Qr. 2216 Mikroprosessor texnikası mp-lərin rəqəmsal və proqramlanan qurğu olması nə ilə əsaslandırılır?



Yüklə 3,69 Mb.
səhifə1/7
tarix31.10.2018
ölçüsü3,69 Mb.
#77547
  1   2   3   4   5   6   7

qr. 2216 Mikroprosessor texnikası
1. MP-lərin rəqəmsal və proqramlanan qurğu olması nə ilə əsaslandırılır?

A)giriş –çıxış siqnallarının rəqəmsal olması və iş alqoritminin proqramlar əsasında icra edilməsi;

B)giriş –çıxış siqnallarının rəqəmsal olması və iş alqoritminin dəyışməməsi ;

C) giriş –çıxış siqnallarının analoq olması və iş alqoritminin proqramlar əsasında

icra edilməsi ;

D) giriş –çıxış siqnallarının rəqəmsal- analoq olması və iş alqoritminin proqramlar əsasında icra edilməsi;

E) giriş –çıxış siqnallarının rəqəmsal olmaması və iş alqoritminin proqramlar əsasında icra edilməsi;
2. MP-lərin arxitektur parametrlərinə nə daxildir?

A) verilənlər şininin eni,dəstəklənən yaddaş həcmi,daxili keş həcmi,işçi tezlik ;

B) verilənlər şininin eni,dəstəklənən yaddaş həcmi,xarici keş həcmi, işçi tezlik ;

C) ünvan şininin eni,dəstəklənən yaddaş həcmi,daxili keş həcmi,kəsilmə dərəcəsi;

D) verilənlər şininin eni,xarici şin tezliyi ,daxili keş həcmi,kəsilmə dərəcəsi;

E) verilənlər şininin eni,dəstəklənən yaddaş həcmi,xarici keş həcmi,kəsilmə dərəcəsi;


3. MP-lərin konstruktiv-texnoloji parametrləri hansılardır?

A) gövdənin tipi,yarımkeçirici texnologiyanın tipi,layihə norması ;

B)yarımkeçirici texnologiyanın tipi,dəstəklənən yaddaş həcmi,;

C)gövdənin tipi, verilənlər şininin eni,layihə norması ;

D) ünvan şininin eni, işçi tezlik;

E) gövdənin tipi, dəstəklənən yaddaş həcmi;


4. MP kristalında layihə norması nədir və onun qiyməti nə ilə ölçülür?

A) yarımkeçirici kristal daxilində tranzistorun ölçüsü olub mkm yaxud,nm ilə ölçülür;

B) yarımkeçirici kristalın ölçüsü olub mkm ,yaxud nm ilə ölçülür;

C) yarımkeçirici kristal daxilində tranzistorun ölçüsü olub sm yaxud,nm ilə ölçülür;

D) yarımkeçirici kristal daxilində sxemlərin ölçüsü olub mkm ,yaxud nm ilə ölçülür;

E) yarımkeçirici kristal daxilində tranzistorun ölçüsü olub mm yaxud,nm ilə ölçülür;


5.MP-lərin layihə normasının azalması müasir MP-lərin göstəricilərinə necə təsir

edir?

A) inteqrasiya dərəcəsini artırır;

B)daxildə gerçəkləşən tranzistorların sayını azaldır;

C)nüvə tezliyini azaldır;

D) inteqrasiya dərəcəsini azaldır;

E) işçi sürəti azaldır;


6.Müasir ixtisaslaşdırılmış MP-lərin giriş –çıxış siqnalları necə ola bilər?

A) rəqəmsal və analoq;

B) yalnız rəqəmsal ;

C) yalnız analoq

D) giriş- rəqəmsal,çıxış-analoq ;

E) giriş- analoq, çıxış- rəqəmsal


7.MP-lərdə hansı məlumat şinləri vardır və müasir MP-lərdə onların eni necə

dəyişmişdir?

A) verilənlər,ünvan, idarəedici şinlər vardır və müasir MP-lərdə verilənlər şininin eni 32/64 bit,ünvan şininin eni 32/40bitlidir;

B) verilənlər,ünvan şinlər vardır və müasir MP-lərdə verilənlər şininin eni 32/64 bit,ünvan şininin eni 32/40bitlidir;

C) verilənlər,ünvan, idarəedici şinlər vardır və müasir MP-lərdə verilənlər və ünvan şininin eni 32 bitdir;

D) verilənlər, idarəedici şinlər vardır və müasir MP-lərdə verilənlər şininin eni 32/64 bit;

E) verilənlər,ünvan, idarəedici şinlər vardır və müasir MP-lərdə verilənlər şininin eni 16/32bit,ünvan şininin eni 32/40bitlidir;


8.MP-lərin ünvan şininin eni MP sistemlərində nəyi təyin edir?

A) MP-ə qoşula bilən sistemli yaddaş həcmini;

B) MP-ə qoşula bilən qurğuların sayını ;

C)MP-ə qoşula bilən keş yaddaş həcmini;

D) MP-nin daxilindəki keş yaddaş həcmini;

E) MP-də emal edilən ədədlərin bit sayını;


9.Müasir MP sistemlərinə qoşulan sistemli yaddaşın həcmi hansı qiymətlərlə

məhdudlaşır?

A) MP-nin xarici ünvan şininin eni ilə;

B) MP-nin ünvan şininin eni ilə;

C)MP kristalının layihə norması ilə;

D) MP-nin verillənlər şininin eni ilə;

E) MP-nin ünvan/verilənlər və verillənlər şinlərinin eni ilə;


10.Müasir MP-lərdə tam ədədlər üçün daxili və xarici verilənlər şininin eni necədir?

A) daxili verilənlər şininin eni 32bit və xarici verilənlər şininin eni 64 bitlidir;

B) daxili və xarici verilənlər şininin eni 64 bitlidir ;

C) daxili verilənlər şininin eni 16 bit və xarici verilənlər şininin eni 64 bitlidir;

D) daxili və xarici verilənlər şininin eni 32 bitlidir ;

E) daxili verilənlər şininin eni 64bit və xarici verilənlər şininin eni 32 bitlidir ;


11.MP sistemlərində sistemli şinlərə nələr aiddir ?

A) verilənlər,ünvan, idarəedici şinlər aiddir ;

B) verilənlər , idarəedici şinlər aiddir ;

C) ünvan, idarəedici şinlər aiddir ;

D) verilənlər, idarəedici şinlər aiddir ;

E)verilənlər,ünvan, idarəedici şinlər aiddir


12.Müasir MP-nin giriş şinlərinin strukturuna ümumi halda nə daxildir?

A) rəqəmsal kodlar və siqnallar,analoq siqnalları ;

B) rəqəmsal siqnallar

C) rəqəmsal kodlar və analoq siqnalları ;

D) rəqəmsal -analoq siqnallar ;

E) rəqəmsal kodlar və siqnallar


13.Müasir MP-nin çıxış şinlərinin strukturuna ümumi halda nə daxildir?

A) rəqəmsal kodlar və siqnallar,analoq siqnalları ;

B) rəqəmsal kodlar və analoq siqnalları ;

C) rəqəmsal kodlar və siqnallar ;

D) rəqəmsal siqnallar ;

E) rəqəmsal -analoq siqnallar


14.Müasir MP-nin nüvəsi necədir və hansı tipdə siqnalları eml edir?

A) rəqəmsaldır və rəqəmsal siqnalları emal edir ;

B) rəqəmsaldır və analoq siqnalları emal edir ;

C) rəqəmsaldır və rəqəmsal-analoq siqnalları emal edir ;

D) analoqdur və rəqəmsal siqnalları emal edir ;

E) analoqdur və analoq siqnalları emal edir


15.MP-lərdə registrlərin ümumi halda hansı tipləri mövcuddur?

A) proqramla müraciət edilən, proqramla müraciət edilməyən və universal təyinatlı, xüsusi təyinatlı;

B) universal təyinatlı və xüsusi təyinatlı;

C) proqramla müraciət edilən və xüsusi təyinatlı;

D) proqramla müraciət edilməyən və universal təyinatlı;

E) proqramla müraciət edilən, proqramla müraciət edilməyən ;


16.MP-lərdə GPR registrlərinin tipləri və formaları hansılardır?

A) 8/16/32 bitli A,B,C,D ;

B) 8/16/32 bitli A,B,C ;

C) 8/16/32 bitli A,C,D ;

D) 8/16 bitli A,B,C,D ;

E) 8/16/32 bitli A,B,C,D ,E;


17.MP-lərdə GPR registrlərinin 32 bitli formatı necə ifadə olunur?

A) A,B,D registrlərinin adının əvvəlində E və sonunda X simvolları göstərilməklə ;

B) A,B,C,D registrlərinin adının əvvəlində E və sonunda X simvolları göstərilməklə;

C) A,B,C,D registrlərinin adının əvvəlində X və sonunda E simvolları göstərilməklə;

D) A,B,C,D registrlərinin adının əvvəlində E simvolu göstərilməklə ;

E) A,B,C,D registrlərinin adının əvvəlində və sonunda X simvolu göstərilməklə ;


18.MP-lərdə GPR registrlərinin 16 bitli formatı necə ifadə olunur?

A) A,B,C,D registrlərinin adının sonunda X simvolları göstərilməklə ;

B) A,B,C,D registrlərinin adının əvvəlində E və sonunda X simvolları göstərilməklə;

D) A,B,C,D registrlərinin adının əvvəlində E simvolu göstərilməklə ;

C) A,B,C,D registrlərinin adının sonunda E simvolunu göstərilməklə ;

E) A,B,C,D registrlərinin adının əvvəlində X simvolu göstərilməklə ;



19.MP-lərdə GPR registrlərinin 8 bitli formatı necə ifadə olunur?

A) A,B,C,D registrlərinin adının sonunda H və ya L simvollarını göstərilməklə ;

B) A,B,C,D registrlərinin adının əvvəlində E və sonunda X simvolları göstərilməklə ;

C) A,B,C,D registrlərinin adının sonunda H və ya Y simvollarını göstərilməklə ;

D) A,B,C,D registrlərinin adının sonunda X simvolları göstərilməklə ;

E) A,B,C,D registrlərinin adının sonunda G və ya L simvollarını göstərilməklə ;


20.GPR ilə SPR registrlərinin fərqi nədir?

A) GPR-lərdə istənilən tipdə və məzmunda məlumat saxlanıla bilər ,SPR-də isə təyin olunmuş tipdə və məzmunda məlumat saxlanılır

B) SPR -lərdə yalnız 32 bitli , GPR -də isə 16/32 bitli məlumat saxlanılır;

C) GPR-lərdə istənilən tipdə 32 bitli, GPR -də isə təyin olunmuş tipdə16/32 bitli məlumat saxlanılır;

D) GPR-lərdə istənilən tipdə 8/16 bitli, GPR -də isə təyin olunmuş tipdə16 bitli məlumat saxlanılır;

E) SPR -lərdə istənilən tipdə yalnız 8 bitli məlumat saxlanıla bilər , GPR -də müxtəlif uzunluqlu məlumat saxlanılır ;


21.SPR registrlərinə misal olaraq hansılar aid edilir və onlar hansı formatlarda olur?

A) FLAGS,SP ,Dİ/Sİ misal ola bilər və onlar 16/32 bitli formatlarda olur ;

B) FLAGS,AX ,Dİ/Sİ misal ola bilər və onlar 16/32 bitli formatlarda olur ;

C)EBX,SP ,Dİ/Sİ misal ola bilər və onlar 16/32 bitli formatlarda olur ;

D) FLAGS,SP ,Dİ/Sİ misal ola bilər və onlar 8/16/32 bitli formatlarda olur ;

E) FLAGS,SP ,Dİ/Sİ misal ola bilər və onlar 8 bitli formatda olur


22.STEK yaddaşına müraciət üçün hansı SPR registri istifadə olunur və onun qiyməti

necə dəyişir?

A) SP registri istifadə olunur və onun qiyməti STEK yaddaşına müraciət zamanı inkrement/dekrement edilir;

B) BP registri istifadə olunur və onun qiyməti STEK yaddaşına müraciət zamanı inkrement/dekrement edilir;

C) SP registri istifadə olunur və onun qiyməti STEK yaddaşına müraciət zamanı inkrement edilir;

D) SP registri istifadə olunur və onun qiyməti STEK yaddaşına müraciət zamanı dekrement edilir;

E) İP registri istifadə olunur və onun qiyməti STEK yaddaşına müraciət zamanı inkrement/dekrement edilir;


23.Massivin elementlərinin indeksləşdirilməsi üçün hansı registrlər və hansı formatda

istifadə olunur?

A) Dİ/Sİ registrləri 16/32 bitli formatda istifadə olunur;

B) İP/Sİ registrləri 16/32 bitli formatda istifadə olunur;

C) DX/Sİ registrləri 16/32 bitli formatda istifadə olunur;

D) Dİ/CS registrləri 16/32 bitli formatda istifadə olunur;

E) Dİ/Sİ registrləri 16 bitli formatda istifadə olunur;


24.MP-də icra edilən proqramın növbəti əmrinin daxili ünvanı hansı registrdə göstərilir?

A) İP registrində

B) AX registrində;

C) FLAGS registrində;

D) BP registrində;

E) SS registrində;


25.MP-də FLAGS registrinin təyinatı və formatları necədir?

A) əlamətlər bayraqlarını yadda saxlayır və 16/32 bitli formatlardadır

B) əlamətlər bayraqlarını yadda saxlayır və 32 bitli formatdadır;

C)seqmentin başlanğıc ünvanını yadda saxlayır və 16/32 bitli formatlardadır;

D) massivin indeksini yadda saxlayır və 16/32 bitli formatlardadır;

E) əlamətlər bayraqlarını yadda saxlayır və 16 bitli formatdadır;


26.FLAGS registrində C biti nəyi göstərir və onun qiyməti nə vaxt təyin edilir?

A) yüksək bitdən köçürmənin olmasını göstərir və onun qiyməti toplama əməliyyatı zamanı təyin edilir;

B) yüksək bitdən köçürmənin olmasını göstərir və onun qiyməti bölmə əməliyyatı zamanı təyin edilir;

C)aşağı bitdən köçürmənin olmasını göstərir və onun qiyməti toplama əməliyyatı zamanı təyin edilir;

D) tetradan köçürmənin olmasını göstərir və onun qiyməti toplama əməliyyatı zamanı təyin edilir;

E) yüksək bitdən köçürmənin olmasını göstərir və onun qiyməti vurma əməliyyatı zamanı təyin edilir


27.FLAGS registrində A biti nəyi göstərir və onun qiyməti nə vaxt təyin edilir?

A) əvvəlki tetradan köçürmənin olmasını göstərir və onun qiyməti onluq-ikilik toplama əməliyyatı zamanı təyin edilir;

B) sonrakı tetradan köçürmənin olmasını göstərir və onun qiyməti onluq-ikilik toplama əməliyyatı zamanı təyin edilir;

C) əvvəlki tetradan köçürmənin olmasını göstərir və onun qiyməti ikilik toplama əməliyyatı zamanı təyin edilir ;

D) əvvəlki bitdən köçürmənin olmasını göstərir və onun qiyməti onluq-ikilik toplama əməliyyatı zamanı təyin edilir ;

E)axırıncı tetradan köçürmənin olmasını göstərir və onun qiyməti onluq-ikilik toplama əməliyyatı zamanı təyin edilir ;


28.FLAGS registrində Z biti nəyi göstərir və hansı əməliyyatda istifadə olunur?

A) əvvəlki əməliyyatın nəticəsinin sıfır olmasını göstərir və bölmə əməliyyatı icra edilərkən istifadə olunur;

B) sonrakı əməliyyatın nəticəsinin sıfır olmasını göstərir və bölmə əməliyyatı icra edilərkən istifadə olunur;

C) əvvəlki əməliyyatın nəticəsində köçürmə olduğunu göstərir və bölmə əməliyyatı icra edilərkən istifadə olunur;

D) əvvəlki əməliyyatın nəticəsinin mənfi olmasını göstərir və bölmə əməliyyatı icra edilərkən istifadə olunur;

E) əvvəlki əməliyyatın nəticəsində daşma olmasını göstərir və bölmə əməliyyatı icra edilərkən istifadə olunur;


29.FLAGS registrində S biti nəyi göstərir və hansı əməliyyatda istifadə olunur?

A) əvvəlki əməliyyatın nəticəsinin işarəsini göstərir və bölmə əməliyyatı icra edilərkən istifadə olunur;

B) əvvəlki əməliyyatın nəticəsinin müsbət olduğunu göstərir vəstekə müraciət əməliyyatı icra edilərkən istifadə olunur;

C) əvvəlki əməliyyatın nəticəsinin müsbət olduğunu göstərir və yaddaşa müraciət əməliyyatı icra edilərkən istifadə olunur;

D) əvvəlki əməliyyatın nəticəsinin müsbət olduğunu göstərir və bölmə əməliyyatı icra edilərkən istifadə olunur;

E) əvvəlki əməliyyatın nəticəsində daşma olduğunu göstərir və bölmə əməliyyatı icra edilərkən istifadə olunur;


30.FLAGS registrində İ biti nəyi göstərir və nə vaxt istifadə edilir?

A) kəsilməyə icazə əlaməti olub MP tərəfindən İNTA siqnalı hasil edilərkən istifadə edilir;

E) DMA-ya icazə əlaməti olub MP tərəfindən İNTA siqnalı hasil edilərkən istifadə edilir;

B) əvvəlki əməliyyatın nəticəsinin işarəsini göstərir və bölmə əməmliyyatında istifadə edilir;

C) əvvəlki əməliyyatın nəticəsininsıfır olması əlaməti olub bölmə əməmliyyatında istifadə edilir;

D) kəsilməyə icazə əlaməti olub MP tərəfindən İNTR siqnalı hasil edilərkən istifadə edilir;


31.FLAGS registrində O biti nəyi göstərir və O=1 halında nə baş verir?

A) Toplama əməliyyatında daşma əlamətidir və O=1 halında toplamanın nəticəsi korreksiya edilir;

B) Toplama əməliyyatında işarə əlamətidir və O=1 halında toplamanın nəticəsi korreksiya edilir;

C) Toplama əməliyyatında daşma əlamətidir və O=1 halında toplamanın nəticəsi sıfırlanır;

D) Toplama əməliyyatında daşma əlamətidir və O=1 halında toplamanın nəticəsi 1 edilir;

E) Toplama əməliyyatında köçürmə əlamətidir və O=1 halında toplamanın nəticəsi korreksiya edilir;


32.MP-li sistemin yaddaşı hansı tip seqmentlərə bölünür və onun başlanğıc ünvanı

real rejimdə hansı registrlərlə təyin edilir?
A) kod,verilənlər ,stek seqmentlərinə bölünür və onun başlanğıc ünvanı real rejimdə seqment registrlərinin məzmunu ilə təyin edilir;

B) kod,verilənlər seqmentlərinə bölünür və onun başlanğıc ünvanı real rejimdə seqment registrlərinin məzmunu ilə təyin edilir;

C) kod,verilənlər ,stek seqmentlərinə bölünür və onun başlanğıc ünvanı real rejimdə seqment deskriptoru ilə təyin edilir;

D) verilənlər ,stek seqmentlərinə bölünür və onun başlanğıc ünvanı real rejimdə seqment registrlərinin məzmunu ilə təyin edilir;

E) kod,verilənlər ,stek seqmentlərinə bölünür və onun başlanğıc ünvanı real rejimdə FLAGS registrinin məzmunu ilə təyin edilir;
33.MP-lərdə əsas seqment registrləri hansılardır və hansı formatlarda olur?

A) CS, DS,SS registrləridir və yalnız 16 bitli formatda olur;

B) CS, DS,SS registrləridir və yalnız 32 bitli formatda olur;

C) CS, DS,SS registrləridir və yalnız 8 bitli formatda olur;

D) CS, DS registrləridir və yalnız 16bitli formatda olur;

E) DS,SS registrləridir və yalnız 16bitli formatda olur;


34.MP sistemdə yaddaşın iş rejimləri hansılardır və ünvanlaşdırılan yaddaş həcmi necədir?

A) real və mühafizə olunan rejimlərdir və ünvanlaşdırılan yaddaş həcmi uyğun olaraq ≤1MB və >1MB ola bilər;

B) real və mühafizə olunan rejimlərdir və ünvanlaşdırılan yaddaş həcmi uyğun olaraq >1MB və ≤1MB ola bilər;

C) PİO və mühafizə olunan rejimlərdir və ünvanlaşdırılan yaddaş həcmi uyğun olaraq ≤1MB və >1MB ola bilər;

D) real və DMA rejimlərdir və ünvanlaşdırılan yaddaş həcmi uyğun olaraq ≤1MB və >1MB ola bilər;

E) real və mühafizə olunan rejimlərdir və ünvanlaşdırılan yaddaş həcmi uyğun olaraq ≤100MB və >10KB ola bilər;


35.MP sistemdə yaddaşın real iş rejimlərinin əsas xüsusiyyətləri hansılardır?

A) 1MB-a qədər ünvanlaşdırılan yaddaş həcmi hər biri 64KB olan seqmentlərə bölünür

B) 1MB-a qədər ünvanlaşdırılan yaddaş həcmi hər biri 64B olan seqmentlərə bölünür ;

C) 10MB-a qədər ünvanlaşdırılan yaddaş həcmi hər biri 64KB olan seqmentlərə bölünür;

D) 100MB-a qədər ünvanlaşdırılan yaddaş həcmi hər biri 64KB olan seqmentlərə bölünür;

E) 1MB-dan böyük ünvanlaşdırılan yaddaş həcmi hər biri 64KB olan seqmentlərə bölünür ;


36.DS=3000 halında real yaddaşın verilənlər seqmentinin başlanğıc ünvanı necə olar?

A) 3000x10 kimi;

B) 3000+10 kimi;

C) 3000x100 kimi;

D) 3000-10 kimi;

E) 3000/10 kimi


37.Real yaddaş seqmentinin maksimal həcmi neçədir və onun daxili ünvanının

maksimal qiyməti neçə olar?

A) 64KB-dır və seqmentin daxili ünvanının maksimal qiyməti FFFFH olar;

B) 64KB-dır və seqmentin daxili ünvanının maksimal qiyməti FFFFFH olar;

C) 64B-dır və seqmentin daxili ünvanının maksimal qiyməti FH olar;

D) 64KB-dır və seqmentin daxili ünvanının maksimal qiyməti 1FFFH olar;

E)64KB-dır və seqmentin daxili ünvanının maksimal qiyməti FFFH olar;


38.DS=5000 və daxili ünvan 12A olan oyuğun icraedici ünvanı necə olar?

A) 5000x10+0012AH;

B) 5000x1+012AH;

C) 5000x10+12A00H;

D) 5000/10+0012AH;

E) 5000x10-0012AH;


39.Kod seqmentinin başlanğıc ünvanı 10000 olduğu halda proqramda cari əmrin

ünvanı hansı ifadəyə əsasən tapılır?

A) 10000x10+İP;

B) 10000x10+SP;

C) 10000/10+İP;

D) 10000x10+BP;

E) 10000x10-İP;


40.Stek seqmentində başlanğıc ünvan 1F00 olduğu halda stekə müraciət edilən oyuğun

ünvanı nə ilə təyin edilir?

A) 1F00x10+SP

B) 1F00x10+BP;

C) 1F00/10+SP;

D) 1F00x10-SP;

E) 1F00x10+İP;


41.CS=1AB20 və İP=FFFH halında proqramın cari əmrinin ünvanını necə tapmalı?

A) 1AB20x10-000FFFH;

B) 1AB20x10+FFF000H;

C) 1AB20x10+00FFF0H;

D) 1AB20x10+0FFF00H;

E) 1AB20x10+000FFFH;


42.Mühafizə olunan rejimdə MP tərəfindən ünvanlaşdırılan yaddaş həcmi necədir və seqmentin başlanğıc ünvanı haradan tapılır?

A) ünvanlaşan yaddaş həcmi ≥1MB-dır və seqmentin başlanğıc ünvanı seqment deskriptorundan tapılır;

B) ünvanlaşan yaddaş həcmi ≤ 0.5MB-dır və seqmentin başlanğıc ünvanı seqment deskriptorundan tapılır;

C) ünvanlaşan yaddaş həcmi ≥1MB-dır və seqmentin başlanğıc ünvanı seqment registrinin məzmununa =-dir ;

D) ünvanlaşan yaddaş həcmi ≥1MB-dır və seqmentin başlanğıc ünvanı kəsilmə deskriptorundan tapılır;

E) ünvanlaşan yaddaş həcmi ≤ 1MB-dır və seqmentin başlanğıc ünvanı seqment deskriptorundan tapılır;


43.Müasir universal MP sistemində sistemli yaddaşın həcmi necədir və əsas iş rejimi hansıdır ?

A) həcmi TB-larla ölçülür və əsas iş rejimi mühafizə olunandır;

B) həcmi GB-larla ölçülür və əsas iş rejimi realdır;

C) həcmi MB-larla ölçülür və əsas iş rejimi mühafizə olunandır;

D) həcmi KB-larla ölçülür və əsas iş rejimi mühafizə olunandır;

E) həcmi MB-larla ölçülür və əsas iş rejimi mühafizə olunan və realdır


44.Mühafizə olunan rejimdə selektor kodunun və ayrı-ayrı sahələrinin təyinatını açıqlamalı.

A) seqment deskriptorunun yeri haqda məlumat verir və onun sahələri seqmentin üstünlük dərəcəsi , seqment deskriptor cədvəlinin tipi,bu cədvəl daxilində indeksi göstərir;

B) seqment deskriptorunun yeri haqda məlumat verir və onun sahələri seqmentin həcmini, seqment deskriptor cədvəlinin tipi,bu cədvəl daxilində indeksi göstərir ;

C) seqment deskriptorunun yeri haqda məlumat verir və onun sahələri seqmentin üstünlük dərəcəsi , seqment deskriptor cədvəlinin həcmini,bu cədvəl daxilində indeksi göstərir;

D) kəsilmə deskriptorunun yeri haqda məlumat verir və onun sahələri seqmentin üstünlük dərəcəsi , seqment deskriptor cədvəlinin tipi,bu cədvəl daxilində indeksi göstərir ;

E) seqment deskriptorunun yeri haqda məlumat verir və onun sahələri seqmentin üstünlük dərəcəsi, seqment deskriptor cədvəlinin tipi,bu cədvəlin başlangıc ünvanını göstərir ;


45.Seqment deskriptorları nədir və hansı rejimdə istifadə olunur?

A) yaddaş seqmenti haqda ümumiləşmiş məlumatdır və mühafizə olunan rejimdə istifadə olunur

B) Seqment haqda ümumiləşmiş məlumatdır və real rejimdə istifadə olunur ;

C) Seqment haqda ümumiləşmiş məlumatdır və kəsilmə rejimində istifadə olunur ;

D) Seqment haqda səthi məlumatdır və mühafizə olunan rejimdə istifadə olunur ;

E) səhifə haqda ümumiləşmiş məlumatdır və mühafizə olunan rejimdə istifadə olunur ;


46.Seqment deskriptoru neçə baytdan ibarətdir və haradan oxuna bilər?

A) 8 baytdan ibarətdir və sistemli cədvəldən oxuna bilər;

B) 8 baytdan ibarətdir və ümumi cədvəldən oxuna bilər;

C) 2 baytdan ibarətdir və xüsusi cədvəldən oxuna bilər;

D)8 baytdan ibarətdir və ROM yaddaşdan oxuna bilər;

E) 4 baytdan ibarətdir və xüsusi cədvəldən oxuna bilər


47.Seqment deskriptorları üçün hansı cədvəllər var və onların seçimi nəyə əsasən aparılır?

A) Lokal ,qlobal cədvəllər var və onların seçimi selektor kodunun Tİ sahəsinə əsasən aparılır;

B) Daxili,xarici cədvəllər var və onların seçimi selektor kodunun Tİ sahəsinə əsasən aparılır;

C) Lokal ,qlobal cədvəllər var və onların seçimi selektor kodunun indeks sahəsinə əsasən aparılır ;

D) Lokal ,qlobal cədvəllər var və onların seçimi selektor kodunun PL sahəsinə əsasən aparılır;

E) sadə,mürəkkəb cədvəllər var və onların seçimi selektor kodunun Tİ sahəsinə əsasən aparılır ;


48.Deskriptorlar cədvəlindən tələb olunan seqment deskriptoru nəyə əsasən seşilir?

A) selektor kodunun indeks sahəsinə əsasən;

B) ünvan kodunun indeks sahəsinə əsasən;

C) proqram kodunun indeks sahəsinə əsasən;

D) selektor kodunun PL sahəsinə əsasən;

E) selektor kodunun Tİ sahəsinə əsasən;


49.Mühafizə olunan rejimdə xətti ünvan necə təyin olunur?

A) seqment deskriptorundakı baza ünvanı üzərinə 32 bitli sürüşmə ünvanı əlavə edilir edilir;

B) seqment registrinin məzmunu 10H-a vurulur və üzərinə əmrin ünvanı əlavə;

C) seqment registrinin məzmunu 40H-a vurulur və üzərinə sürüşmə ünvanı əlavə edilir;

D) seqment registrinin məzmunu 20H-a vurulur və üzərinə sürüşmə ünvanı əlavə edilir;

E) seqment registrinin məzmunu 10H-a vurulur və üzərinə başlanğıc ünvan əlavə edilir;


50.Çoxməsələli rejimdə resursların mühafizəsi hansı mexanizmlə tənzimlənir?

A) müraciət edən məsələnin üstünlük dərəcəsi ilə seqmentin üstünlük dərəcəsi müqayisə edilir və seqmentə müraciət qaydası nəzərə alınır

B) müraciət edən məsələnin üstünlük dərəcəsi ilə kəsilmənin üstünlük dərəcəsi müqayisə edilir və seqmentə müraciət qaydası nəzərə alınır;

C) müraciət edən məsələnin kəsilmə dərəcəsi ilə seqmentin üstünlük dərəcəsi müqayisə edilir və seqmentə müraciət qaydası nəzərə alınır;

D) müraciət edən məsələnin üstünlük dərəcəsi ilə seqmentin üstünlük dərəcəsi müqayisə edilir və seqmentin həcmi nəzərə alınır;

E) müraciət edən məsələnin proqram kodu ilə seqmentin üstünlük dərəcəsi müqayisə edilir və seqmentə müraciət qaydası nəzərə alınır;


Yüklə 3,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə