Psixologiya // ##fk=206//ks=02//fn=201// sumalltest= 499


##num= 11// level= 1// sumtest=13 // name= Iradə //



Yüklə 0,85 Mb.
səhifə11/22
tarix17.11.2018
ölçüsü0,85 Mb.
#80849
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

##num= 11// level= 1// sumtest=13 // name= Iradə //


1. Aşağıda irəli sürülən fikirlərin hansını düzgün hesab edirsiniz?

A) Kontekst nitqinin inkişafı uşaq həyatının ikinci ilinə təsadüf edir

B) Təsviri fəaliyyət körpəlik dövrünün aparıcı fəaliyyət sahəsidir

C) Klassik psixologiyada “Mən - konsepsiya” anlayışı A. F. Lazurski tərəfindən irəli sürülmüşdür

D) Motivlərin ierarxiyasının yaranması iradi davranışın inkişafında mühüm əhəmiyyətə malikdir

E) “Təbii eksperiment” anlayışı rus psixoloqu N. N. Lanqe tərəfindən irəli sürülmüşdür

2. Hansı psixoloji törəmə iradi davranışın inkişafını şərtləndirir?

A) Əxlaqi hisslər

B) Obrazlı təfəkkür

C) Motivlərin ierarxiyasının yaranması

D) İxtiyari işlər

E) Müstəqilliyə meyl

3. Məktəbəqədər yaş dövründə uşağın ixtiyari işlərinin tənzim olunmasına hansı amil əsaslı təsir göstərir?

A) Şifahi təlimatlandırma

B) Nitq fəaliyyəti

C) Yaşlının tələbi

D) Fəaliyyət şəraiti

E) Davranış motivləri

4. Motivlərin ierarxiyasının yaranması ilk növbədə hansı psixoloji törəmənin inkişafını şərtləndirir?

A) İradi davranış

B) İxtiyari işlər

C) Müstəqilliyə meyl

D) Özünənəzarət

E) Əxlaqi hisslər

5. İradi davranışın inkişafına hansı psixoloji amillər təsir göstərir?

1 - Motivlərin ierarxiyasının yaranması

2 - Əxlaqi hisslərin inkişafı

3 - İxtiyari işlərin formalaşması

4 - Motivlərin qarşılıqlı tabeliyinin formalaşması

5 - Müstəqilliyə meyl

6 - Sosial dəyərlər

A) 1, 3

B) 2, 5, 6

C) 1, 4

D) 3, 4, 6

E) 2, 3, 5

6. Uşağın ixtiyari işlərinin idarə olunmasında hansı psixoloji amillərin təsiri mühüm rol oynayır?

1 - Nitq fəaliyyəti

2 - Əyani - əməli təfəkkür

3 - İxtiyari diqqət

4 - Hafizənin prosesləri

5 - Oyun fəaliyyəti

6 - Dərkolunan fəaliyyət motivləri

A) 1, 3, 6

B) 2, 4, 5

C) 3, 6

D) 2, 5, 6

E) 2, 3, 6

7. Uşaqda ixtiyari davranışın formalaşması nədə ifadə olunur?

1 - Öz davranışını yaşlının şifahi təlimatı əsasında tənzim etməyə nail olur

2 - Oyun prosesində fəal iştirak edir

3 - Qarşıda duran məqsədə uyğun olaraq davranış və fəaliyyətin idarə olunmasına nail olur

4 - Müstəqilliyə meyl daha aktiv xarakter daşıyır

5 - “Mən”ini başqalarına qarşı qoymağa aktiv meyl edir

6 - Görəcəyi işləri nitq vasitəsilə qabaqlamağa nail olur

7 - Ətrafdakıların tələbi əsasında öz davranışını idarə etməyə çalışır

A) 2, 4, 6

B) 1, 3, 7

C) 3, 5, 6, 7

D) 4, 5, 7

E) 1, 2, 4, 6

8. Motivlərin frustrasiyasını necə izah etmək olar?

1 - Müvafiq motivlərin sıxışdırılması və qarşısının alınması

2 - Motivlərin dərk olunmaması

3 - Davranış və fəaliyyətin məqsədlərinin reallaşdırılmasının mümkün olmaması

4 - Motivlərin qarşılıqlı fəal xarakter daşımaması

5 - Eqoistik motivlərin üstünlük təşkil etməsi

6 - Motivlərin sıxışdırılmasının psixoemosional gərginliklə müşaiyət olunması

A) 1, 3, 6

B) 2, 4, 5

C) 3, 4, 6

D) 4, 5, 6

E) 3, 5

9. İxtiyari davranışın ilkin təşəkkülündə hansı amillər mühüm rol oynayır?

1 - Uşaq ətrafdakıların tələbi əsasında işlərini nizama salmağa çalışır

2 - Uşaq oyun prosesnidə müvafiq qaydalara uyğun olaraq işlərini yerinə yetirə bilir

3 - Uşaqda davranış müstəqilliyinə meyl aktiv xarakter daşıyır

4 - Uşaq yaşlının şifahi təlimatı əsasında davranışını idarə etməyə cəhd göstərir

5 - Uşaq yaşlı ilə şəxsi – emosional ünsiyyətə aktiv meyl edir

6 - Uşaq “mən özüm” ifadəsini tez –tez işlədir

A) 2, 3, 6

B) 1, 4

C) 4, 6

D) 3, 4, 5

E) 4, 5, 6

10. Təlimin psixoloji quruluşunun əsas komponentlərinin ardıcıllığını müəyyən edin:

1 –Təlim işləri

2 –Təlim metodları

3 – Nəzarət

4 –Təlimin məzmunu

5 – Qiymətləndirmə

6 – Problem situasiyası

A) 5, 1, 4, 2

B) 2, 6, 4, 3

C) 6, 1, 3, 5

D) 6, 4, 1, 3

E) 3, 1, 4, 2

11. Uyğunluğu müəyyən edin:

I – Eqosentrik empatiya hissi

II – Əxlaqi hisslərin inkişafı

1 – Uşağın yaşlılarla şəxsi – emosional ünsiyyəti

2 – Uşaq öz vəziyyəti ilə əlaqədar emosional mütəəssirlik hissi keçirir

3 – Uşağın yaşıdları ilə münasibəti

4 – Davranış qaydalrının mənimsənilməsi

5 – Şəxsi uğursuzluq mənəvi əzab verir

6 – Astenik hisslərin təzahürü daha aktiv xarakter daşıyır

7 – Əxlaqi davranışın inkişafı

8 – Uşaq özünün emosional vəziyyətinə daha çox diqqət yetirir

9 – Borc hissinin təşəkkülü

10 – Ətrafdakılarla şəxsi – emosional ünsiyyətin məhdudluğu

11 – Yaşlının uşağın davranışı ilə bağlı qiymətləndirici mühakimələri

A) I – 2, 3, 6, 8, 10; II – 1, 4, 5, 7, 9, 11

B) I – 2, 5, 7, 9, 11; II – 1, 3, 4, 6, 8, 10

C) I – 2, 5, 6, 8, 9; II – 1, 3, 4, 7, 10, 11

D) I – 2, 5, 6, 8, 10; II – 1, 3, 4, 7, 9, 11

E) I – 2, 5, 6, 8, 11; II – 1, 3, 4, 7, 9, 10

12. Uyğunluğu müəyyən edin:

I – İradi davranışın inkişafı

II – Motivlərin frustrasiyası

1 – Uşaq yazılının şifahi təlimatı əsasında davranışını tənzim etməyə nail olur

2 – Müvafiq motivlər sıxışdırılır və onların qarşısı alınır

3 – Müvafiq qaydalara uyğun olaraq işlərin yerinə yetirilməsinə nail olunur

4 – Eqoistik motivlər üstünlük təşkil edir

5 – Şifahi təlimat əsasında işlərin yerinə yetirilməsi

6 – Motivlərin mübarizəsi psixoemosional gərginliklə müşaiyət olunur

7 – Konkert məqsədlərin reallaşdırılmasına cəhd göstərilir

8 – Sıxışdırılmış motivlər təcavüzə meylli davranışın təzahürünü şərtləndirir

9 – Müstəqilliyə meyl aktiv xarakter daşıyır

A) I – 1, 3, 5, 7, 9; II – 2, 4, 6, 8

B) I – 1, 2, 5, 7, 9; II – 3, 4, 6, 8

C) I – 1, 3, 4, 7, 9; II – 2, 5, 6, 8

D) I – 1, 3, 5, 7, 8; II – 2, 4, 6, 9

E) I – 1, 3, 5, 8, 9; II – 2, 4, 6, 7

13. Uyğuluğu müəyyən edin:

I - Iradi işlərin idarə olunmasına təsir göstərən psixoloji amillər

II - Motivlərin frustrasiyasının təzahür xüsusiyyətləri

1 - Müvafiq motivlər sıxışdırılır və qarşısı alınır

2 - Nitq fəaliyyəti

3 - İnsanın qarşısına qoyduğu məqsədlərin reallaşdırılmasının mümkün olmaması

4 - İxtiyar i diqqət

5 - Motivlərin sıxışdırılması psixoemosional gərginliklə müşayət olunur

6 - Dərkolunan fəaliyyət motivlərinin olması

A) I - 2, 3, 6; II - 1, 4, 5;

B) I - 2, 4, 6; II - 1, 3, 5;

C) I - 2, 4, 5; II - 1, 3, 6 ;

D) I - 2, 3, 4; II - 1, 5, 6 ;

E) I - 2, 5, 6 ; II - 1, 3, 4;


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə