İngiltərədə sanki hər şey durmuşdu. Bu dövləti idarə edənlərin heç birisi imperiyanı öz əlləri ilə
çökdürmək istəmirdilər. İqtidarda olan İşçi Partiyası bəlkə qurulduğu tarixdən bu yana belə təhlükəli
bir vəziyyətlə qarşılaşmamışdı. Baş nazir Klement Atlee məmləkəti düşdüyü vəziyyətdən xilas etmək
üçün ciddi tədbirlər görməyi qərara aldı və dərhal hərəkətə keçdi. O, İkinci Dünya müharibəsi za-
manı baş nazirin müavini postunu tutduğu illəri xatırladı və dərhal Çörçilli hökumətin iyunun 26-da
nəzərdə tutulmuş iclasına dəvət etdi. Onun bu hərəkəti ingilislər tərəfindən müsbət qarşılanmışdı.
U.Çörçillin də iştirak etdiyi iclas iyunun 26-da başladı və saatlarla davam etdi. Əsas müzakirə
mövzusu İran nefti idi.
U.Çörçill bu zaman Atleenin verdiyi izahatı səbrlə dinlədi və sonra məsələnin imperiyanın xeyrinə ən
yaxşı formada necə həll edilə biləcəyinə dair fikirlərini bildirdi. U.Çörçillin də iştirak etdiyi bu ic-
lasın gedişində nələr müzakirə edilməsinə dair hər hansı bir məlumat çap edilmədi, ancaq keçirilməsi
barədə qısa bəyanat verildi.
İngiltərə fövqəladə günlər yaşayırdı. İmperiyanın bütün müəssisələri səfərbər edilmişdi. İngiltərə bir
imperiya qüdrəti ilə ayağa qalxaraq İranın üzərinə yürüyürdü.
U.Çörçillin hökumətin iclasında iştirakı dünyada fövqəladə hadisələrin başlanğıcı olaraq qəbul
edilmişdi. Dünya mətbuatı ingilis hökumətinin bu fövqəladə iclası haqqında geniş miqyaslı məqalələr
çap etdirməyə başladı. Hər kəs İngiltərənin hər an hərəkətə keçəcəyinə inanmağa başladı. Ancaq bir
şəxs – Deterdinq bu yürüşü istəmirdi. O, dovşanı araba ilə tutmaq niyyətində idi. Bunun üçün də
zamana ehtiyacı vardı. Deyə bilərik ki, İngiltərə heç bir zaman açıq və ya gizli qüvvələrini belə bir
nöqtəyə səfərbər etməmişdir. Orta Şərq məmləkətlərində yüzlərlə agent səfərbər edilmişdi. Çünki,
neft əldən çıxmışdı.
İran hökumətinin başında duran Müsəddiq isə hələ israr edir və heç cür yola gəlmirdi.
İngiltərə neft ixtilafını son dəfə Haaqada yerləşən Beynəlxalq Məhkəmədə həll etmək qərarına gəldi.
İngiltərənin Haaqa Beynəlxalq Məhkəməsinə müraciəti İranın baş naziri Müsəddiqi özündən çıxartdı.
Rusiyanın beynəlxalq məsələlərdə mövqeyi məlum idi. Rusiya bütün millətlərarası məsələlərdə
həmişəki kimi Qərb dövlətlərinə inanmamaqda davam edirdi.
Bu səbəblə İngiltərənin Haaqa Beynəlxalq Məhkəməsinə müraciət etməsini də müsbət
qarşılamamışdı. Rusiyanın təhriki ilə Müsəddiq İngiltərənin bu qərarının əleyhinə fəaliyyətə başladı.
İranın xarici işlər naziri Birləşmiş Millətlər Təşkilatına müraciət edərək İranın Haaqa Beynəlxalq
Məhkəməsini tanımadığını rəsmən bildirdi.
İranın xarici işlər naziri Kazeminin bu bəyanatı siyasi tarixdə nadir hallarda rast gəlinən bir hadisə
idi. Beynəlxalq Məhkəmənin tanınmaması nə demək idi? Bu tip qərarlar bu günə qədər Qərb
dövlətlərinin diplomatları tərəfindən bəyənilmir və siyasi ənənələrə də uyğun gəlmirdi. Belə qərarlar
İkinci Dünya müharibəsindən sonra sadəcə Dəmir pərdənin arxasında olan məmləkətlərdən,
dolayısılə Rusiyadan meydana çıxmışdır. Həmçinin İranın son qərarında da Rusiyanın birinci
dərəcədə rol oynadığı hər kəsə məlumdur.
BMT-nin Baş katibi Tryqvi Lee İranın rəsmi müraciətini aldığı vaxt hər hansı bir reaksiya
göstərmişdirmi? Xeyr. Çünki, o, rusların bu tip müraciətlərinə alışmışdı. Ona görə də hər hansı bir
hərəkət edə bilmədi. Çünki Haaqa Beynəlxalq Məhkəməsi nə Rusiyanıvn, nə də İranın təşəbbüsü ilə
yaranmamışdı. Bu təşkilat bütün dünya dövlətlərinin qarantiyası altında idi.
Kazeminin bəyanatı İranın nefti ətrafında qopmuş olan fırtınanı bir az da artırdı.
Amerika prezidenti Trumen yenə də məsələyə təcili olaraq reaksiya verdi və şəxsi nümayəndəsi olan
Averell Harrimanı Therana göndərdi. Harriman neft istehsalçısı idi. Trumen özündən asılı olmayaraq
bu dəfə «Standard Oyl» şirkətinin arzusuna uyğun hərəkət etməyə məcbur olmuşdur.
Averell Harriman Tehrana qədəm qoyar-qoymaz qorxunc bir mənzərə ilə qarşılaşdı. Yəni Tudə
Partiyası ilə Fədai İslam Cəmiyyəti onun gəldiyini öyrənmiş və xalqı küçələrə çıxardaraq etiraz
nümayişi təşkil etmişdilər. Bu zaman Amerikanın əleyhinə sərt ittihamlar irəli sürülürdü.
İran polisinin və ordusunun gördüyü çox güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq Harrimanın
Tehrana gəlməsini istəməyənlərlə təhlükəsizlik qüvvələri arasında qanlı toqquşma oldu. Bu hadisədə
10 nəfər öldü və 200 yaralandı.
Averell Harrimanın gəlişi ilə əlaqəli qanlı nümayişlər durmadan davam edir və Tehranın küçələri
qana bulanırdı.
Hadisələrin nəzarətdən çıxdığını görən baş nazir Müsəddiq fövqəladə vəziyyət elan etmək
məcburiyyətində qaldı.
Averell Harriman ilə Müsəddiq arasında uzun sürən müzakirələr nəticəsiz başa çatdı. Müsəddiq
amerikalı nümayəndənin bütün təkliflərini cavabsız qoymuşdu. Müzakirələrin gedişində Müsəddiq
daima ingilislərdən şikayət etdi.
Müzakirələr getdiyi vaxtda Amerika baş verəcək bir rus müdaxiləsinə qarşı tədbirlər də gördü. Artıq
iki amerikan donanması Türkiyənin İstanbul və İzmir limanlarında lövbər salmışdı. İstanbulda
yerləşən donanma yeddi gəmidən ibarət idi və ona admiral B.D.Qardner komandanlıq edirdi. İkinci
donanmada isə doqquz gəmi var idi.
Hər iki donanmanın rəhbərliyinin verdiyi bəyanatlarda dost müttəfiq Türkiyəyə heç bir pis niyyətlə
gəlmədiklərini söylədilər. Ancaq iki güclü donanmanın eyni vaxtda Türkiyəyə gəlməsi heç də adi bir
hadisə deyildi.
Orta Şərq qaynayırdı. Rusiyanın bu hadisələrin gərginləşməsində xüsusi rolu var idi. O, İran və
Türkiyə sərhədləri boyunca qoşunlarının sayını getdikcə artırırdı. Türkiyə də, İran da Qərb dövlətləri
ittifaqı sisteminə daxil idilər. Ona görə də hər iki dövlətin sərhədlərində baş verən hadisələr Qərb
dövlətlərini çox narahat edirdi. Türkiyə limanlarında lövbər salmış Amerika donanması eyni
zamanda «Standard Oyl» şirkətinin mənfəətlərini güdürdü. Çünki «Standard Oyl» şirkəti İngiltərə ilə
aralarında bağlanan 10 illik müşaviləyə baxmayaraq «Royyal Datç –Şell Qrup»un bir hissəsi olan
İran neft ərazisinə girmək niyyətində idi.
Türkiyə İngiltərə-İran neft ixtilafında vasitəçi rolunu oynadığına görə Rusiya ona diş qıcamaqda
davam edirdi. İki amerika donanması Orta Şərqdə işlər belə qarışdığı bir anda gələrək İstanbul və
İzmirdə lövbər salmışdır. Türkiyənin vasitəçilik təşəbbüsü Rusiyanın xoşuna gəlmirdi. Donanmalar
bu səfər yalnız neft istehsalçılarının mənfəətlərini qorumaq üçün hərəkət etmirdilər. Onların bu
səfərdəki hərəkətləri Qərbin təhlükəsizlik sisteminə qoşulmuş, Orta Şərqdə güclü ordusu ilə söz
sahibi olan Türkiyəyə yardım etmək üçün etmişdilər.
İki amerika donanmasının Türkiyəyə gəldiyi bir vaxtda Aralıq dənizindəki ingilis donanması
təyyarədaşıyan gəmilər, sualtı qayıqlar və esmineslərlə gücləndirilməyə başlanmışdı. Bu gözlənilən
müharibəyə hazırlıq demək idi. Neft istehsalçıları bir müharibənin qaçınılmazlığını ortaya
qoymuşdular və baş verə biləcək müharibə üçün də lazımı hazırlıqlarını vaxt keçirmədən görmüşdü-
lər. Aralıq dənizi qüdrətli donanmaların qərargahı halına gəlmişdi. İndi bütün gözlər İranda neft
böhranını yaradan və durmadan körükləyən Rusiyaya dikilmişdi. İran üzündən meydana gələn bütün
bu hazırlıqlar dünyada bərqərar olmuş sülhü xilas etmək və Rusiyanın dünyanı fəlakətə gətirə biləcək
addımlar atmaması üçün görülmüşdü. Neft yenə də dünyanı baş verə biləcək Üçüncü Dünya
müharibəsinin kənarına qədər gətirmişdi.
Dostları ilə paylaş: |