RAİF QARADAĞ
NEFT FIRTINASI
Bakı – 2017
Тцркийя тцркъясиндян Азярбайъан тцркъясиня чевирди:
Мирзя Янсярли (Лямбяли)
АМЕА З.М.Бцнйадов адына Шяргшцнаслыг Институтунун елми ишчиси, Азярбайъан
Йазычылар вя Журналистляр Бирликляринин цзвц
Redaktor: Namiq Məmmədov,
АМЕА З.М.Бцнйадов адына Шяргшцнаслыг
Институтунун елми ишчиси
Korrektor: Ceyran Abbasova
Раиф Гарадаь. НЕФТ ФЫРТЫНАСЫ.
Bakı, QANUN nəşriyyatı, 2017, 256 səh.
Китаб АБШ, Инэилтяря, Алманийа вя Русийанын (сонра ССРИ) XIX ясрин сонуndan XX
ясрин 50-ъи илляриня гядяр Орта Шяргин, Azяrbaycanыn, Иранын, Ирагын, Румынийанын,
Мексиканын, Панаманын вя Ъянуб-Шярги Асийа юлкяляринин нефт мянбялярини яля
кечирмяк уьрунда апардыглары мцбаризяйя щяср едилмишдир. Бурада Рокфеллерин
«Стандард Ойл”» иля Детердингин «Роййал Датч-шелл Груп»” нефт ширкятляринин фяалий-
йятляри даща эениш ишыгландырылмышдыр.
Ясярдя Османлы Империйасынын сугутунда нефт амилинин ойнадыьы рол щаггында
мараглы билэиляр яксини тапыр. Раиф Гарадаьын бу ясяри Истанбулда дяфялярля няшр олун-
мушдур.
ISBN 978-9952-36-360-9
© QANUN nəşriyyatı, 2017
© R.Qaradağ, 2017
ÖN SÖZ
Dünyada ağla gələn hər şey maddi qaynaqlara bağlıdır. Hərb və sülh, xam maddə mənbələri üzərində
və bu mənbələri yerləşdiyi sahələrin çevrəsində cərəyan edən bir çox gizli və qorxunc mücadilənin
nəticəsidir. İnsanlar yaşamaq ücün güclü olmağın vacibliyini qədim dövrlərdən anlamışdilar.
Müasir dövrün böyük dövlətləri, dünənin ibtidai mübarizəsini daha geniş imkanlarla və daha ciddi
üsullarla davam etdirməkdədir. Son dövrün tarixi tədqiq edilsə, bu mübarizə olduqca aydın şəkildə
meydana çıxar. Son əsrlərin dərinliklərində qalan bu mübarizənin mərkəzində neft dayanır. XX əsrin
başlanğıcından bəşəriyyət xam maddə qaynaqlarına sahib olmaq, dünyaya bu yolla hakimiyyət və
üstünlüyünü qəbul etdirmək istəyən dövlətlərin mübarizəsinə şahid olmuşdur və bu mübarizə hələ də
davam etməkdədir.
Neft, XIX əsrin sonundan başlayaraq, XX əsr boyu da bütün xam maddələrə başçılıq etməkdədir. Bu
da təkzib olunmaz faktdır ki, əgər bu gün dünya texnika sahəsində bu qədər sürətlə irəliyə getmişdisə,
bunun üçün neftə borcludur. Neft, insan həyatının hər sahəsində böyük təsirə malik olan xam
maddədir. 1880-ci ildən bəri onun ətrafında cərəyan edən çarpışmalar neftin nə qədər böyük təsirə
malik bir maddə olduğu fikrini təsdiqləyir.
Hələ də dünyada neftə sahiblik edən iki beynəlmiləl nəhəng şirkət, böyük və çox ciddi bir mübarizəni
aparmaqda davam edirlər. Bu iki şirkətin apardığı mübarizə, bir-birilərinin əllərindəki neft
sahələrini, nəyin bahasına olursa olsun almaq və bu yolla dünyaya hakim olmaq üçün var gücü ilə
davam etməkdədir. Bu mübarizə amerikalı milyarder Con Rokfellerin qurduğu nəhəng
trest-“STANDARD OYL KOMPANİ” ilə ingilis-holland birliyi olaraq fəaliyyət göstərən “ROYYAL
DATÇ-ŞELL QRUP” və Rusiya arasında davam etməkdədir. Bu kitabda oxuyacağımız hər şeyin tam
həqiqət olduğunu deyə bilmərik. Amma həqiqətə ən yaxın olanıdır deyə bilərik. Həqiqətən də burada
təsvir olunanlar real hadisələrdir, bir xəyal məhsulu və yaxud mübaliğə deyildir.
Yazılıb ərsəyə gəlmiş bu əsərin xətasız olduğunu da deyə bilmərik. Əlbəttə, burada bir çox xətalar ola
bilər. Bəlkə də böyük miqyasda nöqsanların olması da labüddür. Biz bunu bilirik və bundan qaça
bilmədiyimiz üçün təəssüf duyuruq. Ancaq, buna baxmayaraq, tam əminliklə deyə bilərəm ki, 30 illik
bir çalışma sonunda meydana gələn bu kitab, həqiqətə ən yaxın olanıdır. Bu kitabdakı xəta və
nöqsanları bağışlayacağınızı ümid edirəm.
Raif Qaradağ
Pendik / Istanbul 18/6/1969
NEFT MÜBARİZƏSİNİN BAŞLANMASI
Qorxunc mərmilərlə hər tərəf bir anda yerindən oynadı. Top səsləri İranın mərkəzi Tehranda dalbadal
gurlayır, mərmilər İran Milli Məclisinin divarlarını dəlir, damını çökdürür və ətrafı qorxunc toz-
torpaq bürüyürdü.
Dalbadal gurlayan top səslərinin aləmi bürüyən gurultusu Tehranda gözlənilməyən və faciəli bir
çaxnaşmanın düşməsinə səbəb olmuşdur.Tehran küçələri bu vəhşi təcavüzün sonunda cəsədlərlə dolu
bir hərb meydanına çevrilmişdir.
Nə vardı, nə olurdu? Qudurğancasına davam edən və zavallı xalqı hədəf alan bu qaniçənlik nə idi?
İranın paytaxtı Tehranda neftin səbəb olduğu bir iğtişaş baş vermişdir...
Çevrilişlərin qanunu yoxdur, çevriliş çevrilişdir. İçməyə qan axtarar! Və bunun üçün də baş verdiyi
hər bir yerdə bir cani, qaniçən bir canavar tapar. Budur Tehranda da belə bir canavar var. Bunun adı
Lyaxovdur. Bu canavar ruhlu adam İran ordusuna təlim verən rus zabitlərindən olan və haqqında çox
danışılan bir polkovnikdir. Bu polkovnik İran əsgərlərinə təlim verməklə məşğul idi. O, Tehran
küçələrini günahsız xalqın qanına bulayacaq xüsusi əmrlər verir, tabeliyindəki əsgərləri məsum
xalqın üstünə saldırırdı...
Tehrandakı iğtişaş qısa zamanda Milli Məclisi yerlə yeksan etmiş, top mərmiləri bu möhtəşəm binada
sağ bir yer qoymamışdı. Lakin Lyaxovun tabeliyindəki İran topçusu buna baxmayaraq, alov püskürən
lülələri bu tarixi binanın dağıntıları üzərindən uzaqlaşdırmırdı. Bu bombardman İranın milli iftixar
mənbəyi olan əsərlərin mühüm bir hissəsini yerlə yeksan etmişdi.
Tehran, tarixinin bəlkə də ən qorxunc gününü yaşayırdı. Bir rus polkovnikinin əmri altında olan iranlı
əsgərlər, yad bir komandandan aldıqları əmrlərlə vətəndaşlarını, qan qardaşlarını öldürür, milli
əsərlərini vəhşi bir intiqam hissi ilə məhv edirdilər...
Tehranın səmalarını topların uğultusu inlədərkən, kazak süvariləri də şəhəri darmadağın edirdilər.
Polkovnik Lyaxovun başçılığı altında əsgərlər top mərmiləri ilə yerlə yeksan edilmiş Milli Məclisə
gedərək, bombardmandan nə yollasa canını qurtara bilən deputatları həbs edirdilər.
Bombardmanla birlikdə şəhərdə başlayan çaxnaşma, kazak əsgərlərinin qaniçəncəsinə hücumları ilə
insanın tüklərini biz-biz edən qorxunc bir mənzərə yaratmışdı. Tehran xalqı canavar bir komandirin
tabeliyində olan qardaşlarından, öz əsgərlərindən qaçır, ölməmək üçün şəhəri tərk edir, dağlara
sığınırdılar. Lakin hər biri canavara dönmüş əsgərlər bu biçarə xalqı yenə sağ buraxmaq istəmir,
öldürür, öldürür, öldürürdülər...
1908-ci il noyabrın 26-da başlayan bu çevrilişin səbəbi nə idi? Necə olur ki, bu rus polkovniki təlim
keçmək üçün tabeliyinə verilmiş iranlı əsgərlərə qan qardaşlarını öldürtdürürdü? Zahirən çevriliş
mənzərəsini xatırladan bu hadisənin iç-üzü tam başqa idi. Bu çevriliş medalyonunun tərs tərəfi neft
qoxurdu. Bir sözlə hər tərəfdən neftin çirkli rəngi görünürdü.
Bəli! Bu çevrilişin əsl səbəbkarı neft idi...
Neft XX əsrin ən qiymətli xam maddəsi... Dünyanın ən qüdrətli və rəqibsiz xam maddəsi halına
gətirildikdən sonra, neftin çıxdığı hər bir yerdə iğtişaşlar, qətllər, hökumət çevrilişləri bir-birini əvəz
etmişdir. Neftə sahib ölkələrin xalqları heç bir zaman rahat nəfəs almamışdı... İran da bu ölkələrdən
biri və bəlkə də birincisi idi. Bu maddə İranda kəşf edildikdən bəri İran rahatlıq və dinclik nə oldu-
ğunu bilməmişdi. İranın son əsrlər tarixi neft üzündən meydana çıxan bir çox iğtişaşların, qətllərin və
Dostları ilə paylaş: |