Publication1


ləyaqətsiz vərəsə sayılmış



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə16/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   12   13   14   15   16   17   18   19   ...   89
ləyaqətsiz vərəsə sayılmış
 və ya
vəsiyyətnamənin birbaşa
göstərişi
 ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilmə
zdir. Bu
cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Demək buradan aydın olur ki,
şəxsin ləyaqətsiz vərəsə sayılması həm məhkəmə tərəfindən, həm də vəsiyyətnamənin birbaşa göstərişi
il
ə mümkündür. Bu isə MM‐də başqa bir boşluğun olmasını göstərir
.)
Bəzən ləyaqətsiz vərəsəyə
vərəsəlikdən kənarlaşdırılmaq
kimi sanksiyanın tətbiq olunması istisna
edilir. Bu, o vaxt mümkün olur ki, miras qoyan ləyaqətsiz vərəsəni bağışlasın (MM‐in 1140‐cı maddəsi).
Belə halda ləyaqətsiz vərəsənin vərəsəlik hüququ bərpa edilir, vərəsəliyə buraxılır. Bu yalnız miras
qoyanın iradəsi əsasında mümkün ola bilər: miras qoyan ləyaqətsiz vərəsənin bağışlamaq barədə
qərarını aydın şəkildə ifadə etməlidir. Özü də o, həmin qərarı ləğv edə (geri götürə) bilməz. Əgə
r miras
qoyan bağışlama barədə öz qərarını ləğv edərsə (götürərsə), bu qərar etibarsız hesab ediləcəkdir. (2,
6, 9)
Əgər şəxs miras qoyana qarşı şəxsin vərəsəlik hüququnun itirilməsinə səbəb olan hərəkətlə
rin
törədilməsinin üstü açılandan sonra məhkəməyə müraciət edərək bu halı təsdiq etmirsə və bu barədə
hər hansı bir məhkəmə qətnaməsi mövcud deyilsə, o zaman şəxs ləyaqətsiz vərəsə hesab edilmir və
onun miras qoyan tərəfindən bağışlanmasına da ehtiyac qalmır.
Ləyaqətsiz vərəsənin bağışlanmasından sonra onun mirasa qarşı olan bütün hüquqları və payı bə
rpa
edilmiş sayılır, yəni şəxs əvvəlki vəziyyətinə qayıdır.
Əgər miras qoyanın ölümündən sonra onun vərəsələri vəsiyyətnamədən xəbərsiz olduqları halda
mirası bölüşdürərlərsə və sonradan vəsiyyətnamə meydana çıxarsa və ləyaqətsiz vərəsənin
bağışlanması aşkar olunarsa o zaman miras yenidən bağışlanmış vərəsənin iştirakı ilə bərabə
r
bölünməlidir.
MM ləyaqətsiz vərəsəni bağışlanmanı geri götürülməsinə yol vermir. Əgər bu bağışlanma şə
xsin miras
qoyanın son iradəsini həyata keçirməyə maneə olması nəticəsində baş vermişdirsə və bu hal sonradan
digər vərəsələrə məlum olmuşsa ozaman onlar maraqlı şəxs qismində məhkəməyə müraciət edərə
k
şəxsin MM‐in 1137‐ci maddəsinin tələbi ilə ləyaqətsiz vərəsə hesab edilməsini tələb edə bilərlər.



Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə