6
strateji seçim – məhsuldarlıq əsaslı
artım yanaşmasının qurulmasıdır. Bunun
üçün yüksək keyfiyyətli institusional
mühit, əlçatan maliyyələşmə mənbələri,
biznesin düzgün seqmentasiyası və
ixtisaslaşması və ən başlıcası, intensiv
şəkildə yüksəkixtisaslı insan kapitalının
hazırlanması tələb olunur.
Biznes
mühitinin
yaxşılaşdırılması.
Biznesin
dövlət
tənzimləmə
mexanizmlərinin effektivliyinin artırılması,
vergi-gömrük idarəetməsinin keyfiyyətinin
daha
da
yüksəldilməsi,
bazara
daxilolma məhdudiyyətlərinin minimuma
endirilməsi, eyni zamanda, azad rəqabət
mühitinin təmin edilməsi biznes mühitinin
yaxşılaşdırılmasına imkan verəcəkdir.
Bununla yanaşı, dövlət sektorunun
kommersiya
fəaliyyətini
(sənaye,
nəqliyyat, rabitə, maliyyə xidmətləri və s.)
məhdudlaşdırmaqla özəl təşəbbüskarlıq
üçün imkanları genişləndirmək mühüm
əhəmiyyət kəsb edir.
Yeni artım yanaşmasının maliyyələşmə
mənbələrinin
genişləndirilməsi
islahatların gündəliyində duran mühüm
məsələlərdəndir. İlk növbədə, dövlət
və özəl maliyyələşmə mənbələrinin
imkanlarının dəqiqləşdirilməsinə, xarici
investisiya qoyuluşlarının ciddi şəkildə
təşviq edilməsinə ehtiyac vardır.
Dövlət
maliyyələşdirməsi.
İlk
növbədə prioritet inkişaf sektorlarının
müəyyənləşdirilməsi lazımdır. Bundan
sonra, həmin sahələrə Sahibkarlığa
Kömək Milli Fondu və digər maliyyə
mənbələrinin vəsaitləri hesabına sahəvi
kreditləşməni reallaşdırmaq mümkündür.
Özəl yığımların investisiyaya yönəldilməsi.
Biznes mühitinin yaxşılaşdırılması biznes
və ev təsərrüfatlarının yığımlarının
investisiya
şəklində
iqtisadiyyatın
inkişafına yönəldilməsinə imkan verə bilər.
Xarici
maliyyələşmə
mənbələrinin
genişləndirilməsi. Ölkədə məhkəmə-
hüquq islahatlarının sürətləndirilməsi,
qanunun aliliyinin təmin edilməsi xarici
investorların biznes təşəbbüslərinin
genişlənməsinə təkan verə bilər. Bu
islahatların aparılması ilə yanaşı,
xaricdə intensiv şəkildə investisiya
yarmarkalarının keçirilməsi, prioritet
sektorlara investisiya qoyuluşlarında
müəyyən imtiyazların verilməsi (daxili
investorlarla eyni şərtlərlə) yeni artım
yanaşmasının xarici mənbələr hesabına
maliyyələşdirilməsini asanlaşdıra bilər.
Yeni artım yanaşmasının effektivliyinin
təmin edilməsi üçün iqtisadi siyasətin
və
iqtisadi
siyasət
quruculuğu
prosesinin və icrası mexanizmlərinin
daha
da
təkmilləşdirilməsinə
və
müasirləşdirilməsinə
ehtiyac
vardır.
Bunun üçün aşağıdakı islahatlar tələb
olunur:
Fiskal
siyasətin
səmərəliliyinin
yüksəldilməsi. Yeni iqtisadi yanaşmada
fiskal siyasətin dominantlığını azaltmaqla
ötürücülüyün
yüksəldilməsi
mühüm
istiqamətlərdən biridir. Region ölkələri və
əsas ticarət tərəfdaşları ilə müqayisədə
rəqabətqabiliyyətli qeyri-neft sektorunun
şaxələndirilməsi büdcənin vergitutma
bazasının
da
genişləndirilməsini
dəstəkləyə bilər. Bu istiqamətdə təxirə
salınmadan optimal və rəqabətqabiliyyətli
biznes və investisiya imkanlarının
genişlənməsinə imkan verən çərçivənin
qurulması məsələsinə baxıla bilər.
Digər tərəfdən, fiskal idarəetmənin
texnokratik çərçivəsinin təkmilləşdirilməsi
baxımından kontr–tsiklik fiskal qaydaların
tətbiqi, şəffaflıq və hesabatlılığın, dövlət
investisiyalarının
idarə
edilməsinin
keyfiyyətinin daha da yüksəldilməsi əsas
prioritetlərdəndir.
Pul-məzənnə siyasətinin səmərəliliyinin
yüksəldilməsi. Bu istiqamətdə ən mühüm
çağırış pul siyasətinin iqtisadiyyata
ötürücülüyünün yüksəldilməsidir. Yüksək
ötürücülüyün təmin edilməsi istiqamətində
banklararası pul bazarının qurulması,
pul siyasətinə etimadın yüksəldilməsi
ilə dollarlaşmanın azaldılması, iqtisadi
gözləntiləri adekvat idarəetmə çərçivəsinin
qurulması, maliyyə sabitliyi siyasəti ilə
koordinasiyanın daha da gücləndirilməsi
tələb edilir.
Proqnozlaşdırıla bilən iqtisadi siyasət
modeli.
İqtisadi
siyasətin
iqtisadi
agentlər tərəfindən proqnozlaşdırıla
7
bilməsi adekvat gözləntilərin
formalaşmasına və bu əsasda rasional
qərarların qəbul edilməsinə imkan verir.
Bunun üçün iqtisadi siyasət orqanlarının
gözləntilərin
formalaşdırılması
mexanizmlərini
təkmilləşdirmək,
ictimaiyyətə ötürülən informasiya və
təhlillərin təsirini əvvəlcədən nəzərə
almaq, hökumət daxilində ictimaiyyətlə
əlaqələrə koordinasiya olunmuş qaydada
və yüksək diqqətlə yanaşılmasını təmin
etmək lazımdır. Şəffaflıq və hesabatlılığın
ən yüksək səviyyədə qurulması, bizneslə
səmimi əməkdaşlıq münasibətlərinin
möhkəmləndirilməsi iqtisadi siyasətin və
islahatların effektivliyini yüksəldəcəkdir.
Yüksək
səviyyəli
koordinasiyanın
təmin edilməsi. Makroiqtisadi, struktur
siyasətinin formalaşdırılması və icrası
zamanı qurumlar arasında koordinasiya
institutunun
möhkəmləndirilməsinə,
effektivliyin daha da yüksəldilməsinə
ehtiyac vardır. Bu istiqamətdə Azərbaycan
Respublikası Prezidentinin 15 iyul 2016-cı
il tarixli Fərmanı ilə Maliyyə Sabitliyi Şurası
yaradılmışdır. Şuranın fəaliyyətinin daha
da genişləndirilməsi iqtisadi siyasətin
səmərəliliyinin yüksəldilməsinə imkan
verəcəkdir.
Yeni artım yanaşmasına keçid: səmərəli
kommunikasiya
Mürəkkəb iqtisadi şəraitdə və iqtisadi
islahatların reallaşdırılması prosesində ən
arzuolunmaz vəziyyətlərdən biri də iqtisadi
agentlərdə (investor və istehlakçılar)
qeyri- adekvat gözləntilərin olması və
bunun da təsiri altında qeyri-rasional
iqtisadi qərarların verilməsidir.
Neftin qiymətlərində kəskin ucuzlaşma,
eyni
zamanda,
Azərbaycan
Respublikasının əsas ticarət tərəfdaşı
olan ölkələrdə ciddi iqtisadi və maliyyə
böhranlarının baş verməsi ölkədə
iqtisadi agentlər arasında psixoloji
gərginliyə səbəb olmuşdur. Psixoloji
gərginliyin yüksəlməsinin səbəblərindən
biri və bəlkə də ən əsası, makroiqtisadi
siyasətin
kommunikasiyasında,
eləcə
də
adekvat
gözləntilərin
formalaşdırılması
mexanizmlərində
mövcud olan çatışmazlıqlardır. Siyasət
orqanlarından
iqtisadi
agentlərə
adekvat informasiya axınının olmadığı
mühitdə informasiya boşluğu yaranır
və bu da möhtəkirlərin vəziyyətdən
öz maraqları çərçivəsində istifadə
etməsinə, spekulyasiyaları artırmaqla
gəlirlərini maksimallaşdırmasına imkan
verir. Nəticədə, həm biznes, həm də ev
təsərrüfatları spekulyasiyalar nəticəsində
üzləşdikləri
zərərin
məsuliyyətini
möhtəkirlərdən daha çox iqtisadi siyasət
orqanları üzərinə qoyur, həmin qurumlara
olan etimad azalır. Lakin diqqətdə
saxlamaq lazımdır ki, müasir iqtisadi
münasibətlərdə ən mühüm dəyərlərdən
biri yüksək etimaddır. Məhz yüksək
etimad gələcək uğurlu iqtisadi islahatlar
üçün ən mühüm şərt hesab edilir.
STRATEJİ BAXIŞ
2020-ci ilədək strateji baxış
Milli iqtisadiyyat üzrə 2020-ci ilədək
strateji baxış Azərbaycan iqtisadiyyatının
əvvəlcə xarici şokların mənfi təsiri
nəticəsində
yaranmış
vəziyyətdən
çıxmaq üçün qısamüddətli dönəmdə
sabitləşdirilməsinə, ortamüddətli dönəmdə
şaxələnmə və yeni hərəkətverici qüvvələr
hesabına inkişaf xəttinin bərpa edilməsinə,
dövrün sonunda isə dünya iqtisadiyyatına
daha çox inteqrasiya etməklə rəqabət
qabiliyyətinin artırılmasına nail olmaqdır.
2020-ci ilədək strateji baxış 2025-ci il
və ondan sonrakı dövr üçün qurulacaq
iqtisadiyyatın təməllərinin inkişafına xidmət
edəcəkdir. Azərbaycanın Avropanın enerji
təhlükəsizliyində, həmçinin nəqliyyat–
logistika dəhlizlərinin inkişafında mühüm
rolu qorunmaqla yanaşı, həm də
iqtisadiyyatının Strateji Yol Xəritəsində
nəzərdə tutulan istiqamətlərdə irəliləməsi
təmin olunacaqdır.
İqtisadiyyatın şaxələndirilməsində və
ixtisaslaşmanın
artırılmasında
əsas
məqsəd, qeyri–neft sektorunda daha
çox dəyərin yaradılması əsasında
gəlirlərin məbləğinin artırılması və
ədalətli bölgüsünün aparılmasıdır. Son
10 il ərzində neftdən əldə edilmiş gəlirlər
əhalinin məşğulluq səviyyəsini artırıb.