QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə8/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   4   5   6   7   8   9   10   11   ...   94

 
17 
Sonralar  L.İ.Prilipko  (1945)  Lənkəran  zonasının  hirkan  meşələrində, 1947-ci  ildə  Əlican,  Türyançay  və 
Göyçay çayları hövzələrində (Bozdağda) ardıc-saqqız meşələrində, 1948-ci ildə Samux tuqay meşələrində dərin 
tədqiqatlar aparır. Uzun illər boyu Azərbaycanın meşələrinin hərtərəfli öyrənilməsi nəticəsində topladığı zəngin 
materiallar əsasında 1954-cü ildə L.İ.Prilipko «Azərbaycanın meşə bitkiləri» adlı kapital monoqrafiyasını nəşr 
etdirir.                                             
Azərbaycan Respublikasında bitki örtüyünün öyrənilməsində V.İ.Ulyanişev, Ş.O.Barxalov, V.X.Tutayuk, İ.İ. 
Karyagin,  İ.N.Beydeman,  P.D.Yaroşenko,  Ü.M.Ağamirov,  V.Q.  Xryanovski,  Y.M.İsayev,  V.C.Hacıyev, 
V.Ş.Quliyev,  V.S.  Novruzov,  O.V.İbadov,  A.A.Bayramov,  S.H.Musayev,  R.A.  Fətəliyev,  O.H.Mirzəyev, 
E.C.Hüseynov və başqalarının böyük rolu olmuşdur.  
Böyük  Qafqazın  yüksək  dağ  bitkiliyinin  tam  floristik  tərkibi,  dominant  və  subdominant  bitki 
formasiyalarının  geobotaniki  səciyyəsi,  bitki  örtüyünün  dinamikası,  ona  ekzogen  və  endogen,  antropogen 
faktorların təsiri V.C.Hacıyev tərəfindən öyrənilmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə «Azərbaycanın 
bitki örtüyü» xəritəsi Azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdir.  
Azərbaycan EA Botanika İnstitutunda 1949-cu ildə meşə şöbəsi təşkil olunur. Şöbə tarlaqoruyucu  meşə 
zolaqlarının salınması və həmçinin dağ meşələrində meşə təsərrüfatının qaydaya salınması ilə bağlı məsələlər 
üzərində tədqiqatlar aparır.  
1949-cu  ildən  sonra  Botanika  İnstitutunda  meşələrin  öyrənilməsi  əsasən  İ.S.Səfərovun  adı  ilə  bağlıdır. 
İ.S.Səfərov üçüncü dövrün relikt ağacları üzərində uzun illər apardığı tədqiqatlar əsasında iki monoqrafiya çap 
etdirir  (Səfərov, 1962, 1979). Bu  əsərlərində  ilk  dəfə  olaraq  Azərbaycan  florasının  əsas  relikt  ağac  və  kol 
bitkilərinin  bioekoloji  xüsusiyyətləri,  növdaxili  dəyişkənliyi,  təsərrüfat  əhəmiyyəti  hərtərəfli  işıqlandırılmışdır. 
Talış florasının Avrasiyanın digər regionları florası ilə əlaqələri xüsusi olaraq təhlil edilmişdir.  
İ.S.Səfərov ilk dəfə Azərbaycan şəraitində meşəsiz rayonlarda tarlaqoruycu meşə zolaqlarının salınmasının 
praktiki  üsullarını  hazırlamış,  onun  tərəfindən  bu  zolaqların  kənd  təsərrüfatı  bitkilərinin  məhsuldarlığına 
təsirinin  öyrənilməsi  metodikası  işlənilmiş,  aqromeşəmeliorativ  rayonlaşdırma  aparılmış,  tarlaqoyurucu  meşə 
zolaqları  konstruksiyaları  və  Azərbaycanın  ayrı-ayrı  təbii  zonaları  üçün  ağac  növlərinin  tətbiqi  məsləhət 
görülmüşdür (Səfərov, 1958).  
1945-1952-ci  illərdə  İ.S.Səfərov  Mil,  Muğan,  Şirvan,  Qarabağ  düzlərində  və  Lənkəran  zonasında  meşə 
massivləri və qoruyucu meşə zolaqları salınması işinin bilavasitə rəhbəri və iştirakçısı olmuşdur. Bu və ya digər 
rayonlarda  onun  bilavasitə  iştirakı  ilə  22  min  hektardan  çox  süni  meşələr  salınmışdır.  Hal-hazırda  bu  meşələr 
sabit  yüksək kənd təsərrüfatı məhsulu almağa xidmət edir və mühüm ekoloji funksiyaları yerinə yetirir.  
1945-ci ildən başlayaraq İ.S.Səfərov Bakı, Sumqayıt və digər yaşayış məntəqələrinin yaşıllaşdırılması üzrə 
böyük işlər görmüşdür.  
1968-ci  ildən  başlayaraq  İ.S.Səfərovun  rəhbərliyi  altında  eroziyaya  uğramış  dağ  yamaclarında  qərzəkli 
meyvə  bitkilərindən  (əsasən  püstə  və  badam)  plantasiyalar  yaradılmışdır  (İ.S.Səfərov,  M.Y.Xəlilov, 
Ş.Q.Hüseynov, F.H.Məmmədova, 1986).  
Botanika  İnstitutunun  meşəşünaslıq  şöbəsi  İ.S.Səfərovun  rəhbərliyi  altında  təbiətin  mühafizəsi  və 
meşəçilik sahəsində bir sıra layihələr və tədbirlər hazırlamışdır: 
I.  Bakı  su  kəmərinin  üçüncü  növbəsinin  inşası  ilə  əlaqədar  olaraq  Samur-Qusarçay  çayarası  ərazidəki 
kurort  və  suqoruyucu  meşələri  qoruyub  saxlamaq  məqsədilə  elmi  cəhətdən  əsaslandırılmış  tədbirlər 
hazırlanmışdır. 
II.  Magistral  kanallar  boyunca  və  iri  su  anbarları  ətrafında  ümumi  sahəsi  10  min  hektardan  çox  olan 
irriqasiya qoruyucu zolaqlar yaratmaq layihəsi (Q.Cəlilov, M.Xəlilov).  
III.  Respublikanın  meşələrində  yabanı meyvə  ehtiyatları  hesablanmış  və  hər  il  80-100  min ton  müxtəlif 
meyvə və giləmeyvə tədarükü barəsində təklif irəli sürülmüşdür (K.Əsədov).  
IV.  Respublikanın  bütün  ərazisində  2,5  min  ədəd  möhtəşəm  ağac  (çinar,  palıd,  azat  ağacı  və  s.)  aşkar 
edilmiş və onlar canlı təbiət abidələri elan edilmişdir.  
1951-ci  ilin  yanvar  ayında  Azərbaycan  elmi-tədqiqat  meşə  təsərrüfatı  və  arqomeşəmeliorasiya  institutu 
yaradılır. 1950-1958-ci  illərdə  institut  Bakı  şəhərinin  Mərdəkan  qəsəbəsində  yerləşmiş, 1959-cu  ildə  Bərdə 
şəhərinə köçürülmüşdür. İnstitut mövzu planına əsasən öz işini respublikanın müxtəlif bölgələrində aparmışdır.  
İnstitutun meşəçilik şöbəsinin elmi əməkdaşları (H.Dadaşov, N.Sadıxov) meşələrin istifadə üçün qırılması 
üsullarını,  Ə.Hüseynov,  L.Hüseynova  şam  ağaclarının  məhsuldarlığını,  dağ  meliorasiyası  şöbəsi  (K.Əsədov, 
Q.Qəribov) dağ meşələrində fıstıq ağaclarının süni yetişdirilməsi aqrotexnikasını, meşə torpaqşünaslığı şöbəsi 
(B.Mirzəyev, S.Bayramov, M.Xəlilov) dağ rayonlarında meşə əkiləcək sahələrin torpaq-bitmə şəraitini öyrənmiş, 


 
18 
Xırdalan  qəsəbəsində  yerləşən  dayaq  məntəqəsi  (F.Ə.Əmirov,  A.Bandin)  Abşeronda,  Lənkəran  dayaq 
məntəqəsi isə Lənkəran zonasında meşə yetişdirməyin mütərəqqi üsullarını işləyib hazırlamışlar.  
Meşəçilik  şöbəsində  Ə.Hüseynov,  L.Hüseynova  tərəfindən  respublikanın  düzən  rayonlarında  yetişdirilmiş 
meşə əkinlərində xidmət qırması aparılması üzrə müvafiq tövsiyyələr hazırlanıb Dövlət meşə komitəsinə təqdim 
edilmişdir.  
Meşəçilik  və  dendrologiya  şöbəsinin  işçiləri  (Mlokoseviç,  Zubaryeva,  Muradov  və  b.)  institutun 
dendrarisində  400-dən  artıq  ağac  və  kol  növü  introduksiya  etmişlər,  bunlardan  bir  sıra  növlərin  perspektiv 
olduğu aşkar edilmiş, meşələrin məhsuldarlığını artırmaq üçün həmin növlərdən istifadə edilməsinin zəruriliyi 
müəyyənləşdirilmişdir.  
İnstitutun  elmi  işçiləri  şoran  torpaqda  yetişdirilən  ağacların  davamlığını  (S.Ələkbərov,  S.Məmmədov), 
Sultanbud meşəsində bitən saqqız ağaclarının toxumvermə xüsusiyyətini (Ə.İsmixanova), çinar (V.Babaxanov), 
qovaq  (Q.Cəlilov),  texniki  söyüd  (İ.Hüseynov)  ağaclarının  biologiyası  və  yetişdirilmə  aqrotexnikasını  öyrənib 
istehsalata müvafiq tövsiyələr vermişlər.  
H.Quliyev  Azərbaycanın  qərb  zonasında  meşə  yetişdirmək,  K.Əsədov  Kiçik  Qafqazın  meşə  tiplərini 
öyrənmək  üzrə  tədqiqatlar  aparmışlar.  Bir  qrup  tədqiqatçılar  respublikanın  meşələrində  bitən  iberiya  palıdı 
(Ç.Abdullayev), araz palıdı (K.Quliyev), şərq palıdı (F.Cəfərli, H.Adıgözəlov), şabalıdyarpaq palıdın (H.Bədəlov) 
forma müxtəlifliyini təyin etmək yollarını öyrənmişlər.  
Torpaq  eroziyası  üzrə  çalışan  elmi  işçilər  (T.Məmmədov,  F.Hacıyev,  F.Əmirov,  H.Bayramov,  M.Xəlilov) 
Böyük Qafqazın cənub yamacı rayonlarında müasir eroziya proseslərini öyrənmiş, bu prosesə qarşı mübarizə 
aparmaq üçün müvafiq dağ meliorasiya tədbirləri hazırlamışlar.  
İnstitutun  meşəyetişdirmə şöbəsi (A.Bukov,  Q.Nağıyev) müxtəlif təsərrüfatların ərazisində tarlaqoruyucu 
meşə  zolaqlarının  salınması  təcrübəsini  və  bu  zolaqların  ərazinin  mikroiqliminə,  kənd  təsərrüfatı  bitkilərinin 
məhsuldarlığına təsirini öyrənmişlər.  
Respublikada meşələrin elmi tədqiqi və mühafizəsi sahəsində akad. Həsən Əliyevin çox böyük xidmətləri 
olmuşdur.  Hələ  1949-52-ci  illərdə  Botanika  İnstitutuna  rəhbərlik  edərkən  onun  səyi  nəticəsində  8  cildlik 
«Azərbaycanın  florası»  kitabı  nəşr  edilmişdir.  Sonralar  H.Əliyev  Azərb.  EA  Torpaqşünaslıq  və  Aqrokimya 
İnstitutunda  işləyərkən  1956-cı  ildə  orada  meşə  torpaqşünaslığı  şöbəsi  yaradır  və  ömrünün  sonuna  qədər 
meşələrin  və  meşə  torpaqlarının  öyrənilməsi  ilə  məşğul  olur.  Bu  istiqamətdə  elmi-tədqiqat  işləri  apararkən 
H.Əliyev  respublikanın  müxtəlif  regionlarında  ayrı-ayrı  ağac  cinslərinin  yayılması  qanunauyğunluqları  və 
əhəmiyyətinə  diqqət  yetirmiş,  həm  stasionar,  həm  də  marşrut  tədqiqatlarından  müxtəlif  meşə  tiplərinin 
torpaqla  əlaqəsi  və  təsirini  aşkar  etmişdir.  İnsanın  sistemsiz  təsərrüfat  fəaliyyəti  nəticəsində  dağ  və  düzən 
meşələrinin göz qabağında sıradan çıxması, ayrı-ayrı qiymətli ağac növlərinin tükənmək təhlükəsi onu həmişə 
narahat etmiş və özünün «Həyəcan təbili» kitabında həyəcanla çıxış etmişdir.  
Akademik  H.Əliyevin  elmi-təşkilati  fəaliyyəti  nəticəsində  1955-ci  ildə  Azərb.  EA  təbiəti  mühafizə  üzrə 
komissiya  yaradılır  və  o,  bu  komissiyaya  sədr  seçilir.  1963-cü  ildə  isə  H.Əliyevin  təşəbbüsü  ilə  Respublika 
Təbiəti Mühafizə Cəmiyyəti yaradılır. Onun uzun illər rəhbərlik etdiyi bu cəmiyyət bitki örtüyünün, o cümlədən 
meşələrin  mühafizəsi  və  bərpası,  həmçinin  respublikanın  ayrı-ayrı  rayonlarında  yaşıllaşdırma  üzrə  böyük 
tədbirlər  həyata  keçirilir.  Məsələn,  H.Əliyevin  təşəbbüsü  ilə  Dəvəçi,  Şamaxı,  Zəngilan  və  Talışın  Zuvant 
zonasının  arid  meşə-bitmə  şəriatində  püstə,  badam,  saqqızağac,  eldar  şamı,  iydəyarpaq  armud  və  sərv 
ağacından ibarət salınan bağlar, meşə-bağlar təqdirə layiqdir. Hazırda bu bağlardan bol məhsul yığılır.  
H.Ə.Əliyev öz təşəbbüsü ilə 1975-ci ildə yaratdığı «Azərbaycan təbiəti» elmi kütləvi jurnalın baş redaktoru 
idi.  Son  25  il  ərzində  bu  dövri  nəşrdə  (redaktoru  xalq  şairi  Məmməd  Arazdır)  respublikanın  bitki  örtüyünün 
vəziyyəti,  orada  gedən  pozitiv  və  neqativ  hallar,  ayrı-ayrı  bitki  növlərinin  yayılması,  mühafizəsi  və  bərpası 
haqqında maraqlı məlumatlar, tövsiyələr verilir.  
Uzun  illər  apardığı  elmi-tədqiqat  işlərinə  əsaslanaraq  Həsən  Əliyevin  təşəbbüsü  ilə  «Qarayazı  Tuqay 
meşəsi» qoruğu və Böyük Qafqazın şərq qurtaracağında meşə örtüyünün şərq hüdudunda meşə üzərində el-
mi-tədqiqat  işlərini  gücləndirmək  və  mövcud  meşələri  qorumaq  məqsədilə  Pirqulu  dövlət  meşə  qoruğu 
yaradılmışdır.  
Azərbaycan EA coğrafiya institutunda respublikanın meşə örtüyünün hərtərəfli öyrənilməsi təbiəti mühafizə 
şöbəsi (1969) və biocoğrafiya laboratoriyasının (1982) yaranması ilə əlaqədardır.  
1969-1972-ci illərdə Kürqırağı tuqay meşələrinin strukturunu və müasir vəziyyətini tədqiq edərkən orada 
meşələrin  (əsasən  qovaq  meşələrinin)  Mingəçevir  su  anbarından  aşağı  ərazilərdə  quruması  səbəbləri  aşkar 
edilmiş və onların kserofil ağac-kol qruplaşmaları ilə əvəz olunması müəyyən edilmişdir (H.Əliyev, M.Y.Xəlilov, 
1975). Tuqay meşələrinin müasir vəziyyətini əks etdirən irimiqyaslı xəritə tərtib edilmiş, onların bərpası üçün 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə