Psixologiya // ##fk=206//ks=02//fn=201// sumalltest= 499


##num= 20// level= 1// sumtest=20 // name= Tərbiyə psixologiyası //



Yüklə 0,85 Mb.
səhifə19/22
tarix17.11.2018
ölçüsü0,85 Mb.
#80849
1   ...   14   15   16   17   18   19   20   21   22

##num= 20// level= 1// sumtest=20 // name= Tərbiyə psixologiyası //


1. Sadalanlardan hansı özünütərbiyə anlayışının mahiyyətinin adekvat izahını təmin edir?

A) özünütərbiyə - şəxsiyyətin müsbət davranış adətlərinə yiyələnməklə bağlı arzusunun ifadəsidir.

B) özünütərbiyə - şəxsiyyətini özünü təkmilləşdirmək təlabatının ifadəsi kimi təzahür edir.

C) özünütərbiyə - insanın fəaliyyəti olub, şəxsiyyətini dəyişmək məqsədinə xidmət edir.

D) özünütərbiyə - şəxsiyyətin mənfi yönümlü davranış adətlərinin aradan qaldırılmasına yönələn aktiv münasibətlərini ifadə edir.

E) Özünütərbiyə - şəxsiyyətin kollektivdaxili münasibətlərdə yüksək mövqe tutmaq və yaşıdlarının hörmətini qazanmaq təlabatından irəli gəlir.

2. Özünütərbiyə - insanın şüurlu, planlı və sistematik işi olub, özünün şəxsiyyətində yeni keyfiyyətlərin fəal surətdə formalaşdırılmasına yönələn bir prosesdir. Bu mülahizə hansı psixoloq tərəfindən irəli sürülmüşdür?

A) Ə. Ə. Əlizadə

B) A. A. Rean

C) A. Q. Kovalyov

D) A. V. Petrovski

E) Ə. S. Bayramov

3. Tərbiyə psixologiyası hansı məsələləri öyrənir?

A) tərbiyənin metod və formalarını, onun idarə olunmasını və özünütərbiyə məsələlərini

B) pedaqoji psixologiyanın ümumi məsələlərini

C) pedaqoji psixologiyanın nəzəri problemlərini

D) pedaqoji psixologiyanın praktik vəzifələrini

E) müxtəlif yaş dövrlərini

4. Özünütərbiyə psixologiyasının mühüm kateqoriyalarından olan “insan tərbiyənin subyektidir” anlayışının mahiyyətinə dair hansı şərhi düzgün sayırsınız?

A) şagird müəllim və valideynlərinin davranış üslubunu və münasibətlərini yamsılayır.

B) şagird davranış normalarını fəal surətdə yerinə yetirməyə çalışır.

C) şagird əxlaqi dəyərlərin şüurlu surətdə mənimsənilməsində fəallıq nümayiş etdirir.

D) şəxsiyyət özünütərbiyəyə aktiv meyl edir.

E) inkişaf etməkdə olan şəxsiyyət yaşadığı mühitdə qəbul olunmuş əxlaqi norma və qaydalara hörmətlə yanaşmağa aktiv meyl edir.

5. Özünütərbiyənin funksional mahiyyəti A. Q. Kovalyovun yanaşmasında necə açıqlanır?

A) özünütərbiyə - şəxsiyyətin özünü inkişaf etdirməsinin və özünütəkmilləşdir - məsinin əsas mahiyyətini ifadə edir.

B) özünütərbiyə - şəxsiyyətin ahəngdar surətdə sosial dəyərlərə yiyələnməsinin və özünü fəaliyyət və münasibətlərin subyekti kimi dərk etməsinin təzahür formasıdır.

C) özünütərbiyə - insanın şüurlu, planlı və sistematik işi olub, özünün şəxsiy - yətində yeni keyfiyyətlərin fəal surətdə formalaşdırılmasına yönələn bir prosesdir.

D) özünütərbiyə - şəxsiyyətin davranış və fəaliyyətin müstəqilliyinin psixoloji ifadəsi kimi xarakterizə oluna bilər.

E) özünütərbiyə - şəxsiyyətin tərbiyənin subyektinə çevrilməsinin psixoloji mexa - nizmi kimi araşdırılaraq təhlil edilə bilər.

6. Tərbiyə işini təşkil etmək üçün nəyin nəzərə alınması zəruridir?

A) tərbiyə prinsiplərini

B) tərbiyə işinin təşkilini

C) inkişafın yaxın zonasını

D) tərbiyənin metodlarını

E) təlim və inkişafın vəhdətini

7. Tərbiyənin psixoloji mexanizmləri öyrənilərkən hansı anlayışların izah - edici imkanlarına müraciət edilir? Uyğun olanları seçin:

1 - motiv, tələbatlara

2 - ktivlik, məqsəd

3 - özünüinkişaf, aktivlik

4 - tələbatlara

5 - fəaliyyət, əxlaqi şüur

A) 3, 4

B) 2, 5

C) 1, 2

D) 1, 4

E) 1, 2

8. Özünüqiymətləndirmə hansı yollarla formalaşır? Uyğun olanları seçin:

1 - özünümüşahidə, özünütəhlil

2 - özünənəzarət, özünütənzim

3 - özünüqiymətləndirmə, müqayisə

4 - özünütəhlil, özünüidarə, özünə hesabat vermək

5 - müqayisə, özünütənzim

A) 1, 5

B) 2, 4

C) 1, 3

D) 1, 4

E) 1, 2

9. Görkəmli psixoloq A. Q. Kovalyovun özünütərbiyənin mahiyyətinə dair mövqeyini hansı cavablar ı düzgün səciyyələndirir? Uyğun olanları seçin:

1 - özünütərbiyə - insanın şüurlu, planlı və sistematik işi olub, özünün şəxsiyyətində yeni keyfiyyətlərin fəal surətdə formalaşdırılmasına yönələn bir prosesdir.

2 - özünütərbiyə - şəxsiyyətin özündə yeni keyfiyyətlərin fəal surətdə formalaşmasına yönəldilən bir prosesdir.

3 - özünütərbiyə - davranış və fəaliyyətin müstəqilliyinin əsasını təşkil edir.

4 - özünütərbiyə - şəxsiyyətin özünü təkmilləşdirməsinin əsas mahiyyətini təşkil edir.

5 - özünütərbiyə - şəxsiyyətin özünü dərk etməsinin mühüm təzahür formasıdır.

A) 1, 4

B) 2, 3

C) 1, 2

D) 4, 3

E) 4, 5

10. Bunlardan hansılar özünütərbiyənin motivlərinə aiddir? Uyğun olanları seçin:

1 - daxili,

2 - adekvat, qeyri - adekvat

3 - obyektiv, subyektiv

4 - xarici

5 - əsas, qeyri - əsas

A) 3, 5

B) 2, 3

C) 1, 5

D) 1, 4

E) 3, 4

11. Özünütərbiyə motivləri hansılardır? Uyğun olanları seçin:

1 - özünüidarə tələbləri

2 - özünənəzarət tələbləri

3 - cəmiyyətin əxlaqi tələbləri

4 - özünütəhlil tələbləri

5 - işdə yaranmış çətinliklər

A) 2, 5

B) 1, 3

C) 3, 5

D) 2, 3

E) 1, 4

12. Özünütərbiyənin xarici motivlərinə hansılar daxildir? Ardıcıllığı müəy - yən edin:

1 - insanın yaşadığı mühit

2 - cəmiyyətin əxlaqi dəyərləri

3 - insanın arzu və meylləri

4 - cəmiyyətin iqtisadi - siyasi həyat şəraiti

5 - estetik ehtiyacları

A) 2, 4

B) 1, 2

C) 3, 4

D) 1, 4

E) 1, 5

13. Özünütərbiyə anlayışına aid olanları ardıcıllıqla müəyyən edin:

1 - daxili ziddiyətlər əsasında baş verir

2 - xarici təsirlər əsasında formalaşır

3 - şəxsi mövqe əsasında yaranır

4 - nəzarət əsasında yaranır

5 - özünüidarə əsaslanır

A) 3, 4, 5

B) 1, 2, 3

C) 1, 4, 5

D) 2, 3, 4

E) 2, 4, 5

14. Tərbiyə prosesində şəxsiyyətin hansı əlamətləri tərbiyəvi təsirləri səmə - rələşdirir? Ardıcıllığı müəyyən edin:

1 - şəxsiyyətin aktivliyi

2 - mənlik şüuru

3 - şəxsiyyətin müstəqilliyi

4 - şəxsiyyətin fiziki inkişafı

5 - əxlaqi şüur və özünüqiymətləndirmə

A) 1, 3

B) 1, 2

C) 3, 4

D) 4, 5

E) 2, 4

15. Tərbiyə anlayışlarını ardıcıllıqla təsnif edin:

1 - əqidə

2 - rəftar

3 - adət

4 - əxlaqi anlayış

A) 2, 4, 3, 1

B) 1, 2, 3, 4

C) 4, 2, 3, 1

D) 3, 4, 1, 2

E) 4, 3, 1, 2

16. Tərbiyə prosesində tərbiyə olunana aşılanacaq münasibətləri ardıcıllıqla düzün:

1 - biliklərə yiyələnmə

2 - əxlaqi münasibətlər

3 - bacarıqlara yiyələnmə

4 - siyasi münasibətlər

5 - ideoloji münasibətlər

6 - vərdişlərin formalaşdırılması

7 - ekoloji münasibətlər

8 - estetik münasibətlər

9 - təhsil münasibətlər

10 - hüquqi münasibətlər

A) 6, 7, 8, 9, 10, 1

B) 1, 2, 5, 8, 10, 9

C) 3, 4, 5, 6, 9, 10

D) 2, 4, 5, 7, 8, 10

E) 1, 3, 6, 7, 9, 10

17. Uyğun cavabları tapın:

I - Özünütərbiyənin təşkilinə verilən tələblər

II - Özünütərbiyə priyomları

III - Özünütərbiyə stimulları

1 - şəxsiyyəti fəaliyyət təhrik edən xarici vasitələr

2 - özünütərbiyəyə planlı və məqsədyönlü tərbiyə işinin komponenti kimi baxılmalıdır.

3 - stimul insanı fəaliyyətə təhrik edən xarici qıcıqlardır.

4 - öz üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməkdir.

5 - özünütərbiyə insanın könüllü surətdə öz üzərində işləməsindən ibarət olmalıdır.

6 - mənəvi stimullara hüquqi, emosional ideoloji, əxlaqi, intelektual vasitələr daxildir.

7 - əvvəlki özünütərbiyə işi başa çatmadan yeni özünütərbiyə öhdəliyi götürülməlidir.

8 - mükafat, təltif etmələr maddi stimula aiddir.

9 - öhdəliyin icrası barədə özünə hesabat verməkdir.

10 - Fəaliyyəti təhlil etmək

A) I - 4, 5, 6; II - 8, 9, 10; III - 1, 2, 3

B) I - 2, 5, 8; II - 4, 8, 10; III - 1, 7, 9, 10

C) I - 1, 2, 3; II - 4, 5, 6, 7; III - 8, 9, 10

D) I - 2, 5, 7; II - 4, 9, 10; III - 1, 3, 6, 8

E) I - 1, 4, 5; II - 1, 3, 8; III - 2, 9, 10

18. Özünütərbiyəyə aid söylənmiş fikirlərin uyğun müəlliflərini tapın:

I - Özünütərbiyə insanın şüurlu, planlı və sistematik işi olub özünün şəxsiyyətində yeni keyfiyyətlərin fəal surətdə formalaşdırılmasına yönələn bir prosesdir.

II - Şüura təsir göstərmək, şüuru formalaşdırmaq və dəyişdirmək adətləri dəyişdirməkdən xeyli asandır.

III - Kollektivin formalaşmasının dördüncü mərhələsində hər bir şagird kollektivin tələblərinin ifadəçisinə çevrilir, bu tələbləri öz - özünə verir və yerinə yetirir.

1 - K. D. Uşinski

2 - A. S. Makarenko

3 - İ. P. Pavlov

4 - Ə. S. Bayramov

5 - T. Y. Konnikova

6 - L. İ. Ruvinskiy

7 - A. Q. Kovalyov

8 - A. Y. Aret

9 - S. Zeynalov

10 - M. Paşayev

A) I - 2; II - 4; III - 6

B) I - 7; II - 3; III - 5

C) I - 10; II - 8; III - 9

D) I - 1; II - 4; III - 6

E) I - 2; II - 7; III - 9

19. Uyğunluğu müəyyən edin:

Nəzəri fikirlərin müəlliflərini dəqiqləşdirin :

I - İnsanı hərtərəfli tərbiyə etmək üçün onu hərtərəfli öyrənmək lazımdır.

II - Uşaqları tərbiyə edə - edə, öyrədə - öyrədə öyrənmək lazımdır ki, onları öyrənə - öyrənə tərbiyə edək və öyrədək.

III - Tərbiyə işini düzgün təşkil etmək üçün inkişafın sosial şəraitinin nəzərə alınması zəruridir.

a - A. S. Makarenko

b - S. Z. Rubinşteyn

c - K. D. Uşinski

d - U. A. Kamenski

e - L. S. Vıqotski

A) I - c, II - b, III - e

B) I - a, II - c, III - d

C) I - d, II - a, III - c

D) I - c, II - d, III - a

E) I - b, II - e, III - b

20. Uyğun sahələri xarakterizə edən uyğun sahəyə daxil edin:

I - Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji əsasları

II - Müəllimin şagirdin özünütərbiyəsinə rəhbərlik etdiyi zaman qarşısında duran vəzifələr

III - Tərbiyə işinin üsul və formalarının psixoloji əsasları

1 - tərbiyə olunan şagirdin yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınması

2 - şəxsiyyətdə əxlaqi sahənin formalaşdırılması

3 - şagirdlərdə özünütərbiyəyə cəhd oyatmaq, özünütərbiyə meyli yaratmaq

4 - əxlaqi anlayışların formalaşdırılması

5 - şagirdin daxil olduğu uşaq kollektivinin xüsusiyyətləri

6 - şagirdlərdə yaradılmış anlayışların adətlərə çevrilməsi

7 - əxlaqi bilik və anlayışların inama çevrilməsi

8 - şagirdin öz şəxsiyyətinə tənqidi yanaşması , öz qüsurlarını görməsinə yrdım etməsi

9 - tərbiyəvi tədbirin həyata keçirildiyi konkret şərait

10 - tərbiyəçinin şagirdləri özünütərbiyənin ən səmərəli yolları - üsulları ilə silahlandırması

A) I - 4, 7, 8, 10; II - 5, 6, 7; III - 1, 2, 3, 5

B) I - 1, 2, 4, 3; II - 3, 7, 8; III - 5, 6, 9, 10

C) I - 2, 4, 6, 7; II - 3, 8, 10; III - 1, 5, 9

D) I - 3, 5, 7, 8; II - 2, 4, 6, III - 1, 4, 5

E) I - 6, 7, 8, 9; II - 3, 4, 5; III - 1, 2, 8

Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə