Qarabağ tarixi 8-ci sinif



Yüklə 197,79 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix30.12.2017
ölçüsü197,79 Kb.
#18431
  1   2   3   4   5   6   7   8   9   ...   14




“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, 
Azərbaycan torpağıdır. 
Dağlıq Qarabağda azərbaycanlılar əsrlər 
boyu yaşamışlar. ”
HEYDƏR ƏLİYEV 
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ



“Dağlıq Qarabağ işğal altındadır. Erməni təbliğatı bütün
dünyada bizə qarşı işə salınıbdır. Elmi araşdırmalar və
elmi əsərlər, kitablar çox vacibdir. Mən çox şadam ki, bu
istiqamətdə işlər gedir. Biz bu sahədəki işlərimizi daha
da gücləndirməliyik, müasirləşdirməliyik... ”
“Dağlıq Qarabağ bizim doğma, əzəli torpağımızdır.
Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin
yaradılmasına Azərbaycan dövləti və xalqı heç vaxt
imkan verməyəcək. ”
İLHAM ƏLİYEV 
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ



Azərbaycan Respublikası
Təhsil Nazirliyinin
19.02.2014-cü il tarixli, 206
nömrəli əmri ilə təsdiq
olunmuşdur.
Qasım Hacıyev 
Əyyub Əbdüləzimov
QARABAĞ TARİXİ
Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün 
fakültativ kursun tədris vəsaiti
Bakı - 2014


 
 
 
Qasım Əhəd oğlu Hacıyev, Əyyub Şəfahət oğlu Əbdüləzimov. Qarabağ tarixi.
(Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün fakültativ kursun tədris vəsaiti) - Bakı,
“Ərgünəş”, 2014, 96 səh.
“Qarabağ tarixi” tədris vəsaiti Azərbaycanın Qarabağ regionunun ən qədimdən
dövrümüzədək tarixini əhatə edir. Kitabda Qarabağ regionunun tarixi xronoloji
ardıcıllıqla mərhələlər üzrə ayrı-ayrı mövzular şəklində verilmişdir. Burada Qarabağın
yerləşdiyi tarixi ərazi, təbii-coğrafi xüsusiyyətləri, adının etimologiyası, ictimai - tarixi,
əhalisinin etnik tərkibi, dövlətçilik ənənələrində, siyasi, iqtisadi və mədəni proseslərdə
yeri xüsusi olaraq işıqlandırılmışdır.
Kitabdan orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri, Qarabağ regionunun
tarixi ilə maraqlananlar yararlana bilərlər.
İSBN 978-9952-8239-3-6
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2014
Elmi redaktoru:
C.M. Mustafayev 
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi
işçisi, tarix elmləri doktoru, professor
Rəyçilər:
T.H. Nəcəfli 
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə
direktor müavini, dosent
 
N.R. Məmmədov 
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ
tarixi ” şöbəsinin böyük elmi işçisi, tarix üzrə elmlər doktoru


MÜƏLLİFLƏRDƏN
Hazırkı dövrdə Azərbaycanın Qarabağ regionunun tarixinin ayrıca bir kurs kimi
ümumtəhsil məktəblərində öyrədilməsi mühüm əhəmiyyətə malikdir. Bununla
əlaqədar olaraq, ümumi təhsil müəssisələri üçün hazırlanıb təsdiq edilmiş “Qarabağ
tarixi” fakültativ kursunun tədrisində əsas məqsəd də məhz Azərbaycanın bu dilbər
guşəsinin qədim tarixi və zəngin mədəniyyəti haqqında şagirdlərdə dolğun təsəvvür
yaratmaqdan ibarətdir.
Qarabağ tarixinin ətraflı öyrədilməsi həm mövcud ictimai- siyasi şərait baxımından,
həm də vətəndaşlıq mövqeyinin təzahürü və gənclərdə milli iftixar hissinin
gücləndirilməsi baxımından mənəvi stimuldur.
Tədris vəsaitində Qarabağ toponimi, Qarabağın ərazisi, təbii-coğrafi şəraiti, buradakı
zəngin maddi-mədəniyyət abidələri, Qarabağın qədim türk etnoslarının vətəni olması,
müxtəlif dövrlərdə Qarabağdakı siyasi, sosial-iqtisadi vəziyyət, Qarabağa ermənilərin
köçürülməsi, ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlar, deportasiya və
soyqırımıları, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağın və
ona bitişik ərazilərin işğalı ilə bağlı mövzular öz əksini tapmışdır.
Tədris vəsaitində Ümummilli lider Heydər Əliyevin, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində həyata
keçirdikləri tarixi əhəmiyyətə malik tədbirlərin ətraflı şəkildə şagirdlərə çatdırılmasına
xüsusi diqqət yetirilmişdir.


“Qarabağ tarixi” ümumtəhsil məktəblərində ilk dəfə olaraq yeni kurs kimi tədris
olunduğundan buradakı mövzulara yaradıcı yanaşmanın təmin edilməsi olduqca
vacibdir.
Heç şübhəsiz, bu kursun tədrisi şagirdlərin dünyagörüşünü və məlumatlılıq səviyyəsini
inkişaf etdirməklə yanaşı, onların vətənpərvərlik tərbiyəsində mühüm rol
oynayacaqdır.
Müəlliflər arzu və təkliflər, irad və tövsiyələr üçün öncədən minnətdarlıqlarını bildirirlər.
Xəritələr AMEA A.A. Bakıxanov adına Tarix institutunun hazırladığı “Azərbaycan tarixi
xəritələri”ndən götürülmüşdür.


“Dünyada bir çox şəhərlər var ki, onlar müəyyən mədəni
və siyasi səbəblərdən rəmzə çevrilmişlər. Onların
adlarını dilə gətirmək kifayətdir ki, hər birimizin
yaddaşında həmin şəhərin obrazı yaransın. Hər bir
azərbaycanlı üçün belə şəhər Şuşadır.
...Nə qədər ki, Şuşa erməni qoşunlarının işğalı altındadır,
hər birimiz şuşalıyıq. ”
MEHRİBAN ƏLİYEVA 
Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili, 
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri


Yüklə 197,79 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə