―İNTERACT‖ institutu dörd yüzdən çox müvəffəqiyyətlə həyata keçirilmiş sistem
tədqiqatına malikdirlər.
Tədqiq olunan işin müvəffəqiyyət qazanmasında əsas rolu sifarişçi və sistem
analitikinin qarşılıqlı münasibətlərin düzgün qurulması oynayır.
Sifarişçi ilə, eləcə də maraqlı tərəflərin digər nümayəndələri ilə inam və etibar
üzərində qurulan münasibətlərin yaradılması Akoffun müşahidələrinə görə aşağıdakı şərtlər
yerinə yetirildikdə xeyli yüngülləşir:
-
əgər tərəflər bir işin gedişindən razı deyilsə, hər iki tərəf hər an işin davam
etdirilməsindən
imtina edə bilər;
-
Sistem analitiki təşkilat personalının öyrədilməsinə kifayət qədər vaxt ayrılmalıdır.
Akoff hesab edir ki, sosial problem ilə üzləşən sistem analitiki özünü simptomları yığan və
resept yazan bir həkim kimi yox, öz şagirdlərinə üsul və yanaşlamaları, hansı ki, gələcəkdə
onlara yaranan problemləri öyrənməyə kömək edən bir müəllim kimi aparmalıdır;
-
Sistem analitiki müsbət nəticələrin alınmasında bütün xidmətləri öz ayağına
yazmağa can atmamalıdır, əksinə, layihənin digər iştirakçilarının xidmətlərini müxtəlif
üsulla nəzərə çarpdırmalıdır;
-
Sistem analitiki lazımi şəxslərə və zəruri informasiyaya asanlıqla yol tapmalıdır.
Qeyd edək ki, vacib informasiyanın gizlədilməsi hazırlanan layihələrin tənəzzülünün ən
çox yayılmış səbəblərindən biridir. Akoffun rəyinə görə bu çox arzuolunmaz hadisə ilə
mübarizə üsullarından biri – qərarların qəbulu proseslərinin demokratikləşdirilməsidir (16).
Akoff
qeyd edir ki, proyektin işində ancaq könüllü iştirak effektivdir.
Qəbul olunan qərarların keyfiyyətinin yüksəlməsində proyektin işlənməsinin düzgün
təşkili əhəmiyyətli rol oynayır, bu zaman ekspert qrupunun daha kiçik qruplara
bölünməsinə və bu kiçik qrupların qarşılıqlı əlaqəsinin təşkilinə xüsusi diqqət vermək
lazımdır.
Nəzərdə tutmaq lazımdır ki, ekspertlər qrupunun işinin təşkili prinsipləri hansı ki,
texniki (―sərt‖) sistemlərin işlənib hazırlanması zamanı müvəffəqiyyətlə tətbiq olunurdu,
sosial zəminə keçirən zaman onlar işə ara verməyə başlayırlar. Mürəkkəb sosial ssitemlər
üçün hətta aparılan işin və tətbiq etmənin dəqiq mərhələlərini ayırmaq olmur. Iş ondadır ki,
müasir mərhələ ətraf sosial mühitin sürətli dəyişməsi ilə xarakterizə olunur. Bu
dəyişilmələrə görə, eləcə də daxili səbəblərə görə və o cümlədən, aparılan sistem
tədqiqatlarının təsviri altında sosial sistemlər də kifayət qədər sürətlə dəyişirlər.
Akoff sosial problemlərin həlli üçün dörd yanaşmanı seçmişdi:
1)
Problemin öz-özünə aradan qalxacağına ümid bəsləyərək hansı isə fəaliyyətdən
imtina etmək;
2)
Problemli situasiyanı məqbul vəziyyətə qədər yumşaldan bir qisim qərarların
axtarışı;
3)
ən yaxşı optimal qərarların axtarışı;
4)
problemin həlli (dissolution).
Dördüncü yanaşma ―yumşaq‖ sistemlərin metodologiyası üçün xarakterikdir, o, sistem
və ətraf mühitdə elə dəyişikliklərin axtarışına istiqamətlənib ki, onların sayəsində problem
bir növ əriyib yoxa çıxmış olsun. Akoff iddia edir ki, ən çox məhz bu yanaşma
müvəffəqiyyətlə nəticələnib. Problemin müvəffəqiyyətlə həllinə dair iki misalı gözdən
keçirək.
Misal 1. Müxtəlif cür avadanlıq istehsal edən zavod problemlə üzləşdi – tələbatın
kəskin
şəkildə aşağı-yuxarı hərəkət etməsi avadanlıqdan qeyri-sabit istifadəyə səbəb oldu ki, bu da
müdiriyyəti ixtisaslı fəhlələri gah işdən çıxarmağa, gah da yenidən işə götürməyə məcbur
edirdi. Personalın vəziyyətinin qeyri-sabitliyi mənəvi iqlimi pisləşdirir, əmək
məhsuldarlığını aşağı salırdı.
Sistem analitikinin köməyi ilə problem aşağıdakı şəkildə ―əridildi‖. Müəssisənin
fəaliyyət göstərməsinin əsas meyarı kimi yüksək gəlirin əldə edilməsi deyil, avadanlığın
bərabər şəkildə yüksəlməsidir. Məmulatların siyahısından iki məhsul növü seçildi, onlara
olan tələbat bir-birinə əks fazalarla dəyişilirdi (yayda məhsulun bir növünə maksimum
tələbat olduğu halda, digərinə tələbat minimum olur, qışda isə vəziyyət əksinə olur).
Məhsulun hər iki növü eyni tipli avadanlıqlarla istehsal olunurdu, bu da personalı sabit
saxlamağa, mənəvi iqlimi yaxşılaşdırmağa və sonucda əmək məhsuldarlığını artırmağa
imkan verdi (10).
Misal 2. Avtobus kompaniyası şəhər avtobusları sürücülərinin və konduktorlarının
işinin keyfiyyətinə görə maaşlarına əlavə etdi. Sürücülərin işinin keyfiyyəti hərəkət
qrafikinə dəqiq riayət edilməsinə görə, konduktorların işi isə sərnişinlərə sürətlə xidmət
etməsinə görə qiymətləndirilirdi. Amma, bu cür həvəsləndirmə formaları əmək konfliktinə
səbəb oldu – nəqliyyat işinin ən qızğın vaxtı olan səhər və axşam saatlarında konduktorlar
bütün sərnişinlərə xidmət etməyi çatdıra bilmədiklərinə görə avtobuslar gecikir, iş qrafiki
pozulurdu. Ilk zamanlar kompaniyanın rəhbərliyi özünü görməməzliyə vururdu, amma
problem aradan qalxmadı. Maaşa olan əlavəni işçilər arasında yenidən paylaşdırmaq cəhdi
də baş tutmadı, münaqişənin tərəfləri arasındakı düşmənçilik ağıllı bir
kompromisə gəlməyə
imkan vermirdi.
Problemi sistem analitiki ―həll edə‖ bildi, belə ki, o, işin gur vaxtı konduktorları
avtobuslardan endirib dayanacaqlara təhkim etməyi təklif etdi. Belə halda konduktorlar
biletləri avtobus gələnə qədər satırdı və avtobusdan çıxan sərnişinlərin biletlərini də
yoxlamağa vaxt tapırdı, avtobus da vaxtında yola düşürdü. Pik saatları sona çatan kimi
konduktorlar yenidən avtobuslara qayıdırdılar. Islahat prosesinin təşkilinə də bu qeyri-adi
sxemin tətbiq edilməsi həllolunmaz kimi görünən problemli situasiyanı aradan qaldırmağa
imkan verdi (23).
Təbii olaraq belə bir sual yaranır ki, Akoff və onun əməkdaşları praktiki problemlərin
bu qədər qeyri-adi, effektli həllini necə tapmağa müvəffəq olurlar? Əlbəttə, tədqiqatçı
istedadının olması zəruridir, amma məsələnin həlli üçün müəyyən üsul vərdişləri bilmək də
heç də az rol oynamır. Onu da qeyd edək ki, Akoff əməliyyatların tədqiqi sahəsində
tanınmış bir mütəxəssisdir, amma istehsal proseslərinin idarəsi və təşkilinin
mükəmməlləşdirilməsi problemlərini bu sahəyə aid biliklərə sahib olmadan
müvəffəqiyyətlə həll etmək çox çətindir.
60-70-ci illərdə sosial sistemlərin öyrənilməsinə aid olan və mühəndislik prinsiplərinə,
sərt sistem analizinə əsaslanan yanaşmalar çox vaxt uğursuzluqla nəticələnirdi. Sistemlər
nəzəriyyəsinin tətbiqi imkanlarına olan ümidini getdikcə itirən alimlərin çoxu sistem
paradiqmalarından uzaqlaşmağa başladılar. ―Sistem erası sona yetdi‖ tezisi
populyarlaşmağa başladı. Amma, Çerçmen, Akoff, Çeklend, Ulrix və bir sıra başqa alimin
―yumşaq‖ sistemlərin tədqiqi prinsiplərinə əsaslanan tətbiqi metodologiyaları inkişaf
etdirməsi vəziyyəti kökündən dəyişirdi.
Flad və Cekson tərəfindən təklif olunmuş pərakəndə halda olan sistem
metodologiyalarının inteqrasiya konsepsiyası sözsüz ki, sistem ideyalarının – total sistem
intervensiyasının – daha çox geniş yayılmasına imkan verəcəkdir.
YSM ideyaları idarəetməyə dair məsləhətləşmələrdə, idarəetmə nəzəriyyələrində
(menecment), idarəetmə sosiologiyasında və təşkilatların sosiologiyasında geniş istifadə
olunur.
Uyğun ədəbiyyatla çoxlu əlavə məlumat və praktiki üsullar tapmaq olar (1-3, 12,13).
Praktiki problemlərin həllində iştirak edən sosioloq öz üzərinə xeyli məsuliyyəti
götürür. Sosioloqun biliyinə qərarların qəbul edilməsi prosesinin bütün iştirakçıları etibar
etməlidirlər, onun elə özü də əmin olmalıdır ki, onun köməyi ilə hazırlanmış tövsiyyələr
yaranmış problemi həll etməyə yardım göstərəcək və arzuolunmaz, gözlənilməz nəticələri
aparıb çıxaracaqdır. Sosioloqa lazım olan əminliyi ancaq sosial proseslərin dinamikası
nəzəriyyəsini bilməsi verə bilər, hansının ki, əsas problemləri 5-10-cu fəsillərdə nəzərdən
keçiriləcək.