Pərvanə MƏMMƏDLĠ



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə7/63
tarix19.07.2018
ölçüsü2,15 Mb.
#57351
1   2   3   4   5   6   7   8   9   10   ...   63

 
20 
1899-cu  ildə  görkəmli  xadim  Hüseyn  xan  Ədalət  Mirzə  Məhəmmədəli 
Tərbiyət,  Məhəmməd  Şəbüstəri  və  Həsən  xan  Tağızadə  tərəfindən  «Tərbiyət» 
mədrəsəsi açıldı. 
Maarifçilik  hərəkatının  fəallarından  olan  tanınmış  ziyalıların  bir  çoxu 
millətə, ölkəyə fayda gətirmək və xalqa xidmət etmək niyyətilə yeni məktəblər, 
kitabxanalar açır, kitab, qəzet və jurnal nəşr edirdilər. Bu ziyalıların yaradıcılıq 
fəaliyyətində  çox  zaman  bir  çox  sahələr  ədəbiyyat,  tarix,  jurnalistika,  tədris 
birləşirdi. Ona görə də tanınmış ziyalılar-elm, sənət və dövlət adamları o dövrdə 
mətbuat  orqanlarının  redaktoru  və  naşiri  olurdu.  Bunun  nəticəsində  də  ölkədə 
qəzet  və  jurnalların  sayı  artır,  mətbuatda  keyfiyyət  dəyişiklikləri  baş  verir, 
onlara kütlələr arasında maraq artırdı. 
1908-ci  ildə  Təbrizdə  «Maarif»  kollecinin  direktoru  Mirzə  Abdulla  xan 
Cahanşahı  tərəfindən  «Mərifət»,  1909-cu  ildə  Xoy  şəhərində  «Musavat» 
məktəbinin  direktoru  Ağaxan  Hirandi  tərəfindən  siyasi  və  inqilabi  mətbuat 
orqanı olan «Mükafat» qəzetləri təsis olunmuşdu. 
XIX  əsrin  II  yarısında  İranda  Britaniya,  Rusiya,  Fransa,  Amerika  kimi  bir 
çox  xarici  ölkələrin  missiyaları  fəaliyyətə  başladı:  ingilis-katolik  və  bantist, 
fransız-katolik, rus-pravoslav, amerikan presviterion və s.  
Fransız  tədqiqatçısı  T.Villmoren  yazırdı  ki,  Avropa  dövlətlərinin  bir  çoxu 
xristian-missionerləri  öz  təsirlərinin  başqa  ölkələrdə  təbliğatçıları  olmağı 
məcbur  etdilər.  (14,  54)  Bu  təsirin  xalq  arasında  yayılması  yollarından  biri 
məktəblərin yaradılması idi.  
Missionerlərin  fəaliyyəti  əsasən  xarici  dövlətlərin  mövqeyini  İranda 
möhkəmlənməsinə,  əhali  arasında  möhkəm  dayaq  yaratmağa  yönəlmişdi  ki,  bu 
da ölkənin gələcəkdə əsarət altına alınmasını asanlaşdırırdı. (14, 43) 
Öz ölkəsinin demokratik qanunlarla idarə olunub hər sahədə inkişaf etmiş, 
xarici inhisarçılardan azad bir dövlət kimi görmək istəyən mütərəqqi və mübariz 
şəxslər  mərkəzlər,  gizli  cəmiyyətlər  yaradaraq  onun  ətrafında  birləşirdi.  Bu 
fədakar  ziyalılar  xalqın  ictimai  fikrinin  formalaşmasına  və  inkişafına  təsir 
göstərmək  üçün  yeni  mətbu  orqanları  təsis  edirdilər.  Dövrün  tanınmış 


 
21 
şəxsiyyətləri  Hüseyn  xan  Ədalət  «Əlhədid»  (1897),  Sadiq  xan  Ədibülməmalik 
«Ədəb»  (1898),  Hüseyn  Təbibzadə  «Kamal»  (1901),  Məhəmmədəli  Tərbiyət 
(H.Tağızadə,  M.Şəbüstəri,  H.Ədalətlə  birgə)  «Gəncineyi-Fünun»  (1902)  kimi 
qəzet və jurnalları nəşr edirdilər. 
Bu mətbu orqanları publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb 
göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı  mübarizəyə səsləyir, ölkədə 
islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdilər. 
«Əlhədid» qəzetinin redaktoru Hüseyn Ədalət gənclik illərində (onun yaxın 
qohumu  Həştərxanda  İranın  konsulu  olmuşdur)  Həştərxana  səfər  etmiş,  bir 
müddətdən  sonra  isə  Peterburqa  getmişdir.  Orada  qaldığı  iki  ildən  artıq 
müddətdə  rus  dilini  öyrənmiş  islam  dünyasının  lideri,  böyük  ideoloq  Seyid 
Cəmaləddin  Əsədəbadi  Əfqani  ilə  tanış  olub,  onunla  əlaqə  qurur.  C.Əfqani  ilə 
yaxınlığı  onun  dünyagörüşünə,  yaradıcılığına  çox  böyük  təsir  göstərmişdir. 
Vətənə dönən H.Ədalət 1897-ci ildə «Əlhədid» sonralar isə «Xəbər», «Ədalət», 
«Söhbət», «Ana dili» qəzetlərini təsis edir. Qeyd etmək lazımdır ki, 1878-ci ildə 
Təbrizdə  ilk  özəl  qəzet  olan  «Təbriz»in  təsisçisi  və  redaktoru  da  H.Ədalət 
olmuşdur.  «Əlhədid»  qəzetində  Təbrizin  M.Şəbüstəri  (Əbülziya),  H.Tağızadə, 
Ə.Səfərov  və  M.Tərbiyət  kimi  tanınmış  ziyalıları  çıxış  edirdilər.  Onlar  gizlicə 
«Əlhədid» qəzetinin redaktorunun evində toplaşıb, xalqın nicatı yollarını arayır, 
öz fikir və mülahizələrini qəzetinin səhifəsinə çıxarırdılar.  
Lakin qəzetinin çapı uzun çəkmir, onun cəmi üç sayı işıq üzü görür. 
Hüseyn  Ədalət  öz  ölkəsinin  qadınlarını  Avropa  ölkələrində  olduğu  kimi 
çadrasız, təhsilli, azad görmək istəyirdi. O, İranda qadın azadlığını qaldıran ilk 
ziyalılardan  olmuş,  bu  məsələni  nəşr  etdiyi  qəzetin  səhifələrinə  çıxartmışdır. 
Onun  redaktoru  olduğu  «Söhbət»  qəzeti,  mürtəce  qüvvələrin  təzyiqinə  məruz 
qalaraq  tez  bir  zamanda  qapanmışdı,  buna  səbəb  isə  orada  «qadın  azadlığı»nın 
təbliği olmuşdu. 
H.Ədalət  Təbrizi  tərk  edib  Tehrana  köçmüş,  orada  açdığı  mədrəsədə 
qızların təhsili ilə məşğul olmuşdur. 


 
22 
H.Ədalət  Məşrutə  dövründə  (1906-1911)  Azərbaycanın  maarif  sisteminə 
başçılıq etmişdir. Məşrutə dövründə vətənpərvər ziyalı kimi yurdunun tərəqqisi 
uğrunda fədakarcasına çalışmışdır. 
«Kamal» qəzetinin naşiri M.Hüseyn Təbibzadə «Kamal» məktəbinin müdiri 
olmuşdu.  1903-cü  ildə  Təbrizdə  yeni  üsuli-cədid  məktəbləri  qaraguruhçu 
qüvvələr  tərəfindən  dağıdılır.  Hüseyn  Təbibzadə  təqiblərə  məruz  qaldığından 
Bakıya  köçür  və  Bakıda  iranlılara  məxsus  məktəbin  müdiri  olur.  Sonralar 
Təbibzadə  Misirə  səfər  etmiş,  orada  «Kamal»  qəzetini  nəşr  etdirməyə 
başlamışdır. 
Hüseyn  xan  öz  təxəllüsünü  təsis  etdiyi  qəzetin  adından  götürmüşdü. 
Tanınmış  tarixçi  Ə.Kəsrəvi  onu  mütləqiyyəti  aradan  qaldırmağa  səy  göstərən 
dəstənin  üzvlərindən  biri  kimi  qeyd  etmişdir.  Həmin  dəstənin  iclasları  Mirzə 
Hüseyn xanın evində təşkil olunurdu (62, 94).  
M.F.  Axundovun  yeni  əlifba  ideyasını  İranda  təbliğ  edənlərdən  biri  də 
Hüseyn Təbibzadə idi. O, əlifbanın dəyişdirilməsi ilə bir sırada təlim üsulunun 
yeni qaydalar üzərində islahı və yeni məktəblərin təsisi zərurətini göstərir, yeri 
gəldikcə bu məsələyə Qahirədə çıxardığı «Kamal» qəzetində toxunurdu. 
Mənbələrdən  öyrənmək  olur  ki,  XIX  əsrin  90-cı  illərində,  iki  yerə 
bölünmüş  Azərbaycanın  o    biri  hissəsində  –  Cənubi  Azərbaycanda,    Təbriz 
şəhərində  1892-ci  ildən  başlayaraq  «Şəbnamə»  adlı  kiçik  formatlı  mətbu 
nümunələri  görünməyə  başlayıb.  Onun  səhifələrində  xalqı  narahat  edən  sosial 
problemlərə  toxunulur,  mövcud  quruluşdakı  çatışmazlıqları  tənqid  edən  kəskin 
yazılar hazırlanırdı. 
Gizli  üsulla  çap  olunan  «Şəbnamə»  adətən  geçələr  qapı  və  divarları 
yapışdırılırdı.  Səhər  açılanda  artıq  əhalinin  gur  olduğu  bazar,  məktəb  və 
mədrəsələrdə  yayılır,  əldən-ələ  gəzirdi.  Geçələr  yayılandığı  üçün  də  adı  «geçə 
vərəqləri» mənasını daşıyırdı. 
O dövrdə dövlət qəzetlərinin çox zaman maraqsız və cansıxıcı olduğundan 
çətinliklə  satılır,  əhalinin  müəyyən  bir  qisminə  məcburi  əbunə  formasında 
paylanırdı.  Belə  «darıxdırıcı»  ruznamələr  (yəni  qəzetlər  (farsca)–  P.M.)  xalq 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə