Prepared remarks



Yüklə 229,21 Kb.
Pdf görüntüsü
tarix01.07.2018
ölçüsü229,21 Kb.
#52693


PREPARED REMARKS 

Səfir Ceyms Uorlikin çıxışı 

Dağlıq Qarabağ:  Münaqişənin nizamlanma yolları 

Beynəlxalq Sülh naminə Karnegi Fondu

 

 

Çərşənbə, 7 may, 9:00 



 

Hörmətli qonaqlar, xanımlar və cənablar, 

Bu səhər bizimlə olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Sizlərdən bəziləri 

ötən səkkiz ay ərzində məsləhətçi və ya məşvərət qrupu kimi mənə kömək edib və 

mən sizə xüsusi təşəkkürlərimi bildirmək istəyirəm.   

Öncədən bildirim ki, mən münaqişənin tarixinə yenidən nəzər salmaq istəmirəm. 

Məqsədimiz uzunmüddətli nizamlanmaya nail olmaq üçün praqmatik həll 

yollarının tapılması olmalıdır.   

Bu gün sizinlə ATƏT-in Minsqk Qrupunun ABŞ-dan olan həmsədri kimi 

danışmağıma baxmayaraq mən bütün həmsədrlərin adından danışmıram.  Mənim 

çıxışım ABŞ hökumətinin münaqişə tərəflərinə sülhə nail olmağa kömək etmək 

fəaliyyətini rəhbər tutaraq həyata keçirdiyi rəsmi siyasətin bəyanatıdır.     

Sülh yaxındır. Tərəflər elə bir məqama gəlib çatıb ki, onların gələcəyə yönəlik 

mövqeləri çox fərqli deyil. Onlar bir neçə dəfə və ən son 2011-ci ildə, razılığa 

gəlməyə çox yaxın olublar. Onlar hər bir uğursuz danışıqlar mərhələsindən sonra 

labüd şəkildə danışıqlar masasına qayıdarkən növbəti “böyük ideya”nın struktur 

elementləri ötən dəfəkinə bənzər olmuşdur.  

Razılaşmanı planlaşdıran prinsiplər, anlaşmalar və sənədlər artıq danışıqlar masası 

üzərindədir və bizim onlardan imtina etməyimizi heç kəs təklif etməyibdir. Çətin 

məsələ hər iki xalqın layiq olduğu sülh və sabitliyi bərqərar etmək məqsədilə yerdə 

qalan fikir ayrılıqlarını aradan qaldırmaq üçün son və cəsarətli addımı atmaqda 

tərəflərə kömək etməyin yolunu tapmaqdır.    

İyirmi il ərzində sülhə nail olmaq mümkün olmamışdır. Tərəflər bir-birilərinə 

etimad etmir və Azərbaycan və Ermənistanda bir-birilərini tanımayan gənc nəsil 

yetişmişdir. Çoxlarının qeyd etdiyi kimi azərbaycanlı və ermənilərin birgə yaşadığı 

və fikir ayrılıqlarını silahsız həll etmələri yaşlı nəslin xatirindədir.     




Çorçil vaxtilə demişdir: “Danışıqlar dostlarla deyil, düşmənlərlə aparılır.” İstənilən 

uğurlu danışığın önəmli cəhəti bütün tərəflərin nəyə isə nail olmaları qənaətinə 

gəlməsidir və azərbaycanlılarla ermənilər arasında razılaşmanın bölgədə inkişafın 

yeni dövrünə səbəb olacağı şübhə doğurmur. Sülhün faydaları davam edən 

çıxılmaz vəziyyətdən və hərbi əməliyyatların yenidən başlamasının fəsadlarından 

çox üstündür.      

 

Ermənistan sərhədlərin dərhal açılması, təhlükəsizliyin artması, ticarət, səyahət və 



bütün qonşularla əməkdaşlıq etməkdən faydalancaqdır.    

Azərbaycan dünya miqyasında oyunçu kimi inkişaf etməyə, regional ticarət 

mərkəzi, güclü təhlükəsizlik tərəfdaşı olmağa başlıca maneəni aradan qaldıracaq, 

eyni zamanda yüz minlərlə qaçqın və məcburi köçkünə barışıq və dogma yurd-

yuvalarına qayıtmaq imkanı verəcəkdir.  

Dağlıq Qarabağda yaşayan minlərlə insan təcrid olunma və asılılıq məngənəsindən 

azad olacaqdır.  

Müvafiq şəkildə tərtib və icra olunmuş sülh sazişi sərhəd və təmas xətti boyunca 

faciəvi və çoxsaylı hərbi və mülki insan itkilərinə son qoyacaqdır. Dəqiq rəqəmlər 

söyləmək çətindir, lakin, təmas xəttində bu il indiyə kimi ən azı onlarla insan 

öldürülmüş və yaralanmışdır. Bu qəbuledilməzdir.     

Döyüş hazırlığı və artmaqda olan silah yarışının dövlət büdcələri üzərinə qoyduğu 

ağır maliyyə yükü heç də az əhəmiyyət kəsb etmir və daha məhsuldar istifadə 

olunarsa sülhün gətirəcəyi dividend, həm Azərbaycan, həm də Ermənistan üçün 

dönüş nöqtəsi ola bilər.     

Gələn həftə atəşkəs sazişinin imzalanmasından 20 il ötür. Genişmiqyaslı hərbi 

əməliyyatların başlamasının qarşısı alınsa da, hazırkı vəziyyətin qəbuledilməz və 

dayanıqsız olmasını dana bilmərik.    

Daimi danışıqlar, atəşkəsin mütəmadi pozulması, Ermənistanın və Dağlıq 

Qarabağda yaşayanların təcridi, Azərbaycandakı məyusluq və məcburi köçkünlər 

arasında qəzəb – bütün bunlar sülh və sabitliyə səbəb olmur, eləcə də inkişafa 

gətirib çıxarmır.  




Bölgə əhalisi daha yaxşısına layiqdir. 

---- 


Mən bu vəzifəyə keçən ilin sentyabr ayında prezidentlər və xarici işlər nazirləri ilə 

görüşmək üçün Bakı və Yerevana səfərlərlə başlamışam. Mən Ağdam – Hindarx 

yolu üzərində təmas xətti boyunca səfir Anjey Kasprşikin rəhbərlik etdiyi ATƏT 

müşahidə missiyasına qoşulmaq üçün Dağlıq Qarabağa da səfər etdim.    

Mən təmas xəttinin qərb hissəində müşahidə missiyasına qoşuldum və təmas 

xəttini ilk dəfə ötəri gördüm.  Mən təmas xəttinin hər iki tərəfində acı reallıqla 

üzləşən, xəndək və torpaq səddlərin arxasında yaşayan və işləyən və aralarında 

yalnız tikanlı məftil və minalanmış sahələr olan gənc əsgərləri gördüm.     

Tərəflər snayper atəşləri və mina təhlükəsi altında yaşayırlar. Onlar mülki əhalinin 

həyatı, əkin sahələrinə və məzarlıqlara gediş-gəliş və təmas xəttinə, eləcə də 

Ermənistan-Azərbaycan sərhəddinə çox yaxın olan tikililərdən narahatdırlar.   

ATƏT müşahidəçiləri bu kövrək sülhə nəzarət etmək üçün iyirmi ildir fəaliyyət 

göstərirlər, lakin, onların tez-tez baş verən itkilərə son qoymaq, hətta bunun üçün 

məsul olanları müəyyən etmək üçün nə mandatları, nə də resursları var.  

Tərəflər hər il atəşkəsin pozulması barədə çoxsaylı xəbər verir, lakin, onların sayını 

azaltmağın hər hansı bir yolu barədə razılığa gələ bilməyiblər. 

Mən de-fakto rəhbərliyin fikirlərini öyrənmək üçün  Dağlıq Qarabağın özünə də 

səfər etmişəm. Mən gələn həftə digər həmsədrlərlə yenə ora səfər etməyi 

planlaşdırıram. Möhkəm sülh sazişinin uğurlu olması üçün sazişin bütün əlaqədar 

tərəflərin fikirlərini əks etdirməli olduğu şübhəsizdir.     

Mən hər iki ölkənin paytaxtında daha güvənverici mesajlar eşidirəm. Hər iki 

president irəliləyiş əldə etmək istəyir. Hər ikisi razılaşır ki, ötən illər ərzində 

razılaşdırılmış sənədlər sazişin əsasını təşkil edir.  

Keçən ilin noyabr ayında həmsədrlərin iştirakı ilə Vyanada prezidentlərin görüşü 

keçirildi. Bu, prezidentlərin 2012-ci ilin yanvar ayından keçirdiyi və 2009-cü ildən 

təkbətək keçirdikləri ilk görüş idi. Onların söhbəti və irəliləyiş əldə etməyə 

sadiqlik mövqeləri bizi həvəsləndirdi. O vaxtdan etibarən biz müzakirələri davam 



etdirmək üçün xarici işlər nazirlərindən biri və ya hər ikisi ilə on müxtəlif vaxtda 

görüşmüşük.       

Lakin, aydındır ki, yalnız prezidentlər ölkələri üçün bu cür transformativ nəticələrə 

malik saziş bağlamağa qadirdirlər. Sülhə nail olmaq üçün məhz prezidentlər 

cəsarətli addımlar atmalıdırlar. Birləşmiş Ştatlar prezidentləri yenidən görüşməyə 

və sülhün mümkün olduğu bir vaxtda fürsət pəncərəsindən faydalanmağa 

çağırmışdır.       

---- 

Mən keçən ilin payızında Bakı və Yerevana ilk səfərimdə özümlə Prezident 

Obamanın məktubunu aparmışdım. Məktubda Minsk Qrupunun həmsədri və hər 

iki ölkənin yaxın tərəfdaşı kimi sülhün əldə olunması üçün işləməyə ABŞ-ın 

sadiqliyi bir daha təsdiqlənirdi. O vaxta kimi güzəştlər artıq müəyyən olunmuşdu 

və mənim mesajım bölgəyə sülh gətirmək üçün yenilənmiş səylərin vaxtının 

çatmasından ibarət idi.    

İcazə verin müəyyən olunmuş güzəştlərin əsas elementləri barədə danışım. Bu 

güzəştlərin hamısı Prezidentlər Obama, Medvedyev və Sarkozinin 2009-cü ildə 

Akvil və 2010-cü ildə Muskokda birgə bəyanatlarından bəri ictimaiyyətə açıq 

olmuşdur. Bu prinsip və elementlər ABŞ-ın Minsk Qrupu və Dağlıq Qarabağ 

münaqişəsi ilə bağlı siyasətini formalaşdırır.      

BMT-nin Nizamnaməsi, müvafiq sənədlər və Helsinki Yekun Aktının əsas 

prinsipləri sazişin əsasını təşkil edir. Həmin prinsiplər güc tətbiq etməmək və güc 

tətbiq etməklə təhdid etməmək, ərazi bütövlüyü və xalqların bərabər hüququ və öz 

müqəddəratını təyin etməsidir.    

Sözügedən təməl prinsiplərə əsasən əldə olunacaq hər hansı sülh sazişinin tərkib 

hissəsi olacaq altı element var. Həmin elementlərin ardıcıllığı və detalları 

danışıqlar mövzusu olaraq qalsa da, onlar bir vahid kimi qəbul edilməlidir. Bəzi 

elementləri digərlərindən üstün tutmaq üçün istənilən cəhd balanslaşdırılmış həllə 

nail olmağı mümkünsüz edəcəkdir.  

Hər hansı bir ardıcıllıq güdmədən həmin elementlər aşağıdakılardır:  




Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər qarşılıqlı 

razılıq və gələcəkdə hüquqi cəhətdən məcburi olan iradənin ifadəsi ilə yekun 

statusu müəyyən etməlidirlər. Bu ixtiyari deyil. Müvəqqəti status müvəqqəti 

olacaqdır.      

İkincisi, rəsmi Bakının nəzarəti altında olmayan keçmiş Dağlıq Qarabağ Müxtar 

Vilayəti sərhədləri daxilindəki əraziyə elə bir müvəqqəti status verilməlidir ki, 

minimum, təhlükəsizlik və özünüidarəyə zəmanət versin.  

Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın 

nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət olunmadan orada 

heç bir məskunlaşma aparıla biləməz və həmin ərazilər üzərində nəzarət bərpa 

olunmalıdır.  

Dördüncüsü, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır. Dəhliz 

təhlükəsiz keçidi təmin etmək üçün kifayət qədər geniş olmalıdır, lakin, dəhliz 

Laçın rayonunu bütünlüklə əhatə edə bilməz.   

Beşincisi, davamlı nizamlanma qaçqınların və məcburi köçkünlərin əvvəlki yaşayış 

yerlərinə qayıtması hüquqlarını tanımalıdır.   

Altıncı və sonuncusu, nizamlanma sülhyaratma əməliyyatının daxil olunduğu 

beynəlxalq təhlükəsizlik təminatını əhatə etməlidir. Bütün tərəflərin etimad etdiyi 

yaxşı düşünülmüş sülhyaratma əməliyyatı olmadan sülhün təmin edilə biləcəyi 

variant yoxdur.   



---- 

Tərəflərin bu vaxta kimi görülmüş işləri davam etdirərək sülh danışıqlarına sadiq 

olmaları vaxtı gəlib çatmışdır. Arabir görüşlərin davamlı sülhə nail olmaq üçün 

kifayət etdiyini hesab etmək qeyri-realdır.   

Davamlı sülhə nail olmaq üçün danışıqlar başlayarkən tərəflər atəşkəsə 

sadiqliklərini yenidən təsdiqləməklə yanaşı çox zəruri olan və çoxdan gözlənilən 

etimadyaratma tədbirlərinin icrasını öz üzərlərinə götürməlidirlər.   

Sülh danışqları başladıqdan sonra bizim bütün tərəflərin faydalanması üçün 

danışıqlar masasına qoya biləcəyimiz daha geniş çeşidli praktik məsələlər var. 

Təkmilləşdiriləcək iqtisadi və kommersiya stimulları var: enerji, nəqliyyat və 




kommunikasiyaların bərpası və hazırda üstünlük təşkil edən təhlükəli birtərəfli 

təbliğata qarşı səyahət və sadə insanlar arasında təmaslara yönəlik proqramlar.    

Minsk Qrupunun həmsədrləri tərəflərə sülh yolu ilə nizamlanmaya nail olmaqda 

kömək etmək kimi ortaq marağı bölüşürlər.  Biz münaqişəni həll etmək üçün 

Minsk Qrupu çərçivəsində işimizi davam etdirmək niyyətindəyik. Birləşmiş 

Ştatlar, Fransa və Rusiya ilə birgə Dağlıq Qarabağda sülh və əminamanlığa ortaq 

sadiqliyi bölüşürlər.  Birləşmiş Ştatlar kömək üçün əlindən gələni etməyə hazırdır. 

Mən Birləşmiş Ştatlar və dünyadakı diaspora icmalarını sülhü bərqərar etmək və 

münqaişəyə son qoymaq üçün fəal olmağa çağırıram.  

Əlbəttə, ilk addımı atmaq Ermənistan və Azərbaycan hökumətlərinin üzərinə 

düşür. Onlar irəliləyiş əldə etmək, gərginliyi azaltmaq və danışıqlar mühitini 

yaxşılaşdırmaq üçün bəyan etdikləri sadiqliyi nümayiş etdirmək məqsədilə, hətta 

birtərəfli addımları nəzərdən keçirməlidirlər. Onlar qızışdırıcı ritorikanı azaltmalı 

və xalqlarını müharibəyə deyil, sülhə hazırlamalıdırlar.   

Sadə azərbaycanlılarla ermənilər arasında təmasların yaradılması davamlı 

nizamlanmanın tərkib hissəsidir. Bu cür proqramlar hər iki ölkənin vətəndaşlarına 

keçmiş ağrılarını unudub sülhə və  barışığa hazırlaşmağa kömək edə bilər. Biz 

tərəflərin sadə vətəndaşlar arasında təmasa sadiq olan şəxsləri və təşkilatları 

dəstəkləmələrini gözləyirik.   

Ümidvaram ki, siz davamlı sülhün alternativi olmadığını əsaslandırmaqda bizimlə 

birgə işləyəcəksiniz.  Həmsədrlər danışıqlara kömək etmək mandatına malikdir, 

lakin, biz bütün iştirakçı vətəndaşları, dini liderləri, QHT-ləri, KİV-ləri və bu 

məsqəd naminə işləyən digərlərini dəstəkləməliyik.   

Gəlin sülhə tələbat yaratmaq üçün birgə işləyək. Gəlin sülh yolu ilə nizamlanmanın 

bölgədəki insanlara gətirəcəyi faydaları tələb edək.    

Təşəkkür edirəm. 



 

###


 

Yüklə 229,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə