Plan Kompressor maşınlarının təsnifatı



Yüklə 1,52 Mb.
səhifə1/5
tarix09.09.2023
ölçüsü1,52 Mb.
#121518
  1   2   3   4   5
Plan Kompressor ma nlar n n t snifat


MÜNDƏRICAT
Giriş...........................................................................................................................2
Plan 1. Kompressor maşınlarının təsnifatı................................................................4
Plan 2. Kompressorlar mərkəzdənqaçma kompressorların əhəmiyyəti və təsnifatı.....................................................................................................................6
Plan 3. Pistonlu kompressorlar
Pistonlu kompressorların tipləri və iş prinsipi...........................................................9
Ədəbiyyat siyahısı...................................................................................................13


Giriş
Mərkəzdənqaçma kompressorları iş prinsipinə və quruluşuna görə mərkəzdənqaçma nasoslarına oxşayırlar. Onlar, fırlandıqda yaratdığı mərkəzdənqaçma qüvvəsilə qaza, sonradan təzyiq enerjisinə çevrilən kinetik enerji verən bir və ya bir neçə kürəkli çarxdan ibarətdirlər. Nasoslardan fərqli olaraq, mərkəzdənqaçma kompressorunda işçi cisim, sıxıldıqda həcmi kiçilən qazdır. Yaratdıqları son izafi təzyiqdən asılı olaraq, mərkəzdənqaçma kompressorları turbokompressorlar (ps0,3 MPa), turboqazüfürücülər (ps=0,010,3 MPa) və ventilyatorlar (ps 0,01 MPa) adlandırırlar. Turboqazüfürücülər turbokompressorlardan işçi çarxların (pillələrin) sayı ilə fərqlənirlər: birincilərdə 1  4, ikincilərdə isə 16-ya qədər və daha çox işçi çarx olur.
Turbokompressorun əsas işçi orqanı olan işçi çarx 1 (şəkil 6.43 234 kürəklərlə 2 təchiz edilmişdir Böyük çevrəvi sürətlə fırlanan çarx kürəklər arasındakı qaza fırlanma hərəkəti verərək, onu mərkəzdənqaçma qüvvəsinin təsiri altında yüksək sürətlə gövdəyə və daha sonra basqı qaz kəmərinə atır. Bu halda çarxın orta hissəsində seyrəlmə yaranması səbəbindən, təzə qazın sorma qol borusu ilə fasiləsiz daxil olması təmin edilir.

Qaz çarxdan böyük sürətlə atıldığından, ondan çıxdıqdan sonra, o çıxış kəsiyi artırılmış sahəli diffuzordan və ya istiqamətləndirici kürəkli aparatdan 4 keçir. Burada kinetik enerjinin təzyiq enerjisinə çevrilməsi baş verir. İstiqamətləndirici aparat maşının işçi çarxını əhatə edən və çarxdan çıxan qaz axınının istiqamətinə uyğun olan, işçi kürəklərin əksinə tərəf istiqamətlənmiş tərpənməz kürəklər sistemindən ibarətdir. Kompressorun bir pilləsində qazın sıxılma dərəcəsi adətən böyük olmur (=1,62,0), ona görə də maşının ümumi gövdəsində bir valda bir neçə çarx yerləşdirilir (şəkil 6.44 və 6.45). Belə ki, istiqamətləndirici aparatdan çıxdıqdan sonra qaz əks kanalla ikinci çarxa verilir. Ardıcıl olaraq bütün pillələri keçdikdən sonra sıxılmış qaz basqı qaz kəmərinə gedir.



Qazın sonuncu istiqamətləndirici aparatdan çıxış sürəti, hər halda 50 m/san-yə çatır. Ona görə də həmin sürəti qaz kəmərindəki sürət səviyyəsinə azaltmaq üçün maşının gövdəsi spiralşəkilli hazırlanır və genişlənən konus qol boru (konusluq bucağı 68) ilə qurtarır.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə