Qonaqpяrvяrlik tяdqiqatlarы Beynяlxalq jurnal



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix15.07.2018
ölçüsü1,39 Mb.
#56098
1   2   3   4   5   6   7   8   9   ...   74

UOT-9:91:910.4
Mehdi HƏSƏNZADƏ
Menecment ixtisası üzrə magistr 
Azərbaycan Turizm və Menecment Universiteti 
hesenzademehdi@gmail.com 
Avropa Birliyinin turizm siyasəti çərçivəsində
alternativ turizm
Alternative tourism within the frames of
European Union tourism policy
Альтернативный туризм в рамках туристической политики
Европейского Союза
Abstract: Expansion of the search for alternative tourism all over the
world since the 1990s and the work done to expand and diversify the types
of tourism showed that European countries have all the resources that will
allow for the development of almost all forms of tourism in terms of nat-
ural, historical and cultural resources. Now, 3E (Exciting, Educational, En-
tertainment) tourism which has replaced 3S (Sea, Sun, Sand) tourism,
promotes the development of tourism even in the areas that are not located
on the shores of the sea, along with traditional coastal tourism.
As the EU is a union of different cultures, one of the main goals is to
achieve cultural integration and promote multiculturalism and social con-
vergence by creating a common tourism policy.
Keywords: EU, tourism, traditional tourism, alternative tourism, 3S
tourism, 3E tourism and multiculturalism.
Резюме:  На  основе  поиска  альтернативных  видов  туризма  в
1990-х гг. и проделанные работы по развитию и диверсификации
видов туризма во всём мире было выяснено, что природные ресурсы,
исторические корни, культурные обычаи и рестораны европейских го-
сударств могут способствовать развитию других областей туризма.
Пришедший на замену 3S (море, солнце, песок) туризма 3E (Захваты-
вающие, Обучающие, Pазвлечения) туризм, наряду с традиционным
прибрежным туризмом способствуют развитию туризма на террито-
риях, не расположенных на берегу моря.
Т.к. ЕС является объединением различных культур, одной из ос -
но вных целей является обеспечение межкультурного, общественного
Turizm vя qonaqpяrvяrlik tяdqiqatlarы
Tourism and hospitality studies
8


сбли жения и развитие туризма, выработав общую туристическую по-
литику.
Ключевые слова: ЕС, туризм, традиционный туризм, альтерна-
тивный туризм, 3S туризм, 3E туризм, мультикультурализм. 
Turizm: Latın dilində dönmək, ətrafını gəzmək, geri dönmək mənasını
ve rən "tornus" kökündən yaranmışdır. "Tornus" sözü qərbdə: "Tour","Tour-
ing", "tourner" kimi sözlərlə ifadə edilir. Turizm anlayışı da davamlı hə rə -
kət etməyi ifadə edən bu sözdən yaranmışdır çünki turistik hərəkət yaşayış
yerindən  başlayır  və  bu  başlanğıc  nöqtəsində  sona  çatır.  Hal-hazırda
istifadə etdiyimiz turizm sözü əsl mənasıyla 19-cu əsrin ilk yarısında
istifadə edilməyə başlanmışdır.
Əvvəlki çağlarda insanlar təməl ehtiyaclarını aradan qaldırmaq üçün
yer dəyişdirmək məcburiyyətində idilər. İnsanlar məskunlaşmağa baş ladıq -
dan sonra müxtəlif növ ehtiyaclarını ödəmək məqsədi ilə səyahət edən in -
san  lar meydana çıxmışdır. Orta əsrdə xüsusilə Romalılar dövründə, zövq
və əyləncə turizmi başlamışdır. Avropada Xristianlıq küləklərinin sərt əs -
di yi dövrlərdə minlərlə xristian günahlarından təmizlənmək üçün mü qə d -
dəs şəhərləri ziyarət etməyə başladıqdan sonra bu səyahətlər müqəddəs
sayılan yerlərin zənginləşməsinə və bu şəhərlərdə yaşayan insanların rifah
səviyyəsinin yüksəlməsinə səbəb olmuşdur.
Çağdaş dövrdə milyonlarla insan gündəlik həyatlarını davam et dir -
dik ləri yerlərdən müvəqqəti müddətlər üçün başqa yerlərə hərəkət et mək -
də dirlər. Bu vəziyyət 20-ci əsrə xas müasir bir hadisə olaraq görülməsinə
rəğ mən yer dəyişdirmə insanlıq tarixi qədər qədimdir. İnsanlar əsrlər boyu
müxtəlif səbəb və məqsədlərlə olduqları yerin xaricindəki başqa bir coğrafi
məkana hərəkət etmişlər. Dinamik bir quruluşa sahib olan turizm, müxtəlif
dillərdə  müxtəlif  anlayışlarla  ifadə  edilməkdə  və  bu  ifadələr  özü  bu
mövzuda müzakirə obyektinə çevrilmişdir.
Xüsusilə inkişaf etməkdə olan ölkələr baxımından turizm əhəmiyyətli
bir  gəlir  mənbəyidir.  Ölkələr,  xüsusilə  inkişafları  üçün  zəruri  olan
valyutasını təmin etmək, yeni iş sahələri açmaq, milli gəlirlərini artırmaq
məqsədiylə beynəlxalq turizmdən pay almağa çalışırlar. Bununla birlikdə
işsizlik,  milli  gəlir,  regionlararası  balanssızlıq  kimi  problemlərə  həll
gətirməsi məqsədiylə də turizmlə maraqlanmaqdadırlar.
Günümüzdə turizm ənəvi və alternativ turizm olaraq 2 yerə bölünür.
Bəzi ədəbiyyatlarda bu fərqliliyi sahil və şəhər turizmi də adlandırırlar.
Əsasən dəniz, qum, günəş üzərində qurulan ənənəvi turizm getdikcə yerini
daha çox şəhər turizminə verməkdədir.
9
Avropa Birliyinin turizm siyasəti çərçivəsində alternativ turizm


Alternativ turizm deyərkən hər hansı bir coğrafi ərazi üçün xas ol-
mayan turizm növlərinin yaradılması və inkişaf etdirilməsi başa düşülür.
Alternativ turizm anlayışı dünyadakı bir çox ölkə tərəfindən və ölkəmiz
tərəfindən istifadə edilir. Bununla yanaşı alternativ turizm üzərində bir çox
təriflər meydana çıxmışdır. Məlum olduğu kimi, ictimai elmlərdə tək bir
qayda  olmadığından,  bu  təriflərdən  yalnız  birini  düzgün  qəbul  edib
digərlərini yox saymaq doğru deyil. Bu səbəblə bu alt başlıqda alternativ
turizm anlayışı aid edilən təriflər araşdırıb ümumi bir nəticəyə gəlməyə
çalışmışam.
Bu mövzudakı ədəbiyyat araşdırılarkən, alternativ turizmlə bağlı iki
əsas yanaşma olduğu görülür. Bunlardan birincisi; Alternativ turizmin digər
turizm  növlərinə  bağlı  amma  tamamlayıcı  bir  turizm  növü  olduğu
yolundadır. İkinci yanaşmada isə alternativ turizm formalaşması baxımın -
dan ənənəvi turizmdən fərqli xüsusiyyətlərə sahib daha xüsusi məsələlərlə
hərəkətə gətirilən bir turizm növü olaraq güman edilir. Bu xüsusiyyətlər;
Ümumilikdə təbii yeməkxanalar, turist tələbindəki özünəməxsus bir sıra
xüsusiyyətlər olaraq ifadə edilir. Daha sonrakı illərdə isə alternativ turizm
ərazi üçün xas olmayan turizm növlərinin turistlərə təqdim olunmasi kimi
anlaşılmışdır.
Geniş şəkildə baxıldıqda alternativ turizmin sosial əlaqə üzərində qu-
rulan, turizmə paralel olaraq inkişaf etdirilən xüsusi üstünlüyə əsaslanan
bir turizm növü kimi ifadə edildiyi görülməkdədir. Eyni zamanda bu faktın
Avropada "soft turizm" kimi uzun illər qəbul gördüyü də ortadadır. Ancaq,
1980-cı illərin sonunda görülən işlər nəticəsində soft turizmin fərqli məna
kəsb etdiyi və alternativ turizmlə eyni olmadığı nəticəsinə gəlinmişdir.
Hazırda turizmin yaratdığı iqtisadi, sosial, mədəni və siyasi təsirlər,
xüsusilə beynəlxalq iqtisadi və siyasi əlaqələrdə oynadığı rol getdikcə
əhəmiyyətli dərəcədə artmaqdadır. Bu vəziyyət yalnız beynəlxalq turizm
hərəkatından böyük pay alan inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda
inkişaf etməkdə olan ölkələrdə də turizmə verilən əhəmiyyəti artırır. Tur-
izm, beynəlxalq miqyasda geniş məşğulluq imkanları yaradan bir sektordur
və dünyada təxminən 300 milyon insanı işlə təmin edir. Başqa bir ifadə ilə;
Dünyada hər 16 işləyəndən biri turizm sektorundadır və bütün beynəlxalq
kapital  qoyuluşlarının  təxminən  7  faizi  turizm  sahəsində  aparılır.  Bu
baxımdan dünyada və ölkəmizdə turizmə verilən əhəmiyyət artmaqda, tur-
izm meylləri müxtəliflik əldə etməkdə, yeni yerlər, yeni turizm növləri
insanların diqqətini nəzərəçarpacaq dərəcədə cəlb edir.
Turizmdən danışarkən Avropanın bu sahədə payından və inkişafı pers -
pek tivlərindən danışmaq qaçılmaz bir faktdır. Təbii coğrafi quruluşu, zən -
gin memarlıq abidələri və bir sıra cəlbedici xüsusiyyətləri ilə Avropa öl kələri
Mehdi Həsənzadə
10


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə