Qərbi Kaspi Universitetinin kolleci Sərbəst iş TƏLƏBƏ: Xəmmədov Nəsib



Yüklə 366,9 Kb.
səhifə8/8
tarix29.11.2023
ölçüsü366,9 Kb.
#139323
1   2   3   4   5   6   7   8
DOC-20231007-WA0361.

Prezident İlham Əliyevin “azad edilmiş ərazilərdə qurulacaq “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası ilk növbədə dünyada baş verən qlobal cağırışlara cavab verəcək. Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcək, həm də digər regionlarımızda ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayacaq. Prezidentin xüsusi qeyd etdiyi kimi işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının yaradılması nəzərdə tutulub. Həmin ərazilərdə ağıllı şəhər həllərinin –elektrik istehlakının izlənməzi, ağıllı işıqlandırma, sensor küçə işıqları və sensor işıqforlar kimi texnologiyaların tətbiqi bir tərəfdən istixana qazı tullantılarının, digər tərəfdən elektrik və istilik sərfini əhəmiyyətli azalda bilər. Ağıllı şəhər həllərini ən çox tətbiq edən 5 şəhər Sinqapur, London, Amsterdam, Honq-konq, Nyu-York həm də dünyanın əsas turizm mərkəzləridir. Deməli “ağıllı şəhər” texnologiyaları böyük potensiala malik Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkan yarada bilər.

Bu aspektdən ilk olaraq pilot layihə kimi Şuşa şəhərinin “ağıllı şəhər” konsepsiyası çərçivəsində qurulması turizm potensialına əlavə üstünlük verəcək. Məsələn Şuşada interaktiv məlumatverici lövhələr quraşdırılması, turizm xidmətləri ilə bağlı mobil tətbiqlər, tarixi abidələr, keçmiş münaqişənin izləri haqqında məlumat verən robot-bələdçilər, intelektual nəqliyyat sistemi, “yaşıl” enerji istehsalının tətbiq olunması ilə ekoloji daha təmiz turizm məkanlarının mümkünlüyü həmin regiona xarici turist axınına şərait yaradacaq.

Mövcud olan problemlərə baxmayaq, Azərbaycan postpandemiya ərzində turizmin inkişafı üçün kompleks tədbirlərə əl atmalıdır. Ələxsus da “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin 2025-ci ilədək region ölkələri arasında və eyni zamanda digər dünya ölkləri arasında əsas turizm öklərindən birinə çevrilməyi hədəf qoymalıdır. Qarabağın işğaldan azad olunması, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında turizm potensiallarının üstünlüklərindən yararlanmaq bu baxımından çox əhəmiyyətli olacaqdır.


Yüklə 366,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə