edir , bu mərhələdə temp 2 % dən aşağı düşüb.

Yüklə 37,3 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə