Qarişqa möCÜZƏSİ


Koloniya qoxusu təkamül keçiribmi?



Yüklə 0,58 Mb.
səhifə3/10
tarix20.10.2017
ölçüsü0,58 Mb.
#5739
1   2   3   4   5   6   7   8   9   10

Koloniya qoxusu təkamül keçiribmi?
Koloniya qoxusundan danışarkən üzərində durulması gərəkli olan çox önəmli məsələlərdən biri də təkamül nəzəriyyəsilə bağlıdır. Qarışqa, yaxud digər sosial böcək koloniyalarının (arılar, termitlər) özlərinə məxsus feromenlərlə yoldaşlarını tanıya bilməsi təkamül mexanizmləri tərəfindən necə izah olunur?

Bütün çatışmazlıqlarına rəğmən, təkamül nəzəriyyəsini müdafiə etməyə çalışanlar feromenlərin təbii seçmə nəticəsində (canlılarda əmələ gələn faydalı dəyişikliklərin saxlanılıb, zərərlilərin çıxdaş edilməsi) yaradığını deyirlər. Halbuki, qarışqalar da daxil olmaqla, heç bir böcək cinsi üçün bu, keçərli ola bilməz. Bu baxımdan ən kəsərli misal bal arılarıdır. Belə ki, düşmən hücum edərərkən bir bal arası digərlərinə xəbər vermək üçün xüsusi feromen ifraz edir. Və bunun ardınca dərhal ölür. Çünki bal arısının orqanizmi həmin feromeni ancaq bircə dəfə ifraz etməyə qadirdir. Bu halda, belə bir “faydalı dəyişikliyin” təbii seçim yoluyla sonrakı nəsillərə ötürülməsi necə mümkün ola bilər?

Bu açıqlamadan da göründüyü kimi, kasta sisteminə aid həşərat cinsləri arasındakı kimyəvi xəbərləşmənin təbii seçim yoluyla yaranması imkansızdır. Bu, eyni zamanda göstərir ki, həmin xəbərləşmə şəbəkəsini quran elə həşəratların özünü yaradan qüvvədir.
Qarışqa dəvəti
Qarışqalar çox yüksək səviyyədə fədakarlıq hissinə sahibdirlər və buna görə də haradasa bir qida qaynağı tapan kimi, mütləq digər yoldaşlarını da dəvət edərək, tapdıqlarını paylaşırlar. Bunun üçün qidanı hamıdan əvvəl tapan qarışqa yükünü götürərək, yuvaya dönür. Dönərkən qarnının ucunu qısa fasilələrlə yerə sürtür və kimyəvi izlər buraxır. Amma dəvət bununla bitmir; qarışqa yuvaya çatanda xüsusi işarələr verir və yoldaşlarıyla əlaqə qurur. Daha sonra o, tapdığı qida mənbəyinə dönmək istəyəndə bütün yoldaşları ona qoşulmaq istəyirlər. Amma yalnız ən yaxın “antenna təmasında” olanlar bu “kampaniya”ya qatıla bilir. Həmin qarışqalar duyğu siqnalları və vücudları üzərindəki feromenlər vasitəsilə sürəkli şəkildə bir-birlərilə ünsiyyət saxlayırlar.

Qeyd edək ki, hətta dəvətedici qarışqalar olmayanda belə, digər qarışqalar kimyəvi izlərə düşərək, gedib qida mənbəyini tapa bilirlər. Və yaxud, qidanı kəşf edən qarışqa yuvaya gedib “rəqs” edincə, yoldaşları başqa heç bir kömək olmadan gedib yemək mənbəyinə çata bilirlər.

Qarışqaların digər bir maraqlı cəhəti isə “dəvətnamə” qismində çeşidli kimyəvi maddələr ifraz etmələridir. Onların sadəcə qida qaynağına toplaşmaq üçün nəyə görə bu qədər çox müxtəlif kimyəvi maddələr buraxdıqları bəlli deyil. Fəqət bəzi versiyalar görə, bu maddələrin çeşidliyi izlərin bir-birinə qarışmaması üçündür. Bundan başqa, qarışqalar mesaj göndərərkən də fərqli siqnallar verirlər, onların hər birinin gücü digərlərindən fərqlənir. Koloniya aclıq keçirəndə və ya yuvanı genişləndirməyə ehtiyac duyulanda siqnalların gücü artırılır.

Qarışqa toplumlarının bu dərəcədə sistemli olması insanlar üçün çox ibrətamiz örnəkdir. Özü də elə hər mənada. Sadəcə öz mənfəətlərini düşünən və bunun uğrunda başqalarının haqlarını rahatca tapdalayan insanlardan ibarət cəmiyyətlərə baxanda, qarışqaların son dərəcə fədakar yaşamları daha “əxlaqlı”lır. Başqa yandan, təkmülçülərin nəzəriyyəsilə qarışqaların bu cür davranışlarını izah etmək təbii ki, mümkün deyil. Çünki təkamül təlimi təbiətdəki tək qanunun yaşam mücadiləsi və çarpışma olduğunu iddia edir. Halbuki, qarışqaların (və başqa xeyli heyvan növlərinin) davranışı bunu yalanlayaraq, fədakarlıq gerçəyini göz önünə sərir.


Antenna dili”
Koloniya daxilindəki intizamın saxlanması zamanı qarışqaların “antenna”larıyla bir-birlərinə toxunaraq anlaşmaları onların arasında sözün həqiqi mənasında bir “antenna dili”nin mövcudluğunu göstərir. Qarışqalar toxunma yoluyla verilən antenna siqnallarından yemək zamanın gəldiyini, dəvəti, yuva yoldaşını tanıdığını və s. bildirmək üçün istifadə edirlər. Məsələn, Afrikada yaşayan bir qarışqa növünün işçiləri qarşılaşarkən antennalarını bir-birinə sürtürlər. Bu “antennalaşma” yalnız salam və yuvaya dəvət mənalarını daşıyır. Bu dəvət növü bəzi qarışqa növlərində (məsələn, Nyroronera) çox qabarıq nəzərə çarpır. Onlarda iki işçi üz-üzə gələndə dəvət edən qarışqa başını 90 dərəcə yana əyərək, antennasıyla yoldaşının qafasının altına və üstünə toxunur. Dəvəti alan qarışqa da oxşar şəkildə cavab verir.14

Qarışqalar antennalarıyla yuva yoldaşlarının vücudlarına toxunduqları zaman məqsəd onlara bilgi vermək deyil, əksinə, o birinin ifraz etdiyi kimyəvi maddələri duyaraq, bilgi almaqdır. Özü də qarışqalar əldə etdikləri informasiyaları yuva yoldaşlarına da ötürürlər.

Toxunma yoluyla ünsiyyətə aid ən gözəl örnək qarışqanın bir toxunuşla qurşağında saxladığı yemi çıxarıb, digər bir qarışqanı bəsləməsidir. Bununla bağlı aparılan maraqı bir təcrübədə araşdırmaçılar Myrmica və Formica cinsindən olan işçi qarışqaların vücudlarının çeşidli hissələrinə insan tüküylə toxunaraq, onların maye qidalarını ağızlarından çıxarmağa çalışıblar və bunu bacarıblar. Ən həssas qarışqa isə yeməyini yenicə bitirmiş və yediklərini paylaşmaq üçün yuva yoldaşlarını arayan qarışqa olmaşdu.

Araşdırmaçılar onu da kəşf ediblər ki, bəzi böcək, həşarat və parazitlər də bu taktikadan xəbərdardırlar və həmin yolla qarışqaların yeməyinə şərik çıxaraq, bəslənirlər. Məsələn, bir böcək qarışqanın diqqətini çəkmək üçün sadəcə antennası və ya ön ayağıyla qarışqanın vücuduna xəfifcə toxunur, bunun ardınca qarışqa qarşısındakının tamam başqa bir canlı olmasına baxmayaraq, qarnındakı yeməyi onunla paylaşır.15

Sadəcə qısa bir antenna toxunmasıyla qarşısındakının nə istədiyini anlaya bilmələri qarışqaların öz aralarında müəyyən yollarla “danışdıqlarından” xəbər verir. Qarışqaların işlətdiyi bu “antenna dili”nin bütün qarışqalar tərəfindən necə öyrənildiyi isə düşünüləsi məsələdir. Onlar bununla bağlı xüsusi təlimmi keçiblər? Əgər belə bir təlimin olmasını qəbul ediriksə, onda qarışqalara doğuşdan bu təlimi verən üstün bir Güc Sahibinin varlığını da qəbul etməliyik. Təbii ki, həmin “Üstün Güc Sahibi” qarışqalardan olmadığına görə, onlara bir-birlərilə xəbərləşə bilmələri üçün bir dili təlqin edən də Allahdır.

Qarışqaların bir-birlərilə paylaşmaları isə təkamül nəzəriyyəsilə izah edilə bilməyən bir davranışdır. “Böyük balıq kiçik balığı udar” formulunu Yer üzündəki yaşamın qaydası kimi görən bəzi təkamülçülər qarışqaların göstərdiyi fədakarlıq qarşısında fikirlərini geri götürmək zorunda qalırlar. Qarışqa koloniyasında böyük qarışqa kiçiyi yeyərək inkişaf etmək əvəzinə, öz qidasıyla onu da bəsləyərək, güclənməsinə səy göstərir. Bütün qarışqalar özlərinə verilən yeməklə - yəni “Ruzi” ilə,- razı olaraq, onu koloniyadakı başqa yoldaşlarıyla da paylaşırlar.

Bütün deyilənlərdən çıxan nəticə budur ki, qarışqalar sadəcə, onları yaradana boyun əyərək, Onun verdiyi ilhamla (təlqinlə) yaşayan canlılardır. Dolayısıyla, onları tamamilə şüursuz bir orqanizm saymaq olmaz, çünki Yaradanın iradəsini əks etdirən bir şüura sahibdirlər. Elə Allah da Quranda bu ilginc gerçəkliyə diqqət çəkərək, bizə bütün canlıların əslində bir “ümmət” olduqlarını, yəni İlahi düzənə və vəhyə uyğun yaşadıqlarını xəbər verir:

“Yerdə gəzən elə bir heyvan, göydə iki qanadıyla uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz kitabda [Quranda] heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar [bütün canlılar] Rəbbinin hüzuruna cəm ediləcəklər” («Ənam» surəsi, / 38).


Səslə ünsiyyət
Səslə ünsiyyət də qarışqaların çox işlətdiyi bir vasitədir. Qarışqaların çıxardığı iki cür səs bəlirlənib: biri bədənini hansısa bir maneəyə və ya yerə çırparaq çıxarılan “vuruş səsləri”, digəri isə bədənin bəzi orqanlarını bir-birinə sürtərək çıxalıran “sürtünmə səsləri”dir.16

Vücudu harasa çırpmaqla çıxarılan səs siqnallarından adətən ağac yuvalarda yaşayan koloniyalarda istifadə olunur. Məsələn, “dülgər” qarışqalar “təbil” çalaraq, xəbərləşirlər. Onlar yuvaya qarşı hər cür təhlükədən “təbil” çalmaqla xəbər verirlər. Bu “təhlükə” onların duyduqları təşvişli səs, toxunma və ya qəfil hava axını da ola bilər. “Təbil” çalan qarışqa çənəsi və qarnıyla vücudunu irəli-geri yelləyərək, yerə vurur. Bu yollar yaranan siqnallar incə oduncaqla çox uzaqlara yayıla bilir.17

Avropada yaşayan “dülgər” qarışqalar isə çənələri və qarınlarıyla taxta otaqlara və dəhlizlərə vurararq, 20 sm., hətta daha uzaqda olan yoldaşlarına titrəyişlə mesaj yollaya bilirlər. Nəzər alın ki, qarışqa üçün 20 sm. insan üçün 60-70 metrlə ifadə edilə biləcək bir uzaqlıqdır.

Qarışqalar havayla yayılan titrəyişlərə qarşı haradasa kar kimidirlər. Fəqət, bərk cisimlərlə yayılan səsləri çox gözəl duyurlar. Bu səs onlar üçün təsirli həyəcan siqnallarıdır. Onu eşidəndə sürətlərini artırır, titrəyişin gəldiyi yerə tərəf hərəkət edir və ətrafda gördükləri bütün canlılara hücum çəkirlər.

Koloniya üzvlərindən heç birinin bu siqnalları cavabsız buraxmaması qarışqa topluluğunun bacarıqlı təşkilatlanma qabiliyyətinin bir göstəricisidir. Etiraf etmək lazımdır ki, insanların hətta çox kiçik bir qrupunun belə hansısa həyəcan siqnalına praktik olaraq istisnasız, nizamlı şəkildə, qarışıqlıq salmadan reaksiya verməsi oduqca çətindir. Qarışqalar isə özlərinə əmr edilən işi vaxt itirmədən yerinə yetirir, özü də bu zaman koloniya daxilindəki intizamı heç bircə anlığa da pozmurlar.

Sürtünmə səsi çıxarma isə “təbil” çalmağa nisbətən, daha mürəkəb sistemdir. Bu zaman, dediyimiz kimi, qarışqa səs çıxarmaq üçün vücudunun bəzi hissələrini bir-birinə sürtür. Bu proses adətən gövdənin arxa tərəfində yerləşən orqanlarda baş verir. Bəzi qarışqa növlərinin çıxardığı bu səsləri hətta insan qulağı da eşidə bilir.

Müxtəlif növlərdə səslə ünsiyyətin 3 əsas funksiyası aşkarlanıb:

1. Yarpaq kəsən qarışqalarda səslə ünsiyyət bir növ yeraltı həyəcan sistemi kimi işləyir. Əksər hallarda qarışqaların hansısa bölümü yuvanın oyuqlarından birində gömülüb qalanda bundan istifadə edilir. Belə ki, işçilər səs siqnallarına cavab olaraq, xilasetmə əməliyyatına başlayıb, oyuğu qazaraq, yoldaşlarını qurtarırlar.

2. Bəzi növlər kraliçaların cütləşməsi zamanı bu səsi çıxarır. Gənc kraliçalar torpaqda və ya bitkilərin üzərində cütləşmək üçün toplanıb, yetərincə sperma əldə etdikdən sonra “sürtünmə səsi” çıxararaq, erkək qarışqa sürülərini özlərinə yaxınlaşmasının qarşısını alırlar.

3. Bəzi növlərdə isə həmin səs yemək və ya yeni yuva tapmaq üçün koloniya üzvlərini bir yerə toplamaq məqsədilə ifraz edilən feromenin təsirini artırmaqdan ötrü çıxarılır.18 Olur ki, qarışqalar ov tapanda onu mühasirəyə almaq məqsədilə digər qarışqaları çağırmaq üçün də həmin səsdən yararlanırlar. Bunun sayəsində işçilərin bir araya toplanaraq ovu ələ keçirməsi 1-2 dəqiqəyə gerçəkləşir. Bu özəllikləri qarışqa növləri üçün böyük üstünlükdür.


Görən gözlər üçün...
Müxtəlif ünsiyyət metodları olan qarışqaları bir neçə xarici dil bilən insanalara bənzətmək olar. Onlar problemlərini və demək istədiklərini müxtəlif dillərdə izah etməklə daha asan əlaqələr qura, həyatlarını daha rahat keçirə bilirlər. Qarışqalar da həmçinin yaşamları boyunca heç bir qarışıqlığa əsas vermədən yüzminlərlə, bəzən hətta milyonlarla əhalisi olan koloniyalarına xidmət edirlər. Halbuki, bura qədər izah etdiyimiz ünsiyyət sistemi dünyadakı möcüzələrdən sadəcə biridir. İstər insanları, istərsə də başqa bütün canlıları (təkhüceyrəlilərdən çoxhüceyrəlilərə qədər) incələyəndə bəlli olur ki, onların yaşamında minlərlə çeşidli möcüzə sayıla biləcək özəlliklər var. Ətrafındakı bütün bu möcüzələrin fərqinə vara bilən bir göz və duyan qəlb üçün bütün canlıların tək sahibi və hakimi olan Allahın sonsuz gücünü, elmini təqdir etməkdən ötrü sadəcə, millimetrlik bir qarışqanın mükəmməl ünsiyyət sisteminə baxmaq da yetirlidir. Allah Quranda bu qabiliyyətə sahib olmayan və Onun gücünü təqdir etməyən insanlardan belə bəhs edir:

“Məgər onlar [peyğəmbələri yalançı hesab edən kafirlər] yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri [bəsirət gözləri], eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrdəki ürəklər [qəlb gözü] kor olar” («Həcc» surəsi, / 46).


QARIŞQA NÖVLƏRİ
Qarışqalar bir-birlərinə nə qədər bənzəsələr də, yaşayışları və fiziki özəllikləri baxımından müxtəlif növlərə ayrılırlar. Onların təxminən 8000-ə yaxın növü var. Hər növün də özünəxas, heyranedici cəhətləri mövcuddur. İndi o növlərin bir qismini, onların heyranedici yaşam tərzlərini incələyək.
1. Yarpaqkəsən qarışqalar.

Digər adı “atta” olan yarpaqkəsən qarışqaların əsas özəlliyi kəsdikləri yarpaqları başları üzərinə qaldıraraq, yuvalarına aparmalarıdır. Bu zaman qarışqalar çox qüvvətli çənələrilə tutduqları və özlərindən qat-qat böyük olan yarpağın altında görünməz olurlar. Buna görə də, gün boyunca çalışan işçi qarışqaların yuvaya dönüşləri çox maraqlı mənzərə yaradır. Bu mənzərəni görəndə adama elə gəlir ki, meşədəki yarpaqlar sanki canlanaraq, ayaq açıblar. Yarpaqkəsən qarışqalar yağış zamanı yerə tökülən yarpaqların təxminən 15 faizini yuvalarına daşıya bilirlər.19 Həmin yarpaqları daşımalarının səbəbisə, əlbəttə ki, günəşdən qorunmaq deyil. Qarışqalar kəsdikləri bu yarpaq parçalarından heç qida kimi də istifadə etmirlər. Yaxşı, bəs bu qədər yarpaq onların nəyinə gərəkdir?

Bioloqlar çox heyrətlə aşkarlayıblar ki, “atta”lar bu yarpaqlardan mantar (söhbət xüsusi bir göbələk növündən gedir - tərc. qeydi) istehsalında istifadə edirlər. Qarışqalar yarpaq yeyə bilmirlər, çünki vücudlarında bitkilərin tərkibindəki sellülozanı həzm edəcək enzimlər yoxdur. İşçi qarışqalar həmin yarpaq parçalarını çeynəyib əzərək bir yığın halına gətirir və yuvanın yeraltı otaqlarında saxlayırlar. Bu otaqlarda isə yarpaqların üzərində mantar yetişdirirlər. Bu yolla böyüyən mantarların tumurcuqlarından özləri üçün gərəkli olan zülalları əldə edirlər.20

Məsələ ondadır ki, attalar yuvadan ayrılanda yetişdirdikləri “mantar bağça”sı dağıla və ya zərərli mantarlara yenilə bilər. Bəs “bağça”larını ancan “əkin”dən qabaq təmizləyən attalar zərərli mantarlardan necə qorunurlar? Bunun sirri yarpaqları çeynəyərkən buraxdıqları tüpürcəkdə gizlənib. Həmin tüpürcəkdə arzuolunmaz mantarların əmələ gəlməsini əngəlləyən, “əkilən” mantarın isə əksinə, tez yetişməsini təmin edən maddələr var.21

İndi bunu düşünmək gərəkdir: Qarışqalar mantar yetişdirməyi haradan öyrənə bilərdi? Ola bilərmi ki, günlərin birində hansısa qarışqa təsadüfən ağzına yarpaq alaraq çeynəyib, sonra yenə təsadüfən əmələ gələn horranı tamamilə uyğun yer olan quru yarpaqların üzərinə töküb, ardınca isə başqa bir təsadüf üzündən digər qarışqalar bura mantar parçaları gətirib əkib, sonda da burada özləri üçün qida yetişdirə biləcəklərini başa düşən attalar bağçanı təmizləyib, məhsulu yığmağa başlayıblar?.. Daha sonra da bütün bunları koloniyanın bütün üzvlərinə öyrədiblər?.. Belə düşünmək nə dərəcədə ağlabatandır? Üstəlik, yeyə bilmədikləri halda, oqədər yarpağı yuvalarına daşımaq zəhmətinə niyə qatlaşıblar?22

Başqa tərəfdən, qarışqalar mantarın yetişməsini təmin etmək üçün yarpaqları çeynəyərkən onlara qatdıqları tüpürcəyi necə “təşkil edə” bilərlər? Bu tüpürcəyin tərkibinə gərəkli mantarın yetişməsinə yardım edən, zərərli mantarları isə əngəlləyən maddələri necə qata bilərlər? Bütün bunları həyata keçirmək üçün dərin kimyəvi biliklər lazım deyilmi? Hətta bu kimyəvi biliyə sahib olsalar belə (hərçənd, heç sözsüz ki, bu da mümkünsüzdür) həmin biliyi reallaşdarmaq üçün tüpürcəklərinə antibiotik özəlliyini necə verə bilərlər? Qarışqaların belə möcüzəli bir olayı necə gerçəkləşdirə bildiyini düşünəndə insanın qarşısına yuxarıdakılara bənzər yüzlərlə dolaşıq və yorucu suallar çıxacaq. Və bu sualların da hamısı cavabsızdır.

Amma tək bir cavab var ki, bütün sualların izahını verir: qarışqalar gördükləri işi bacara biləcək şəkildə qurulub, proqramlaşdırılıblar. Gözlə görünənlər belə bir nəticə çıxarmaq üçün yetərlidir ki, qarışqalar “əkinçiliyi” bilərək dünyaya gəliblər, daha doğrusu, gətiriliblər. Bu qədər mürəkkəb davranışlar zamanla öz-özünə öyrənilə bilməz. Çünki dediklərimiz əhatəli bir biliyin və iti ağlın əsəridir. Dolayısıyla, təkamül təlimini müdafiə edənlərin zaman keçdikcə faydalı davraşınların seçilib qalması, gərəkli orqanların mutasiya yoluyla inkişaf etməsi haqda iddiaları tamamilə məntiqsiz görünür. Bütün bu bilgiləri yarandıqları ilk gündən qarışqalara verən, onları heyrətverici özəllikdə yaradan şübhəsiz ki, “Sani” (sənətçi) olan Allahdır. Atta qarışqalarının yuxarıda anlatdığımız xüsusiyyətləri qarşımıza bu kitab boyunca tez-tez rastlaşacağımız bir tablo çıxarmaqdadır. Düşünmə qabiliyyətindən məhrum olan bu canlılar düşünən insanın belə çətinliklə bacaracağı işi görməklə müdhiş bir ağıl göstərisi sərgiləyirlər. Bəs bu tablodan nə çıxır?

Cavab bəsit və təkdir: madam ki, bu heyvanın gerçəkdə bacardığı bir işi görməsini təmin edəcək düşünmə qabiliyyəti yoxdur, demək, biz əslində bir başqasının ağlının göstərisini seyr edirik. Qarışqanı var edən Yaradan öz varlığını və yaratmağındakı üstünlüyü göstərmək üçün bu heyvana onun qabiliyyətinə görə olmayan işlər gördürməkdədir. Qarışqa yaradıcısının ilhamıyla (təqlidilə) hərəkət etməkdədir, dolayısıyla, sərgilədiyi ağıl da, əslində onu yaradanın ağlıdır.

Əslində, bütün heyvanlar aləmində durum belədir: qarşımızda müstəqil bir ağıla və mühakimə yürütmək qabiliyyətinə sahib olmadıqları halda, çox üstün ağıl nümayiş etdirən varlıqlar dayanıblar. Qarışqa da onların ən təəccüblülərindən biridir. Və o da, digər heyvanlar kimi, özünə verilən proqrama (təlqinə) uyğun hərəkət edir. Qarışqalar da bütün varlıqlar kimi Allaha boyun əyiblər.

Gəlin, qarışqaların üstün qabiliyyətlərini incələməyə davam edək.


Attaların maraqlı müdafiə tədbirləri
Yarpaqkəsən qarışqalar koloniyasının orta boylu işçiləri bütün günlərini yarpaq daşımaqla keçirirlər. Bu daşınma əsnasında özlərini qorumaları çətinləşir, çünki əsas “silah”ları olan çənələrilə yarpağı tuturlar. Bəs özlərini qoruya bilmədikləri halda onları kim qorumalıdır?

Yarpaq daşıyan işçi qarışqaların daim yanlarında kiçik boylu qarışqalarla gəzdikləri müşahidə olunub. Əvvəlcə bunun təsadüf olduğu zənn edilmişdi, amma sonra alimlər gördüklərinin səbəbini araşdırmağa başladılar. Uzun incələmələrdən sonra bəlli oldu ki, ortada şaşırdıcı bir işbirliyi var. Yarpaq daşıyan orta boylu qarışqalar onlara düşmən olan bir milçək növünə qarşı maraqlı müdafiə tədbirinə əl atırlar. Məsələ ondadır ki, düşmən milçək yumurta qoymaq üçün son dərəcə qəribə yer seçib - hər qarışqanın baş qisminə bir dənə yumurta qoyur. Zaman keçdikcə qarışqanın başındakı yumurtadan çıxıb, inkişaf edən bala milçək onun beyninə qədər irəliləyərək, heyvanın ölümünə səbəb olur. Buna görə də, yanlarında yardımçıları olmasa, işçi qarışqalar hər an hücuma hazır olan milçəklərin qarşısında müdafiəsiz qalarlar. Adi hallarda üzərlərinə qonmaq istəyən milçəkləri maqqaşa bənzəyən çənələrilə dərhal uzaqlaşdırmağı bacaran işçi qarışqalar yarpaq daşıyarkən bnu edə bilmirlər. Bu səbəbdən də, onları müdafiə edəcək bir başqa qarışqanı daşıdıqları yarpağın üzərində yerləşdirirlər. Milçək hücum edərsə, bu kiçik qoruyucular yarpağın üzərində düşmənlə mübarizə aparır.23


Atta “magistral”ları
Attalar kəsdikləri yarpaqları yuvalarına daşıyarkən getdikləri yol miniatür bir əsas yolu - magistralı xatırladır. Bu yolla yavaş-yavaş irəliləyən qarışqalar bütün xırda çalı-çırpını, budaq parçalarını, kiçik daş qırıntılarını, otları toplayır və getdikləri yolun yanlarına yığırlar. Beləcə, özləri üçün tərtəmiz bir yol yaratmış olurlar. Uzun çalışmadan sonra bu əsas yol xüsusi alətlərlə hazırlanmış kimi düzgün və maneəsiz olur.

Attaların koloniyası qum dənəsi boyda işçilərdən, onlardan qat-qat böyük olan əsgərlərdən və orta boylu “marafon qaçışçıları”ndan ibarətdir. Marafon qaçışçıları yuvanın ətrafındakı yarpaq parçalarını tapmaq üçün ora-bura qaçırlar. Bu qarışqalar o qədər çalışqandırlar ki, hər “qaçıcı”nın yarpaq daşıya-daşıya 4 dəqiqə irəliləməsi bir insanın çiynində 227 kq. ağırlığında yüklə 48 kilometr (30 mil) getməsinə bərabərdir.24

Attaların yuvasında 6 metr dərinliyə qədər enən, yumruq enində dəhlizlər olur. Qum dənəsi boyda olan işçilər bu labirintləri inşa edərkən yerin altından 40 tona qədər (!) torpaq çıxarırlar.25 Qarışqaların bir neçə ilə tikdiyi bu yuvalar insanların Çin səddini qurmasıyla müqayisə ediləcək ustalıq və zəhmət hesabına başa gəlir.

Attalar haqqında verilən bu bilgilərdən sonra şübhəsiz ki, onlar adi, bəsit varlıqlar kimi görünməyəcəklər. Son dərəcə çalışqan olan bu qarışqalar insanların çətinliklə görə biləcəyi mürəkkəb işlərin öhdəsindən bacarıqla gəlirlər. Və şübhəsiz, onlara bu qabiliyyəti verə biləcək tək qüvvə Allahdır. Qarışqaların bu məharətləri özbaşına və öz təşəbbüslərilə öyrəndiklərini söyləmək tamamilə məntiqə zidd olardı.


Attaların yarpaq kəsmə texnologiyası
Qarışqalar çənə sümüklərilə yarpağı parçalayarkən bütün vücudları titrəyir. Alimlərin dediyinə görə, bu titrəmə yarpağın sabit tutulmasını və beləliklə də, daha asan kəsilməsini təmin edir. Eyni zamanda qarışqa bu titrəyişlə yoldaşlarına yaxşı bir işlə məşğul olduğu haqda mesaj verir.26

İnsanların çox zəif səs halında duya bildiyi bu titrəyişi əmələ gətirmək üçün qarışqa qarın nahiyəsindəki iki kiçik orqanı bir-birinə sürtür. Yaranan titrəyiş qarışqanın oraq şəkilli çənəsinə çatanacan bütün vücudu boyunca yayılır. Qarışqa arxa ayaqlarını və çənəsini eyni şəkildə aşağı-yuxarı hərəkət etdirərək, yarpağı ay şəkilndə kəsir. Bu metod elektrik kəsicilərinin ərzağı dilimləmə metoduna çox bənzəyir.

Təsvir etdiyimiz texnologiya yarpağın kəsilməsini xeyli asanlaşdırır. Amma bəlli olub ki, həmin titrəyişlər başqa bir məqsədə də xidmət edir. Bu isə odur ki, belə hallarda digər qarışqalar yarpaq kəsən yoldaşlarını daha asan görərək, onun ətrafına yığışırlar. Qeyd edək ki, attaların yaşadığı iqlim qurşaqlarında əksər bitkilər zəhərlidir. Qarışqalar hər yeni yarpağı kəsməyə başlayarkən sağlamlıqlarını ciddi risqə atmış olurlar. Buna görə də həmin işi ilk başlayan qarışqa öz həyatını təhlükəyə atmaqla, eyni zamanda başqaları üçün yarpağı bir növ sınaqdan keçirir.
Toxucu qarışqalar
Toxucu qarışqalar ağaclarda yarpaqlardan yuva quraraq, yaşayırlar. Onlar yarpaqları bir-birinə calaşdıraraq, xeyli miqdarda qarışqanın yaşaya biləcəyi bir neçə ağacda məskən sala bilirlər.

Yuvaların qurulması prosesi çox maraqlı mərhələlərdən ibarətdir. Öncə işçilər tək-tək axtarışa çıxaraq, koloniyanı genişləndirmək üçün əlverişli yerlər axtarırlar. Uyğun bir ağac tapanda onun budaqlarındakı yarpaqların kənarlarından tutub dartışdıraraq, bir-birlərinə yaxınlaşdırmağa çalışırlar. Gücləri çatmayanda qarışqalar bir-birlərinə yardım edirlər. Bəzən isə hətta birləşdirilməsi gərəkən nöqtələrin arasında canlı körpü rolunu da oynayırlar. Daha sonra zəncirdəki qarışqaların bəziləri yanlarındakıların belinə çıxaraq, zənciri qısaldır, beləliklə də, yarpaqların uclarını birləşdirirlər. Yarpaqlar çadıra bənzər bir şəkil alanda bəzi qarışqalar ayaq və çənələrilə onları saxlamağa davam edir, qalanları isə köhnə yuvaya gedib, oradan özəl yetişdirilmiş baramaları gətirirlər. Həmin baramaları yarpaqların bağlantı yerində irəli-geri hərəkət etdirərək, bir ipək qaynağı kimi işlədirlər. Baramalardakı sürfələrin buraxdığı ipəklə yarpaqlar istənilən yerdən yapışır. Qısası, qarışqalar baramalardan bir növ tikiş maşını kimi istifadə edirlər.27

Qeyd edək ki, qarışqaların özəl olaraq bu məqsədlə yetişdirdikləri həmin baramalar digərlərin fərqli olaraq, böyük ipək ehtiyatına sahibdirlər, üstəlik, həcmcə kiçik olduqlarına görə, rahatca daşına bilirlər. Onlardakı sürfələr bütün ipəklərini özlərinin yox, kolniyanın ehtiyaclarını təmin etmək üçün xərcləyirlər. Onlar yavaş-yavaş ipək istehsal etmək əvəzinə, genişlənmiş ipək vəzilərindən birdəfəyə xeyli miqdarda ipək buraxır, nəticədə sonradan öz ehtiyaclarını düz-əməlli ödəyə bilmirlər. Ən maraqlısı odur ki, həyatlarının qalan hissəsində həmin sürfələrin bütün ehtiyaclarını işçi qarışqalar qarşılayırlar. Yəni həmin ipək qurdlarının tək vəzifəsi qarışqalar üçün ipək istehsal etməkdir.28

Qarışqalar arasında bu cür işbirliyinin necə əmələ gəlməsini elm adamları tam izah edə bilmirlər. Məsələnin başqa tərəfi isə odur ki, bu davranışlar təkamül təlimilə heç izah oluna bilməz. Həşəratların və böcəklərin qanadlarında, gözlərində və digər orqanlarındakı bioloji möcəzülər kimi, belə mürəkkəb hərəkətlərin zamanla necə ortaya çıxdığı, formalaşdığı haqda suallar təkamülçü alimləri dalana dirəyir. Əgər durub desək ki, ipəkqurdları günlərin birində yığışaraq, “gəlin, qarışqaların ehtiyacını ödəmək üçün ipək istehsal edək, iş ritmimizi və ağırlığımızı da onlara uyğunlaşdıraq” şəklində ortaq qərar qəbul ediblər, bu, əlbəttə ki, ağılsızlıq olar. Demək, həmin ipəkqurdları dünyaya nə edəcəklərini bilərək gəliblər. Başqa sözlə, onları var edən Allah görəcəkləri işə uyğun yaradıb.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə