28
3. Torpağın yaranması və həyatı ilə bağlı proseslər Yerdə maddə və enerjinin mürəkkəb dövranı ilə bağlı
geoloji, bioloji və biogeokimyəvi proseslərin tərkib hissəsidir.
Maddələrin geoloji dövranı adlanan hadisə zaman və məkan daxilində öz miqyasına
görə daha
möhtəşəmdir. V.A.Kovdaya görə, “
torpaqşünaslıq nöqteyi-nəzərindən maddələrin geoloji dövranı yer
qabığının, maqmatik və çökmə dağ süxurlarının və mineralların yaranması, onun stratifik horizontlarının,
aşınma qatının və relyef formalarının ayrılması, denudasiya və su, bərk və kimyəvi axınların formalaşması,
yerüstü və yeraltı sular və eol vasitələrlə gətirilmiş maddələrin sedimentasiyası və akkumulyasiyası
proseslərinin məcmusudur”.
Geoloji dövran torpaqəmələgəlmə ilə bağlı olan proseslərin iştirakı olmadan da baş
verə bilər. Lakin biosfer və torpağın mövcudluğu şəraitində onlar səth və yeraltı axınların formalaşmasında,
çökmə, səth və dib çöküntülərinin yaranmasında və s. əhəmiyyətli rol oynayırlar. Biosfer və torpaqların
yaranması və fəaliyyəti proseslərində
bioloji və biogeokimyəvi dövranlar formalaşmışdır.
Bioloji dövran anlayışına V.A.Kovda “
mühitlə bitki və heyvan orqanizmlərinin məcmusu arasında maddə
və enerji mübadiləsinin tsiklik proseslərinin cəmi” anlayışını əlavə etmişdir. Bioloji dövranın sxemi şəkil 1- də
verilmişdir.
Şəkil 1. Bioloji dövranın sxemi
Əgər mühitlə torpaq və ya biot arasında mübadilədə iştirak edən ayrı-ayrı elementlərin
zəncir boyunca
ardıcıl çevrilmə və miqrasiyasını izləsək, məsələn, izotop nişanlama metodu ilə, bütün torpaqlarda və onun
funksional fəaliyyətinin bütün mərhələlərində elementin həm bioloji, həm də abiotik prosesləri əhatə etməklə
tam transformasiya-miqrasiya tsiklinin şahidi olarıq. Məsələn, meşə döşənəyi vasitəsilə elementin torpaq səthinə
düşməsindən, sonradan bitki kökləri vasitəsilə udulmasına qədərki dövrdə o, torpaq
profili boyunca hərəkət edə
bilər. Bu zaman həmin prosesin intensivliyi, istiqaməti təkcə biota ilə deyil, iqlim amilləri, torpağın su-fiziki və
başqa xassələri ilə də müəyyən olunacaqdır. Torpaqda maddələrin transformasiya və hərəkətinin bioloji və
abiotik prosesləri eyni zamanda vahid biogeokimyəvi dövranla da bağlıdır. Maddələrin biogeokimyəvi dövranı
maddələrin transformasiya və miqrasiya axınlarının torpağın cansız fazasında və ya biotda ardıcıl
olaraq məkan
və zaman daxilində hərəkətinin uyğunlaşdırılmış sistemindən ibarətdir. Bioloji və biokimyəvi dövranın iki əsas
xüsusiyyətini qeyd etmək lazımdır. Birinci, orqanizmlərin torpaqdakı maddələrə qarşı
seçicilik qabiliyyətidir.
İkinci, Yer səthinə günəş radiasiyasının düşməsi ilə əlaqədar
dövrilikdir. Bu dövrilik əsasında bitkilərin də
inkişafında dövrilik baş verir. Biogeokimyəvi dövranın sxemi və orada bioloji dövranın yeri və geoloji dövranla
əlaqəsi şəkil 2-də verilmişdir.
29
Şəkil 2. Biogeokimyəvi dövranın sxemi, bioloji dövranın yeri. Maddələrin geoloji dövrana qoşulması və
maddələrin torpağa kənardan daxil olması
Qeyd etmək lazımdır ki, torpaq yerdə müxtəlif həyat formalarının, ilk növbədə bitkilərin yaranması,
yayılması nəticəsində yaranmışdır. Lakin biosferin təkamülü prosesində o
təkcə nəticə deyil, yerdə həyatın
sonrakı mövcudluğu və inkişafı üçün zəruri şərt olmuşdur.
4. Torpaq – unikal mürəkkəb tərkibə malik təbiət cismidir. Bu, torpağı digər təbiət obyektlərindən
fərqləndirən xüsusiyyətlərindən biridir. Əgər dağ süxuru bir neçə mineral birləşmədən ibarətdirsə, istənilən
torpağın tərkibi bitki və mikroorqanizmlərin mürəkkəb bioüzvi birləşmələrindən, onların transformasiyası və
humuslaşması nəticəsində yaranmış birləşmələrdən, həmçinin üzvi və mineral komponentlərin qarşılıqlı təsiri
nəticəsində törəmiş məhsullardan ibarətdir. Bu minlərlə müxtəlif birləşmələr deməkdir ki, onların
çoxu hələ
öyrənilməyibdir.
Torpaqların xassəsi, onların bioməhsuldarlığı və münbitliyi torpaqdakı ayrı-ayrı birləşmələrin tərkibi ilə
müəyyən olunur. Torpağın maddi tərkibinin tam öyrənilməsi sahəsində müəyyən uğurlar olsa da müasir dövrdə
çox çətin məsələdir. Bununla belə, əksər torpaqların mineral tərkibi və bəzi üzvi birləşmələr (şəkər, amin
turşuları, vitaminlər, fermentlər, bir sıra yağlar və s.) yaxşı öyrənilmiş, kompleks
xassəyə malik mineral-üzvi
birləşmələrin tərkibi və xassələri haqqında məlumat toplanmışdır. Nəzərə almaq lazımdır ki, torpaq birləşmələri
yalnız torpaq məhlulunda molekulyar səviyyə kimi dispersləşmişdir. Ona görə də maddələrin
transformasiyasının və qarşılıqlı kimyəvi təsiri proseslərinin əsas hissəsi torpaqda maye fazanın və ya nəmliyin
kifayət qədər olması şəraitində baş verir. Torpağın bərk fazasındakı birləşmələrin əsas hissəsi müxtəlif ölçülü
aqreqatlarda birləşmişdir.
İstənilən torpağın səciyyəvi cəhəti - tərkibində müxtəlif mineral-humus birləşmələrinin mürəkkəb
sisteminin olmasıdır. Bu birləşmələr bioloji mənşəli məhsullarla dağ süxurları komponentlərinin qarşılıqlı
təsirinın nəticəsi kimi ortaya çıxmışdır. Torpaqların maddi tərkibi onların uzun müddət
fəaliyyəti və təkamülü
nəticəsində formalaşır.
Beləliklə, torpaqəmələgəlmənin ən əhəmiyyətli xüsusiyyəti - torpağın bərk fazasına daxil olan bütün
torpaqlar üçün səciyyəvi spesifik birləşmələrin toplanmasıdır. Bu birləşmələrin bir hissəsi öz kimyəvi
strukturuna görə mürəkkəb olub, nisbətən sabit mürəkkəb molekulyarüstü strukturlar (kolloidlər, aqreqatlar,
mikroaqreqatlar) yaradır. Bu strukturlar ayrı-ayrı genetik horizontların morfoloji əlamətlərinin formalaşmasında
ümdə rol oynayırlar.
5. Bütün torpaqlar üçün mürəkkəb ərazi təşkili və həmçinin əlamət, xassə və proseslərin differensiasiyası
səciyyəvidir. Torpaqların struktur təşkilinin aşağıdakı səviyyələri ayrılır:
atomar səviyyə, kristal – molekulyar
səviyyə, aqreqat səviyyəsi, horizont səviyyəsi, torpaq profili və yaxud torpaq səviyyəsi və nəhayət, torpaq
örtüyü səviyyəsi.
Torpağın maddi sistem kimi təşkilinin struktur səviyyələrindən danışarkən, birinci
struktur səviyyə kimi
onun
atomar səviyyəsi götürülə bilər. Müasir torpaqşünaslıqda torpağın atomar struktur səviyyəsi haqqında
danışılanda onun təbii və süni radioaktivliyi başa düşülür. Bütün təbii radioaktiv elementlər 3 qrupa bölünür:
birinci qrup – xüsusi radioaktiv elementlərin izotopları (U
238
, U
235
, Th
232
Ra
226
, Rn
2222,220
), ikinci qrup –