saxlanılmağa çalışılırdı.
Beşulduzlu general Mak Artur məsələsi dünyanı hədələyən hadisələrdən sadəcə bir dənəsi idi. Siyasi
üfüqlər qara buludlarla örtülməyə başlamışdı. Uzaq Şərqdə Koreya, Hindi-Çində Xo Şi Min, yəni
Vietkonq, Orta Şərqdə isə İran dünya sülhünü hədələyən sahələr idi. Bütün bu ərazilər isə
siyasətçiləri daima məşğul edən neft sahələrinin ya çox yaxınlığında, ya da içindədirlər.
Vyetnam «Royyal Datç-Şell Qrup»a məxsus neft sahələrinin lap yaxınlığında, İran isə hər kəsə
məlumdur.
TÜRKİYƏ İRAN MƏSƏLƏSİNƏ
MÜDAXİLƏ EDİR
İrandakı hadisələr Türkiyədə diqqətlə izlənirdi. Hadisələrin gərgin bir anında Türkiyəyə
gözlənilmədən bir qonaq gəldi. Bu şəxs İkinci Dünya müharibəsi zamanı Çörçill hökumətinin hərbi
naziri olmuş Samuel Hoare Belisha idi. O, həm də müharibədən sonra Baldivinin baş nazir olduğu
illərdə S.İ.S. deyilən «Special İntelligence Sestion» kəşfiyyat idarəsinin əsrarəngiz şefi Qeorq
Cockerillin də ən yaxın dostu idi.
Samuel Hoare Belisha bütün Ərəbistan yarımadasını, Yunanıstanı gəzdikdən sonra Türkiyəyə
gəlmişdir. Onun mətbuata verdiyi bəyanata görə Türkiyəyə gəlişinin heç bir rəsmi mənası yoxdur.
Sadəcə olaraq qeyri-rəsmi görüşlər keçirəcəkdir. Ancaq o Türkiyənin dövlət və hökumət üzvləri ilə
görüşlər keçirərək onlarla tanış olmuşdur. Onun bu görüşləri haqqında heç bir açıqlama verilmədi.
Ancaq bu müzakirələrin mahiyyəti də gözdən qaçmadı. İranda böhranlı vəziyyətin yaranması və
ingilis neftinin taleyi həll olunduğu bir vaxtda Türkiyəyə bir ingilis sabiq naziri hər halda istirahətə
gəlməmişdi. Onun Ankaradakı görüşlərinin məzmunu barədə hələ də əldə elə bir məlumatlar yoxdur.
Ancaq qətiyyətlə demək olar ki, bu görüşmələr İran hadisəsi ilə əlaqəli idi və bəzi tədbirlər görmək
üçün İngiltərə ilə Türkiyə arasında razılaşmalar da olmuşdur.
Ankarada bu müzakirələr aparılarkən İranda da Rusiyanın agentləri ilə birlikdə İran Xalq Partiyası
(Tudə) və Fədai İslam Cəmiyyəti geniş fəaliyyətə başladılar. Onlar nümayişlər və ixtişaşlar
törətməkdən də çəkinmirdilər. 1951-ci il aprelin 21-də Fədai İslam Cəmiyyəti Tehranda Nah camesi
önündə geniş bir nümayiş təşkil etmişdi. On minlərlə insanın iştirak etdiyi bu mitinqdə Fədai İslam
Cəmiyyətinin liderlərindən Seyid Məhəmməd Nəqayi sərt çıxış edərək baş nazir Hüseyn Alanı
hədələmişdir: «Hüseyn Ala, Hüseyn Ala... Din və imandan ayrılma, yoxsa sənin də aqibətin o
birilərinki kimi olar».
Bu hədələr qarşısında hökumət heç bir tədbir görməyərək susurdu.
Neft artıq İranda beynəlxalq bir ixtilaf mövzusu olmuşdur. İranda baş nazir hədələndiyi bir vaxtda
Türkiyədə geniş siyasi fəaliyyətlər cərəyan etməkdə idi. Ankara sanki İran neft böhranının qəlbi
halına gəlmişdi. Türkiyədəki İngiltərə, Amerika, Fransa, İran və Pakistan səfirləri növbə ilə
Türkiyənin xarici işlər naziri Fuad Köprülünü ziyarət edirdilər. Bu görüşlər İrandakı böhranla əla-
qədar idi. Vəziyyət o qədər gərgin və ciddi idi ki, tərəflərdən hər hansı birisinin atacağı yanlış addım
bəlkə də Üçüncü Dünya müharibəsinin baş verməsinə səbəb ola bilərdi. Elə bu baxımdan da Türkiyə
siyasi hadisələri böyük bir diqqət və həssaslıqla izləməyə məcbur idi.
Yuxarıda adlarını çəkdiyimiz ölkələrin səfirləri 1951-ci il aprelin 21-də Türkiyə Xarici İşlər
Nazirliyində İran məsələsini müzakirə etmək üçün dəvət olundular.
Rusiya tərəfdən İrana hər an hərbi müdaxilə ola bilərdi. Onlar sərhədə böyük hərbi qüvvə
cəmləşdirmişdilər. Türkiyə, İngiltərə, Fransa, Amerika və başqa dövlətlər Rusiyanın İrana hərbi
müdaxilə etməsindən qorxurdular. İngiltərənin hərbi naziri Emmanuel Shinvelin gözlənilən müharibə
təhlükəsindən bəhs edərək: «Koreya müharibəsində baş verənləri İrandakı qarışıqlıqlar daha da
sürətləndirməkdədir. Əgər İrandakı vəziyyət düzəlməzsə, müharibə Orta Şərqə də sirayət edəcəkdir»
demişdir.
İngiltərə, dolayısı ilə də Deterdinq həqiqətən də çıxılmaz vəziyyətə düşmüşdür. İran hadisələri onlar
üçün həqiqətən də ciddi bir mahiyyət daşıyırdı. İngiltərənin hərbi nazirinin bu bəyanatından üç gün
sonra İstanbulda olan Samuel Hoare Belisha jurnalistlərlə görüşəndə «əski sazişlər ən yaxşı
sazişlərdir» demişdir. Onun bu bəyanatı İranda da, İranın işlərinə burnunu soxan «Standard Oyl»
şirkətinə də bir xəbərdarlıq idi. Bu bəyanat istər İrana, istər Amerikaya daha doğrusu «Standard
Oyl»a sazişlərə sadiq qalmalarını tövsiyyə edirdi.
İRANIN FƏLAKƏTLİ DÖVRÜ. MÜSƏDDİQ
HÖKUMƏTİ
İranda hadisələr getdikcə dərinləşirdi. Artıq hər kəs neftin milliləşdirilməsindən bəhs edirdi.
Rusların nefti ələ keçirmək üçün ilk mərhələ olaraq irəli sürdükləri «milliləşdirmə» təbliğatı baş tut-
muş və bu fikir xalq tərəfindən mənimsənilmişdir. İranın hər tərəfində keçirilən və təşkilatçıları Fədai
İslam Cəmiyyəti ilə Tudə Partiyası olan nümayişlərin əsas şüarı bu olmuşdur. Ruslar İranda nefti
milliləşdirdikdən sonra necə olursa da ələ keçirə biləcəklərinə inanırdılar. Bu baxımdan 1951-ci ilin
aprel ayı İran üçün fəlakətli günlərin başlanğıcı olmuşdur.
Baş nazir olduğundan bəri Hüseyn Ala daima rus səfirinin təzyiqinə məruz qalırdı. Rusiyanın səfiri
neftin milliləşdirilməsi fikrini müdafiə edir və baş nazirin bunu reallaşdırmasını istəyirdi. Neftin
milliləşdirilməsi Rusiyanın mənfəətləri baxımından qəbul ediləndir deyən rus səfiri çıxışına «Rusiya
Orta Şərqdə həmsərhəd bir ölkədə imperialist siyasət yürüdən qərblilərin olmasından razı deyildir»
sözlərini də əlavə etmişdir.
İranın baş naziri Hüseyn Ala rus elçisinin, Tudə Partiyasının və Fədai İslam Cəmiyyətinin
xəbərdarlıq və hədələrinə baxmayaraq nefti milliləşdirməyə tələsmirdi. O da qətlə yetirilən əski baş
nazir Razmara kimi düşünür və bütün bu təzyiq və təhdidlərə sinə gərirdi.
Ruslar neftin milliləşdirilməsi üçün nə tələb olunurdusa onu da yerinə yetirməyə çalışırdılar. Onlar
Milli Məclisə də nüfuz edərək özlərinə tərəfdar tapmışdılar. Hüseyn Alanı Milli Məclisin üzvləri də
milliləşdirmə məsələsində sıxışdırırdılar. Artıq təzyiqlərə davam gətirə bilməyən baş nazir Hüseyn
Ala istefa ərizəsini şaha təqdim etdi. Onun istefasından sonra ölkədə hökumət böhranı yarandı və heç
kəs baş nazir olmaq istəmirdi.
Şahın baş nazir postuna göstərdiyi namizədlər Tudə Partiyası və Fədai İslam Cəmiyyətinin
terrorundan qorxduqları üçün hökumət qurmağı qəbul edə bilmirdilər. Bir müddət sonra bu iki təşkilat
Müsəddiq adlı şəxsin baş nazir olmasına razılıq verdilər. Şah da Müsəddiqin hökuməti qurmasına
razı deyildi. Elə bu səbəbdən də müraciətləri rədd edirdi. Ancaq, təzyiqlərə dözə bilməyən şah Mü-
səddiqin baş nazir olması təkliflərinə razı oldu. Beləliklə Müsəddiq İranın baş naziri oldu və
hökumətə rəhbərlik etməyə başladı.
Müsəddiq baş nazirliyinin şah tərəfindən təsdiq olunmasını gözləmədən dərhal öz qərarlarını
verməyə başladı. Şah Müsəddiqə necə nifrət edirdisə, Müsəddiq də şaha o qədər nifrət edirdi.
Müsəddiq baş nazir olduğu zaman neft ixtilafı xüsusunda «Anglo Persian» şirkəti tərəfindən İran
hökumətinə verilən təkliflər paketi artıq onun masasının üstündə idi. Ancaq onun fikri qəti idi. Yəni
ingilisləri İrandan qovacaq və nefti milliləşdirəcəkdir.
İrandakı hökumət böhranına yol açan Hüseyn Alanın istefasının ertəsi günü «Anglo Persian» şirkəti
tərəfindən İrana verilən təkliflərə dair İngiltərənin xarici işlər naziri Herbert Morrison «İstefa edən
İran baş naziri Hüseyn Ala kabinetinə neft ixtilafının həlli üçün yeni təkliflər irəli sürülmüşdür.
«Anglo Persian» neft şirkətinin əldə etdiyi gəlir yarı-yarıya bölünəcək və şirkət işçilərinin
əksəriyyətini iranlı fəhlələr təşkil edəcəkdir. Ancaq Hüseyn Ala hökuməti bu təkliflərə cavab
vermədən istefaya getməyə məcbur olmuşdur. İngiltərə neft sahələrinin milliləşdirilməsi təklifinin
İran ilə «Anglo Persian» şirkətinə aid olan bir məsələ olduğuna dair İranın irəli sürdüyü iddianı
Dostları ilə paylaş: |