Press-reliz “Stimul” Gənclər Şəbəkəsi yeni layihənin icrasına başlayıb



Yüklə 42,7 Kb.
tarix08.07.2018
ölçüsü42,7 Kb.
#54059

stimul_logo

Az AZ1000, Nəsimi rayonu, Əlövsət Quliyev 133, mənzil 35, Tel: 012 498 01 17, Mobil 050 570 0535, 050 613 35 65

www.stimul.org.az e-mail: rafaelgizi@yahoo.com, elchin_aze@yahoo.com

27.07.09


Press-reliz

Stimul” Gənclər Şəbəkəsi yeni layihənin icrasına başlayıb

“Stimul” Gənclər Şəbəkəsi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə “Qaçqın qadınların sosial və ictimai aktivliyini artırmağa dəstək” layihəsinin icrasına başlayıb. Pirşağı qəsəbəsində yerləşən qaçqın düşərgəsində həyata keçirilən layihənin əsas məqsədi həmin ərazidə yaşayan gənc qızların və qadınların problemlərini araşdırmaq, onları ictimaiyyətə çatdırmaq və qismən həllinə nail olmaqdır.

Ötən həftə layihə çərçivəsində ilk açıq hava müzakirəsi keçirilib. “Qadının vətəndaşlıq borcu” mövzusunda keçirilən ilk müzakirələri pedaqoq Rəna Qasımova və “Yuva” Humanitar Mərkəzinin təlimçisi Pərvanə Suxandani aparıb. Qadınların hüquq və vəzifələri, onların əsas vətəndaşlıq borclarında keçirilən müzakirələrdə 30-a yaxın gənc qız və qadın iştirak edib.

Qeyd edək ki, layihə çərçivəsində həmin ərazidə 4 müxtəlif mövzuda açıq hava müzakirələri təşkil olunacaq. Daha sonra “Qadınların aktivliyinin artırılmasına necə kömək edə bilərik?” mövzusunda dəyirmi masa keçiriləcək. Layihənin sonuncu mərhələsində ölkədəki ictimai aktiv qadınların iş təcrübəsi ilə tanış olmaq məqsədilə bir sıra təşkilat və şirkətlərdə görüşlər keçiriləcək.

İlahə Hacıyeva



050 716 36 06

Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti
Yüklə 42,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə