Pediatriya ixtisası üzrə nümunəvi test sualları 13. 09. 2012-ci IL tarixində əlavə olunub



Yüklə 1,28 Mb.
səhifə1/13
tarix03.05.2018
ölçüsü1,28 Mb.
#41282
  1   2   3   4   5   6   7   8   9   ...   13

Pediatriya ixtisası üzrə nümunəvi test sualları
13.09.2012-ci il tarixində əlavə olunub.
Bölmə 1. Uşaqlarda sağlamlıq vəziyyətində erkən pozuntuların diaqnostikası və profilaktikası.
1) KRX keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?

A) 1 aydan sonra

B) 3,5 aydan tez olmayaraq icazə verilir

C) 2 aydan sonra

D) 3 aydan sonra

E) 2 həftədən sonra
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
2) Fenilketonuriyanın laborator diaqnostikasına hansı aiddir?

A) Qan və sidikdə kreatinfosfokinazanın təyini

B) Asetona görə sınaq

C) Seruloplazminə görə qanın müayinəsi

D) Zülal fraksiyalarının təyini

E) Üçxlorlu dəmirlə sınaq
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
3) Sadalanan simptomlardan kəllədaxili təzyiqin artmasını göstərən rentgenoloji əlamət hansıdır?

A) Kalsiumun oqranizmdən xarıc olması əlaməti

B) Beyin qabığı neyrodinamikasının pozulması

C) Göz dibində durğunluq əlamətləri

D) Exoensefaloskopiyada M-exonun yerinin dəyişməsi

E) Kəllə tikişlərinin aralanması
Ədəbiyyat: Н.П.Шабалов. Неонатология. «Специальная литература», Санкт-Петербург, 1997
4) Suçiçəyi zamanı hansı halda antibiotiklər təyin olunur?

A) Ensefalit zamanı

B) İrinli ağırlaşmalar zamanı

C) Ağırlaşmaların profilaktikası məqsədilə

D) Ağır forma zamanı

E) Təyin edilmir
Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Медицина» . Москва. 2004
Bölmə 2. Tibbi genetika, immunologiya, reaktivlik, allergiya.
5) Vitamin B6 – asılı bronxial astma hansı metabolizm pozğunluğu ilə əlaqədardır?

A) Tirozin

B) Triptofan

C) Qlisin

D) Metionin

E) Fenilalanin
Ədəbiyyat: С. Х. Хутуева «Аллерген – специфическая иммунотерапия бронхиальный астмы» 2000г.
6) Qohumlar arasında nigah nə ilə təhlükəlidir?

A) İnfeksion embriopatiyanın formalaşması ilə

B) Mutasiyanın əmələ gəlməsi ilə

C) Uşağın vaxtından əvvəl doğulması ilə

D) İrsi resessiv genin yüksək rastgəlmə ehtimalı ilə

E) Sonsuzluqla
Ədəbiyyat: Н. П. Бочков «Медицинская генетика» 1994г.
7) Atopik xəstəliklər üçün hansı immunoqlobulinin artması xarakterikdir?

A) IgE

B) İgM


C) IgA

D) IgG


E) sekretor IgA
Ədəbiyyat: С. Х. Хутуева «Аллерген – специфическая иммунотерапия бронхиальный астмы» 2000г.
8) Humoral immunitet göstəricilərinə hansılar aiddir?

A) rozetka əmələgəlmə reaksiyası

B) leykositlərin blasttransformasiya reaksiyası

C) A, M, G, E immunoqlobulinlərin vəziyyəti

D) faqositozun parametrləri

E) normal killer hüceyrələrin miqdarı (CD 16 )
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
9) Hüceyrə immunitetinin defisiti üçün nə xarakterdir?

A) Tez-tez virus infeksiyaları

B) BSJ vaksinasiyasına reaksiyanın olmaması

C) Tez-tez bakterial infeksiyalar

D) Göbələk xəstəlikləri

E) Proqnostik xoşagəlməyən xəstəliklər
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
10) Spesifik mühafizə faktorlarına nə aiddir?

A) C-reaktiv zülalı

B) Komplement sistemi

C) Prostoqlandinlər

D) Şişlərin nekroz faktoru

E) Anticisimlər
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
11) İkincili immun çatışmamazlıq nə zaman tez-tez müşahidə olunur?

A) Kəskin nefritdə

B) Nefrotik sindromda

C) Revmatizmdə

D) Pielonefrit zamanı

E) Hemvaskulitdə
Ədəbiyyat: Л. Йегера «Клиническая иммунология и аллергология» 1990г.
12) Böyrəküstü vəzlər nə ifraz etmir?

A) Noradrenalin

B) Kortizon

C) AKTH

D) Androgenlər



E) Aldosteron
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
13) Daha çox qida allergiyasını törədən tərəvəz hansıdır?

A) Xıyar

B) Kabaklar

C) Gül kələmi

D) Kök


E) Pomidor
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
14) Qida allergiyasının müalicəsində bazis hesab oluna bilən hansıdır?

A) Suprastin

B) Nalkrom

C) Stuqeron

D) Eufillin

E) Tavegil
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г.
15) Ağır formalı atopik dermatiti olan uşaqların həyatlarının birinci ilində süni

qidalanmanı nə ilə aparmaq məqsədəuyğundur?

A) Soya qarışıqları ilə

B) İnək südü əsasında adaptasiyalaşdırılmış qarışıqlarla

C) Turş-süd qarışıqları ilə

D) Serumun hissəvi hidroliz olunmuş olan zülalı əsasında qarışıqlarla

E) Yüksək hidroliz olunmuş olan qarışıqlarla
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
16) Göstərilən xəstəliklərdən hansı qida allergiyasının nəticəsi deyildir?

A) Kvinke ödemi

B) Atopik dermatit

C) Övrə

D) Rinit


E) Seboreyalı dermatit
Ədəbiyyat: М. Я. Студеникина «Аллергические болезни у детей» 1998г
17) Aşağıdakılardan hansı tədbir allergik rinitlərin müalicəsində əsaslandırılıb və təhlükəsizdir?

A) Antihistamin preparatlar

B) Hiposensibilızasıya edici tədbirlər

C) Allergenin eliminasiyası

D) İnhalyasion kortikosteroidlər

E) İnfuzion müalicə
Ədəbiyyat: Шабалов Н.П. «Детские болезни» 2006г
Bölmə 3. Neonatologiya.
18) Ölkədə səhiyyənin vəziyyətini hansı göstərici daha dəqiq əks etdirir?

A) Uşaq ölümü

B) Adambaşına düşən həkimlərin sayı

C) Doğum səviyyəsi

D) Körpə ölümü

E) Ölüm səviyyəsi
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
19) Əks göstəriş olmadıqda sağlam yenidoğulmuş nə vaxt döşə qoyulmalıdır?

A) 30 dəq.- 2 saat ərzində

B) növbəti günlər

C) 4-6 saatdan sonra

D) 8-12 saatdan sonra

E) 3-4 saatdan sonra
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
20) Anadangəlmə hipotireoza xas olmayan hansıdır ?

A) Kobud səs

B) Taxikardiya

C) Uzanmış sarılıq

D) Doğularkən iri çəki

E) Bradikardiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
21) Hamilə qadın tetrasiklin qəbul etdikdə döldə nə baş verə bilər?

A) Bütün sadalananlar

B) Skeletin zədələnməsi

C) Dişlərin mayasının zədələnməsi

D) Gözün zədələnməsi

E) Anemiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
22) Hialin membran xəstəliyi üçün xas olmayan hansıdır?

A) Sianoz

B) Taxipnoe və tənəffüsdə yardımçı əzələlərin iştirakı

C) Tənəffüs çatışmamazlığı

D) Metabolik asidoz

E) Hipokapniya və hiperoksemiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
23) Valideynin ikisi də xroniki alkoqolizmlə xəstə olan ailədə yetkin oğlan doğulub. Çəkisi 2200 q, boyu 48 sm. Klinikası: mikrosefaliya, sifət dismorfiyası, artan sinir-reflektor oyanıqlıqla dəyişən süstlük sindromu. Sizin diaqnozunuz?

A) Bütün cavablar düzdür

B) Dölün alkoqollu sindromu, mikrosefaliya

C) Embriofetopatiya, bətndaxili hipotrofiya

D) MSS perinatal zədələnməsi

E) Mikrosefaliya, dizembriogenezin küllü stigmaları, bətndaxili hipotrofiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
24) Sepsisin əsas differensial-diaqnostik əlamətləri hansılardır?

A) Immunitet pozulmaları və hemostazın dərin dəyişiklikləri

B) MSS-n ağır zədələnməsi

C) Aşkar bağırsaq sindromu

D) Çoxlu miqdarda ardıcıllıqla əmələ gələn iltihab ocaqları

E) Pnevmoniya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
25) Yenidogulmuşlarda sərbəst bilirubinemiyanın müalicəsində ən effektli üsul hansıdır?

A) Infuzion müalicə

B) Sadalanan üsulların kombinasiyası

C) Enterosorbentlər

D) Fenobarbitalla müalicə

E) Fototerapiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
26) Daha yüksək dərəcə intranatal asfiksiya riski nə vaxt rast gəlinir?

A) Vaxtından əvvəl doğusda

B) Gecikmiş doğuşda

C) Sağrı gəlişində

D) Ayaq gəlişində

E) Vaxtında olan doğuşda
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
27) Apqar cədvəli ilə aşağı göstərici hansı halda asfiksiya ilə əlaqədar olmaya bilər?

A) Dərman depressiyasında

B) Gecikmiş doğuşda

C) Vaxtında olan doğuşda

D) Vaxtından əvvəl doguşda

E) Mamalıq şipslərinin istifadəsi zamanı
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
28) Oksitosinin doğuşu oyatmanın mənfi effektinə aid olan hansıdır?

A) Yenidoğulmuşun uzun sürən sarılığı

B) Uşaqlığın cırılması

C) Qanaxma

D) Sadalananların hamısı

E) Sürətli doğuş
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
29) Yenidoğulmuşlarda böyrək çatmamazlığının daha dürüst laborator meyarına nə aiddir?

A) Hipernatremiya

B) Metabolik asidoz və qan zərdabında sidik cövhərinin yüksəlməsi

C) Qan zərdabında kalium və sidik cövhərinin artması

D) Qan zərdabında sidik cövhəri və kreatinin artması

E) Hiperkalemiya və metabolik asidoz
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
30) Pnevmosist pnevmoniyasını hansı ilə differensasiya etmək lazımdır?

A) Göstərilən bütün pnevmoniyalarla

B) Stafilokokk pnevmoniyası ilə

C) Psevdomonas etiologiyalı pnevmoniya ilə

D) Sitomeqalovirus pnevmoniyası ilə

E) Pnevmokokk pnevmoniyası ilə
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
31) Göstərilən virus xəstəliklərindən hansı ekzantema ilə müşayət olunur?

A) Qrip

B) Respirator-sinsitial infeksiya

C) Enterovirus infeksiyası

D) Göstərilənlərin hamısı

E) Adenovirus infeksiyası
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
32) Yenidoğulmuş uşaqlarda qəfləti ölüm sindromunun ən çox rast gələn səbəbi hansıdır?

A) Tənəffüs üzvlərinin xəstəlikləri

B) Timomeqaliya

C) Hiperbilirubinemiya

D) Anadangəlmə immunodefisit vəziyyəti

E) Aspirasion sindrom
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
33) Anadangəlmə həqiqi stridorun əsas səbəbi hansıdır?

A) Səs tellərinin parezi

B) Qırtlağın stenozu

C) Səs yarığı nahiyəsində bitişmə və bağların olması

D) Qırtlağın qığırdaq karkasının anadangəlmə zəifliyi

E) Timomeqaliya
Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Москва, 1998.
34) Doğuş zamanı asfiksiya keçirən yenidoğulmuşda nə inkişaf edə bilər?

A) Bütün cavablar doğrudur

B) Polisitemiya

C) Leykositoz

D) Leykopeniya

E) Trombositopeniya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
35) Yenidoğulmuşlarda polisitemiyanın inkişafına nə səbəb ola bilər?

A) Anada şəkərli diabetin olması

B) Göstərilən bütün hallar

C) Doğuş zamanı asfiksiya

D) Bətndaxili inkişafın ləngiməsi

E) Feto-fetal hemotransfuziya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
36) Yenidoğulmuşda Ht-nin 65%-dən artıq olması zamanı körpədə nə müşahidə oluna bilər?

A) MSS-nin süstlüyü

B) Ağır hiperbilirubinemiya

C) Sianoz

D) Yeməkdən imtina

E) Sadalanan əlamətlərin hamısı
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
37) Yenidoğulmuşun hemorragik xəstəliyinin xarakter əlaməti hansıdır?

A) Qanda VIII, IX, X amillərin azalması

B) Fibrinolizin güclənməsi

C) Trombositopeniya

D) Protrombin kompleksinin aşağı olması

E) Qanda qlobulinlərin azalması)
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
38) Doğulan kimi anemiyanın əsas səbəbi hansıdır?

A) İrsi mikrosferositoz

B) Eritrositar fermentlərin defisiti

C) Anada anemiyanın olması

D) Qanitirmə

E) İrsi hipoplastik anemiya
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
39) İlk aylarda uşaqlarda hiperxrom anemiyanın inkişafına hansı defisit səbəb olur?

A) Vitamin B12 -nin

B) Fol turşusunun

C) Vitamin E-nin

D) Vitamin B6 -nın

E) Dəmirin
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
40) Yenidoğulmuş körpədə bilirubin intoksikasiyasının ilk əlamətinə hansı aiddir?

A) Kəskin oyanıqlıq

B) Süstlük əlamətinin əmələ gəlməsi

C) Qıcolma

D) Ənsə əzələlərinin gərginliyi

E) Əzələ tonusunun artması
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
41) Yenidoğulmuşda bağırsaq biosenozunun formalaşmasının pozulmasının əsas səbəbi hansıdır?

A) Bətndaxili infeksiya

B) Həyatın ilk saatlarında döşlə qidalanmanın olmaması

C) Doğuş vaxtı hipoksiya

D) Doğuşdan sonra mədə möhtəviyyatının sorulması

E) Doğum zalında reanimasion tədbirlərin aparılması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
42) I dərəcə susuzlaşmada diurez necə olur?

A) Normal olaraq qalır

B) Bu qan zərdabında natriumun qatılığından asılıdır

C) Kəskin azalır

D) Azalır

E) Artır
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
43) Erkən hipokalsemiyanın kliniki şəkli nə ilə xarakterizə olunur?

A) Bradikardiya

B) Yayılmış klonik qıcolmalarla

C) Sadalanan bütün əlamətlərlə

D) Əzələ hipotoniyası ilə

E) Apnoe tutmaları ilə
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
44) Xroniki qanitirmə nə ilə xarakterizə olunur?

A) Leykositozla

B) Eritrositlərin hiperxromiyası və makrositozla

C) Trombositozla

D) Eritrositlərin normoxromiyası və normositozla

E) Eritrositlərin hipoxromiyası və mikrositozla
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
45) Yenidoğulmuşlarda sepsisin spesifik ( patoqnomonik) əlamətinə hansı aiddir?

A) Müsbət hemokultura

B) Trombositopeniya

C) Hiperleykositoz ( 1mkl kapilyar qanda 25000)

D) Sepsis diaqnozu qoymaq üçün bir spesifik əlamət yoxdur

E) Qan zərdabında kəskin dövrün zülallarının artması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
46) Yenidoğulmuşa sepsis zamanı qlükokortikosteroidlərin təyini üçün mütləq göstəriş hansıdır?

A) Bütün cavablar doğrudur

B) Septiki şokun inkişaf etməsi

C) DDL-sindromun inkişaf etməsi

D) Sepsisin çox ağır gedişi

E) İnfeksion toksikozun olması
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
47) Şereşevski-Terner sindromu olan yenidoğulmuşda daha xarakter olan əlamət hansıdır?

A) Əzələ hipotoniyası

B) Əldə və pəncədə lokal ödemlər

C) Sianoz

D) Əzələ hipertonusu

E) Makroqlossiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
48) Dörd kiloqramdan artıq doğulan uşaqlarda (makrosomiya) nəyin səviyyəsi dinamik nəzarətdə olmalıdır?

A) Qan zərdabında zulalların

B) Qan zərdabında qlükozanın

C) Qan zərdabında kaliumun

D) Qan zərdabinda natriumun

E) Qan zərdabında kalsiumun
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003
49) Doğularkən hipotireozdan şübhə yaradan kliniki əlamətlər hansılardır?

A) Dərinin quru olması, əzələ hipotoniyası, qəbizliyə meyillilik

B) Uzunsürən sarılıq

C) Asfiksiya ilə doğulma

D) Makroqlossiya, səsin aşağı olması, bradikardiya

E) Doğularkən spesifik əlamətlər yoxdur
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
Bölmə 4. Erkən yaşlı uşaqların patologiyası
50) ABO antigen sistemi üzrə yeni doğulmuş körpədə hemolitik xəstəlik nə zaman müşahidə olunur?

A) O(I) qan qruplu anadan doğulan A(II) qan qruplu uşaqlarda

B) Müsbət rezuslu atadan olan uşaqlarda

C) Yalnız təkrar hamiləlikdən olan uşaqlarda

D) O(I) qan qruplu uşaqlarda

E) Yalnız vaxtında doğulmuş sağlam uşaqlarda
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
51) Anadangəlmə toksoplazmozun kəskin dövrünün ən etibarlı əlaməti hansıdır?

A) Hepatomeqaliya

B) Toksoplazmoz əleyhinə İgM tərkibli anticisimlərin aşkarlanması

C) İgG tərkibli anticismlərin yüksək titri

D) Mikrosefaliya

E) Görmə sinirinin atrofiyası
Ədəbiyyat: Цинзерлинг В.А. Перинатальные инфекции. С.-Петербург, 2002.
52) Anadangəlmə hipotireoz üçün nə xarakterik deyil?

A) Uzun müddət davam edən sarılıq

B) Qəbizlik

C) Hipotermiyaya meyllilik

D) Makroqlossiya

E) Böyük əmgəyin vaxtından əvvəl bağlanması
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
53) Mukovissidoz diaqnozunu aşağıdakılardan hansı təsdiq edir?

A) Tərdə elektrolitlərin təyini

B) Sümük iliyinin müayinəsi

C) Sidik çöküntüsünün mikroskopiyası

D) Nazik bağırsağın biopsiyası

E) Döş qəfəsinin rentgenoqrafiyası
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
54) Rezus faktora görə hemolitik xəstəliyin yüngül variantını hansı hallarda gözləmək olar?

A) Anada atopik xəstəlik var

B) Ananın və uşağın qan qrupu üst-üstə düşür

C) Uşağın anasına uşaqlıqda qan köçürülüb

D) Ana tərəfdən nənəsi müsbət rezusludur

E) Uşağın atası rezus faktor üzrə homoziqotdur
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
55) I dərəcəli hipotrofiyada kütlə defisiti nə qədər olmalıdır?

A) 3%-ə qədər

B) 30%-dən 40%-ə kimi

C) 10%-dən 20%-ə qədər

D) 40%-dən 50%-ə kimi

E) 40%-dən çox
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
56) Hansı preparatın uzun müddət istifadəsi raxitin inkişafına səbəb olur?

A) Penisillin

B) Piridoksal fosfat

C) Fenobarbital

D) Papaverin

E) Qlisin
Ədəbiyyat: Tağıyev N.Ə. Neonatologiya. Bakı. 2007.
57) D vitamini aşağıdakılardan hansına səbəb olur?

A) Mədə- bağırsaq traktından kalsiumun sorulmasına kömək edir

B) Göstərilən bioloji effektlərə vitamin D təsir etmir

C) Qanda qələvi fosfatazanın səviyyəsini qaldırır

D) Parathormonun hasilatını artırır

E) Kalsiumun kanalcıq reabsorbsiyasını blokada edir
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
58) Eksudativ plevrit zamanı sadalanan kliniki əlamətlərdən hansı olmur?

A) Zəifləmiş səs titrəməsi

B) Perkutor səsin kütləşməsi

C) Taxipnoe

D) Tənəffüsün bronxial tipi

E) Tənəffüsün zəifləməsi
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
59) Dəmir defisitli anemiyanın əlamətlərinə hansı aid deyil?

A) Eritrositlərin sayının azalması

B) Zərdabda birləşmiş dəmirin azalması

C) Qanda bilirubinin artması

D) Eritrositlərin hipoxromiyası

E) Trombositopeniya
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
60) Mukovissidoz üçün sadalanan əlamətlərdən hansı xarakterik deyil?

A) Hipernatremiya

B) Polifekaliya

C) Atelektazlar

D) Mekonial ileus

E) Steatoreya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
61) Hipokalsemik qıcolma sindromunun inkişafına nə səbəb olur?

A) Asidoz

B) Hipoproteinemiya

C) Hiperkaliemiya

D) Alkaloz

E) Hipoventilyasiya
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
62) Uşaqlarda qəfləti ölüm sindromu üçün hansı xarakterikdir?

A) Ölümün konkret səbəbi həmişə aşkar edilir

B) Ölüm əsasən gündüz vaxtları uşaq oyaq olarkən baş verir

C) Sindrom əsasən 3 yaşdan yuxarı uşaqlarda rast gəlinir

D) Həmişə klinik morfoloji yetkinsizliyin əlamətləri aşkar edilir

E) Qəfləti ölümə ailəlikcə meyllilik
Ədəbiyyat: Шабалов Н.П. Неонатология. Москва. 2003.
Bölmə 5. Tənəffüs üzvlərinin xəstəlikləri.
63) Xəstəlyin ilk saatlarında hipertermiya və titrətmə hansı pnevmoniya üçün xasdır?

A) Mikoplazma

B) Pnevmosist

C) Göbələk

D) Pnevmokokk

E) Xlamidiya
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
64) Beş yaşdan yuxarı uşaqlarda xəstəxanadankənar pnevmoniyanın nadir hallarda törədicisi hansıdır?

A) Pnevmokokk

B) Klebsiella

C) Mikoplazma

D) Göy-irin çöpü

E) Hemofil çöplər
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
65) Bronxial astma üçün hansı əlamət xarakterik deyil?

A) Bronxospazm tutmaları ekspiarotor tənginəfəsliklə

B) Sərt tənəffüs

C) Yapışqanlı şəffaf bəlğəmin hiperproduksiyası

D) Tərdə və sidikdə xloridlərin artması

E) Səpələnmiş (dağınıq) daimi olamayan quru, fitverici xırıltılar
Ədəbiyyat: Аллахвердиева Л.И. «Респираторная аллергия у детей» 2008г.
66) Uşaqlarda bronxial astmanın hansı forması nadir rast gəlir?

A) Atopik

B) Qeyri-atopik

C) Gərginlik astması

D) Aspirin astması

E) İnfeksion allergik
Ədəbiyyat: Г. Лолора «Клиническая иммунология и аллергология» 2000г.
67) Pikfloumetrin köməyi ilə nə ölçülür?

A) Nəfəsvermənin ümumi həcmi

B) Bronxial obstruksiyanın dərəcəsi

C) Ağciyərlərin həyati həcmi

D) Nəfəsvermənin maksimal (zirvə) sürəti (PEF)

E) Ağciyərlərin qalıq həcmi
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
68) Bronxial astmanın gedişinə nəzarət məqsədi ilə işlədilən preparatlara nə aiddir?

A) İmmunostimulyatorlar;

B) İltihab əleyhinə preparatlar və uzunmüddətli təsirə malik bronxodilatatorlar;

C) Antihistamin preparatlar;

D) Qısamüddətli təsirə malik β-2 adrenomimetiklər

E) İnqalyasion xolinolitiklər;
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.
69) Hansı bronxodilatator uzunmüddətli təsirə malik deyil?

A) Berodual

B) Teopek

C) Eufilonq

D) Salmaterol

E) Eufillin
Ədəbiyyat: В. К. Таточенко «Практическая пульмология детского возраста» 2000г.


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə