Plan: Məktəbəqədər tərbiyə müəssisəsələrində işin təşkili və ona rəhbərlik


X. Təlim-tərbiyə işlərinə nəzarət



Yüklə 26,67 Kb.
səhifə8/9
tarix08.01.2022
ölçüsü26,67 Kb.
#82712
1   2   3   4   5   6   7   8   9
MÖVZU 23

X. Təlim-tərbiyə işlərinə nəzarət.

Bu bölmədə uşaq bağçasında tərbiyəçilərin müxtəlif fəaliyyət növlərinə nəzarət planlaşdırılır. Frontal yoxlama hər qrupda 4 ildə bir dəfə aparılır. Hərtərəfli yoxlama aparılmayan qruplarda ildə bir-iki dəfə tematik yoxlama aparılır. Həftədə 2-3 dəfədən az olmayaraq müdir və metodist məqsədli məşğələ və rejim anlarında olur. Təkcə məşğələ və rejim anlarını deyil, uşaqların bütün fəaliyyət növlərini müşahidə və təhlil etmək lazımdır.



XI. Metodkabinetdə

Uşaqların tərbiyə və təliminin ayrı-ayrı məsələləri üzrə metodik tövsiyələr, icmaların hazırlanması və tərtibi, məruzələr, məlumatlar, əyani tədris vəsaitləri, atributlar, mövzu üzrə sərgilər və s. planlaşdırılır.



  1. Yeni həmkarlar təşkilatının iş planı tərtib edilir və məktəbəqədər müəssisənin rəhbəri ilə razılaşdırılır.

  2. Valideyn komitəsinin iş planı (Azərbaycan Respublikası Təhsil Nazirıliyinin 25 aprel tarixli, 259 saylı əmri ilə təsdiq edilmiş “Valieyn komitəsi haqqına əsasnamə”yə bax ).

  3. Tibb işinin planı

Həkim və tibb bacısı tərəfindən aparılan hərtərəfli tibbi müayinə, uşağın orqanizminin möhkəmləndirilməsinə nəzarət, qüsurlu uşaqlarla korreksiya işi, valideynlərlə, tərbiyəçilərlə, texniki işçilərlə sanitar-maarif işi, xəstəliklərə qarşı profilaktik tədbirlər, yay-sağlamlaşdırma işləri (iyun ayından avqust ayına kimi) və s. konkret tədbirlər nəzərdə tutulur.

  1. Pedaqoji kadrların beş il üçün ixtisasının artırılması planı (pedaqoji işçilərin soyadı, adı, atasının adı, təhsili, iş staji, ixtisasının artırılması formaları, hazırlıqdan keçmə müddəti).

Qeyd: 1. Xüsusi məktəbəqədər müəssisələrin illik iş planı müəssisənin spesifik xüsusiyyətləri nəzərə alınmaqla tərtib edilir.

2. Dərs ilinin sonunda görülən işin yekunu barədə hesabat tərtib olunur. Yeni dərs ili üçün illik plan təhsil şöbəsi ilə razılaşdırılıraq avqust pedaqoji şurasında təsdiq olunur.



3. Məktəbəqədər müəssisənin illik iş planı 3 il saxlanılır.

Metodist, hər hansı bir təhsil sahəsində çalışan, iş planını və iş metodlarını bacarıqlı və peşəkar şəkildə tərtib edə bilən bir müəllimdir. İşləmək üçün bir metodistin pedaqogika və psixologiya kimi fənlər, sənədləşmə qabiliyyəti və müxtəlif ümumi biliklərə ehtiyacı var. Sual tez -tez verilir, bir metodistin işinin mahiyyəti nədir? O kimdir? Köməkçi? Mentor? Məsləhətçi? Bütün bu təriflər metodistin əsas keyfiyyətini əks etdirmir. Metodist - metodu, nəzəriyyəçi və praktiki bir şəxsdə peşəkar şəkildə sahibi olan bir şəxsdir.

Metodistlər, bir qayda olaraq, həmkarlarından bir neçə addım öndə gedən, öz işi ilə maraqlanan bir mütəxəssis olurlar.

Məktəbəqədər müəssisə metodistinin fəaliyyətinin məzmununu əks etdirən sənədlər: • Məktəbəqədər müəssisənin illik planı və ona əlavələr. • İş qrafiki. • Uşaq bağçasının ümumi valideyn iclaslarının protokolları. • Keçirilən məsləhətlərin, seminarların jurnalı. • İxtisasartırma jurnalı. • Seminar, seminar- praktikum materialları. • Tərbiyəçilərin fəaliyyətinə nəzarət dəftəri. • Metodkabinetin materiallarının kartotekası.. • Metodkabinetə daxil olan vəsaitlərin, ədəbiyyatların hesaba alınması kitabı. • Birinci sinfə gedən uşaqlar haqqında məlumat. • Ailələrlə əməkdaşlıq üzrə sənədlər.



IV. Tərbiyəçinin pedaqoji ustalığı çoxsahəlidir. Tərbiyəçinin fəaliyyəti onun pedaqoji hazırlığı üzərində qurulur. O, biliyini daim artırır, təcrübəsini zənginləşdirir, uşaqlara məhəbbət və qayğı ilə yanaşır. Tərbiyə vermək bacarığına əzmlə yiyələnmiş tərbiyəçi yüksək mədəniyyətə malik olmalı, psixologiya və peşə metodikasını hərtətəfli bilməli, yüksək nüfuza və pedaqoji etikaya yiyələnməlidir. O, mədəni davranmalı, nəcib hərəkətlərə, rəvan nitqə, məlahətli səsə malik olmalı, bədii parçaları ifadəli oxumağı, rəqs etməyi və rəsm çəkməyi bacarmalıdır.


Yüklə 26,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə