Pediatriya ixtisası üzrə nümunəvi test sualları 1 krx keçirmiş uşağa profilaktik peyvəndləri sağaldıqdan nə qədər sonra vurmaq olar?


) Respirator trakt tərəfindən ağırlaşma nədən baş verə bilər?



Yüklə 1,5 Mb.
səhifə6/15
tarix20.09.2017
ölçüsü1,5 Mb.
#903
1   2   3   4   5   6   7   8   9   ...   15

348) Respirator trakt tərəfindən ağırlaşma nədən baş verə bilər?
A) Pankreatitdən

B) Qastro-ezofaqo-reflyüksdan

C) Qastritdən

D) Öd daşı xəstəliyindən

E) Xora xəstəliyindən
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
349) Davamlı qusma zamanı fəsadlar arasında nə müşahidə olunmur?
A) Eksikoz

B) Ketoasidoz

C) Elektrolit mübadiləsinin pozulması

D) Alkaloz

E) Poliuriya
Ədəbiyyat: Н.П. Шабалов «Детские болезни» 2005
350) Xoraуabənzər dispepsiya üçün nə xarakterdir?
A) Hıçqırma

B) Mədə qıcqırması

C) Qusma

D) Gəyirmə

E) Acqarına ağrılar
Ədəbiyyat: Ю.Ю. Елисеева. Полный справочник гастроэнтеролога.2005.
351) Hiperasidlik üçün nə xarakter deyil?
A) Ishal

B) Mədə qıcqırması

C) Qastroduodenal nahiyədə acqarına ağrılar

D) Dilin ərplə örtülməsi

E) Qəbizlik
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
352) Helikobakterioz üçün nə xarakter deyil?
A) Polipoz

B) Duodeno-qastral reflyüks

C) Hiperasidlik

D) Eroziv-xoralı proses

E) Pilorik zonanın selikli qişasının hiperplaziyası
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
353) Helikobakterioz zamanı aşağıdakılardan hansının tətbiqi effektli deyil?
A) Spazmolitik preparatlar

B) Histamin reseptorlarının blokatorları

C) Furazolidon

D) Bismut preparatları

E) Makrolidlər
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
354) 12-barmaq bağırsağın diskineziyası üçün nə xarakter deyil?
A) Hipoqastriyada ağrılar

B) Ürəkbulanma

C) Dispepsiya

D) Yemək zamanı və yeməkdən dərhal sonra epiqastriyada ağrılar

E) Duodenoqastral reflyüks
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
355) Duodenitin diaqnostikasında üçün hansı müayinə daha az informativdır?
A) Mədənin, 12-barmaq bağırsağın maye ilə USM

B) Biopsiya ilə endoskopiya

C) Koproqramma

D) Rentgenoskopiya

E) Qanın biokimyəvi analizi
Ədəbiyyat: Ю.Ю. Елисеева. «Полный справочник гастроэнтеролога» 2005.
356) Xora xəstəliyinin dürüst kliniki əlaməti hansıdır?
A) Acqarına epiqastriyada ağrılar

B) Mədə qıcqırması

C) Ağrıların fəsli xarakter daşıması

D) Aşkar xoradan qanaxma

E) Residivləşən qusma
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
357) Uşaqlarda xora xəstəliyinin daha çox rast gələn fəsadı hansıdır?
A) Mədəaltı vəziyə penetrasiya

B) Bağırsaq keçməməzliyi

C) Perforasiya

D) Qanaxma

E) Maliqnizasiya
Ədəbiyyat: М.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков»2005
358) Aşağıdakılardan hansı öd yollarının diskineziyası ilə əlaqədar deyil?
A) Sağ qabırğaaltında ağrı

B) Skleranın subikterikliyi

C) Ağızda acılıq

D) Dilin ərplə örtülməsi

E) Dəridə teleangioektaziya
Ədəbiyyat: Ю.В.Белоусов. « Педиатрическая гастроэнтерология» 2006.
359) Xolestatik sarılıqda qaşınma nə ilə əlaqədardır?

A) Qələvi fosfataza ilə

B) Fosfolipidlərlə

C) Bilirubinlə

D) Lesitinlə

E) Öd turşularının qana keçməsi ilə


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
360) Aşağıdakılardan hansı konyuqasiya olmuş (düz) hiperbilirubinemiya üçün doğrudur?

A) Fizioloji vəziyyətə aiddir

B) Nüvə sarılığı törədir

C) Xolestaz əlamətinə aid deyil

D) Həmişə patoloji vəziyyətin əlamətidir

E) Hemolizin nəticəsində yaranır


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
361) Qeyri-düz hiperbilirubinemiya hansı xəstəlik üçün xarakterdir?

A) Tranzitor neonatal xolestaz

B) Kriqler-Najar sindromu

C) Rotor sindromu

D) Sitrin defisiti

E) alfa-1-antitripsin defisiti


Ədəbiyyat: Кузмина Л.А. Геmатология детского возраста. M.2001
362) Qara ciyər çatmamazlığı əlamətlərinə aid olmayan hansıdır?

A) Qələvi fosfatazanın artması

B) Sarılıq

C) Disproteinemiya

D) Hemorragik sindrom

E) Ensefalopatiya


Ədəbiyyat: N.Ə.Tağıyev. Neonatologiya. Bakı, 2007.
363) Hipertrofiyanın aşkarlanması üçün informativ müayinə üsulu hansıdır?

A) EKQ


B) Rentgenoqramma

C) Radioizotop müayinə

D) FKQ + rentgenoqramma

E) ExoKQ
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред. Казак С.С.- Донецк, 2004.


364) Qida borusu patologiyasının yaranma riski hansı halda baş verir?

A) Pankreatit

B) Ezofaqokardial hissənin çatışmazlığı

C) Spastik qəbizlik

D) Biliar sistemdə disfunksiya

E) Hepatit


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
365) Qıcqırmanın olması nəyi təsdiqləyir?

A) Mədə möhtəviyyatında turşuluğun artmasını

B) Xora xəstəliyini

C) Mədə möhtəviyyatının qida borusuna atılmasını

D) Diafraqmal yırtığı

E) Duodeniti


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
366) Ketoasidoz tutmasının səbəbi aşağıdakılardan hansı ola bilər?

A) Karbohidratlarla artıq qidalanma

B) Aclıq

C) Qəbizlik

D) İnterkurrent xəstəliklər

E) Yağlar və zülalların artıq qəbulu


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
367) Ketoasidoz zamanı yaranan qusmaya xas əlamət hansıdır?

A) Meteorizm

B) Baş ağrıları

C) Asetonuriya

D) Qarında ağrılar

E) İshal
Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.


368) Xalaziyaya xas simptom hansıdır?

A) Baş ağrıları

B) Acqarına epiqastriumda ağrılar

C) Sağ qabırğa altında ağrılar

D) Qəbizlik

E) Residivləşən qusma


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
369) Xalaziyanın aşkarlanması üçün hansı müayinədən istifadə olunmalıdır?

A) İrriqoskopiya

B) Kolonoskopiya

C) Koproloji müayinə

D) Maye sifon sınağı ilə mədənin rentgenoskopiyası

E) Xolesistoqrafiya


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
370) Axalaziya nə ilə müşayiət olunur?

A) Həzm olunmamış qidanı qusmaq

B) Qıcqırma

C) Ödlü qusma

D) Qusma

E) Yeməkdən 1 saat sonra qaytarma


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
371) Erkən yaşlı uşaqlarda nəzərə çarpan qaytarma və qusması zamanı nə müşahidə oluna bilər?

A) Stomatit

B) Faringit

C) Traxeobronxit

D) Qlossit

E) Aspirasiya mənşəli pnevmoniya


Ədəbiyyat: Яцык Г.В. Руководство по неонатологии. Mосква, 1998.
372) Arasıkəsilməz qusma zamanı hansı ağırlaşma müşahidə olunmur?

A) Ketoasidoz

B) Poliuriya

C) Alkaloz

D) Elektrolit mübadilə pozğunluğu

E) Eksikoz


Ədəbiyyat: В.Ф. Учайкин Детские инфекционные болезни . «Mедицина» . Mосква. 2004
373) III ağırlıq dərəcəli reflüks ezofagit zamanı seçim preparatı hansıdır?

A) Metoklopramid

B) Omeprozol

C) Kalloid vismut subsitratı

D) Sizaprid

E) Famotidin


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
374) Uşaqlarda sekresiyanı stimulyasiya etmək üçün nə istifadə olunur?

A) Ət bulyonu

B) Tərəvəz dəmləməsi

C) Kofein

D) Çörək və su

E) Histamin


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
375) Uşaqlarda mədə şirəsinin pH-nın öyrənilməsinə göstəriş nədir?

A) Qəbizlik

B) Disfagiya

C) Dizurik əlamətlər

D) Defekasiya zamanı ağrılar

E) Acqarına ağrılar


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
376) Helikobakteriozun keyfiyyətli diaqnostika metodu hansıdır?

A) Bioptatdan təmiz kulturanın alınması

B) Bioptatda müsbət ureaz test

C) Klinik endoskopik müayinə

D) Koprologiya

E) PZR vasitəsilə ağız suyunda mikrobların aşkarlanması


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
377) Qastritin diaqnostikasında ən informativ üsul hansıdır?

A) USM


B) İrriqodiaqnostika

C) Endoskopiya və biopsiya

D) Koproqramma

E) Rentgenokontrast müayinə


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005
378) Qeyri spesifik xoralı kolitin diaqnostikasında əhəmiyyətli müayinə metodu hansıdır?

A) Koproqramma

B) İrriqoskopia

C) Kolonoskopiya

D) Qarın boşluğunun obzor rentgen şəkli

E) Rektoromanoskopiya


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
379) Aşağıdakılardan hansı Kron xəstəliyinin ağırlaşması deyil?

A) Daxili svişlər

B) Xolelitiaz

C) Perforasiya

D) Bağırsaq keçməməzliyi

E) Polipoz


Ədəbiyyat: M.Ю.Денисов. «Болезни органов пищеварения у детей и подростков» 2005.
380) Yeniyetmələrdə mədənin sekretor funksiyası üçün daha xarakterik sayılır:
A) normal sekresiya

B) yüksək sekresiya

C) aşağı sekresiya

D) hiperasidlik

E) heteroxoliya
Ədəbiyyat: Т.В.Капитан. Пропедевтика детских болезней с уходом за детьми. «МЕДпресс-информ», Москва, 2004.
381) Yeniyetmələrdə xroniki enterokolitin əsas etioloji faktorlarına aiddir:

1. Bağırsaq infeksiyaları

2. Alimentar çatışmazlıq

3. Lyamblioz

4. Xroniki tonzillit

5. İşlətmə dərmanlarından çox istifadə edilməsi
A) 2, 5

B) 3, 5


C) 1, 3

D) 2, 4


E) 1, 4
Ədəbiyyat: A.S.Belousov və b. Həzm sistemi xəstəliklərinin diaqnostikası, differensial diaqnostikası və müalicəsi, «Medicina», M., 2002.
382) Yeniyetmələrdə mədənin ilkin funksional pozulmalarına aiddir:

1. Psixoemosional gərginlik

2. Qida rejiminə riayət olunmamağı və qidanın xarakteri

3. Alkoqoldan çox istifadə edilməsi və siqaret çəkmək

4. Hipodinamiya

5. Helmintozlar
A) 1, 2, 3

B) 1, 3, 5

C) 1, 2, 4

D) 2, 4, 5

E) 3, 4, 5
Ədəbiyyat: A.S.Belousov və b. Həzm sistemi xəstəliklərinin diaqnostikası, differensial diaqnostikası və müalicəsi. «Medicina», Moskva, 2002. N.Savenkova, K.Serqeyeva və b. Yeniyetmə təbabəti. «Speçialnaya literatura », Moskva. 1999. (rus dilində)
383) Uşaqlarda ezofagitin əsas səbəbi nədir?
A) Mədə xorası

B) Hipervitaminozlar

C) Miotrop preparatlarla zəhərlənmə

D) Yoluxucu xəstəliklər

E) Qida borusunun atreziyası
Ədəbiyyat: Е.М.Лукьянов. Детская гастроэнтерология . «Медицина» . Москва .1998 Çingiz Quliyev. Uşaq cərrahlığı. “Təbib” Bakı. 2001
384) Ezofagitdə (kardial hissə) tez-tez rast gələn fəsad nədir?
A) Qanaxma

B) Xroniki qastrit

C) 12-barmaq bağırsaq, mədə xorası

D) Xoralı kolit

E) Axalaziya
Ədəbiyyat: Е.М.Лукьянов. Детская гастроэнтерология . «Медицина». Москва .1998
385) Ezofagitin klinik təzahürü hansıdır?
A) Aclıq ağrısı

B) Disfagiya

C) Aerofagiya

D) Dispepsiya

E) Meteorizm
Ədəbiyyat: Çingiz Quliyev. Uşaq cərrahlığı. “Təbib” Bakı. 2001
386) Ezofagitin müalicəsi necə aparılır?
A) Konservativ və cərrahi

B) Cərrahi

C) Endoskopik

D) Ultrabənövşəyi şüalarla

E) Konservativ
Ədəbiyyat: Çingiz Quliyev. Uşaq cərrahlığı. “Təbib” Bakı. 2001
387) Xroniki bağırsağın xora xəstəliyində qarında olan ağrılar nə zaman müşahidə olunur?
A) Gecə

B) Erkən


C) Səhər acqarına

D) Erkən və gecikmiş

E) Erkən və gecə
Ədəbiyyat: Çingiz Quliyev. Uşaq cərrahlığı. “Təbib” Bakı. 2001
388) Qeyrispesifik xoralı kolitin əsas simptomlarına nə aiddir?
A) hipertermiya

B) polifekaliya və polidipsiya

C) qusma

D) diareya və toksikoz

E) hemokolit və diareya
Ədəbiyyat: A.A.Bratanovaa, A.V.Abdenskaya. Uşaqlarda xroniki qeyrispesifik bağırsaq xəstəlikləri. «Medisina», Moskva, 1986.
389) Qeyrispesifik xoralı kolitin diaqnostikasının ən informativ üsuluna hansı aiddir?
A) qanın ümumi analizi

B) endoskopiya

C) xolesistoqrafiya

D) koaquloqramına

E) nəcisdə gizli qana görə müayinə.
Ədəbiyyat: O.A.Kanşino. Uşaqlarda qeyrispesifik xoralı kolit. «Medisina», Moskva, 1974.
390) Qeyrispesifik xoralı koliti mütləq diferensiasiya etmək lazımdır:

1. Dizenteriya ilə

2. 12-barmaq bağırsağın xora xəstəliyi ilə

3. Amyobiaz ilə

4. Salmonellyoz ilə

5. Bağırsaq polipozu ilə
A) 1, 2, 5

B) 1, 3, 4

C) 1, 3, 5

D) 2, 3, 4

E) 2, 4, 5
Ədəbiyyat: O.A.Kanşino. Uşaqlarda qeyrispesifik xoralı kolit. «Medisina», Moskva, 1974.
391) Öd yolları diskeneziyasının hipertonik tipində ağrı sindromuna aşağıdakılardan hansı xarakterdir?
A) Sağ qabırğaaltı nahiyədə tutma şəklində qısa müddətli ağrılar

B) Sağ qabırğaaltı nahiyədə daimi gərgin ağrılar

C) Göbəkətrafı nahiyədə küt gərgin ağrılar

D) Qarnın yuxarı yarısında gecikmiş ağrılar

E) Qarnın aşağı yarısında gecikmiş ağrılar
Ədəbiyyat: N.P.Şabalov. Neonatoloqiə. «Speüialğnaə literatura», Sankt-Peterburq, 1997.
392) Öd yolları diskeneziyası hipotonik tipində ağrı sindromuna xarakterdir:
A) Göbəkətrafı nahiyədə küt gərgin ağrılar

B) Sağ qabırğaaltı nahiyədə tutma şəklində qısamüddətli ağrılar

C) Qarnın yuxarı yarısında gecikmiş ağrılar

D) Sağ qabırğaaltı nahiyədə daimi gərgin ağrılar

E) Sağ qabırğaaltı nahiyədə küt gərgin ağrılar
Ədəbiyyat: N.P.Şabalov. Neonatoloqiə. «Speüialğnaə literatura», Sankt-Peterburq, 1997.
393) Kəskin xolesistitin klinik simptomokompleksinə xarakterikdir:
A) Kəmərvarı ağrılar, təkrari qusma

B) Epiqastrik nahiyədə ağrılar, öyümə, mədə qıcqırması

C) Sağ qabırğaaltı nahiyədə ağrılar, toksikoz əlamətləri, öyümə, qusma

D) Qarında ağrılar, ishal, köp

E) Yüksək hərarət
Ədəbiyyat: N.P.Şabalov. Neonatoloqiə. «Speüialğnaə literatura», Sankt-Peterburq, 1997.
394) Öd daşı xəstəliyinin əsas diaqnostika üsulları:
A) Qanın biokimyəvi müayinəsi

B) Ödün biokimyəvi müayinəsi

C) Hepatobilistintigrafiya

D) Ultrasəs müayinəsi

E) Xolesistografiya
Ədəbiyyat: N.P.Şabalov. Neonatoloqiə. «Speüialğnaə literatura», Sankt-Peterburq, 1997.
395) Uşaqlarda baş verən xroniki hepatitin əsas növü:
A) Virus hepatiti

B) Biliar

C) Dərman

D) Lipoid

E) Alkoqol
Ədəbiyyat: V.F. Uçaykin . Detskie infeküionnıe bolezni . «Mediüina» . Moskva. 2004
396) Boyun xolesistitinin inkişafına gətirən əsas səbəb hansıdır?
A) Pəhrizin pozulması

B) Qaraciyərin funksiyalarının pozulması

C) Öd kisəsinin iltihabı

D) Qida allergiyası

E) 12 barmaq bağırsaqdan öd yollarına reflyuks
Ədəbiyyat: N.P.Şabalov. Neonatoloqiə. «Speüialğnaə literatura», Sankt-Peterburq, 1997.
397) Uşaqlarda öd daşı xəstəliyinin fəsadları:
A) Öd kisəsinin perforasiyası

B) Obturasion sarılıq

C) Atreziya

D) Öd kisəsinin empiyeması

E) Öd kisəsi funksiyasının pozulması
Ədəbiyyat: N.P.Şabalov. Neonatoloqiə. «Speüialğnaə literatura», Sankt-Peterburq, 1997.
398) Uşaqlarda kəskin pankreatitin əsas səbəbləri sayılır:
A) soyuq, yağlı qida

B) qida allergiyası

C) kəskin virus xəstəlikləri

D) dərman preparatları

E) irsi faktorlar
Ədəbiyyat: N.P.Şabalov. Detskie bolezni. «Piter» Sankt-Peterburq.2000
399) Aşağıdakilardan hansı kəskin pankreatit üçün səciyyəvi simptom sayılır?
A) baş ağrıları

B) ləkəli papulyoz səpki

C) yüksək təzyiq

D) yüksək qızdırma

E) sol qabırğaaltında və ya kəmərvarı ağrılar
Ədəbiyyat: N.P.Şabalov. Detskie bolezni. «Piter» Sankt-Peterburq.2000
400) Kəskin pakreatit diaqnostikasının daha çox informativ üsulları bunlardır:
A) sidikdə diastazanın təyini

B) mədəaltı vəzin fermentlərinin qanda səviyyəsinin təyini və ultrasəs müayinəsi

C) nəcisdə neytral yağların təyini

D) anamnez, şikayətlər, xəstənin bilavasitə müayinəsi

E) rentgenoloji müayinə
Ədəbiyyat: N.P.Şabalov. Detskie bolezni. «Piter» Sankt-Peterburq.2000
401) Pankreatitin xarici sekretor çatmamazlığının əlamətləri bunlardır:
A) hiperamilazemiya

B) ağrılı abdominal sindrom

C) arıqlama, polifekaliya

D) polifekaliya, hiperamilazemiya

E) hiperlipazemiya
Ədəbiyyat: N.P.Şabalov. Detskie bolezni. «Piter» Sankt-Peterburq.2000
402) Malabsorbsiyanın birincili sindromunun əsasını təşkil edən faktorlar bunlardır:
A) yağlara dözülməzlik

B) vitamin və mineral duzlara dözülməzlik

C) dərmana dözülməzlik

D) turşu çatmamazlığı

E) mədə bağırsaq sorulmasının pozulması
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
403) Malabsorbsiyanın ikincili (qazanılmış) sindromunun səbəbləri bunlardır:
A) pankreatogen və enterogen

B) liyenal sindrom və sidik yollarının infeksiyası

C) sidik yollarının infeksiyası

D) enterogen və liyenal sindrom

E) liyenal sindrom
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
404) Seliakiyalı xəstələrdə hansı dözülməzlik tipikdir:
A) vitaminlər

B) yağlar

C) monosaxaridlər

D) zülallar

E) qluten
Ədəbiyyat: N Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
405) Seliakiyalı xəstələrin müalicəsində istifadə olunur:
A) antibiotiklər

B) ürək qlikozidləri

C) eubiotiklər

D) antibiotik və diyetoterapiya

E) ferment və diyetoterapiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
406) Seliakiyanın əsas əlaməti sayılır
A) diareya sindromu

B) qıcolma

C) qəbizlik

D) qıcolma və polifekaliya

E) çəkinin itirilməsi
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
407) Malabsorbsiya sindromu ilə müşayiət olunan ən yayılmış xəstəliyi göstərin :
A) Anadangəlmə qısa nazik bağırsaq

B) Laktaz çatmamazlığı

C) Seliakiya

D) Mukovissedoz

E) Ekssudativ enteropatiya
Ədəbiyyat: E.Q.Lifşits. Pediatrik klinikasında malabsorbsiya sindromu. «Linatne», Riqa, 1979.
408) Yağ turşuları hesabına olan steatoreya xarakterikdir:
A) mukovissedoza

B) seliakiyaya

C) ekssudativ enteropatiyaya

D) anadangəlmə xlorid diareyaya

E) laktaz çatmamazlığına
Ədəbiyyat: Z.B.Beyer, İ.İ.Klyuyeva. Seliaksiya ilə xəstə olan körpə uşaqlarda bağırsağın funksional vəziyyəti. Pediatriya 1983.
409) Seliakiyanın klinik əlamətlərinin inkişafı bunun verilməsi ilə əlaqəlidir:
A) südün

B) meyvənin

C) Manna sıyığının

D) tərəvəzin

E) düyü sıyığının
Ədəbiyyat: L.B. Bucer, İ.İ. Kluyuyeva «Seliakiya ilə xəstə olan körpə uşaqlarda bağırsağın funksional vəziyyəti» Pediatriya 1983.
410) Seliakiyanın diyetoterapiyasında qidalanmadan çıxarılmalıdır:
A) zülallar

B) süd və un məmulatları

C) düyü

D) allergenlər



E) yağ
Ədəbiyyat: Б.Р.Братанова. Клиническая педиатрия. «Медицина и физкультура». Москва.1983.
411) Seliakiyalı uşağa qida hazırlayarkən istifadə edilir:
A) Manna yarması

B) Çovdar unu

C) Qarğıdalı unu

D) Buğda unu

E) Yulaf unu
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер», Санкт-Петербург,1999.
412) Disaxaridaza çatmamazlığının növlərindən ən çox rast gələni hansıdır?
A) maltozalı

B) saxarozalı

C) laktozalı

D) qalaktozalı

E) izomaltozalı
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
413) Disaxaridaza çatışmazlığının əsas klinik simptomları hansıdır:
A) diareya və qarında ağrı

B) qusma


C) hipertermiya

D) qəbizlik və aşağı ətraflarda ağrı

E) qıcolma
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
414) Disaxarid tolerantlığın müalicəsində istifadə olunan dərman preparatları hansılardır?
A) ferment və hormonoterapiya

B) hormonoterapiya

C) antibiotiklər

D) biopreparatlar

E) ferment və diyetoterapiya
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
415) Disaxaridaza çatmamazlığı mütləq differensiasiya olunmalıdır:
A) rotavirusla

B) dizenteriya ilə

C) proktosiqmoiditlə

D) şəkər xəstəliyi ilə

E) mukovissidozun bağırsaq forması ilə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
416) Disaxaridaza çatmamazlığı mütləq diferensiasiya olunmalıdır:
A) proktosiqmoiditlə

B) rotavirusla

C) şəkər xəstəliyi ilə

D) dizenteriya ilə

E) seliakiya ilə
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
417) Disaxaridaza çatmamazlığı çox vaxt təzahür edir:
A) yetkin yaşda

B) həyatın birinci aylarında

C) yeniyetmə dövründə

D) məktəb yaşında

E) həyatın birinci illərində
Ədəbiyyat: Н.П.Шабалов. Детские болезни. «Питер» Санкт-Петербург.2000
418) İlkin laktoza çatmamazlığı özünü birüzə verir:
A) süni qidalanmaya keçirildikdən sonra

B) doğulandan

C) qidaya meyvələr daxil etdikdən sonra

D) bağırsaq infeksiyası keçirdikdən sonra

E) əlavə qida verildikdən sonra
Ədəbiyyat: Q.K.Şlıgin. Bağırsağın fermentləri normada və patoloqiyada. «Medisina», Leninqrad, 1967.
419) İlkin laktaz çatmamazlığının xarakter klinik əlamətinə aid olmayan:
A) nəcisin turş iyi

B) köpüklü nəcis

C) meteorizm

D) qusma


E) sulu nəcis
Ədəbiyyat: E.Q.Lifşits. Pediatrik klinikasında malabsorbsiya sindromu. «Linatne», Riqa, 1979.
420) İlkin laktaz çatmamazlığının diaqnozu təsdiq edilir:
A) qlükoza ilə yüklənməkdən sonra yastı şəkər əyrisi və nəcisdə karbohidratların tapılması

B) ksiloz sınağı

C) yoğun bağırsağın histoloji müayinəsinin nəticələri

D) qlükoza ilə yüklənməkdən sonra yastı şəkər əyrisi

E) yağ turşularının hesabına nəcisdə steatoreyanın olması.
Ədəbiyyat: E.Q.Lifşits. Pediatrik klinikasında malabsorbsiya sindromu. «Linatne», Riqa, 1979.
421) İlkin laktoz çatışmazlığında diyetoterapiyanın xüsusiyyətlərinə aiddir:
A) zülalların qidadan çıxarılması.

B) düyünün qidadan çıxarılması

C) südün qidadan çıxarılması və soyalı qarışıqların istifadə edilməsi

D) çörəyin qidadan çıxarılması

E) allergenlərin qidadan çıxarılması
Ədəbiyyat: E.Q.Lifşits. Pediatrik klinikasında malabsorbsiya sindromu. «Linatne», Riqa, 1979.


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə