kişilər, ardından 1900-cü ildə qadınlar arasında ilk milli basketbol çempionatlarını təşkil edərək,
bu idmanı ölkə diametrində məşhur hala gətirmişdir. Amerikalılar milli idman olaraq
mənimsədikləri basketbolu, 1904 Sent Luiz Olimpiya Oyunlarında klub komanda arasında
matçlar təşkil edərək, Olimpiya Oyunlarına qatılan bütün ölkələrə tanıtmışlar. 1905-ci ildə
dünyanın ən böyük idman salonlarından Nyu York Madison Skver Qarden, qapılarını basketbola
açmışdır.
Uzaq şərq
də də 1913-cü ildən etibarən basketbol oyunları keçirilməyə başlanmışdır. Beləcə bu
oyun bir neçə il içində
Kanada
,
Fransa
,
İngiltərə
,
Avstraliya
,
Çin
və
Hindistan
başda olmaqla,
bütün dünya ölkələrində sürətlə yayılmış, xüsusilə böyük şəhərlərdəki geniş idman sahələrində
edilən universitetlər arası qarşılaşmaların, basketbolun baxımlı idman növü olaraq yayılmasında
əhəmiyyətli rolu olmuşdur. Beynəlxalq Həvəskar Basketbol Federasiyası (
FIBA
), beynəlxalq
qarşılaşmaları idarə etmək məqsədi ilə, 20 İyun 1932-də İsveçrənin
Cenevrə
şəhərində
İsveçrə
,
Yunanıstan
,
İtaliya
,
Portuqaliya
,
Argentina
,
Rumıniya
və
Çexoslovakiya
Basketbol
Federasiyalarının əməkdaşlığı ilə yaradılmışdır. FIBA hər dörd ildə bir,
Olimpiya Oyunlarının
təşkil
edildiyi şəhərdə toplanaraq, basketbolu daha cazibədar hala gətirmək üçün lazımlı qaydada
dəyişikliklərini etməkdədir.
Avropa Basketbol Çempionatı 1935-ci ildə başlamış, 2 ildə bir təşkil edilməkdədir. Həvəskar bir
idman növü olaraq basketbol, ilk dəfə 1936-da Berlində təşkil edilən Olimpiya Oyunlarına daxil
edilmişdir. 1951-ci ildə başlayan Kişilər arasında Dünya çempionatını 1953-də Qadınlar arasında
Dünya Çempionatı izləmiş, Olimpiya Oyunlarına basketbol növündә qadınlar ilk dəfə 1976-da
qatılmışlar. Avropa liqası isə 1995–96 mövsümündə başlamışdır.
Basketbol müsabiqələri iki hakim tərəfindən idarə olunur. Qonaq komanda sahəni seçmə
haqqına malikdir. Hər təhvil verən sonra sahə dəyişməsi edirlər.
Oyun orta sahə xəttində hər komandadan bir oyunçu arasında edilən hava atışı ilə başlayır.
Hava atışına çıxan oyunçular topu tək əlləri ilə komanda yoldaşlarına qazandırma hədəfini
daşıyır.
Oyun 10 dəqiqəlik dörd mərhələdən meydana gələr. Birlik vəziyyətində uzatma mərhələsi
oynanılır. Hər komanda ilk üç mərhələdə və uzatma mərhələsində 2 dəqiqəlik bir dördüncü
mərhələdə iki fasilə haqqına malikdir. İkinci ilə üçüncü mərhələ arasında 15 dəqiqəlik dövrə
arası verilir.
Asiyada
Oyun Qaydaları
Hücum edən komanda öz sahəsini 8 saniyə içində tərk etmək 24 saniyə içində də hücumunu
tamamlamaq məcburiyyətindədir əks halda top istifadə etmə haqqı rəqib komandaya keçir.
Oyunçu top ilə birlikdə top sürmə (dribbling) pas atma (passing) zərbə atma (shooting)
fəaliyyətlərini etmə şansına malikdir. Bir oyunçu topu əlinə alaraq dayanırsa təkrar top atma
şansına sahib olmayacaq; topu istədiyi istiqamətə və adama pas ya da zərbə atmaq
məcburiyyətindədir.
Hər komanda 5 adamdan meydana gələr və komandaların sərhədsiz oyunçu dəyişikliyi haqqı
vardır. Əgər faul haqqını doldurmamışsa hər çıxan oyunçu təkrar oyuna daxil ola bilər. Bir
komandadakı beş oyunçudan biri ortada (post) ikisi müdafiə etmə (guard) və ikisidə hücum
(forward) oyunçusudur.
Oyunu bir baş hakim və köməkçi hakim olaraq iki hakim idarə edir.
Hər oyunçu beş faullə oyun xaricində qalar və təkrar o maç üçün oyuna daxil ola bilməz. Hər
oyunçunun fərdi olaraq etdiyi faul sayının cəmi komanda faullərini də təyin edər. Cəmdə dörd
komanda faulünə çatan komandanın daha sonra etdiyi hər faul qarşı komandaya sərbəst atış
istifadə etmə haqqı qazandırar.
Hakim tərəfindən dayandırılmadıqca top putadan və ya çevrədən dönsə oyun davam edər.
Ayrıca oyunçu sahəni təyin edən xəttlərin xaricinə təmas etmədikcə top oyun xəttlərinin
xaricinə dəymədən havadan sahə xəttinin xaricinə çıxsa da oyunçu topu içəri çevirə bilsə də
oyun davam edər.
Hər atışından sonra və ya hakimin fiti çalmasının ardından oyun və oyun zamanı dayanar. Ədəd
yeyən komandanın səbət gerisindəki xətt arxasından topu oyuna salması ilə həm zaman həm
də oyun təkrar başlar. Oyun içindəki digər vəziyyətlərə görə hakimin göstərdiyi yerlərdən top
oyuna salınar.
Üç ədəd xətti içindən edilən hər müvəffəqiyyətli atış iki ədəd üç ədəd xətti gerisindən
edilən hər müvəffəqiyyətli atış üç ədəd olaraq qiymətləndirilər. Faullərdən və ya qayda
pozuntularından ötəri qazanılan müvəffəqiyyətli sərbəst atışlar bir ədəd olaraq
qiymətləndirilər.
Oyunçular iki vəziyyətdə cəzalandırılar:
1. Fərdi qayda pozuntuları
2. Faul edilən vəziyyətlər.
Qayda pozuntusu və ya səhvi (səhvli getmə topun xətt xaricinə çıxması hücum oyunçusunun
üç saniyədən çox post içində dayanması v. b) top istifadə etmə haqqını qarşı komandaya verər.
Edilən fərdi faullər ( itələmə çəkmə vurma tutma v. b) isə oyunçunun faul cəzası almasını təmin
etdiyi kimi faulün edildiyi yer göz qarşısında saxlanılaraq rəqib topu yandan oyuna salar ya da
sərbəst atış etmə haqqı qazanar.