QəRİbov asəF ƏZİzov anar


 Klassik beynəlxalq ticarət nəzəriyyələri



Yüklə 1,7 Mb.
Pdf görüntüsü
səhifə30/112
tarix12.02.2022
ölçüsü1,7 Mb.
#83719
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   112
Beynelxalq ticaret emeliyyatlari

3.2. Klassik beynəlxalq ticarət nəzəriyyələri 
 
Adam Smit və mütləq üstünlüklər nəzəriyyəsi - Ticarət 
kapitalının  iqtisadi  düşüncəsinə  -  merkantilizmə  qarşı  fikir 
axını  fiziokratlar  tərəfindən  təbiətin  gücü  adı  altında  Fransada 
meydana  gəldi.  Bu  axın  milli  gəlirin  yaranmasında  ticarətin 
rolunu  qəbul  etməmişdi.  Başqa  sözlə  onlar  dəyərin  mənşəyini 
tədavül  sferasında  deyil,  istehsal  sferasında  axtarmağa  başla-
mışlar. Lakin onlar istehsal sferasını yalnız əkinçiliklə məhdud-
laşdırır,  torpağı  yeganə  istehsal  amili  hesab  edir,  sənayeni  isə 
qeyri-məhsuldar  adlandırırdılar.  Onların  fikrincə  ilahi  gücə 


48 
 
malik  olan  təbii  sistem,  "görünməyən  əl"  iqtisadi  hadisələri 
optimal şəkildə nizamlayır və ona görə də iqtisadiyyata dövlə-
tin  müdaxilə  etməsinə  ehtiyac  yoxdur.  Bununla  da  onlar  bey-
nəlxalq ticarətin də  sərbəst  buraxılmasını nəzərdə  tutan libera-
lizm anlayışının əsasını qoydular. 
Fiziokratların  müdafiə  etdiyi  fikirlər  klassik  iqtisadi 
məktəbin  meydana  gəlməsi  üçün  əlverişli  şərait  yaratdı.  Klas-
sik  iqtisadi  məktəbin  banilərindən  olan  Adam  Smit  (1723-
1790)  yuxarıda  qeyd  edildiyi  kimi  təbii  sistem  ideyasını 
müdafiə etmiş, iqtisadi həyatı tənzimləyən, ilahi mahiyyət daşı-
yan və həyatın özündə "görünməyən əl", "iqtisadi adam" anla-
yışlarını əsaslandırmışdır. O, sübut etmişdir ki, bu əl fərdlərin 
öz  mənfəətini  maksimuma  çatdırma  cəhdlərindən  ibarət  olan 
rasionallıq  prinsipidir.  A.Smitin  fikrincə  sərvətin  mənbəyi  nə 
yalnız  qiymətli  daşlar,  nə  də  yalnız  torpaqda  becərilən  kənd 
təsərrüfatı  məhsullarıdır.  Sərvət  bütün  istehsal  amillərinin 
iştirakı ilə hər bir sahədə (kənd təsərrüfatı, sənaye, ticarət və s.) 
istehsal olunan məhsulların ümumi miqdarı ilə müəyyən edilir. 
İstehsalın  məhsuldarlığını  isə  əmək  bölgüsü  və  ixtisaslaşma 
təmin edir. Əmək bölgüsü və ixtisaslaşma yalnız ölkə daxilində 
deyil, beynəlxalq aləmdə də rifah səviyyəsini yüksəldir. 
1776-ci  ildə  Adam  Smit  "Xalqların  zənginliyinin 
mahiyyəti  və  səbəbləri  haqqında  tədqiqat"  əsəri  ilə  merkanti-
lizm  ideyalarına  güclü  zərbə  vurdu.  Onun  fikrincə  ticarət 
vasitəsilə  dünyanın  iqtisadi  potensialının  genişləndirilməsi 
imkanı vardır. Bu zaman o çox mühüm bir müddət irəli sürdü: 
xarici  ticarətdən  hər  hansı  bir  ölkənin  iqtisadi  faydası  heç  də, 
hökmən  hər  hansı  digər  bir  ölkənin  ziyanı  hesabına  əldə 
edilmir. Başqa sözlə ticarət kanalı ticarət edən bütün ölkələrin 
hamısına da eyni zamanda fayda verə bilər. O, merkantilistlərin 
əksinə olaraq, ticarətin sərbəst olması ideyasını müdafiə edir və 
hesab  edirdi  ki,  beynəlxalq  ticarət  vasitəsilə  ayrı-ayrı  ölkələr 
varlandıqca dünya iqtisadiyyatı da inkişaf edir. O, qeyd edirdi : 


49 
 
heç vaxt ağıllı ailə başçısı kənarda mövcud olan ucuz əmtəənin 
istehsalını  öz  evində  təşkil  etməz  və  onun  satın  alınması 
haqqında  fikirləşər.  Eyni  prinsipi  o,  millətlərə  də  şamil  edirdi 
və  bununla  da  beynəlxalq  əmək  bölgüsünə  böyük  əhəmiyyət 
verirdi.  Onun  fikrincə,  ölkələr  qapalı  iqtisadiyyatdan  imtina 
edərək,  daha  sərfəli  beynəlxalq  ticarətlə  məşğul  olurlar.  Hər 
hansı  bir  ölkə  bir  əmtəəni  digərinə  görə  mütləq  olaraq  daha 
ucuz istehsal edə bilirsə, həmin ölkə bu əmtəənin istehsalı üzrə 
ixtisaslaşmalıdır.  Bunun  əvəzində  isə  mütləq  üstünlüyə  malik 
olmadığı əmtəələrin istehsalı və ixracı ilə digər ölkələr məşğul 
olmalıdırlar. 
A.Smitə  görə  üstünlük,  bu  malın  hər  hansı  bir  ölkədə 
digər ölkələrə görə daha məhsuldar şəkildə istehsal edilməsidir. 
Belə  bir  beynəlxalq  ixtisaslaşma  nəticəsində  istehsal  amilləri 
ölkələr arasında daha əlverişli istifadə olunur və dünya istehsa-
lında  artım  təmin  olunur.  Təbii  ki,  bir-biri  ilə  ticarət  aparılan 
bütün  ölkələr  bundan  faydalanır.  Onun  fikrincə  bütün  zəngin-
liklərin başlıca mənbəyi olan beynəlxalq əmək bölgüsünün ver-
diyi səmərəni, yalnız sərbəst ticarət ilə əldə etmək mümkündür. 
Aşağıdakı misal mütləq üstünlüklər nəzəriyyəsinə daha 
da aydınlıq gətirir. Bunun üçün Azərbaycan və Türkiyə arasın-
da  A  və  B  mallarının  istehsalı  və  mübadiləsini  misal  gətirək. 
Fərz edək ki, Azərbaycanda 1 ton A malının istehsalı 10 əmək 
gününə,  1  ton  B  malının  istehsalı  isə  20  əmək  gününə  başa 
gəlir. Türkiyədə isə 1 ton A malı 20 əmək gününə, 1 ton B malı 
isə  10  əmək  gününə  başa  gəlir.  Bu  rəqəmləri  cədvəl  şəklinə 
salaq. 

Yüklə 1,7 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə