_________________________________________Eşqə doğru
11
HƏR ŞEY
SEVGİDƏN
BAŞLADI…
Elşad Ərşadoğlu ____________________________________
12
_________________________________________Eşqə doğru
13
EŞQƏ DOĞRU
Eşqə uçarsan,
qanadların yanar.
Sədi ŞİRAZİ
Eşqə uçmasan,
qanadların nəyə yarar?
Mövlana Cəlaləddin RUMİ
Eşqə qovuşduqda
qanadları kim arar?
Yunus ƏMRƏ
Yenə ruhum pərvaz,fikrim oyaqdı,
Qəlbimdə arzular qalaq-qalaqdı.
Eşqə doğru yol gedirəm nə vaxtdı,
Bir sevginin ətəyindən yapışıb.
Tilsimləyib gözlərimi, qəlbimi,
O sevdadı varlığımın hakimi.
Bu dünyada dolanıram kor kimi,
Bir sevginin ətəyindən yapışıb.
Elşad Ərşadoğlu ____________________________________
14
Gizlənmişəm müəmmada, sirdə mən,
Ölsəm yenə əyilmərəm dərdə mən.
Bu dünyaya gələcəyəm bir də mən,
Bir sevginin ətəyindən yapşıb<
_________________________________________Eşqə doğru
15
SEVGİ ADAMI
Mən bir sevgi adamıyam,
Sorma, adım nədir mənim.
Sevgidən doğan nifrət də,
Ürəyimə yatır mənim.
Bir ömürlük, gəldi-gedər,
Müvəqqəti səadətlər,
Ucuz sevgi-məhəbbətlər,
İçərimdə batır mənim.
Çıxarram üzə sevgimi,
Bu qədim, təzə sevgimi.
Çevirrəm sözə sevgimi,
Gücüm buna çatır mənim.
Sanma ki, Allaha qulam,
Mən Ona dostam, oğulam.
Onu sevməklə məşğulam,
İşim-gücüm budur mənim.
Elşad Ərşadoğlu ____________________________________
16
Hər adam bu işi bilməz,
Bu iş qadın, kişi bilməz.
Biri bilər, beşi bilməz,
Sözüm Allah dadır mənim...
_________________________________________Eşqə doğru
17
SEVGİ QOXUYAN ADAM
Dərd sevinc cildinə girib şən gəlib,
Olub ürəyinlə tənbətən gəlib.
Başına nə gəlib sevgindən gəlib,
O, səni bu kökə qoyubdu, adam!
Həm çölünü, həm içini talayıb,
Nifrəti, qəzəbi, kini talayıb.
Bu sevgi nə vaxtdı səni talayıb,
Bu sevgi qəlbini soyubdu, adam!
Sevgi ürəkdə qəm, saçda dən olur,
Ən çəkilməz dərdlər sevgidən olur.
Sevginin də çoxu bezdirən olur,
Camaat sevgindən doyubdu, adam!
Sevdin nə qazandın bax, belə olmaz,
Çıxacaq axrına, yox, belə olmaz...
Üstünə-başına ətir vur bir az,
Sevgi qoxuyursan ayıbdı, adam!..
Elşad Ərşadoğlu ____________________________________
18
YOXSUL... VARLI
Gör necə yoxsuluq biz,
baxmayaraq ki,
ömrümüzdə
neçə-neçə ölümdən,
neçə-neçə ömürdən iz var,
ikimizə cəmi bircə sevgimiz var<
* * *
Gör necə varlıyıq biz,
qiymətlidir sevgimiz,
heç kəs geri qaytarmır.
Gecə-gündüz hər yerdə,
evdə,
işdə,
şəhərdə
xərcləyirik, qurtarmır<
Dostları ilə paylaş: |