Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə5/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   2   3   4   5   6   7   8   9   ...   74

ölçü qazanır. İstirahət-turizm anlayışına dair yeməkxanalara və ya turist
məhsullara  hər  keçən  gün  yenisi  əlavə  olunur  və  beynəlxalq  turizm
bazarındakı  rəqabət  sürətlənir.  Bu  səbəblə  eqzotik,  təbii  və  mədəni
cazibədarlığa malik məkanlar, termal mərkəzlər, yaylaqlar, qorunan sahələr
diqqət çəkərkən, ekoturizm, termal turizm, mədəni turizm, kənd, turizm
növləri ön plana çıxır. Avropa Birliyi turizm sektorunun regional inkişaf
və  məşğulluq  yaratmadakı  əhəmiyyətinin  dərk  etmiş  və  inkişafı  üçün
müəyyən  tədbirlər  görülməkdədir.  İcma  turizm  fəaliyyətinin  inkişaf
etdirilməsi  məqsədilə  bir  sıra  elm  adamı  və  coğrafiyaçısını  yaxından
maraqlandıran bəzi hədəflər müəyyənləşdirmişdir.
• Turizmdə  yeni  texnalogiyalar  istifadə  edilərək,  məlumatın
paylaşımı ve yayılmasının asanlaşdırması,
• Turizm  sektorundakı  keyfiyyəti  artırmaq  üçün  peşə  təhsilin
dəstəklənməsi və inkişaf etdirilməsi,
• Turist məhsulların inkişaf etdirilməsi və keyfiyyətinin artırılması,
• Turizmdə  davamlı  inkişafın  və  ətraf  mühitin  qorunması
prinsiplərinin dəstəklənməsi, inkişaf etdirilməsi.
• Avropa Birliyinin ortaq turizm siyasəti "Turizm Fəaliyyət Planları"
vasitə ilə dəstəklənir. Bu planların məqsədlərini;
○ Az inkişaf etmiş bölgələrdə turizmi inkişaf etdirmək,
○ Turist regionlarda infrastrukturu dəstəkləmək,
○ Ətraf mühiti qorumaq, təbiətə qayıdış arzusunu həvəsləndirmək,
○ Ortaq mədəniyyət irsinə sahib çıxmaq, yaşatmaq,
○ Tətillərin illik zaman kəsiklərini zaman və məkan miqyasında
tənzimləmək,
○ Turist mövsümi genişlənmənin qarşısını almaq,
○ Turizm statistikalarını asan və anlaşıqlı hala gətirərək istəyənin
xidmətinə təqdim etmək şəklində yekunlaşdırmaq mümkündür (4).
Sahil turizmində, yayla turizmində, termal turizmdə, kənd turizmdə
keçirilən bütün fəaliyyətlər daxilində mədəni faktorlar var. Bu turizm
növlərinə  qatılarkən  aparılan  fəaliyyətlər,  təqdim  olunan  yemək  və
musiqilər,  görünən  paltarlar  ya  da  yerli  xalqla  qurulan  münasibətlər,
mədəniyyətlərarası təsirlər mədəni turizm ilə bağlıdır. Bu səbəblə, turizmin
mədəniyyətlərin bir-birini anlamasına yardımçı olması kimi bir funksiyası
var. Xüsusən son illərdə məqsədsiz gəzməyin yerini artıq şüurlu bir mədəni
turizmin  aldığı  məlumdur.  Bu  baxımdan  Avropa  Birliyi  birləşmə
düşüncəsində  mədəniyyəti  ən  təsirli  vasitə  kimi  görür.  Hər  nə  qədər
Avropada fərqli dillər və mədəniyyətlər olsa da, mədəniyyət fərqlərindən
irəli gələn mədəni turizmin Avropanın turizm bazarında kiçilən payının
artırılmasında təsirli olacağı güman edilir. Çünki mədəni turizm səyahət
13
Avropa Birliyinin turizm siyasəti çərçivəsində alternativ turizm


sənayenin ən sürətli inkişaf edən sektorudur. Bu turizm üçün gələn turist,
digər turistlərdən gündə təxmini göstərici ilə 62 dollar, hər səfərdə 200 dol-
lar çox sərf edir. Həmçinin mədəni turizm üçün gələnlər səfərləri əsnasında
birdən çox turizm bölgəsini ziyarət edirlər (5).
Mədəni turizm getdikcə genişlənən, millətlər və ölkələr arasında geniş
vüsət alan adi turizmdən daha fəal bir prosesdir. Mədəniyyət irsinə dair
yanaşmalar ölkədən ölkəyə, bölgədən bölgəyə kimi mədəniyyət irsinin
növünə,  xarakterinə,  məkan  xüsusiyyətlərinə,  tarixinə,  turizm  dəb
anlayışlara görə də dəyişir. Turizmin sahil bölgələrinə dağıdılması yerinə
ölkənin  hər  yerinə  yayılmasını  təmin  edəcək  səylər  planlar  işlənib
hazırlanır. Bu səbəblə dünyada son 20 il ərzində mədəniyyət mirası və
bunun bir sektor olaraq ələ alınması getdikcə əhəmiyyət qazanmış, bu
məsələdə yalnız yeni tətbiqi növləri deyil həm də yeni anlayışlar da inkişaf
etdirilmişdir.
Mədəni turizm anlayışı ilə ölkə-region torpaqları üzərində/altında
yerləşən və keçmiş dövrlərdən bəri davam edən hər cür maddi qalıq ilə
şifahi ənənənin, bunlara zərər vermədən cəmiyyətin bəhrələndiyi dəyərə
çevrilməsi izah edilməyə çalışılır. Avropa mədəniyyəti turizmin ən qədim
və ən əsas yaradıcılarından biri qəbul edilir. Hətta icma aktı mədəni irsin
turizm  üçün  əhəmiyyətini  vurğulamaqla Avropalıların  mədəniyyətləri,
adət-ənənələri və həyat tərzlərinin daha çox tanınmasını qarşısına məqsəd
qoymuşdur. Muzeylər üçün dəstək verilməsi, tarixi binaların otellərə ya da
başqa  yerləşdirmə  obyektlərinə  çevrilməsi  kimi  prioritetlər  müəy -
yənləşdirilib.  Bundan  başqa,  konsert  salonları,  teatrlar  kimi  mədəni
mərkəzlər üçün maliyyə yardımı aparılır və şəhərlə əlaqədar quruculuq
proqramları  çərçivəsində  tarixi  şəhər  mərkəzlərinin  qorunması  üçün
layihələr dəstəklənir.
Sözü  gedən  aktual  məsələyə  aid  müxtəlif  mənbələrdən  olan
məlumatları toplayaraq hazırkı məqalədə cəmləməyə çalışmışam. Son
olaraq Avropa Birliyinin turizm siyasətində alternativ turizm növlərinin
inkişafına xüsusi diqqət edildiyi aydın sezilir. Regionlarda ənənəvi turizm
növləri ilə yanaşı alternativ turizm növlərinin inkişafı Avropa Birliyi turizm
siyasətin əsas tərkib hissəsidir. Sea, Sun, Sand üçlüyünün yaratdığı 3S tur-
izminin ilə yanaşı Exciting, Educational, Entertainment üçlüyünün təşkil
etdiyi  3E  turizminin  inkişafı  sözü  gedən  regionda  sahil  kənarında
yerləşməyən  ərazilərdə  də  turizmin  inkişaf  etdirilməsi  əsas  hədəflər
sırasındadır. Avropa Birliyi turizm vizyonuna nəzər saldıqda şəhər turizmi
çərçivəsində mədəni turizmin inkişafı əsas prioritetlərdəndir.
Çağdaş  dövrdə  ölkəmizdə  də  alternativ  turizmin  inkişafı  geniş
perspektivə  malikdir.  Su  hövzələrindən  kənarda  yerləşən  bəzi  coğrafi
Mehdi Həsənzadə
14


ərazilərimizdə alternativ turizm növləri yaradıb inkişaf etdirməklə həm
sözü gedən ərazilərdə geniş iş imkanları həm də Azərbaycanın qədim tarixi
abidələrini, milli folklorunu, milli-mənəvi dəyərlərinin gələn turistlərə
təbliği prosesini düzgün istiqamətləndirmək şansı yaradır.
Ədəbiyyat
1. Türsab 1999: Yeni min ildə Avropa, turizm ve Türkiyə.
İstanbul. Səhifə 15
2. Avropa Birliyi 2000: Avropa Birliyi Turizm Siyasəti,
Türkiyə nümayəndəliyi komissiya Hesabatı. Ankara. Səhifə 19-20.
3. Avcıkurt 2001: “Avropa Birliyi uyğunlaşma prosesində
Türk turizminin prioritetləri” Türkiye Turizmini Araştırma İnstitutu. 
1-ci Milli Türkiyə Turizmi Simpoziumu Kitabı. İzmir. Səhifə 44-61
4. Türsab 1998: Dünyada ve Türkiyədə Səyahət Sənayesi.
İstanbul. Səhifə 23
5. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi 2006:
Türkiye Turizm Strategiyası. Ankara. http://www.kultur.gov.tr/ 
15
Avropa Birliyinin turizm siyasəti çərçivəsində alternativ turizm


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə