Q ərbi Kaspi Universiteti SƏRBƏst iŞ


ELEKTROLİTİK DİSSOSİASİYA



Yüklə 47,81 Kb.
səhifə2/3
tarix22.03.2024
ölçüsü47,81 Kb.
#180815
1   2   3
ELEKTROLİTİK DİSSOSİASİYA
Elektrolitik dissosiasiya nəzəriyyəsi — Elektrolitlərin məhlullarda və ərinmiş halda xüsusi xassələr göstərməsini ionlara dağılması ilə izah edən nəzəriyyə. İngilis alimi Maykl Faradey məhlulların elektrik keçiriciliyini öyrənərək müəyyən etmişdir ki, duzların, turşuların və qələvilərin məhlulu elektrik cərəyanın keçirir. Üzvi maddələrin, məsələn, şəkər, spirt və s. Məhlulları isə cərəyanı keçirmir. Məhlulu və ya ərintisi elektrik cərəyanını keçirən maddələri Maykl Faradey elektrolitlər, keçirməyən maddələri isə qeyri-elektrolitlər adlandırmışdır.

Elektrolitlərdə elektrik cərəyanının daşıyıcısı ionlardır. Məhlulda cərəyan daşıyıcısı ionlar olduğundan, daha çox ion əmələ gətirən, başqa sözlə, öz ionlarına daha yaxşı dissosiasiya edən elektrolitlərin məhlulları elektrik cərəyanın daha yaxşı keçirir.


Elektrolitləri suda həll etdikdə və ya əritdikdə ionlara ayrılması prosesinə elektrolitik dissosiasiya deyilir. Bəzi elektrolitlər praktik olaraq ionlarına tam dissosiasiya etdiyi halda, bəziləri az dissosiasiyaya uğrayır. Elektrolitlərin dissosiasiya prosesinin kəmiyyət xarakteristikası elektrolitik dissosiasiya dərəcəsi, elektrolitik dissosiasiya sabiti, izotonik əmsal və s.-dən ibarətdir.


Elektrolitik dissosiasiya dərəcəsi ionlarına ayrılmış molekullar sayının məhlulda həll olmuş maddə molekullarınını ümumi sayına olan nisbəti ilə xarakterizə olunur:


Dissosiasiya dərəcəsinini qiymətinə görə elektrolitləri üç qrupa bölürlər:


Zəif elektrolitlər — dissosiasiya dərəcəsi 3 %-dən az olur: NH4OH, H2CO3, H2S
Orta qüvvətli elektrolitlər — dissosiasiya dərəcəsi 3–30 % arasında olur: Mg(OH)2, H3PO4, H2C2H4
Qüvvətli elektrolitlər — dissosiasiya dərəcəsi 30 %-dən böyük olur: LiOH, Ca(OH), H2SO4

Dissosiasiya dərəcəsinə rabitənin təbiəti, həlledicinin təbiəti, məhlulun qatılığı, temperatur və ionların qatılığı təsir göstərir.


Elektrolitik dissosiasiya sabiti isə məhluldakı ionların qatılıqları hasilinin molekulların qatılığına nisbəti ilə müəyyən edilir:
İzotonik əmsal (Vant-Hoff əmsalı) ionların və dissosiasiya etməmiş molekulların ümumi sayının elektrolitin ilkin molekullar sayına olan nisbəti ilə xarakterizə olunur.



Yüklə 47,81 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə