Qriqori Petrov a ğ zanbaqlar



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə17/23
tarix08.08.2023
ölçüsü1,13 Mb.
#120427
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
ag-zanbaqlar-olkesi-az Mir.az

11 
Karokep 
Snelmanın ətrafında fin ziyalılarının dəməyi yaranmışdı. Bu 
dəmək sıralarını tədricən, ancaq daimi olaraq, yeni mədəniyyət 
işçiləriylə genişləndirirdi. Helsinqfors universitetinin gənc 
professorları, ucqar kəndlərin ruhaniləriylə yanaşı, bu dəməyə 
qoşulanların arasında bir sıra tanınmış tacirlər, fabrik sahibləri, 
çoxlu sayda həkim, məmur, əyalət vəkilləri də vardı. 
Finlandiyanın bütün bölgələrində yeni düşüncənin fidanları 
boy atırdı. Bu hansısa dəb, yalançı siyahılar üzrə qurulmuş, 
üzvləri və sədrləri ölü canlar olan “Maarif’ və “Mədəniyyət” 
cəmiyyətləri şayağı bir təşkilatlanma deyildi. 
Burada hamı zəhmətə qatlaşırdı. Onlar sözün əsl mənasında 
mədəniyyətin missionerləriydilər. Fedakarcasına və yorulmaq 
bilmədən işləyirdilər. İlhamla çalışırdılar. Köhnə kitabları 
alırdılar. Arasından yaxşılarım seçir, gəzərgi kitabxanalar 
düzəldib onları kəndlərə göndərirdilər. Kitabları mübadilə 
yoluyla bir-birinə ötürür, bir məntəqədən o birinə köçürürdülər. 
Əvvəl iki-üç aydan bir, sonradan bir neçə dəfə baş tutan kütləvi 
oxu tədbirləri təşkil edirdilər, 
90 


burada gigiyena, kənd təsərrüfatı və başqa bu kimi vacib 
mövzularla bağlı məlumatlar təbliğ edilirdi. Əxlaq və vicdanla 
bağlı mövzular müzakirə olunurdu. Öz işlərində uğur qazanmış 
ən yaxşı və istedadlı müəllimləri seçib onları öz təcrübələrini 
yaymaq üçün ölkənin bütün bölgələrinə göndərirdilər. 
Beləliklə, yüzlərlə gəzərgi müəllimin yardımıyla özünə-
məxsus xalq universiteti yaradıldı. Üzvlərin hamısı çox maraqlı 
insanlar və gözəl natiqlər olmaqla, güclü və sağlam düşüncəyə 
söykənərək bütün vacib bilikləri xalq arasında yayırdılar. Ən 
kütbeyin adamların belə düşüncəsini oyatmağı və aydınlatmağı 
bacarırdılar. Hər bir şəxsdə hansısa faydalı bir işlə məşğul 
olmağa həvəs oyadır, xalqın hamılıq- la mədəni maarifçilik və 
vətənin çətinliklərinin aradan qaldırılması uğrunda mübarizəyə 
qoşulmasına təkan verirdilər. 
Əvvəllər belə bir adət vardı: varlı adamlar öləndə özlərinin 
çox vaxt böyük məbləğ təşkil edən sərvətlərini məbədlərə, 
xeyriyyəçilik cəmiyyətlərinə vəsiyyət edirdilər. İndi isə belə 
insanlar öz sərvətlərini maarifçiliklə məşğul olan cəmiyyətlərə 
bağışlayırdılar. Ölkənin müxtəlif yerlərində varlı insanlar 
özlərinin yetərincə böyük tikililərini kitabxana, oxu zalı, 
mühazirə salonu, mədəniyyət müəssisəsi qurmaq üçün ianə 
edirdilər. 
İnsanı kövrəldən hallar da olurdu. Kəndlilər gəzərgi mü-
hazirəçilərə yağ, bal, yumurta, parça, əllə toxunma əşyalar 
hədiyyə edib götürmələrini, ailələrinə sovqat aparmalarını xahiş 
edirdilər: “Siz bizə öz biliyinizi, ağlınızın məhsulunu bağışlayır, 
qayğımızı çəkirsiniz. Bizə də icazə verin, necə bacarırıqsa öz 
minnətdarlığımızı bildirək. Sizin bizə gətirdiyiniz sevincin 
müqabilində bu çox kiçik paydır”. 
91 


* * * 
Xalq universitetinin yorulmaq bilmədən fədakarlıqla davam 
edən fəaliyyətinin 25 ili tamam olanda Snelmanın doğulduğu 
Kuopio şəhərində böyük xalq şənliyi keçirildi. Bayramla 
əlaqədar keçirilən təntənəli iclasın sonunda bütün ölkənin 
“şirniyyat kralı” adlandırdığı varlı tacir Yarvinen söz istədi. 
Yarvinen bir saatdan artıq danışdı və hamı bundan öncəki 
nitqlərdən yorulmasına baxmayaraq, onun çıxışına böyük 
diqqətlə qulaq asdı: 
- Mən yoxsul, kiçik ticarətçi idim. Uşaq vaxtı küçələri gəzib 
şirniyyat satırdım. Sonra şirniyyatı bazara gətirib orada satmağa 
başladım. Tacirlər mənə faizinə iki-üç yüz markalıq sorma 
konfetlər, karamel və nabat verərdilər, mən isə həmişə onlarla 
lazım olduğu qaydada hesablaşar, pullarını vaxtında 
qaytarardım. Mənə hörmət edir, köməklik göstərirdilər. 
Nəhayət, bu insanların yardımıyla bazarda öz dükanımı açdım. 
- Mən tox idim, yaxşı geyinib-keçinirdim, yaxşı bir mənzil 
almışdım. Ancaq... hər necəsə həyatımdan bezməyə 
başlamışdım. Darıxırdım, sanki həyatımda nəsə çatmırdı. Öz-
özümə düşünürdüm: kiçik dükan, azsaylı müştəri, kiçik gəlir... 
Deyəsən, bütün ömrümü beləcə kiçik şeylərə qane olmaqla 
keçirəcəyəm. 
- Cənablar, - Yarvinen ali təhsilli müəllimlərə üz tutaraq 
sözünə davam etdi. - Xahiş edirəm mənim başıma gələn əhvalatı 
dinləyin. Səbətdə şirniyyat satmaqla alverə başlayan 
yeniyetmədən heç də həmişə “şirniyyat kralı” yetişmir, həm də 
öz doğma şəhərində teatr tikintisinə yüz min marka pul 
bağışlayan və burada böyük bir qəzet açmış kral; ancaq mən, 
Yarvinen bunları eləmək üçün özümdə güc tapa bilmişəm. 
92 


-
Bu sözləri özümü tərifləmək üçün demirəm. Qarşınızda 
öyünmək mənə yaraşmaz. İndi sizin qarşınızda çıxış edən 
“şirniyyat kralı” deyil. Mənim şəxsimdə siz qarşınızda gənc, 
güclü, sağlam fın xalqını görürsünüz. Yoxsul bir xalq. O xalq, 
çovdar ununa ağac kəpəyi qatıb çörək bişirir, bataqlıqlar və 
çılpaq qayalıqların arasında əzablı, səmərəsiz sürgün zəhməti 
çəkməyə məhkum olunmuş bir xalqdan söz gedir. 
-
Bu ölkədə Yarvinenlər az deyil. Tək-tük olmur. Təsadüfi 
bir istisna sayılmır. Yarvinen adını daşıyan minlərlə insan var. 
Yarvinenlər meşələrdə kötüklərlə əlləşir. Yarvinenlər qayaları 
çapır. Yarvinenlər darısqal, qaranlıq və nəmli zirzəmilərdə 
cırılmış çəkmələri yamayır. 
-
Çoxları bu miskin işlərinin ehtiyacı içində yaşayır. 
Darıxdırıcıdır. Biz ehtiyacdan və əməkdən qorxmuruq, bu bizə 
çətin gəlmir. Başqalarının daha yaxşı yaşamasına paxıllıq 
etmirik. Ancaq məhz Yarvinenlər üçün belə həyat darıxdırıcıdır. 
Nə isə daha böyük işlərə can atırsan. Çox, lap çox böyük işlər 
arzusu dinclik vermir. Gözəl, günəş kimi parlaq bir həyat sürmək 
arzusu var. İçəridə nəsə qaynayıb daşır, bayıra atılmaq istəyir, 
ancaq çıxış üçün yol bağlıdır. 
Ötən il cənubi İtaliyaya getmişdim. “Şirniyyat krah” olaraq 
orada bütöv bir gəmi yükü portağal almışdım. İş arası iki-üç 
günlük yolumu Neapoldan saldım. Vezuviyə qalxdım. Vulkanın 
bir küncündən onun kraterinin dərinliklərinə baxa bildim. Bu 
anlarda, Vezuvinin zirvəsində öz gəncliyimi xatırladım. O vaxtkı 
düşüncə və duyğularımı andım. Bütün fin xalqını da həmçinin... 
Kraterin ortasında qatı, qara rəngli, ağır lava köpüklənir, 
tüstülənirdi. Lava kraterin bütün çevrəsi boyunca gah yuxarı 
qalxır, gah da düşürdü, bu necəsə, divara sarınmış nəhəng 
qəhrəmanını 
93 


köksünün qalxıb-enməsinə bənzəyirdi. Kraterin divarları lavaya 
darısqallıq edirdi. Daxildə qaynayan güc, yeraltı istilik lavanı 
vulkanın dərinliklərindən sıxışdırıb yuxarıya doğru yönəldirdi. 
Bir anlığına fin xalqını gənc Yarvinenlə eyniləşdirsək, bu 
gəncin də beynində və köksündə belə bir lava qaynayır, 
yuxarıya can atır, püskürmək istəyirdi. 
- Cənablar, siz 25 il bundan qabaq az qala bütün Finlandiya 
üçün 
təhlükəyə 
çevrilmiş 
İohan 
Karokep 
adını 
xatırlayırsınızım? Karokep soyğunçu və quldur idi. Bankları, 
ticarət kontorlarını, böyük şəhərlərin kilsələrini soyurdu. Çox 
həyasızcasına soyğunçuluqla məşğul olurdu. Sanki meydan 
oxuyurdu. Cinayətlərini az qala polisin gözü qarşısında icra 
edirdi. 
- Karokepin insanları necə öldürdüyünə baxanda çox vaxt, 
bu ölümlərin ona “lazım olmadığı” üzə çıxırdı, o, öz içini bunlar 
olmadan da maneəsiz görə bilərdi. Buna görə də, Karokepi 
tutanda onun qaydasında olub olmadığını aydınlaşdırmaq üçün 
əvvəlcə dəlixanaya göndərdilər. 
- Karokep yenə də özünə xas olan həyasız hünərlə 
dəlixanadan qaçdı və... biryolluq yoxa çıxdı. Onun həlak 
olduğunu düşünürdülər. Çünki, qaçarkən, təqib edənlər onun 
arxasınca güllə yağdırmışdılar. O, ola bilsin, ağır yaralanmış və 
haradasa öz dostlarının yanında, gizli bir yerdə, aldığı 
yaralardan ölmüşdü. Belə düşünüb sakitləşdilər. Bir müddət 
sonra Karokepi unutdular. 
- Cənablar, Karokep sağdır. Ötən il, İtaliyada olanda onunla 
rastlaşmışam. 
- Mən onu tanıya bilməzdim. Həm də bütün Finlandiya kimi 
mən də, onun artıq ölmüş olduğunu sanırdım. O bir restoranda 
məni görüb tanıdı və özü yaxınlaşdı. Üç oğluyla birlikdəydi. Ah, 
bir bilsəniz, necə gənclər idi! Fin xalqının ən 
94


gözəl və sağlam cəhətlərini təcəssüm etdirirdilər. Ucaboylu, 
enlikürək, iri, bahadırsayağı cüssəli. Dümdüz, sarışın saçlı, göy 
gözlü, Cənubi Amerikanın iqlimindən qarabuğdayıya çalan 
yaraşıqlı üzləriylə çox yaraşıqlı görünürdülər. 
- İtalyanlar bu gözəllik və yaraşıqlarına görə onları üç Apollon 
çağırırdılar. Hər üçü, Avropanın üç müxtəlif universitetinin 
tələbəsiydi. Böyüyü İsveçdə dağ mühəndisliyini öyrənirdi. 
Bununla yanaşı Kaliforniyada böyük bir dağ- mədən şirkətinə 
başçılıq edirdi. Kiçik oğlu Fransada aqronomluq oxuyurdu. 
Ortancıl oğlu universiteti bitirmişdi, çox görkəmli kimyaçı-alim 
olmaq üçün çalışırdı və deyilənə görə bu sahədə yetərincə 
istedadlıdır. O ən yaxşı Alman universitetlərin birinin diqqətini 
cəlb etmiş, dəri, ağac və piylərin kimyəvi emalı üzrə mütəxəssis 
kimi tanınmağa başlamışdı. Bütün bu ağıllı, gözəl və yaraşıqlı 
gənclər bir zaman bizdə soyğunçuluğu və quldurluğuyla ad 
qazanmış Karokepin övladlarıydılar. 
- Xatırlayırsınızsa, o vaxt qəzetlər, Karokepin evli və xa-
nımının onun qatı cinayətkar olmasından xəbərsiz olduğunu 
yazırdılar. Bu adam ailədə mehriban ər və gözəl ata hesab 
olunurdu. Sonradan Karokepin xanımını və onun artıq doğulmuş 
üç azyaşlı övladını da unutdular. Ancaq ataları onları 
unutmamışdı. Finlandiyada yaşayan dostlarının köməyi ilə 
ailəsini Amerikaya apara bilmişdi. Xanımı Amerikada, hələ ərinə 
çatmamış, yolda qızdırmadan ölmüşdü. Karokep üç azyaşh 
oğlunu özü böyüdüb tərbiyə etməli olmuşdu. Onlara həm ananı, 
həm də dostu əvəz etmişdi. Özü də onlara qoşulub oxumağa 
başlamışdı. 
Karokep (indi o başqa ad daşıyır, ancaq mən onun indiki adını 
sizə demirəm) Genuyaya iki okean gəmisi dolusu taxıl 
gətirmişdi. Eyni zamanda fürsətdən istifadə edib İtaliyanı 
95


gəzmək, oğlanlarını buranın görməli yerləriylə tanış etmək 
istəmişdi. 
- Karokep öz yeni adıyla yeni vətənində, Cənubi Amerikanın 
bir ölkəsində buğda krallarından birinə çevrilib. Onunla 
müqayisədə sizin fın “şirniyyat krah” dediyiniz Yarvinen çox 
yoxsul adam hesab oluna bilər. 
- Uşaqlıq və yeniyetməlik çağlarında biz Karokeplə çox 
yaxın dost olmuşduq. Bizim meşə oduncağından qatran 
düzəltməklə dolanan yoxsul valideynlərimiz qonşuydular. 
Birlikdə böyümüş, bir yerdə oynamışdıq. Günlərin birində, az 
fasiləylə, ikimizin də atası öldü. Dul qalmış analarımız bizi də 
götürüb şəhərə köçdülər. Məni çörəkçi dükanına şagirdliyə 
verdilər, Karokepi isə varlı, topdansatışla məşğul olan bir tacir 
işə götürdü, o xarici ölkələrə çətənə, yun, qatran alıb göndərir, 
əvəzində oradan ölkədə bərk ehtiyac duyulan taxıl gətirib 
kəndlilərə satırdı. 
- Karokep gözəl, ağıllı, vicdanlı, xeyirxah və çalışqan 
oğlandı, yalnız həddindən artıq qızğın, tez özündən çıxan və 
qəzəblənəndə Tanrı bilir, onu incidəndən necə amansız qisas 
almağı bacaran biriydi. Özündən çıxdığı anlarda, dişlərini 
qıcayır, rəngi ağarır, nə elədiyini bilmirdi. Gözləri alışıb yanır, 
günahkarın üstünə: 
- Mən sənə göstərəcəyəm! Biləcəksən, Karokepi incitmək nə 
deməkdir! - deyə çığırırdı. 
Tacir Karokepin xətrini çox istəyirdi. Onu vicdanlı olduğu 
üçün ağızdolusu tərifləyirdi. Karokep bir az yaşa dolandan sonra 
ağası onu vacib alış-verişlərə qoşdu. Ona, böyük məbləğdə 
pulları etibar etdi. Nəhayət, özünün böyük anbarlarından birinə 
müdir qoydu. 
Bu vaxt çox gözlənilməz və anlaşılmaz bir hadisə baş verdi. 
Birdəncə, Karokep heç nədən ağasının böyük 
96


məbləğdə pullarını kəndlilərə paylamağa başladı. İşlədiyi anbarı 
böyük ziyana saldı. Ağasını amansızcasına döydü. Bütün bunlara 
görə məhkəməyə düşdü. Ancaq məhkəmədə susdu, üzündə xəbis 
bir təbəssümlə dayanıb verilən suallara cavab vermədi. Yalnız 
məhkəmənin sonunda bunu dedi: 
- Əslində, gərək siz məni yox, ağamı mühakimə edəydiniz. 
Ağa isə məhkəmədən sonra hamıya deyirdi: 
- Məncə, Karokep ağlını itirib. 
Karokep bir neçə ay dustaqxanada qaldı. Burada özünü 
qaşqabaqlı və qaraqabaq aparırdı. Çoxlu kitab oxuyurdu, 
gəzintiyə qandalla çıxarılan quldurların danışdığı əhvalatlara 
qulaq asmağı çox sevirdi. 
Dustaqxanadan çıxandan sonra Karokep xanımını və üç 
azyaşlı uşağını götürüb harasa apardı. Bundan az sonra 
Finlandiyanın hər yerində amansız qarət və qətllər başlandı. İki 
il ərzində bir neçə bank, ondan artıq kilsə soyuldu, üç ruhani 
öldürüldü. Kənddəki xəstəsinin yanından qayıdan və bütün 
bölgənin sevimlisi olan həkim soyğunçuluq və başqa heç bir 
məqsəd olmadan, meşə yolunda öldürüldü. 
Nəhayət, böyük bir şəhərin kənarındakı qəbiristanlığın 
yanında yerləşən varlı bir kilsə qarət olundu. Kilsənin yaxın-
lığında yaşayan ruhani təsadüfən kilsənin pəncərələrinin 
birindən işıq gəldiyini görmüşdü. O qarovulçunu səsləyib 
kilsəyə sarı getmişdi. Hündür hasarın qapısına yaxınlaşanda 
qatillə üzləşmişdi. Qabaqda gedən qarovulçunu əlindəki dəmir 
parçasıyla vurub öldürən qatil daha sonra ruhaninin başına zərbə 
endirmişdi. Zərbədən ruhaninin başı yarılmış, beyni 
zədələnmişdi. Ancaq ruhani huşunu itirməzdən əvvəl bərkdən 
qışqırıb: 
- Kömək edin! Kömək edin! - deyə bilmişdi. 
97


Aylı qış gecəsiydi. Hər tərəf ağappaqdı. Təsadüfən bir dəstə 
kəndli qəbiristanlığın yaxınlığındakı yoldan keçirdi. Onlar 
qışqırığı eşidib köməyə gəlmişdilər. Kiminsə qaçdığım görüb, 
onu qovub tuta bilmişdilər. Tutduqları adamı polisə 
gətirmişdilər. Tutulan adamı dindirməyə başlayanda bu 
soyğunçu-qatil özünün İohan Karokep olduğunu demişdi. 
Üzündə xəbis təbəssüm olan qatil, sakit bir səslə, bu günədək 
olan bütün soyğunçuluq əməllərini bir-bir müstəntiqə 
danışmışdı. Ondan köməkçilərinin kim olduğunu soruşanda isə: 
- Bütün soyğunçuluq və qətlləri şəxsən özüm, təkbaşına 
etmişəm. Köməkçilər yalnız soyacağım yerlər barədə məlumat 
toplayırdılar. Onlardan heç birinin adını deməyəcəyəm. Bu 
oyunu öz hesabıma oynamışam. Oyunu uduzdum, alın götürün. 
Borclarımı tamamilə ödəyəcəyəm, istəyirsiniz, lap edam da edə 
bilərsiniz. Ancaq mənim köməkçilərimi bu işə qatmayın - 
demişdi. 
Sonra isə dediyim kimi, onu ruhi xəstəxanaya saldılar, o, 
buradan qaçaraq yoxa çıxdı. İndi isə, Genuyada özü mənim 
masama yaxınlaşmışdı. Oğlanlarını gəzməyə göndərib, özü 
mənim masama yaxınlaşdı. Uzun müddət üzümə baxıb fin 
dilində soruşdu: 
- Bağışlayın, siz Yarvinensizmi? 
Mən təəccüb içində cavab verdim: 
-Hə! 
- Yukka Yarvinen? 
- Elədir! 
- Tammerfors yaxınlığındakı Kolmyarvi kəndindən olan 
Yarvinen? 
- Hə, hə, hə! Siz bunları haradan bilirsiniz? - mən təəccüblə 
soruşdum. - Sizi birinci dəfədir, görürəm. 
98


- Mən, keçmiş Karokepəm! - o bu sözləri çətinliklə dedi. - 
Yukka, mənim sevimli Yukkam! Əziz uşaqlıq dostum! Balaca 
dostun İoham xatırlayırsanmı? Keçmiş Karokepin əllərini sıxa 
bilərsənmi? 
Onunla mənim otağıma getdik. Oturub gecə yarısınadək fın 
dilində danışdıq. 
- Oğlanlarımın Karokep haqda təsəvvürləri belə yoxdur, - 
qonağım dedi. - Amerika qitəsində iki ölkə, buna uyğun olaraq 
iki dəfə də adımı dəyişmişəm. Əvvəl, Amerikanın şimalında 
yaşadım, ailəmi gətirəndən sonra Cənuba üz tutdum. Orada məni 
başqa adla tanıyırlar. Zahirən mən yarı- amerikan, yarıispanam, 
ancaq ruhən hələ də fın olaraq qalıram. Görürsən, indi necə 
yaşayıram... Mənim etiraflarıma qulaq asmaq istərdinmi? 
Mənim harada olduğumu heç kimə deməyəcəyinlə bağlı namus 
sözü verə bilərsənmi? Mən sənin həyatınla tanışam Yarvinen, 
Suomidə nə baş verdiyindən də xəbərdaram. Səni uşaqlığında 
çox sevirdim. İndi səni “şirniyyat kralı” kimi də çox sevirəm... 
Həm də çox istəyirəm, uşaqlıq-yeniyetməlik dostunu anlayasan. 
İstəyirəm, İohan Karokepə nifrət bəsləməyəsən. İohan Karokep 
zalım deyildi. 
- Sən onda ruhi xəstəliyə tutulmuşdun? - mən soruşdum. 
- Sən xəstəydinsə, mən də xəstəydim, - o kədərli bir 
təbəssümlə dilləndi. - Mən qapalı, qaranlıq bir insan idim. 
Təsəvvür elə, sən qatı qaranlıqda tanımadığın bir evə düşmüsən 
və onun içində vurnuxursan. Burada yüzlərlə otaq, minlərlə 
müxtəlif əşya var, ancaq azacıq da olsa bir işıltı yoxdur... Əl 
havasına vurnuxursan. Onda sən burada nə fəlakətlər törədirsən! 
Başqasının halal sərvətini korlayırsan, üstəlik özünü də şikəst 
edə bilərsən. Burda sən kim olacaqsan? Pis bir adammı? Yoxsa 
dəlimi?.. Sadəcə, işıq ucu 
99


görməyən bədbəxt bir insan olacaqsan. Sənin dostun İohan da 
belə bir duruma, bəli, həm də ən müxtəlif səbəblərdən çoxlu belə 
şeylərin sevdasına düşmüşdü. Bilirsənmi, nə qədər belə daxili 
qaranlığında azıb qalan İohanlar var! - keçmiş Karokep dərindən 
köks ötürüb dedi. - Milyonlarla! Bütöv bir xalq! 
Sənə baxıb sevinirəm, mənim köhnə dostum Yukka! - o 
əllərimdən tutub dedi. - Sevinirəm və təəccüblənirəm, necə oldu 
sən həyatın qaranlıqlarında itib batmadın. Mənsə ağamın 
anbarında sıxıntı içindəydim. Sıxılır və darıxırdım... 
- Necə?.. Sıxıntılı və darıxdırıcı? - Təəccübləndim. - Axı 
mən də o vaxt həmişə bu duyğular içindəydim. 
- Bax görürsən: milyonlarla Yarvinen və Karokeplərə də 
yaşamaq sıxıntılı və darıxdırıcıdır. Nə isə, daha geniş, böyük, 
gözəl və sevinc dolu bir mühit istəyirsən. Mən aclıq çəkmirdim. 
Xanımım və üç kiçik oğlum vardı, onları sevirdim. Özümün də 
ticarətlə məşğul olmaq imkanım vardı. Ancaq mən daimi bir 
sıxıntı içindəydim. Sıxıntılı və darıxdırıcı ömür sürürdüm. Elə 
bu vaxt gözlənilmədən ağamın anbarındakı tərəzilərin saxta 
olduğunu öyrəndim. Bir tərəzidə kəndlilərdən alınan malı, o biri 
tərəzidə isə taxıl çəkirdilər. Həm də insanları hər iki tərəzidə 
aldadırdılar. Bu illərlə davam etmişdi, mən özüm də bilmədən 
ona bu işdə kömək etmişdim... 
Bərk hiddətlənmişdim. Bu vaxt ağamın mənim sərənca-
mımda olan bütün pullarını götürüb kəndlilərə payladım, özünü 
isə bərk döydüm. Əgər araya girən olmasaydı, yəqin, 
öldürəcəkdim. 
Mühakimə olundum. Mən ağanın saxta tərəzilərindən söz 
açmaq istəyirdim, ancaq sən demə, kəndlilər ifadə verib, heç 
vaxt tərəzidə aldadılmadıqlarını, bu məsələdə 
100


şikayətçi olmadıqlarını deyiblərmiş. Bədbəxt qorxaqlar və 
ehtiyac qulu olan bu məxluqlar ağanın narazı qalıb onları 
gələcəkdə kreditdən məhrum edəcəyindən qorxurdular. Ona 
görə də, susub heç nə demədim. Bu kölələrə nifrət etməyə 
başladım. Heç olmasa, necəsə, nədənsə narazılıq bildirsinlər, 
üsyana qalxsınlar deyə özüm onlan qamçılamaq, işgəncə 
vermək, qırıb tökmək istəyirdim. Həbsxanada oturub, cəza 
müddətimi bitirəndən sonra nə edəcəyimi düşünürdüm. Yenə də 
gedib başqalarını çəkidə aldadacağam? Yoxsa mənim özümü 
aldacaqlar?.. Ruhumda daha böyük sıxıntı və darıxma hiss 
edirdim. Bu vaxt təsadüfən dustaqxanada əlimə düşən bir 
kitabda İspaniyanın və onun xalqının tarixi haqqında oxudum. 
Bədbəxt xalq! Zalım xalq və əzabkeş xalq. Talançı və talanan 
xalq. Kəşf olunan Amerikanı talayıblar, özləri isə yoxsulluq 
içində yaşayırlar. Meydanlarda, insanları sevgiyə çağıran 
Tanrının şərəfmə möhtəşəm məbədlər tikir və elə bu məbədlərin 
qarşısında minlərlə insanı diri-diri tonqalda yandırırdılar. 
Tanrıya sevgi adı altında gizlənib insanları öldürürdülər! 
Tanrıya sevgi bəsləyən insanlar ölürdülər. Məndə adamlara və 
Tanrıya qarşı qəzəb və nifrət yaranmışdı. 
İspaniyada olmadığım üçün təəssüflənirdim. İnsanlara 
işgəncə vermək, onları yandırmaq, onların bədənlərini və 
ruhlarını əzmək istəyirdim. Üstlərinə qışqırmaq istəyirdim: 
-Əgər siz köləsinizsə, qurbanlıqsınızsa, belə də olacaq! 
Dözün. Əzab çəkin. Məhv olun. 
Adamlardan və Allahdan qisas almaq istəyirdim! 
Bankları soymağa başladım. Bununla daha çox adamı 
yoxsulluğa sürükləyə biləcəyimi düşünürdüm. Ancaq 
hamısından çox məbədləri soymağı sevirdim. Ən yaxşı 
ruhanilərin kim olduğunu öyrənir və məhz onları öldü- 
101


rürdüm. Allahı ələ salırdım. Ona meydan oxuyur, özümlə 
savaşmağa çağırırdım. Məbədləri təhqir edirdim. Bunu edərkən 
üzümü göyə tutub deyirdim: 
- Məni öldür! Qoy məni tutub edam etsinlər! 
Amma tuta bilmirdilər. Bu isə məni daha da özümdən çıxarır, 
nifrət və qəzəbim aşıb-daşırdı. Göyə baxıb düşünürdüm: 
- Belə çıxır ora boşdur, orada heç kim yoxdur. Yerdə də 
yalan! Göydə də yalan! 
Bacarsaydım, yer üzündəki bütün həyatı məhv edərdim, onda 
bu yalanlar da yox olardı. Bu vaxt gözlənilmədən ələ keçdim. 
Bu məni sarsıtdı. Qorxmurdum, ancaq təəccüblənmişdim: 
- Doğrudanmı “O” yalan deyil? 
Ancaq məni dəli hesab etdilər və edam etmək yerinə 
xəstəxanaya göndərdilər! Öz-özümə fikirləşdim: 
“Axmaqlar! Axmaqlar və yalançılar! Yalançılar və ax- 
maqlar! Mən özüm də axmağam. Öz axmaqlığımdan ilişdim. 
Heç aylı gecədə və hər yer qarla örtülən bir vəziyyətdə 
soyğunçuluğa gedərlər?!” 
Bir neçə ay xəstəxanada qaldım. Üzərimdə çox şeyləri 
sınadılar, ancaq heç nə başa düşə bilmədilər. Axmaqlar... Bir 
dəfə imkan yarandı və mən qaçdım. 
Bu dəfə daha həyasız bir zarafata əl atmaq istədim. 
Tutulmazdan qabaq öldürmək istədiyim ruhaninin sağ qaldığını, 
indi də qəbiristanlığın yanındakı kilsədə işləməkdə davam 
etdiyini bilirdim... Xəstəxanadan çıxıb birbaşa onun yanma 
getdim! Bundan qabaq, özümü oğruların daldalandığı bir evə 
çatdırıb əynimi dəyişmişdim. 
Oraya çatanda gecəyarısından keçmişdi. Pəncərədən baxıb, 
ruhaninin oturub kitab oxuduğunu gördüm. Alnında 
102 


dəmir parçasıyla vurduğum zərbədən qalma qırmızıya çalan 
çapıq görünürdü. 
Qapını döydüm. Addım səsləri eşidildi. Qapının arxasından 
səs gəldi: 
- Kimdir orada? 
- Ruhani lazımdır. 
- Nə məsələdir? 
- İnsan ruhunun xilası üçün! 
Qapını açdı. Əlində şam vardı. Şamı yuxan qaldırıb məni 
işıqlandırdı. Qaşlarını və alnını qınşdırıb nəyisə xatırlayırmış 
kimi diksindi. 
- Tanıyırsmızmı? - mən qapınm kandannda dayanıb so-
ruşdum. 
- Haradasa görmüşəm, ancaq xatırlaya bilmirəm: son vaxtlar 
yaddaşım çox zəifləyib. 
- Sizin yaddaşsızlığınız mənim günahımdır, - dedim. - 
Qəbiristandakı ölüm hadisəsini xatırlayırsınızım? O mən idim... 
Ruhani daha da bərkdən diksindi, ancaq qışqırmadı və buna 
imkanı olsa da, qapını üzümə çırpıb bağlamadı. Dərindən köks 
ötürüb soruşdu: 
-Necə, siz azadlıqdasınız? Bu necə... 
Onun sözünü kəsib dedim: 
- Mən qaçmışam. 
- Buraya, mənim yanıma nə üçün gəlmisiniz? 
- Məni gizlədəsiniz deyə... Oxuduqlarımdan bilirəm, nə 
vaxtsa Allahın evində cinayətkarlar sığınacaq tapırmışlar. Siz 
mənim cinayətimin qurbanısınız. Sizi öldürmək istəyirdim. Bax 
indi bilmək istəyirəm, xristian ruhanisi onu öldürmək istəyən 
qatillə necə davranır? 
- İçəri keçin! - ruhani sakit səslə dilləndi. 
103 


İçəri keçdim, qapını bərk çırpıb arxamca bağlayandan sonra 
iyrənc təbəssümlə soruşdum: 
- İndi sizi öldürə biləcəyimdən qorxmursunuz? 
Ev sahibi bir də diqqətlə üzümə baxıb yenə də sakit səslə 
dedi: 
- Yox, qorxmuram. 
- Nə üçün? 
- Sənin kimi gözləri olanlar adam öldürməzlər. 
- Gözlərim necədir axı? 
- Çox-çox qüssəlidir! Olduqca darıxırsınız. Sizin ruhunuz 
bərk xəstədir. Gedək mənim iş otağıma. 
Bilmirəm mənə nə oldu. Dəmir Karokep bir andaca, donmuş 
balıq istiyə düşəndə əriyən kimi yumşalıb piləyə döndü. Onun 
otağına keçdik. Masanın üzərində açıq İncil kitabı vardı, deməli, 
mən pəncərədən baxanda ruhani bu kitabı oxuyurmuş. Yanında 
“Mərhəmətli sanariyalı” adlanan gözəl bir qravür qoyulmuşdu. 
- Ac deyilsiniz? Yemək istəyirsinizmi? - ev sahibi soruşdu. 
- Çaxır verin, - bu sözləri güclə deyə bildim. 
Elə bil, sinəmin üzərində ağır bir yük vardı. Boğazım tu-
tulmuşdu. Ev sahibi çıxandan sonra qapının yaxınlığındakı stula 
oturub ağladım. Var gücümlə hönkürürdüm, məncə, heç 
uşaqlığımda belə ağlamamışdım. 
Ev sahibi bir bardaq çaxır, çörək və yağ gətirib gəldi. Mən 
onun ayaqlarına yıxıldım, dizlərini qucaqlayıb dedim: 
- Bağışlayın, bağışlayın, bağışlayın. 
- Sakit olun. Bir qurtum çaxır için, sonra deyin görək mənə 
nə demək istəyirdiniz? 
- Nə demək istəyirdim?.. Mən Allaha yeni, daha 
həyasızcasına meydan oxumaq istəyirdim. Ruhaninin ya 
104 


nına gəlib onu qorxutmaq, sonra da öldürmək istəyirdim. Ancaq 
başqa cür alındı. 
Mən rabitəsiz şəkildə, birini qoyub o birinə keçərək, ev 
sahibinə bu illər ərzində nə düşündüyümü və hansı duyğularla 
yaşadığımı danışdım, yalanı yerdə-göydə, necə öldürmək 
istədiyimdən söz açdım. 
Ev yiyəsi dinməzcə dinləyirdi, yalnız aradabir əllərimə və 
saçlarıma uşaq kimi sığal çəkirdi. Allahla bağlı hekayəmi 
bitirəndən sonra ev yiyəsi heyrətamiz xeyirxah təbəssümlə 
soruşdu: 
- Demək siz Allahla savaşırdınız? Allah sizinlə savaşa girsin 
deyə, məbədləri soyur, yaxşı insanları öldürürdünüz? 
Axmaqsınız! Dəlicəsinə axmaq! Ürəyi qara insan! 
-Yaxşı, əgər Allah varsa, onda niyə məni cəzalandırmadı? - 
mən tərs və şıltaq uşaq kimi öz sözümdə qalıb dirənməyə 
başladım. - Baxın, indi də sizi öldürmək istəyirdim. O mənə 
mane olmadı. 
- Dayanın, hər şeyi növbəylə danışaq - ev yiyəsi məni saxladı. 
- Əvvəlcə sizin Allahla savaşınızdan, sonra cəzadan danışaq... 
Böyük kilsə atalarından birinin tərtib etdiyi, orta yüzilliklərə aid 
edilən bir əfsanələr toplusu var. Əfsanələrdə çoxlu uydurmalar, 
möcüzələr var, ancaq onların çoxu müdrikliklə doludur. 
Bu əfsanələrin birində deyilənə görə, guya Fransanın bir 
əyalətində monastırın əsas binasında şeytan yuva salıbmış. 
Monaxları qorxutmaqla məşğul imiş. Gecələr it kimi hürür, 
qoyun kimi mələyir, donuz kimi ciyildəyirdi. Burada dua 
edənləri qaçırda bilmişdi və bundan həzz alırdı. Əyalətə yeni 
təyin edilən xeyirxah, müdrik qoca yepiskop bunu eşidib həmən 
monastırda gecələmək istədiyini bildirir. Qorxuya düşmüş 
insanlar onu bu fikrindən daşındırmaq 
105 


istəyirlər. Ona, şeytanın qorxusundan bir çox insanın xəstə 
düşdüyünü deyirlər, hətta, bəziləri qorxudan ölürmüşlər. 
Yepiskop deyilənlərə məhəl qoymadan monastıra gedib orada 
gecələyir. Böyük binada təkbaşına qalır. Əfsanəyə görə, gecə 
saat 12 olan kimi binada ulama, nərilti, hürüş, mələmə və başqa 
dəhşətli səslər və qışqırıqlar eşidilməyə başlayır. Yepiskop 
yuxudan ayılıb soruşur: Şeytan, bu sənsən? Şeytan deyir, hə, 
mənəm. 
- Sən deyilənlərə görə, Allahı rədd edən, İsa Məsihi özünə 
qulluqçu etmək istəyən şeytansan? 
- Hə, mənəm, - şeytan qürurla dillənir. 
-Heç utanmırsanmı?-yepiskop gülüb deyir. - Dünyanın idarə 
edilməsini Allahın əlindən almaqla başladın, indi boş evlərdə 
donuz kimi ciyildəyib, it kimi hürməyə kimi düşmüsən. 
Xeyirxah insanları yatmağa qoymursan. Sən özünü bununlamı 
Allaha rəqib sayırsan? 
Burada əfsanə bitir: şeytan deyilən sözlərdən bərk utanır və 
özünün bu axmaq hərəkətlərindən əl çəkir. 
- İndi mən səndən soruşmaq istəyirəm: doğrudanmı, sən 
özünü Allaha rəqib sayırsan? - ruhani üzünü mənə tutub dedi. - 
Allahı özünüzdə öldürmək istəyirsiniz və bunun üçün də 
insanları öldürür, onların Allaha dua etdiyi məbədləri 
soyursunuz... 
- Axı Allah nə üçün məni cəzalandırmadı? Siz nə üçün məni 
burada gizlətməyə razı oldunuz? - mən yenidən soruşdum, 
tərsliyimə salırdım. 
- Sadə səbəbdən, Allah siz deyil və siz də Allah deyilsiniz. 
Allahla sizin fərqli mübarizə yollarınız, fərqli məqsədləriniz və 
duyğularınız var. Siz nifrətlə yaşamısınız, ancaq Allah sevgi 
deməkdir. Siz Allahı öldürmək istəyirdiniz, Allah isə sizin 
ruhunuzu dirildəcəyiniz zamanı 
106


gözləyirdi. Mən isə sizin üçün cəllad, hakim və ya ittihamçı 
deyiləm. İçinizdəki çoxdan unudulmuş balaca, xeyirxah İohanı 
tapmaqda sizə kömək etmək istəyirəm. 
Mən gedib təslim olacağımı dedim. 
- Bunu ağlınıza belə gətirməyin, - ruhani məni dayandırdı. - 
Sizin üzərinizdə artıq mühakimə prosesi olub, bu Allahın 
məhkəməsiydi. Bu Allah məhkəməsi, sizin ruhunuzun hələ də 
diri olduğunu müəyyən edib. Mülki məhkəmə artıq sizi 
mühakimə edib nəyəsə nail ola bilməz. İsa Məsihin günah 
işləyənə dediyi sözü unutmayın: Get və bir də günah işləmə. 
- Siz də həyata qayıdın. Keçmiş soyğunçu-qatil olan siz, indi, 
namuslu, əməksevər həyatın apostolu olun! Uşaqlarınızın 
olduğunu dediniz. Onları həyatın xeyirxah zəhmətkeşləri kimi 
tərbiyə edin. Bu, katorqa cəzası çəkməkdən daha çətindir. Həm 
də, həyat üçün daha faydalıdır. 
Bu yerdə Karokep nəfəsini dərib dedi: 
- Beləliklə də mən yenidən həyata atıldım. Görürsənmi, kim 
olmuşam? Uşaqlarımı necə tərbiyə etmişəm? - Özüm haqda bu 
qədər. Mən sənə uşaqlıq dostun İohanın, bu xeyirxah və vicdanlı 
oğlanın necə qorxunc Karokepə çevrildiyini izah etdim... İndi 
isə, əzizim Yukka, səndən necə “şirniyyat kralı” Yarvincn 
yarandığını izah et. Axı, Karokep və Yarvinen iki uşaqlıq 
dostudur. Bu bizim xalqın iki yarısıdır: biri soyuq bir qaranlıqla 
öldürülmüş, o biri yaz çağı, günəş işığına qərq olmuş torpaq 
kimi canlı həyat yaşamaqdadır... 
- İndi isə, əziz müəllimlərim, - Yarvinen xalq universitetinin 
köhnə rəhbərliyinə üz tutub dedi, - sizin mənim üçün, “şirniyyat 
kralı” Yarvinen üçün, minlərlə mənim kimi Yarvinen lər üçün 
və bütövlükdə xalq üçün gördüyünüz işlərdən danışmaq 
istəyirəm! 
107


Artıq, Yarvinenin də, Karokepin də, eyni xalqın övladları 
olduğunu demişəm, biz hər ikimiz uşaqlıda yaxşılığa və ya 
pisliyə bağlanmaqda eyni imkanlara sahibdik. Əgər bütün ölkədə 
hörmət qoyulan və dəyər verilən bir şəxsə çevrilmişəmsə, bu 
yalnız mənim xidmətim deyil. Bunun, mənim üçün xoş bir 
təsadüf olduğunu deməliyəm. Əgər sevimli uşaqlıq dostum 
İohan Karokep gəncliyində soyğunçu və qatilə çevrilmişdisə, bu 
da ilk növbədə onun günahı deyil, böyük bədbəxtliyi, bəxtinin 
gətirməməyi deməkdi. 
Təkrar edirəm: Yarvinenlər və Karokeplər bir medalyonun 
iki üzüdür. Bir ağac gövdəsindəki iki budaqdır, bu ağacın özü isə 
xalqdır, sayı milyonlarla ölçülən kütlədir. 
Cənablar! Ola bilsin, mən professorları, yazıçıları, rəssamları 
və ümumilikdə ziyalıları sizdən daha artıq qiymətləndirirəm. 
Ziyalılar xalqın alovlanan düşüncəsidir. Ziyalılar, ölkənin 
işıqlanmış beynidir. Öz ziyalılarını yetişdirməmiş xalq 
bədbəxtdir. Yalnız kütbeyinlər, cahil və axmaqlar, çox vaxt isə 
xalq kütlələrinin amansız soyğunçuları ziyalıların düşməni ola 
bilir və olurlar da. Bu gecə yırtıcıları, bayquş və yarasalar üçün 
xalq zəkasının qaranlıqda qalması lazımdır. Buna görə də, bütün 
ölkələrin, xalqların və bütün zamanların bayquş və yarasaları 
işıqlı düşüncəni, işıqlı biliyi sevməzlər. Mən keçmiş küçə uşağı 
kimi, xalq ağacından qopub düşən savadsız bir yarpaq olaraq, öz 
şəxsi təcrübəmdən, ziyalıların xalqa nə qədər çox gərək olduğu-
nu çox yaxşı bilirəm. Ona görə də, cürət edib siz ziyalılara bu 
sözlərlə müraciət edirəm: 
Ziyalı olmağınız sizin imtiyazınız deyil. Hakimiyyətə 
yiyələnmək, şöhrət qazanmaq və tox yaşamaq haqqı da deyil. 
Ziyahlığınız, sizin məsuliyyətiniz və xidmətinizdir. Siz xalq 
üçün yanan məşəllərsiniz, məşəlləri yandırandan sonra 
108 


qapaq altında qorumurlar, bacardıqca yüksək bir yerə qoyub 
daha geniş çevrəyə işıq salmasına çalışırlar. 
Mənim müəllimim olan sizlər də, qaranlığı yaran o məşəl 
kimi işıq saçmışınız və saçmaqda davam edirsiniz, ancaq 
yüzlərlə və minlərlə digər ziyalılar öz xalqının milyonlarla 
insanının maariflənməsi üçün çalışırını? 
Onlar öz zəka və biliklərini məşələ çeviriblərmi? Öz 
xalqlarının düşüncəsinə işıq saçırlarmı? 
İncildə fariseylərin dediyi qorxunc və günahkar sözlərdən 
danışılır. Fariseylər İsa Məsihi, daima sadə xalqla danışıb, kitab 
əhliylə heç bir ünsiyyətə girmək istəməməkdə ittiham edirdilər. 
Onların fikrincə: Xalq lənətlənib. O qanunları anlaya 
bilməyəcək bir cəhalət içindədir. 
Tarix boyunca həmişə belə münasibət olub və indi də vardır. 
Xalqın təhsilli yuxarı təbəqəsi xalqın aşağı təbəqəsinə həqarətlə 
baxır. Onlar belə deyirlər: 
- Xalq cahildir. Xalq kobuddur. Xalq içki düşkünüdür. Xalq 
tənbəldir. Acgözdür. Kirlidir. Yalançıdır. Paxıldır. Xalq, sayı 
milyon başla ölçülən heyvan sürüsüdür. Bu yırtıcı vəhşiyə heç 
cür azadlıq vermək olmaz. 
Əgər bilmək istəsəniz, xalq haqqında deyilən bu pis sözlərin 
90, hətta 95 faizi həqiqətdir. Ancaq bunun günahı kimdədir? 
Başlı-başına buraxılmış çöllükdə qızılgül, alma, xiyar və ya 
kartof deyil, gicitkən, ayıpəncəsi və dəvətikanı bitir. Xalq 
kütləsinin beyni və ürəyi də bunun kimidir. 
Xalq kütlələri öz ətrafına baxıb nə görür? 
Özünə qarşı sərgilənən hansı münasibətlə qarşılaşır? 
Onlara əqli və əxlaqi tərbiyəni kim və necə verir? 
109 


Mədəni adlandırılan insanlaruniversitetibitirdikdənsonra 
onları hər yerdə kitablar, rəsm əsərləri, musiqi, mühazirələr, 
teatrlar, jurnallar, incəsənət, sərgilər, bütün dünyanın yazıçıları, 
klublar və toplantılarla şərtlənən ünsiyyət imkanları gözləyir. 
Bəs xalq kütləsinə nə verirlər? Ən yaxşı halda iki- üç, ən çoxu 
beş illik təhsil, xalq məktəblərindən başqa heç nə. Burada isə 
adətən nadan məktəb məmurları tərəfindən yazılmış darıxdırıcı, 
axmaq və ölü dərsliklər tədris edilir. Uşaqlarda bilik yanğısı 
yaranması üçün heç bir iş görülmür. Onların düşüncə və 
duyğuları bəslənmir. Daha çox kitablara maraq və düşüncənin 
işlədilməsinə olan meyl öldürülür. Bəs sonrası? Məktəbdən 
sonra nə baş verir? Xalqı təşkil edən milyonlarla insan taleyin 
ümidinə buraxılır. Onlar üçün heç nə yazmırlar. Heç nə 
danışmırlar. Ədəbiyyat, teatr, elm, sərgilər, konsertlər, 
mühazirələr onlar üçün deyil. İsa Məsihin dövründə olduğu 
kimi, bizim günlərin kitab əhli də xalqa həqarətlə yanaşır: “Xalq 
lənətlənib! O hər yerdə və hər işdə cahildir. İstənilən ağıllı 
məsələyə münasibətdə kütbeyin və kordur. Qarnından, cibindən 
və içkidən başqa heç nəylə maraqlanmır”. 
Cənablar, Bibliyanın başlangıcındaki hekayəti xatırla-
yırsınızım? Qabil qardaşı Habili öldürmüşdü. Bu anda ilahi səs 
Qabilin vicdanından, “Qardaşın Habil haradadır” deyə 
soruşmuşdu. Qabil isə belə cavab vermişdi: Mənim Habillə nə 
işim var? Məgər onun qarovulçusuyam? 
Bibliyanın bu sətirlərində əks olunanlar xalqın həyatında min 
dəfələrlə təkrarlanır. Xalqın yüksək təbəqəsinin, onun mədəni, 
ziyalı övladlarının qarşısında vicdanın səsi belə bir sual qoyur: 
- Sizin kiçik qardaşlarınız olan xalq kütləsi mənəvi və əqli 
baxımdan necə yaşayır? 
110


Cavab isə adi Qabilsayağı bir sözdür: “Nə işimə qalıb? Mən 
bu qardaşlarımın qarovulçusu deyiləm. Öz işlərim və qayğılarım 
başımdan aşır”. 
Öz xalqlarının tərbiyələndirilməsiylə məşğul olmaq 
istəmirlər və... nəticədə içki düşkünlərinin, xəstələrin, kobud 
insanların, pis niyyətli şəxslərin, cahillərin çoxluq təşkil etdiyi 
bir xalq kütləsinin qorxunc qayğılarıyla üzləşirlər. 
Əgər bilmək istəyirsinizsə, xalq kütlələri tərbiyə olunmamış 
qalmır. Onlar güclü, lakin, çox təəssüf, pis tərbiyə alırlar... 
Baxın, xalqın içindən çıxan adi adam yüksək təbəqədən olan bir 
insanla qarşılaşanda özünü necə itirir, özünü yad, düşmən 
mühitdə hiss edir. Nə üçün? Çünki hər yerdə və həmişə onların 
üstünə qışqırırlar. Kobudcasına qovurlar. Yuxandan aşağı 
baxırlar. Ağayana geyinənlər özlənnı xalqdan ayırırlar. Uzaq 
tuturlar. Sevmirlər. Qorxurlar. Ruhlarında onlara qarşı nifrət, 
qəzəb, qisasçılıq formalaşdınrlar. 
Bir xalqın övladı olan aşağılar və yuxarılar qardaş deyil, bir-
birinə xəbis duyğular bəsləyən düşmən kimidirlər. Yuxarılar öz 
çevrələrində dəbdəbə, bahalı geyimlər, səs- küylü şənliklər 
yaradırlar. Bütün bunlar aşağılarda həsəd duyğusu oyadır. 
Onları daha da qəzəbləndirir. İnsanlar həsəd və inciklik içində, 
öz həyatlarından narazı olduqları bir mühitdə doğulur, 
böyüyürlər. İctimai həyat quruluşunun özü onları sərtləşdirir və 
hətta vəhşiləşdirir. Ancaq xalq kütlələrinin sərtliyini 
yumşaltmaq, onu yaxşı ruhda tərbiyə etmək heç kimi 
düşündürmür. Bu məsələylə bağlı heç kim heç nə etmir. Alimlər 
öz savadlarıyla xalqın əlinin çatmadığı bir zirvədə oturub 
qalırlar. Qədim yunanların dövründə Sokrat illərlə, meydanlarda 
xalqın içində həqiqət və gözəllik mövzusunda söhbətlər 
aparardı. Hanı bizdə buna bənzər xalq tərbiyəçiləri? 
111


Milyonlarla əhalinin yalnız bir məktəbi var - meyxana. Araq 
satışı, xalqın ağlını və vicdanını zəhərləyən içkilərin ticarəti, az 
qala bütün evlərə ayaq açıb, ancaq xalq xeyirxah həyatın necə 
qurulması barədə ağıllı və canlı nitqləri illərlə eşidə bilmir... 
Sonra da, özünün mədəni sayan cənablar xalqın aşağı 
təbəqəsinin nə üçün kobud, sərxoş, tənbəl, xəbis, hər şeyə və 
hamıya qarşı qəzəbli olduğuna təəccüblənir, narahat olur və 
bunun niyəsini anlaya bilmirlər. 
- Cənablar! - Yarvinen xalq universitetinin professorlarına 
üz tutub sözünə davam etdi. - Siz inanılmaz dərəcədə böyük işlər 
görürsünüz. Həyatın müdrikliyini küçələrə, xalq kütləsinə 
gətirirsiniz... Ancaq sizin universitetlərdən də, həyati 
müdrikliyinin nə demək olduğunu anlamayan bir kütlənin 
çıxdığını bilirsinizmi? Onların başı kitablardan gəlmə biliklərlə 
doludur, lakin həyati müdrikliyin nə olduğunu bilmirlər. Onlar 
ziyalı deyillər... Bir var, qara, qırmızı, palma kimi bahalı 
ağaclardan düzəldilmiş mebel, bir də var onların 
saxtalaşdırılması. Mebelin palıd, qoz ağacından düzəldildiyini 
deyirlər, ancaq mebelin oduncağı palıd, qoz, və ya palma 
ağacına oxşasa da, əslində belə deyil. 
Eləcə də, minlərlə ali məktəb diplomu olan adamlarda bunu 
görmək mümkündür. Onların heç biri ziyalı deyil, ziyalı adı 
altında ortaya çıxmış saxtakardır... Tələbələrinizə, ali məktəbi 
bitirməyin ustalıq diplomu almaq deyil, bütün ölkəni əxlaqi və 
əqli baxımdan işıqlandıran bir mərkəzi stansiyanın həlledici 
detalı olmaq, ya da şam kimi yanıb ömrünü xalqın düşüncəsinin 
işıqlanmasına, aydınlanmasına fəda etmək olduğunu deyin. 
- Əgər belə olsaydı, inanın, Karokeplər çox az, nadir 
xəstəliklər kimi istisna olar, Yarvinenlər isə hər addımda gözə 
dəyərdi. Bütün xalq bir yerdə çoxbaşlı Yarvinenə 
112 


çevrilərdi. Hər yerdə ağac kralları, kağız kralları, dəmir kralları, 
şüşə kralları, süd və pendir kralları, zəhmət kralları, ağıl kralları, 
savad kralları olardı. Bütün ölkə müdrik yaradıcılıq krallığına, 
tox xalq krallığına, vicdan krallığına dönərdi... Təki siz, xalqa 
müdrik və canlı söz verəsiniz. Xalqa müdrik həyatın 
gözəlliyindən danışın. Xalqda müdrik əməyə, işıqlı və sevincli 
həyata həvəs, yanğı və iradə yetişdirin... 
Mən yoxsul bir yetim, küçə uşağı, bizim Suominin böyük, 
xeyirxah gücünə çevrilə bildim. Bu necə baş verdi? Yalnız bir 
müdrik mühazirəyə qulaq asmağımın hesabına. Bu xoş bir 
təsadüf idi. 
Artıq kiçik bir şirniyyat dükanının sahibiydim və bir az əvvəl 
dediyim kimi, qarşımda belə bir dar, darıxdırıcı həyat yolunun, 
kiçik qazancımın olması məni bərk darıxdırırdı. Bəzən 
bayramlarda içməyə meyl edirdim. Bir gün bizim şəhərə 
tanınmış bir alim gəldi və küçələrin kəsişməsində belə bir elan 
yapışdırdı: 
“Yaşlıları, uşaqları çağırıram. Savadlı və savadsız insanları 
çağırıram. Mən bütün həyatımı bizim Suominin inkişafı yolunda 
qoymuşam. Bazar günü bir boş saatınızı mənə hədiyyə edin. 
Ümid edirəm, mənə bağışlayacağınız bu bir saatdan
həyatınızda, bizim doğma Suomi üçün faydalı olan çoxlu sayda 
illəri yarada biləcəyəm.” 
Həyatımda yalnız iki-üç dəfə mühazirələrdə olmuşdum. 
Tanışlarımdan da gedən olurdu. Ancaq sonradan mühazirələrə 
getmədik. Mənası yoxdu. Elə adamlar mühazirə oxuyurdular, 
onları kürsüyə buraxmaq doğru deyildi. Bəziləri, qaxaclaşmış 
qoca alimlər olurdu, dişsiz ağızlarında hansısa elmi zir-zibilləri 
gəvələyirdilər. Başqaları, özünə vurğun savadsız fırıldaqçılar 
çıxırdılar. Ağıllı düşüncələr 
113 


yerinə çiy xəmir yedirmək istəyirdilər. Üçüncülər, maarif 
nazirliyindən gəlmiş məmurlar idi. Yalnız siyahıda qeyd 
olunmaq və pul almaq üçün formal sözlərdən ibarət cəfəngiyat 
oxuyurdular. Buna görə də, onların mühazirə oxuduğu salonlar 
boş olur, təkəm-seyrək dinləyicilər gəlirdi. Ancaq dediyim bu 
alimin qeyri-adi çağırışı çoxlarını maraqlandırmışdı. Zal 
ağzınadək doluydu. Mən də oradaydım. Mühazirə məni 
silkələdi. Yuxudan oyatdı. Həyatın mənasını, onu necə 
gerçəkləşdirəcəyimi öyrətdi. 
Mühazirə “Qarət olunmuş kitab” adlanırdı, mühazirə 
oxuyan alim isə... Robinzon Kruzodan danışırdı. Ancaq 
bilsəniz, necə gözəl danışırdı. Bu Sokratasayağı bir nitq idi: 
filosofun müdrikliyi ilə uşaq dilinin sadəliyindən yoğurul-
muşdu. Professor deyirdi: 
- Bəşəriyyət hələ böyük bir uşağa bənzəyir. Ağılsız və balaca 
uşaqlar kimi öz mübahisələrini münaqişələrə girişməklə həll 
edir. Allah və həyatın müqəddəsliyi barədə söz düşəndə özünü 
ağılsız, şıltaq və tərs uşaqlar kimi aparır. Allahı dəyənəklə, daş-
qalaqla, edamlarla və tonqallarla qorumaq istəyir. Ağılsız 
uşaqlar kimi müdriklikdən özünə oyuncaqlar və əyləncələr 
düzəldir. Hamınız Robinzon Kruzo haqqında eşitmisiniz, 
bəziləriniz isə bu kitabı oxumuşunuz. Nə vaxt oxumuşunuz? 
Yəqin, uşaq olanda. 
Robinzonun həyatı barədə əhvalatlardan uşaqlar üçün 
əyləncəli hekayələr yaratmışlar. Əslində isə, bu kitab böyük 
olmaq istəyən xalqlar üçün müdrikliyi öyrədən bir dərslikdir. 
Robinzon Kruzo - yer üzündəki ən böyük qəhrəmanlardan 
biridir. Bütün qəhrəmanların qəhrəmanı. Romuldan, Sezardan, 
Napoleondan daha böyük bir qəhrəman... Bu mədəni əməyin 
qəhrəmanıdır. Sarsılmaz xeyirxah iradənin canlı nümunəsidir. 
114 


Robinzon Kruzo - İngiltərənin, həmçinin Şimali Amerikanın 
gücünü və şöhrətini anlamaq üçün bir açardır. Robinzon - yer 
üzündəki sevincin peyğəmbəri və davamçısıdır. Leopardidən, 
Şopenhauerdən, Hartmandan yüz dəfə güclü zehniyyətin 
sahibidir. O insanlığın yaxşı həyat uğrunda mübarizədəki 
qələbəsinin yol göstərəni, böyük təbliğatçısıdır. 
Robinzon, insanın yerin və yer üzündəki həyatın sahibi 
olduğunu göstərir. Bunu sözlə deyil, öz hayatıyla öyrədir. İnsan, 
onun dühası, xeyirxah iradəsi və müdrik ağlı təbiətin bütün qara 
qüvvələrindən güclüdür. 
Yorğun və ya xəstəhallıqdan zəifləmiş beyinin dumanlı 
düşüncələrini bir qırağa qoyun, - deyir Robinzon. - Canlı 
gerçəkliyi götürək. Mənim göstərdiyim nümunəyə baxın. 
Dənizdəki fırtına gəmini sındırıb dağıtdı. Yalnız vətəndən deyil, 
ümumiyyətlə, mədəni dünyadan təcrid olundum. Dörd bir 
tərəfim ucsuz-bucaqsız okeandan ibarətdi. Bütün yol 
yoldaşlarım həlak olmuşdu. Yalnız mən, gənc insan xilas 
olmuşdum. Dalğalar məni kimsəsiz adaya atmışdı. Çılpaq və 
acdım. O gəncin başına nə gəldi? Həlak oldumu? Ümidsizlikdən 
özünün öldürdümü?.. Yox. Robinzon əl-qolunu sallayıb 
dayanmadı. Var gücünü toplayıb, ağır zəhmət bahasına, 
parçalanmış gəmidən çıxarmaq mümkün olan nə vardısa 
hamısını toplayıb adaya daşıdı. Özünə mənzil düzəltdi. Taxıl 
tarlası əkib-becərdi. Vəhşi keçiləri əhliləşdirdi. Sonra 
qarşılaşdığı vəhşi bir insanı əhliləşdirə bildi. Onu özünün 
dostuna və nəzakətli köməkçisinə çevirdi. Özü üçün bol və yaxşı 
bir dolanışıq qurdu. 
Bütün bunları edən bir nəfər idi!.. Gənc bir insan!.. Kimsəsiz 
və boş bir adada! 
115 


- Qardaşlarım finlər! - mühazirəçi sözünü belə tamamladı. - 
Doğrudanmı, bizim iki milyonluq fin xalqımız gənc 
Robinzondan zəif, köməksiz və istedadsızdır? 
Cənab professorlar, ruhanilər, hakimlər, mühəndislər, 
məmurlar, vəkillər, Suominin gənc övladları, ziyalılarımızın 
çiçəkləri, sizlər nə üçün öz xalqınızın arasında Robinzon Kruzo 
olmaq istəmirsiniz? Robinzon kimsəsiz bir adada adamyeyən 
vəhşidən özünə nəzakətli dost və iş yoldaşı yarada bilmişdi. 
Ancaq siz bunun əvəzində, böyük şəhərlərdə, işlədiyiniz 
məktəblərin, redaksiyaların, teatrların və muzeylərin divarının o 
üzündə, sayı milyonlarla ölçülən xalqınızın cahil, içki düşkünü, 
kobud, az qala ibtidai insan olduğundan şikayətlənməkdən başqa 
bir iş tapa bilmirsiniz. 
Robinzon obrazıyla üz-üzə dayanıb yaxınlığınızdakı, 
ətrafinızdakı həyata münasibətiniz barədə düşünün. 
- Bu mühazirə mənim gözlərimi açdı, - Yarvinen sözünə 
davam etdi. - Mən birdəncə çiyinlərimdə böyük və güclü 
qanadların yarandığını hiss etdim. Bu mühazirədən mənəvi 
bahadır kimi yetişərək çıxdım. Məndə böyük və güclü bir insan 
olmaq arzusu yaranmışdı. Bizim kiçik Suomi üçün nə isə, böyük 
bir iş görmək istəyirdim. 
Adi bir şirniyyat alverçisi olan adam nə edə bilərdi? 
Sərmayəsi təxminən iki min olan bir tacirin əlindən nə gələrdi? 
Güclə sürüyüb bu mühazirəyə gətirdiyim üç dostum da belə 
deyirdi. Onlardan biri çəkməçi, o biri dəmirçiydi, üçüncüsü, 
bazarda yumurta satırdı. 
-
H
Ə
, bizdən yaxşı qəhrəman olar! - onlar mühazirədən 
qayıdanda yol boyu istehzayla deyib gülürdülər. - Birimiz 
yumurta alverçisi, o birimiz çəkməçi, üçüncümüz də uşaq 
116


lara ballı kökə satır. Belə adamlardan hansı Robinzon yetişə 
bilər?! 
Mən isə ilhamlanmışdım. Mən - kökə alverçisi aslana 
dönmüşdüm. Sözlər sel kimi axıb gəlirdi: 
- Nə üçün mən - kökə alverçisi öz işimin Robinzonu ola 
bilmərəm? Mən ballı kökə satmaqdan başqa işlər də bacararam. 
Tutalım, bütün ölkədə bal ticarətini inkişaf etdirə bilərəm. 
Yaxud ölkədə bal istehsalını artırmaq üçün işlər görə bilərəm. 
Şirniyyatı dəbdəbə və bahalı zövq əlaməti olmaqdan çıxarıb 
zəruri qidaya çevirə bilərəm. Şirniyyatı fəhlə üçün də, yoxsul 
kəndli üçün də əlçatan edə bilərəm. Mən şirniyyat kralı 
olacağam! 
- Bəs biz? - yol yoldaşlarım gülərək soruşdular. 
- Siz isə, biriniz ayaqqabı kralı, o biriniz yumurta kralı, 
üçüncünüz isə dəmir kralı ola bilərsiniz. 
Bu sözümdən sonra üçümüz də çılğın bir arzuya qapıldıq. 
Mənim evimdə toplaşıb dan yeri sökülənədək danışdıq. Nəticəsi 
nə oldu? İllər keçdi və biz özümüzün gənclik planlarımızı 
gerçəkləşdirdik. Çəkməçi pul toplayıb Parisə getdi və orada üç 
il ən yaxşı emalatxanada işləyib təcrübə topladı. Budan sonra 
ayaqqabı modelçisi oldu. İndi iki oğlu da onunla birlikdə işləyir. 
İkisi də ali məktəb bitiriblər. Biri, kimyaçıdır, Finlandiyanın, 
özünəməxsus ən böyük dəri zavoduna başçılıq edir. İndi 
“Ukkonen və oğulları” markası bütün Avropada məşhurdur. 
“Ukkonen” ayaqqabı dükanları isə yalnız Finlandiyada 
tanınmır. Londonun məşhur Pikadili küçəsində, Parisin d Opera 
bulvarında “Ukkonenin ayaqqabıları” yazılmış lövhələrin 
asılması qürur mənbəyimizdir. Bu ayaqqabı dükanlarını və 
onların hazırlandığı emalatxanaları Ukkonenin kiçik oğlu idarə 
edir. O Fransadakı Yena universitetini bitirib. Fransızca çox 
gözəl, az qala parislilər 
117


kimi danışır və ingilis kraliçası Viktoriyanın oğlu, taxt-tacın 
varisi şahzadə Eduard öz ayaqqabılarını yalnız Ukkonenin kiçik 
oğluna sifariş verir; deyilənə görə söhbətlərinin birində şahzadə 
yarızarafat-yarıciddi onu həmkar adlandırıb demişdi: 
- Biz sizinlə kral varisləriyik. Mən İngiltərə kraliçasının, siz 
isə fın ayaqqabı kralının... Məncə, siz daha layiqli varissiniz. 
Ukkonenin ortancıl oğlu da kiçik qardaşıyla birgə işləyir; bu 
iki qardaş hər il bütün Finlandiyadan onlarla istedadlı 
yeniyetmələri toplayıb onların ali təhsillərini Almaniyada 
Virxovun, Parisdə Pasterin, Amerikada Edisonun laborato-
riyalarında başa vurmaq üçün maddi kömək göstərirlər. 
Görürsünüzmü, Robinzon haqqında müdrik mühazirə necə 
gözəl əməllərə səbəb olub. Ancaq bu hələ hamısı deyil. Bazarda 
yumurta satan Tomas Qulbe adı İngiltərənin, Fransanın və 
Almaniyanın paytaxtlarında məşhur yumurta kralının adma 
çevrilib. 
Tomas Qulbe yumurtanı kəndlərdən alırdı. Ev-ev gəzib 2, 
3,7, 10 yumurta toplayırdı. Sonra bu yumurtaları açdığı 
manufakturada qablaşdırır və qutularla yumurta satışıyla 
məşğul olan xarici şirkətlərin anbarlarına topdan satırdı. Ancaq 
təzə, müddəti iki-üç günü keçməyən yumurtaları alır və 
qablaşdırmaqdan əvvəl yumurtaların üzərinə özünün “Tomas 
Qulbe” damğasını vururdu. Bu işə başlayandan bir il sonra artıq 
Londonun, Parisin və Berlinin ən yaxşı restoranları öz 
təchizatçılarından yalnız “Tomas Qulbe” markalı yumurta tələb 
edirdilər. 
Sözsüz, Qulbe Suominin ucqarlarına gedib çatdıra bilməzdi. 
Bu həm də böyük xərc tələb edərdi. Ona görə də, Qulbe 
Finlandiyanın bütün xalq müəllimləriylə əlaqə 
118 


yaratdı. Çox böyük, eyni zamanda sadə bir plan hazırladı. 
Ölkəni bölgələrə ayırıb rum rəqəmləriylə nömrələdi: I, II, III, 
IV, V, ... X,... XX... Hər bölgənin məktəblərini isə ərəb 
rəqəmləriylə işarələdi: 1, 2, 3,... 10,... 20... 
Razılaşmaya görə şagirdlər səhər məktəbə gələndə hər biri 2, 
3, 7, bir sözlə, öz evlərində və qonşularında artıq qalan bütün 
yumurtaları toplayıb gətirirdilər. Bu yumurtalar təzə olur və 
müəllimlər tərəfindən bu yolla yüzlərlə yumurta toplana bilirdi. 
Müəllimlər hər bir yumurtanın üzərinə öz bölgəsinin, 
məktəbinin və yumurtanı təhvil verən təsərrüfatçının adının baş 
hərfini yazırdı. Kimyəvi mürəkkəblə işarələr qoyulmuş 
yumurtalar həmin gün qablaşdırılır və T.Qulbenin Aboda olan 
anbarına göndərilirdi. Yumurta dolu qutular anbara çatdığı gün 
paroxodlara yüklənir və 3-4 gün sonra bu yumurtalar artıq 
Parisin, Londonun, Brüsselin, Antverpenin restoranlarında 
olurdu. 
Əgər hansısa təsərrüfat yiyəsi köhnə yumurta təhvil verirdisə 
və tutalım, London restoranının qonağı narazı qalırdısa, o saat 
Qulbenin Abodakı anbarına açıq məktub gəlirdi: “5 apreldə 
göndərilən VII, 15, H nömrəli yumurta lax çıxdı”. 
Qulbenin Abodakı anbarında məktubu oxuyan kimi, bu 
yumurtanın VII bölgədən-Kuopiodan, 15 saylı məktəbdən, “H” 
adlı evdar qadından alındığı aydınlaşırdı. Təcili həmin ünvana 
məktub göndərilirdi: “Diqqət yetirin, evdar qadın Myakinen 5 
apreldə sizə iylənmiş yumurta göndərib”. 
10 il sonra Tomas Qulbe Finlandiyada yumurta krah oldu. 
Onun yumurtaları saxlamaq üçün Aboda, yay ayları üçün 
soyuducu-anbarları, qış ayları üçün isti anbarları var. 
Hamburqda, Londonda və Flisingendə anbarları yerləşir. 
Finlandiyanın bütün bölgələrində onun cins to- 
119 


yuq yetişdirən fermaları var və o bu toyuqları kəndlilərə olduqca 
ucuz qiymətə satır. Yumurta istehsalı toyuq və toyuq əti satışını 
canlandırıb, güclü inkişaf yoluna çıxardı. Bu ticarətdə ev 
quşlarıyla yanaşı ov quşlarının satışı da özünə yer qazanmağa 
başladı. 
Tomas Qulbe artıq çoxdandır, milyonerdir, ancaq onun fın 
kəndlisinə xarici bazarların hesabına milyonlarla marka pul 
qazandırması hər şeydən vacibdir. 
“Tomas Qulbe” ticarət evinin artıq çoxdan əməl etdiyi belə 
bir qayda var: hər il firmanın qazancından yüz min marka pul 
kənd kitabxanalarının xərcləri üçün ayrılır. Daha yüz min marka 
yaxşı təsərrüfatçı kimi seçilən kəndliləri təcrübə qazanmaq üçün 
Danimarkanın, Hollandiyanın və İsveçin nümunəvi kənd 
təsərrüfatı müəssisələrinə göndərmək üçün xərclənir. Nəhayət, 
yüz min marka, görkəmli alimlərin, yazıçıların, rəssamların və 
artistlərin xarici ölkələrə səyahət etməsi üçün sərf olunur. 
Hər il üç yüz min marka! Bu qayda artıq səkkiz ildir tətbiq 
olunur! Bu xeyirxah işlərə təqribən iki milyon yanın pul 
xərclənib! Bu hələ yumurtadan gələn qazancın kiçik bir 
hissəsidir! 
Sizi hədsiz yorub incitməmək üçün özümün necə “taxta 
çıxıb”, küçə şirniyyat alverçisindən “şirniyyat kralına” çev-
rildiyimi danışmaqla sözümü yekunlaşdırmaq istəyirəm. 
Robinzon haqqında mühazirəyə qulaq asandan sonra öz 
işimin Napoleonu olmaq qərarına gəldim. Əvvəlcə, Finlandiyanı 
“fəth etmək”, sonra isə bütün Avropanı öz “müstəmləkəm” 
altına almaq üçün hərəkətə keçdim. 
Azsavadlı və yoxsul bir fın üçün, gördüyünüz kimi, bu plan 
çox böyük cəsarət tələb edirdi. Ancaq mən öz-özümə qət etdim: 
Planımı yerinə yetirəcəyəm! İstədiyimə nail 
120 


olacağam! İstəyimə çatdım da. Kiçik işlərdən başladım. 
Əvvəlcə kiçik bir şirə çəkən zavod açdım. Bu zavod indi də 
işləməkdədir. Taxtadan tikilib, ot və ya kartof saxlamaq üçün 
nəzərdə tutulan binaya bənzəyir. Çox sadə avadanlıqlardan 
istifadə edirdim. Ancaq heç bunların əldə edilməsinə də pulum 
çatmırdı. Bank direktorunun yanına gedib planımı açıqladım, 
Finlandiyanı “fəth etmək” istədiyimi dedim. 
- Nə olar, özünüzü sınayın, - bankın direktoru gözləmədiyim 
halda belə dedi! - sizin gələcək taxt-tacınız üçün risk etməyə 
dəyər. - Məhz o, bankın direktoru sonradan mənim ləqəbim 
olmuş “şirniyyat kralı” sözünün dövriyyəyə buraxdı. 
İşə uğurla başladım. Çəkdiyim şirə təmiz, qatı və şirin 
alınırdı. Şəkərdən də yaxşı. Əvvəlcə özüm kəndləri gəzib 
şirədən hazırlanmış məhsullarımı satırdım. Aradabir bu zavodda 
kartofdan kraxmal almağa keçir, sonra yenidən əvvəlki işimə 
qayıdırdım. 
İki il sonra artıq Finlandiyanın müxtəlif guşələrində beş belə 
kiçik zavodum vardı. Belə olduqda yeni bir işə başladım. Bizim 
meşələrdə moruq çoxdur. Mən qışda kəndlilərə bir tona yaxın 
moruq şirəsi paylayırdım. Yayda isə uşaqlar mənə arabalarla 
moruq toplayırdılar. Mən onlardan mürəbbə hazırlayırdım. Bu 
məhsul mənə olduqca ucuz başa gəlirdi. Baş ustamın dediyi 
kimi bu “pörtülmüş şalğamdan da ucuz idi”. Kəndlilər və 
fəhlələr Yarvinenin hazırladığı mürəbbələri çörəyə yavanlıq 
edib yeyirdilər və çox vaxt bu yemək onların günorta və şam 
yeməyini təşkil edirdi. Bu isə şirin, dadlı və doyumlu bir 
yeməkdi. 
Sonrakı il meşə moruğu mənə bəs etmədi. Rusiyadan və 
Almaniyadan yaxşı moruq sortlarının tinglərini sifariş verməyə 
başladım. Habelə, Rusiyadan orada çox məşhur 
121 


olan Vladimir gilasının tinglərini, İrlandiyadan ən şirin kartof 
növünün toxumluğunu da sifariş verdim. Kəndləri gəzib 
gətirdiyim tingləri paylayırdım. Onları torpağa necə sancmağı, 
necə böyüdüb bəsləməyi də öyrədirdim. Finlandiya sanki mənim 
bədənim olmuşdu. Saysız-hesabsız əsəb sinirləri, qan damarları 
və əzələlər məni bütün əhaliylə sıx birləşdirirdi. Öz işimə çox 
bərk bağlanmışdım. Bu yolda ömrümü qoyurdum. Yalnız 
bəkməz, kartof, moruq və gilas barədə düşünürdüm. Onları necə 
bişirmək bütün düşüncəmi məşğul edirdi. Köməkçilərim bəkməz 
və mürəbbə işinin “şair” və “rəssamları”na çevrilmişdilər. 
İşimizdə yaxşılığa tərəf hər bir dönüş onları ürəkdən sevindirirdi. 
Var gücümlə Yarvinenin mürəbbələrinin ildən-ilə daha ucuz 
və daha yaxşı olmasına çalışırdım. “Yarvinen” damğalı tənəkə 
qablar, demək olar, Finlandiyanın bütün kənd evlərinə ayaq 
açmışdı. Bu bəkməz və mürəbbələr çay və göllərdə odun axıdan 
salçılann əsas qidası olmuşdu. Aylarla meşədə işləyib yaşayan, 
qatran toplayan işçilərin mənim buraxdığım məhsula böyük 
tələbatı vardı. 
İngiltərə meşə kompaniyasının direktoru Finlandiyada 
olanda bizim fəhlələrin bu məşhur yeməyindən dadmışdı. Bunu 
mənim hazırladığımı biləndə isə demişdi: “Bu fəhlə yeməyi 
deyil, krallara layiq ləziz bir yeməkdir”. Bu sözdən sonra 
soruşdu: “Əgər sifariş versəm, bu məhsuldan mənə 50 min 
banka, dediyiniz qiymətə göndərə bilərsinizmi?” Düşünüb-
daşındım, fikrimdə hesablama aparıb dedim: göndərə bilərəm, 
üstəlik iki faiz ucuz başa gələr. Yarvinenin mürəbbəsi 
İngiltərəyə ayaq açdı. Sonra Danimarkaya, Hollandiyaya, 
Belçikaya, Almaniyaya, Fransaya, hətta, Amerikaya qədər gedib 
çıxdı. 
122 


Mənim firmamda müxtəlif şöbələrə kimyaçı alimlər və 
mütəxəssislər başçılıq edir. Üç alim-aqronom və bağban bütün 
Finlandiyam gəzib kəndlilərə kartofu, moruğu, gilası və başqa 
meyvələri necə becərməyi öyrədir. Yay üçün soyuducu, qış 
üçün isti vaqonlarım var. Xarici ölkələrdə də, anbar və 
dükanlarım yerləşir. İki okean paroxodum var. Hər il İtaliyanın 
Messine bölgəsindən bir paroxod yükü portağal alıram. 
Sinqapurdan bir paroxod yükü düyü gətirirəm. Bunların 
sayəsində Finlandiyanın yoxsul uşaqları ürəkləri istədiyi qədər 
banan yeyə bilirlər. Mənim istehsal etdiyim bəkməz, mürəbbə 
və kompot bankaları rom, İsveç pun- şu, viski, absent, porter və 
likör butulkalarıyla çox uğurla mübarizə aparır. 
Cənab professorlar! Siz məndən yaxşı bilirsiniz, şəkər ləziz 
qida deyil, əsas tələbat duyulan gərəkli ərzaqdır. Toxluğu və 
sağlamlığı təmin edir. Tox insan və tox xalq isə spirtli içkiyə az 
meyl edir. Ona görə də, şirin həmişə acının düşməni olub. Eyni 
zamanda, acı da şirinin düşmənidir. Sərxoşluğa qurşananlar 
şirin şeyləri sevməzlər, şirin şeyləri sevənlər isə acı dadan 
içkilərə meyl etməzlər. 
Ona görə də, Yarvinenin bankaları ayıqlıq təbliğ edən 
missionerlərdir. Onlar əhaliyə sağlamlıq daşıyırlar. Bu ban- 
kalan evinə aparan fəhlə və ya kəndli öz evinə günəş şüalarının 
sevincini daşıyır. Ailə başçısının əlində gördükləri hər yeni 
banka onun uşaqlarının sevincinə səbəb olur. Ev sahibəsinin 
gözlərində isə ərinə qarşı mehriban bir minnətdarlıq duyğusu 
yaranır: deməli, əri özünün çətin əməyindən qazandığı pulu 
meyxanada zəhərli içkilərə dağıtmayıb, ailəsinin sevinci və 
toxluğu naminə çalışıb. 
- Buna görə də, - Yarvinen çıxışını belə yekunlaşdırdı, - mən 
öz anbarlarımda milyonlarla bankanı, limanlar- 
123 


da “Yarvinen” damgalı minlərlə qutunu görəndə ruhum 
sevinclə, qürurla və xoşbəxtliklə dolub-daşır. Onların mənim 
ordumun döyüşçüləri olduğunu düşünürəm, bu döyüşçülər 
xalqın toxluğu və ailələrin sevinci üçün vuruşurlar. Ürəyimdə 
onların hər birinə, hər bir bankaya xeyir-dua verirəm: Həyata 
uğurla addım bas! Özünün əvəzolunmaz, xeyirxah “dadlı” 
işlərini həyata keçir! Mən öz çoxillik əməyimə bu cür bir sevinc 
duygusuyla xeyir-dua verirəm. Öz ömrüm üçün də dua edirəm, 
çünki onu bu dünyada mənasız yerə yaşamadım. Mən nəinki 
Finlandiyada, hətta, dünyanın bir çox uzaq ölkələrində, xalqın 
həyatına öz şirinlik payımı qata bildim. Bütün bunlara görə 
ruhumda bu ilahi atəşi alovlandıran dahi yazıçının müdrik 
kitabına, daha sonra isə sizə, xalq kütlələri içərisində 
maarifçiliyin müdriklik toxumlarını səpən insanlara borcluyam. 
Siz uzaqdan gəlmiş professorun ruhumda yandırdığı o kiçik 
ocağı sönməyə qoymadınız. Onu üfürüb parlaq işıq saçan böyük 
bir tonqala çevirdiniz. Siz könlümün çırağına dayanmadan yağ 
töküb onun işığını itirməsinə yol vermədiniz... Bütün bunlara 
görə çox sağ olun!.. Minnətdarlığım ölçüyəgəlməz dərəcədə 
böyükdür! Bu minnətdarlığı sizin gördüyünüz bu böyük mədəni 
işlər üçün mükafat hesab etməyin. Yox, qoy bu minnətdarlıq 
sizin ürəyinizdə daha böyük inadla və gərginliklə və qat-qat 
böyük işlər görmək üçün indikindən də güclü duyğular yaratsın. 
Mən xalqların tarixini oxuyub öyrənmişəm. Bununla bağlı 
sizdən və çoxlu başqa alimlərdən soruşub öyrəndiyim çox şeylər 
var. Oxuyub-öyrəndiklərimin üzərində çoxlu düşünmüşəm. 
Bütün bunlardan sonra mənə elə gəlir, yer üzündəki xalqların 
çoxu hələ də adam yemək adətindən əl çəkməyib, ancaq indi 
bunu başqa cür, yeni üsullarla edirlər. 
124 


Mən başa düşə bilmirəm: nə üçün böyük imperiyalar quran, 
xalqları əsarət altına salan adamlar haqqında belə hörmətlə 
danışırlar? Makedoniyalı İsgəndərlər, Hanniballar, Sisipion- lar, 
Sezarlar, Böyük Karllar, Napoleonlar, Moltkelər, Bismarklar və 
onlar kimi minlərlə başqaları hansı işlərə imza atmışlar? 
Özgəsinin torpaqlarını işğal edir, soyurlar, ancaq bu torpaqları 
becərmək üçün heç nə etmirlər. Özlərinin təbəələrinin sayını 
milyonlarla ölçür, ancaq onların öz şəxsi və dövlətçiliklə bağlı 
talelərini şüurlu, xeyirxah şəkildə qura bilməsi üçün bu 
insanların tərbiyə edilməsi naminə heç bir iş görmürlər. Nəhəng 
dövlətlər yaranır, ancaq onların əhalisi yoxsulluq və aclıq içində 
ömür sürür. Milyonlarla cahil insan var, onlar əqli cəhətdən küt, 
əxlaqi baxımdan kobuddurlar. Hər yerdə sərxoşluq, oğurluq, 
açıq- aşkar pozğunluq, qatı söyüşlər, yoxsulluq, qarşılıqlı 
nifrət... Ancaq hamı bütün bunlara sakitliklə baxır. Kimsə irsi 
səbəblərdən, ya da yaxşı təhsil aldığı üçün, təsadüfən, bu iyrənc 
və üfunətli ümumi bataqlığından quruya çıxa bilirsə, yer tapdığı 
təmiz və yumşaq yerdə oturub qalır, ölkəsinin milyonlarla 
vətəndaşını bu çirkabdan xilas etmək üçün əlini tərpətmir. Bu 
adamlar, cahil, sərxoş və ac xalq kütlələrindən ibarət olan böyük 
dövlətlərin lehmə içində ucalan nəhəng daş qülləyə bənzədiyini 
anlamaq istəmirlər. 
Tarix neçə dəfə bu şişirdilmiş qəhrəmanlara dərs vermiş, 
neçə dəfə öz dəyənəyini onların öz başlarına endirib! Neçə dəfə 
tarixin bir yumruğuyla hiyləgər Mettemixlərin, yırtıcı hersoq 
Albaların qurduğu dövlətlər uşaqların kağızdan düzəltdiyi 
evciklər kimi dağılıb. Ancaq bütün bunlar heç kimə dərs olmur. 
Yenə də yeni-yeni siyasətçilər, təkrar-təkrar, köhnə, axmaq, 
yırtıcı-cinayətkar oyunu təkrarlayırlar. Öz ölkələrinin ərazisini 
getdikcə daha çox genişləndirir, lakin 
125 


şüurun, biliyin və xalqın vicdanının sərhədlərini dövlətin 
sərhədlərinə qədər genişləndirə bilmirlər. 
Bizim kiçik Suomi ərazicə böyük dövlətə çevrilə bilməz. 
Böyük sərhədləri olan Suomi arzusunda da deyiləm. Mən onun 
getdikcə daha çox böyük şəxsiyyətlərə sahib olmasını 
arzulayıram. Bizim iki milyonluq Suomidə, şəxsi həyatını və 
ümumxalq yaşayışımızı qurmağı bacaran savadlı, namuslu və 
xeyirxah insanların sayının min dəfələrlə artmasını istəyirəm. 
Yarvinen sözünü bitirib professorların yığıncağına baş əydi. 
-Amin! Belə də olacaq! - üç oğlu Helsinforsda professor olan 
qoca qatran bişirmə ustası kəndli Torsten-Forsten onu alqışladı. 
Yığıncağın sədri ayağa qalxıb dedi: 
- Yarvinenin bu müdrik, səmimi və gözəl sözlərindən sonra 
artıq başqa çıxışların mənası yoxdur. Yarvinenin buradakı çıxışı 
xalqın aşağı təbəqəsinin bizə çağırışıdır: yanımıza gəlin və bizi 
öyrədin! 
Bu təntənəli yığıncaqda Yarvinenin etdiyi çıxış, Finlandiya 
qəzetlərinin hamısında, bütünlüklə çap olundu. Bu çıxış günün 
hadisəsinə çevrildi. Onun haqqında uzun müddət danışıldı. Bu 
çıxışın təsiriylə yüzlərlə insan xalq kütlələrini maarifləndirmək 
üçün çalışan ordunun sıralarına qoşulub fedakarcasına 
çalışmağa başladı. 
Bir sıra şəhərlərdə varlı tacirlər xalq universitetlərinə hazır 
binalar bağışladılar, yeni binaların tikintisinə başladılar. 
Müəllimlər, hakimlər, vəkillər, ruhanilər və həkimlər hamı- 
lıqla hər gecə vaxtlarını kart oynamaq və ya pivə içməklə 
keçirməkdən utanıb bu əməllərindən daşındılar, yenidən 
126 


kitab oxumağa qayıtdılar. Xalqa yol göstərməyə özlərini 
təkmilləşdirməkdən başladılar. 
Bir sıra çox görkəmli natiqlər yetişib seçilməyə başladı. 
Onlar özləri bu işlərindən çox razıydılar. Bununla bağlı 
deyirdilər: bizim həyatımız maraqlı, mənalı və sevinclə dolu bir 
məzmun daşımaqdadır. Biz indi sanki yuxudan ayılmışıq. 
Bütün gecə yığıncaqlarında, əyləncəli məşğələlərdə, 
toplantılarda az məbləğdə də olsa pul toplanırdı. Bu pula xalqın 
oxuması üçün ən yaxşı kitablar alınır və ən ucqar yerlərin kiçik 
kitabxanalarına göndərilirdi. 
Mövzular müəyyən edir, bu mövzularda yazılan ən yaxşı 
kitablar üçün mükafat təyin edirdilər. Müəlliflərə bu kitabları 
çap etməkdə kömək göstərilirdi. Sonra bu kitabları xalq arasında 
ucuz qiymətə yayırdılar. 
- Bilirsinizmi nə var? - Snelman ömrünün son illərində 
sevinclə öz dostlarına deyirdi. - Bizim Finlandiyanın mənim 
uşaqlıq çağlarımda necə olduğunu xatırlayıb onun indi hansı 
səviyyəyə gəlib çıxdığını düşünəndə gözlərim qarşısında belə 
bir mənzərə canlanır. Böyük və köhnə bir ev vardı. Onun bütün 
pəncərələri bağlıydı. Ev kənardan yiyəsiz görünürdü, içəridənsə 
qaranlıq, boğucu, rütubətli və darıxdırıcıydı. Çox cansıxıcı bir 
mənzərə yaranmışdı. Ev çox böyük bir qəbiristana bənzəyirdi. 
Ancaq budur, birdən, gənc, gümrah və güclü adamlar gəlib 
çıxdılar. Onlar özləriylə sevinc gətirdilər. Üzlərindən nur və ağıl 
yağırdı. İlk növbədə taxta qapaqları, pəncərələri taybatay açdı-
lar. Pərdələri qaldırdılar. Otaqlara günəş işığı, təmiz hava, 
çiçəklərin ətri doldu. Evdə hər şey canlandı, hərəkətə gəldi. Eyni 
zamanda, ev çöldən də yeniləndi. Yad adamlar indi ondan bir 
qarabasmadan qaçırmış kimi yan keçməyə ça 
127 


lışmırdılar, böyük məmnuniyyətlə yaxınlaşırdılar. Tamaşa edir, 
maraqlanırdılar. 
Axı belə möcüzəli çevrilişləri istənilən ölkədə, istənilən 
bölgədə gerçəkləşdirmək olar, bunu hər yerdə etmək müm-
kündür. Lap ən ucqar nöqtədə də, - Snelman əlavə etdi, - Yalnız 
“sehrbazların” olması gərəkdir: canlı düşüncə sahibləri, böyük 
ruh yiyələri, inadla mədəni əməyə qatlaşan insanlarla həmişə bu 
cür möcüzələr yaratmaq olar. 
128 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə